Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Şəmsparə (23-cü bölüm)
Şəmsparə (23-cü bölüm)
Göndərən: Antikvar
Şərhlər:
Baxılıb: 1087
Səs ver:
Saraya uzun uzadı baxdım. Nə cavab verəcəyimi bilmirdim.

- Şəms, sənə sual verdim?
- Bilmirəm.
- Bəs kim bilir?
- ….
- Şəms, əgər həyatını qaydasına salmaq istəyirsənsə ilk olaraq bu suala cavab tapmalısan. Ancaq ondan sonra hər şey yerini tapacaq.
- Bilmirəm, Sara..beynim dumanlıdır. Heç nəyi düşünəcək vəziyyətdə deyiləm. Amma digər tərəfdəndə….digər tərəfdəndə Nadya bütün əsəblərimi korladı.
- Qısqanmısan. Demək ki, Amal qarşı boş deyilsən.
- Axı onu sevmirəm. Sevsəm bilərəm.
- Ola bilər, amma Zaharı da sevmirsən artıq.
- Ona qarşı isə hisslərim hələ də var. biz dörd ildir birlikdəyik.
- Oooo uzun zamanmış. Asan olmayacaq bir dəfəlik unutmaq. Amma istəsən o da olar. Sən indi Zaharı boş ver. Amalı evə bağlamağın yolunu düşünək. Bir qadın kimi ona təslim olmursan, demək ki, başqa yolla edəcəyik bunu.
- Çətin, daha bu sabah 2 aylıq tariximizi 1 aya endirdim.
- NƏ?! Niyə?
- Onu elə görüncə dözə bilmədim. Mən beləyəm, tez qərar verirəm hər şeyə. O anda da onun məni alçatdığını düşündüm. Kim olsa elə düşünər.
- Yaxşı yaxşı sakit ol. Qoy düşünək.. Amma bir şey də var. Amal səni sevirmi?
- ….Sara bilmədiyim yerlərdən sual verirsən.
- Bunu bilməyə nə var. onun hərəkətləri, səninlə davranışı, nəzakətli olub olmamağı.
- Yaxşı davranır. Həm…şey…bir neçə dəfə cəhd edib..
- Nəyə?
- Şeyə…
- Nəyə Şəms?
- Off başa düşdə özün
- Həəə… anladım…bununla ölçmə. O sadəcə kişidir, istənilən qadınla yaxınlıq edə bilər. Sənə yataqda yox həyatda dəyər versin.
Sara danışdıqca qızarırdım. Mənimlə yaşıd idi, amma məndən qat qat ağıllı danışırdı.
- Onun sənə davranışı, baxışları, hərəkətləri nə deyir?
- Nə deyir? Nə bilim.
- Yaxşı bunu da bilmirik. İlk olaraq bunu da öyrənməliyik. Amma mən fikir vermişəm, o sənə qarşı boş deyil. Düzdür Amal hər kəsə yaxşı davranır. Amma sən onun üçün özəl olmalısan. Həm nə qədər fədakar insan olsa da tanımadığı bir qıza sahib çıxmaq, onu özünə həyat yoldaşı seçmək…nə bilim bunu bu dövrdə heç kim eləməz.
- Hə.. onu düz dedin. Amma olub bir iki dəfə ki, ondan özəl sözlər eşidim. Amma düşünmürdüm ki, sevir. Misal üçün xəsətəxanada Kamilə baxan həkimi qısqanmışdı. Həkim mənimlə danışır deyə az qaldı onu öldürə.
- Ay sağol…bax elə necə ki Nadya səni dəli edir orxan həkimlə də biz onu dəli edərik.
- Dəlisən, az qalırdı ağzımın içinə düşsün. Mən ona üz verə bilmərəm.
- Bilərsən bilərsən. Kamildən istifadə edə bilirdim.
- Yaxşıda, onsuzda utanıram..
- Dur ayağa, boş boş danışıb vaxt itirmək olmaz.
- Hara?
- Xəstəxanaya?
- Nə? yox.. nə adla? Özü də bu gün çox hirslidir o, elə mən də. hələ görmək istəmirəm. Sabah gedərik.
- Yaxşı.. onda mən gedirəm evə. Özünü ağıllı apar. Gəlsə əgər
- Gəlməyəcək. inanmıram.
- Mən onu gətirməyin yolunu bilirəm.
- ?
- Yat sən, ağır xəstəsən.
- Nə, yox yaxşıyam
- Dedim ki yat, xəbərin var ölürsənee..
- Sara neynirsən.
- Ay qız yat da…Allahın bəlası. Dil qəfəsə qoymure.. Gözünü yum.. yum yum… ay sağol.. Hiiii Gülsüm xala, ay Gülsüm xala
- Gülsüm xalanı neynirsən?
- Ay qız sus, yum gözünü, arada sızılda.
- Nə
- Sus!
Sara necə sifət göstərdisə dediyi kimi gözlərimi yumub susdum.
- Hə qızım.
- Gülsüm xala, Saranın halı daha da pisləşdi..
- Nə? dayan baxım.qızdırması var, amma o qədər çox deyil.
- Gülsüm xala, bayaqdan sızıldayır.
Sara yanıma necə dürtmə atdısa məndən bir inilti çıxdı ki, Gülsüm xala dik atıldı. Saranın neynəmək istədiyin hələ də anlamamışdım.
- Gülsüm xala, Amala xəbər ver gəlsin də.. bayaqdan onun adını sayaqlayır.
Artıq başa düşümüşdüm. Saranı məhv etmək istəyirdim. Amma nə yalan deyim həm də onu bərk bərk qucaqlayıb öpmək istəyirdim. Amalı evə gətirəcəkdi.. yaxşı bəs xəstə olmadığımı görsə necə.
- Hə, bu saat xəbər verirəm.
Gülsüm xala əlində telefon Amala zəng vursa da telefonun sönülü olduğunu gördü. Amalın telefonun gizlətdiyim indi yadıma düşürdü. Özüm qazdığım quyuya düşmüşdüm deyəsən. Xəstəxanaya zəng vuranda isə onun orada olamdığını dedilər. Artıq gözlərim dolurdu. Əmin idim ki, Nadyanın yanındadır. Onun qolları arasında sevgisi tapıb. Canımı ağırıdı yenə. Sara nə qədər cəhd etsə də Amala çata bilmədi Gülsüm xala. Mən yavaşca gözümü açıb "yaxşıyam” dedim. Və Gülsüm xalanı sakitlşdirim. Sra da məyus olmuşdu, amma nə fayda. Artıq neçə gündür ki, Amal evə gəlmirdi. Mən də artıq onu axtarmaqdan vaz keçmişdim. Demək ki, o da görmək istəmir. Sara əlindən gələni eləsə də mən artıq heç nə eləmirdim. Yenə Sara ilə söhbətimizdə onu axtarmaq, onunla danışamğım üçün məni inandırmağa çalışırdı.
- Sara, artıq bəsdir. Sadəcə bir dəfə evə gəlib o da telefonun götürmək üçün. Məni görmək istəsəydi görərdi.
- Neyniyəcəkcən? Əli qolu bağlı oturacaqsan?
- Bəlkə də belə yaxşıdır. Yanımda olduqca ona bağlanırdım. Sonra sevgi ilə səhv salardım.
- Özün bilərsən, amma məncə haqsızlıqdır bu. O sənin qismətindir. Düz ayağına qədər gəlib çıxmış qismət. Neynəsəndə o səninlə evləndi. indi sənin onu əlinlə itələməyin mənasızıdır. Daha doğrusu ağılsızlıq.
Sara sözünü deyib getmişdi. Amma yenə də mən fikrimdən dönmədim. Beləcə yenə günlər keçdi. Amal indi sadəcə paltarlarını dəyişməyə gəlirdi. Arada qarşı qarşıya gələndə başı ilə salam verirmiş kimi tərpədib üzümə də baxmadan yanımdan düz keçirdi. Gülsüm xala ilə yemək zamanı onun baxışlarını üzərimdə hiss edirdim. Qadın çox narahat idi. Niyə də olmasın. Gözünü ağı qarası bir oğlunun üzü evlənəndən bəri gülməmişdi.
- Gülsüm xala, məni bağışla.
Bunu deyib doluxsundum.
- Niyə? Nə oldu qızım?
- Bağışla, mən amalı xoşbəxt edə bilmədim.
- Can, quzum ağlama.. ayy gözlərinə qurban olaram sənin. Ağlama. Günah səndə deyil, oğlumdadır. Ailə iki tərəfli sevgi ilə qurulur. O isə tək öz sevgisinin sənə yetəcəyini düşündü.
- Yox, o da sevmir.
- Sevmir?
Gülsüm xala gülməyə başladı.
Qızım, sənin xəbərin var ki, Amalı necə hala salmışdın. Heç vaxt mənimlə öz həyatındakı qızlardan danışmazdı. Amma səni dedi. Zəng vurub dedi ki, xala günəşimi tapmışam. Axtardığım günəş Maskatdaymış. Mənim səmamada parlayacaq o. Mənim Şəmsim olacaq. Səncə bu sözləri deyən Amal sevmir..
Ağzım açıq Gülsüm xalanı dinləyirdim. O isə əlini çiynimə vurub süfrədən qalxıb getdi. Qapıda dayanıb yenə dönərək, : - əgər onu sevmirsənsə ən yaxşısı sizing yollarınızın ayrılmağıdır.
Bədənim əsdi. Artıq Gülsüm xala dab u izdivacdan xəbərsiz bizim yollarımızı ayırmağımızı istəyirdi.bəlkə də elə ən doğrusu bu idi.
* * *
Bir həftə keçdi. Artıq boşanmağımıza sadəcə həftələr qalmışdı. Amal yenə də arada bir gəlir. Gülsüm xala ilə nəsə danışıb gedirdi. Arada bir məndən nəsə lazım olsa Gülsüm xaladan istə deyirdi. Ünsiyyətdən qaçırdı hər zaman. Men de artiq öyreşmişdim. Göz görmeyince könül de alışır. Günlerimi kitab oxumaq, tvye baxmaq, Sara ve Kamille birlikde olmaqla keçirirdim. O qeder menasiz heyat sürurdum ki, bunun ferqinde olsam da hec ne vecime deyildi. Amal ise gün erzinde sadece 1 - 2 saatliq eve deyirdi. Elece üzüme baxmadan " Nese lazimdir? " deye sorusub gedirdi. Bir gün ise eve hemişeki vaxtdan tez geldi. Metbexin eyvanından gormuşdüm. Maşının yaninda elinde telefon o terefe bu terefe gedib gelirdi. Narahat idi nedense, elini saçina atib her deqiqe qarişdirirdi. Gözlemediyim anda başını qaldırib eyvana baxdı. Baxislarimiz toqquşdu. Perişan idi. Her halda Nadyası ile dalaşib deye düşunüb gozlerimi cekib elimdeki kitaba zilledim. Amma fikrim yanında qalmişdı. Bir az keçmışdi ki, Amal eve girdi. Mense hele de kitabin eyni sehifesinde hetta eyni setrinde ilişib qalmışdım. Fikrimi heç cüre toparlaya bilmirdim. Amalin eyvanin qapisini açib yanima gelmesi ise lap çaşdirmişdı. Yanima eyleşdi. Danışdirsa susacaqdım. İncidiyimi belli edecekdim. Amma o susurdu. Men sakitce başimi ona teref dönderende ise baxislarini yere dikdiyini, derin - derin nefes alib verirdiyini gördüm. Çox narahat idi. İster istemez meni de narahatlıq bürûdû ve özumu saxlaya bilmeyib sohbete basladim.
- Yaxşısan?
- ...
- Amal, ne olub?
- Şems.
- Eşidirem.
- Danışmalıyıq.
İçimde bir şeyler sındı ele bil. Aglima gelen sadece Amalın boşanma tarixini daha da yaxinlasdirmaq isteyini deyeceyi idi.
- Ne olub?
- Baban
- Babam? Babam ne?
- Atanla ikisini...
- Amal, düz emelli danış. Ne olub babamla atama.
- Vurulublar.
- Ne?! Ne danişirsan sen?! Ne vurulması!?
- Şems, sakit ol.
- Ne sakit ol? Amal ne olub? Yoxsa...Aman Allahım yoxsa onlar...yox!!
- Şems, sakitleş! Aglama, atanla danışdım,
- Yox, yalan deyirsen! Amal, Amal, yalvariram, qurban olum düzünu denen. Ne olub? Yalvariram, yalvariram düzûnü de!
- Şems, ayağa qalx. Ağlama, qurban olduğum. İnan mene atan özu zeng vurmuşdu, o çiyninden yaralanib. yaxşidir
- Bes babam?
- ...
- Meni ora apar. Getmek isteyirem. Amal, yalvariram ne olar apar.
- Biletleri almışam, axşama Moskvada olariq, sabaha ise Maskatda.
Amal meni bagrina bassa da sakitleşe bilmirdim. Düşünende ki, ailemden birine nese olub canımdan can qopurdu. Bütün yolu ağlamaqdan bir teher olmuşdum. Amal atama zeng vurub menimle danısdirib sakitleşmemi istese de heç kim babamın veziyyetinin nece olduğunu demirdi. Hec atamın sesi de yaxşi gelmirdi. Yolda Amal bir an bele tek qoymadı meni. Ya elimden berk berk tutur, ya da meni bagrina basirdi. Moskvada hava limaninda teyyareye minik baslamamışdi. Amal qalxib mene su almaq isteyende getmeye qoymadım. Yanimdan ayrilmasini istemirdim. O meni özüne sıxdıqca men de ondan berk yapisirdim. Aglamaqdan sesim bele tutulmuşdu.
- Amal.
- Ay can.
- Onlara heç ne olmayacaq he.
- Elbette, ikisi de salamatdir.
Men yeniden aglamaga başladim.
- Şemsim, besdir ağladın bax, az qalib çatiriq. Özün goreceksen ki, yaxşidirlar.
- Babam. Niye demirsiniz. Atamin sesini eşitdim, amma onun.
- shh.. Sakit ol. Söz verirem hec kime hec ne olmayacaq.
- Sene inaniram. Sen heç vaxt sözunden dönmürsen. Bu defe de tut. Yaxşi olsunlar.
Amala yalvariş dolu baxişlarla baxirdim. O ise ele eminlikle mene zillenmişdi ki, hemin anda rahatliq tapmisdim.
Artıq Maskatda idik. Buralar üçün çox darixsam da ne istisini ne güneşini, ne sonsuz görunen sehralarini, mas mavi okeanını dûşunecek halda deyildim. Yol azaldiqca sebrim daralarirdi. Amal bunu hiss edirdi. Elimden berk tutub "Şems, sakitleş artiq, bax çatmişiq, qorxma, yanindayam" deyib sixması ile ona sadece bir kelme "hemişe yanimda ol" demek istədim. Amma deye bilmedim...

Müəllif: Lili SH


Şərhlər:
Baxılıb: 1087
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz