Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Şəmsparə (22-ci bölüm)
Şəmsparə (22-ci bölüm)
Göndərən: Antikvar
Şərhlər:
Baxılıb: 1259
Səs ver:
Telefonun elementi çıxdığından sönmüşdü. Qaldirib yerine taxsam da yandırmadım. Hikkemden neynediyimi bilmirdim. Bu qadınla aralarinda nese varmi deye düşunmekden aglımı itirecekdim. Divanda eyleşib sessiz semirsiz gozumu bir nöqteye zillemişdim. Asqırib, öskurmekden men de bir teher olmuşdum. Amalın öskürmesinden ayildigini bilib otaga kecdim. Ayılmışdı hem de yene titredirdi. Qizdirmasını yoxlamaq üçün elimi alnına qoyanda, ise öz elimin istisinden bir sey anlamamışdım. Hemin anda ferqine vardım ki, özümun de qizdirmam varmış. Gülsüm xala gelib Amalı soruşub, qizdirmasıni yoxladı. Mene baxib, qeribe baxişlarla üzümü süzdü.
- Sene ne olub?
Elıni üzume getirende ise menim de heraretim olduğunu gordu.
- hii, qızım, sen de yanirsan ki. Ay Allah, men ne deyim size, yeke adamlarsıniz, amma özünüzü uşaq kimi aparirsıniz. İlin bu vaxtı, hansı agilli eyvanda yatar. Keç gorum yataga.
Gülsüm xala zorla meni Amalın yanına uzatdi. Utanib etiraz etsem de onun " ay bala, yoldaşındırda, yad adam deyil,
- Men yaxşiyam xala
- qızdirmadan yanir, deyir yaxsiyam. Uzan dedim. Size yaxşı kotek vurardim, hele bir sagalin elimden çekeceyiniz var.
Gece düşmuşdu, Gülsüm xalanin elini alnimda hiss etdiyimde gozlerimi acdim
- shh, yat, qizdirman hele dûşmuyube, nece soyuqlamisansa artiq.
- Amal?
- o yaxsidir, yatir, sen de gözunu yum.
Gece boyunca qizdirmam duşmediyinden yene kabuslar gorurdum. Ayilib yatsam da qorxurdum. Elimi atib Amalin koyneyinden yapısib yatdim. Evde olanda Anamla Ezizenin arasinda yatanda hemişe bele edirdim. Qorxum kecirdi o anda. Seher gozumu acanda ise oldugum veziyyete inana bilmirdim. Nece olmuşdusa Amalın qollari arasinda idim. Nefesini saçlarimda üzumde hiss edirdim. Terpenmeye çekindim. Amma oyanib bizi bele gormesini de istemirdim. Asta asta cekilmek istesem de bacarmirdim. Ele berk tutmuşdu ki, çıxa bilmirdim. Bütün cehdlerim boşa idi. Axirda oyansa bele birden ayağa qalxmaq istedim. Bu defe de cıxa bilmedim. Amalin üzune baxanda ise gülümsediyini gordum.
- Oyaqsan?
- imkan verdin ki, yatmaga, xoruldamağın bes deyilmiş kimi indide ele qucaqlamisan ele bil qaçacagam.
- Kim, men? Men xoruldamiram, özu de sen meni tutmusan men yox.
- Yeke qizssan yalan danisirsan.
- özunsen yalancı
Amal berkden güldü, ele men de. Sesimize Gülsum xala geldi, qapini doyen kimi nece Amalı iteleyib kenara çekildimse Amal az qalsın yıxılacaqdi.
- Gel xala.
- Güluş sesleriniz evi bürüyub, deyesen yaxsisiniz.
İkimizde basimizi yelleyib tesdiqledik.
- Lap yaxsi. Amal, oglum, qonağın var.
- Kim?
- Xestexanadan, Nadya
Yene bu Nadya. Onun adıni esiden kimi yerime uzandim tezden. Amalin qonagidir özu qarsilasin, mene ne. O da hevesliymiş kimi o saatca yerinden qalxib getdi. İceride ne danisirlar deye ureyim partlasa da Gülsüm xala yanlarindadir deye rahat idim. Daha sonra ondan söz alardım.
Səslər gəlməyincə maraq məni daha da bürüdü. Ayağa qalxıb yavaşca qulağımı qapıya dirədim. Heç nə eşidilmirdi. Qapını yavaşaca araladığımda gördüyüm mənzərədən gözlərim hədəqəsindən çıxacaqdı az qala. Nadya qollarını amalın boynuna sarmış, Amal isə ondan qurtulmağa çalışırdı. Rus dilində astadan danışdıqlarından heç nə eşitmir eşitdiklərimi başa düşmürdüm. Qapını bərk örtüb yerimə qayıtdım. Bilərəkdən bərk çırpmışdım. Qoy gördüyümü bilsin deyə. Bir neçə dəqiqə sonra çölün qapısı bərk örtüldü. Kimsə çıxmışdı. Otağın qapısı açılanda üzü divara uzanmışdım deyə yerimdən tərpənmədim. Amma özümü cilik cilik olmuş şüşə kimi hiss edirdim. Paramparça oldum. Amalın o qadını öpdüyünü düşünəndə üəyim necə sancdısa dərin dərin nəfəs ala bilmrdim. Əsirdim bütün.
- Şəms, yatmadığını bilirəm
- Mən yatmışam demədim
- Bəlkə danışaq?
- Danışılası bir şey yoxdur
- Bax, sən...əgər nəsə gördünsə inan mənə....
Yerimdən qalxıb düz Amalın gözlərinə zillənərək yenə öz həyatımı alt üst edəcək cümləni dedim.
- 2 ay gözləməyinə ehtiyac yoxdur. Ayın sonunda boşanma ərizəsini verərik.
Necə demişdim bilmirəm. Amma o anda bunu istədiyimi zənn etmirəm. Sadəcə çox qəzəbli idim. Mənim evimdə mənim həyat yoldaşımı öpməyə çalışan qadın üz tapmasa bunu eləməyə cəsarəti çatmazdı. Özümdən asılı deyildi, o anda ani reaksiya ola bilərdi, amma keçmiş olsun. Artıq demişdim.
- Yaxşı ...
Qapılar çırpıldı, ev əsdi. Yenə eyni ssenari. Amal getmiş, mən isə göz yaşları içində boğulmuşdum. Gülsüm xala evdə yox imiş. Onları tək qoyub çıxıb. Buna görə lap hirslənmişdim. Axı o qadınla onu necə tək qoya bilərdi. Gülsüm xala otağıma gələndə ağlamaqdan gözlərim şişmiş, burnum qızarmışdı. Keçirdiyim narahatlıqdanmı, yoxsa dünənə aldığım soyuqdanmı hərarətim də qalxmışdı. Amma bunu düşünəcək halda deyildim.
- Qızım, yaxçısan?
- ...hə.
- Vay vay, qızdırman hələ düşməyib. Amal hanı bəs?
- Bilmirəm
- Necə bilmirəm. Hələ tam sağalmamış hara getdi.
- Bilmirəm, Gülsüm xala, bilmirəm.!
Səsimi yüksəltmişdim ona. Amma bunu düşünəcək halda deyildim. Tək düşüncəm buralardan çıxıb getmək idi. Telefonum zəng çaldı. Əzizə idi zəng vuran. Telefonu götürməyimlə ağlamağım bir oldu. Indi ona elə ehtiyacm var idi ki.
- Şəmsim, canım mənim. Nə olar ağlama. Içim parçalandı burada.
- Əzizə, mən evə istəyirəm.
- Caann.. quzum nolar belə eləmə. Nə baş verib ki, nəsə olub Şəms. Sən belə ağalağan deyilsən axı.
Mən isə cavab vermədən hey ağlayırdım. Canım yanırdı. Həm də çox.
- Şəms, sakitləş.. Amal xətrinə dəyib? Ay qız ağlama, cavab ver.
- Yox, sadəcə darıxıram.
- Dəli qız. Amala denən göndərsin səni. Mən də gələrəm.
- Yaxşı..
Bir az söhbət etdikdən sonra dəstəyi assamda hələ də rahatlıq tapmamışdım. Qapı çalanda Saranın səsini eşitdim. Özümü toparlamağa çalışsam da qızarmış burnum və gözlərim məni ələ verirdi.
- Olar?
- Gəl, Sara
- Necəsən? Gülsüm xala dedi xəstələnmisən, özünü yaxşı hiss etmirsən.
- Hə, bir az soyuqlamışam. Kamil hanı ?
- Sahib evdədir. Onunla oynayır.
- Nə yaxşı gəlib demək. Sevindim sənin adına.
- Çox sağol....çox sağoldaaa sənə nə olub? Bu nə haldır?
- Dedim axı soyuqlamışam.
- Şəms, adam soyuqlayanda ağlayır?
- ....
- Nə oldu yenə? Amalla dalaşdınız.?
- Yox.
- Bəs niyə ağlamısan?
- Evdəkilər üçün, üvim üçün darıxdım. Getmək istəyirəm.
Yenə ağlamağa başldım.
- Ay dəli, sənin evin buradır. Sevdiyinin yanı. Həm düşün ora getsən Amal üçün darıxacaqsan axı.
Sara heç nəyi bilmədiyindən, ona belə danışmaq asandır. O bizi normal ər arvad zənn edir. Haradan bilsin olanları.
- Caann..
Sara məni necə qucaqladısa hönkürtü ilə ağladım. Axı nə baş verirdi. Niyə canım bu qədər yanırdı? Saranın qollarında az da olsa huzur tapmışdım. O qədər ehtiyacım var idi ki, bu anda əzizlənməyə. Bir az sakitləşmişdim. Sara yenidən maraqlanmağa başladı.
- Şəms, bax Amalla hələ təzə evlisiniz. Belə şeylər normaldır. Axı bir birinizi az tanıyırsınız. O qədər yalnış anlaşılmalar ola bilər ki.
- Bunu yalnış anlaşılacaq tərəfi yoxdur. Mənə xəyanət edir.
Dilimdən çıxan kəlməyə özüm də peşiman oldum. Bunu deməməliydim. Bu gün dilimə sahib çıxa bilmirəm deyəsən. Amma kiminləsə danışmağa ehtiyacım var idi.
- Necə? Nə xəyanət. Amal elə biri deyil axı. Yox, burada səhvlik var. Ola bilməz.
- Gözlərimlə gördüm. Mənim evimdə mənim ərimlə qucaqlaşırdı o ləçər.
- Aaaa kim?
- Kim olacaq o sarıbaş Nadya.
- Ay Allah.. nə pis oldu. Əminsən? Nə bilim məncə burada nəsə yalnışlıq var. Amal xəyanət edirsə tutaq ki, niyə evində. Dəlidir bu adam? Bilmir ki həyat yoldaşı evdədir. Nə gördün konkret. Yəni çox yaxın idilər?
- Qız qolları ilə Amalı qucaqlamışdı. Onu öpməyə çalışırdı.
- Amal qarşılıq verdi?
- Yox. Daha çox qurtulmağa çalışırdı, amma o da evdə olduğu üçündür yəqin. Xəstəxanda bütün günü amalın ətrafında gəzir. Yadında birinci dəfə xəstəxanaya getmişdik. O da girdi otağa. Amala əzizim deyib məni kənara itələdi.
- Şokdayam.. Amma məncə zənn etdiyin kimi deyil hər şey. Amal səni təqdim etdi ona. Dedi həyat yoldaşımdır?
- Hə dedi.
- Və?
- Heç nə, qız şoka düşmüşdü.
- Gördün. Deyirəm də. 100% bu qızın Amalda gözü var. Zorla ələ keçirmək istəyir.
- O da keçməyə hazırdır narahat olma.
- Demirdin ki, Amal qollarından çıxmağa çalışırdı?
- Evdə olmasaydı inanmıram ki, belə reaksiya verərdi.
- Məncə günah səndədir. Amala çox soyuq davranırrsan. Mənim sənin kimi arvadım olsa bir aya boşayaram.
Sara zarafat edib gülümsətmək istəyirdi məni, amma bilmədən gerçəyi üzümə çırpmışdı. "Bir aya boşayaram” sözünə necə hönkürtü ilə ağladımsa yazıq qorxdu.
- Yaxşı.. özünü toparla. Amal sənin bu şişmiş gözlərinə, qızarmış burnuna baxıb yanında qalmaz. Ağıllı ol, həyat yoldaşına sahib çıx.
- Kişilər belədirlər. Bir az sərt üz göstərdinsə vəssalam kim xoş üz göstərsə ilk işi yanına qaçmaq olur. Mənə bax, ayıb da olsa soruşacağam. Amalla münasibətiniz necədir?
- ....
- Yəni gecə?
- ...
- Of Şəms, ərinlə gecə bacı qardaş kimi yatmırsan hər halda.
Hə, yaxşı yerdə axşamladıq. İndi gəl Saraya denən ki, az qala iki aylıq evlilik həyatımızda onu özümə yaxın belə buraxmamışam.
- Əgər özələ girdimsə bağışla. Sadəcə kömək etmək istəyirəm.
Nə deyim indi mən.
- Şeyy Sara
- Ay can.
- Biz Amalla.. yəni onunnla evliliyim... gerçək deyil. Daha doğrusu gerçəkdir, amma heç bir sevgi üzərində qurulmayıb. Bizdə vəziyyət bir az başaqa cürdür.
- Necə yəni?
- Uzun söhbətdir.
- Istəyirsən danışma. Məcbur deyilsən Şəms
- Yox istəyirəm. Artıq içimdə saxlaya bilmirəm.
Bütün olanları lap əvvəldən Saraya danışdım. Qız heç bir reaksiya vermədən məni dinlədi.
- Bax belə.. bu da bizim evliliyimizin tarixi.
- Sən deyəsən kinolara çox baxırsan ay Şəms.
- Inandırıcı deyil hə? Indi yəqin başa düşərsən məni
- Yox.
- Sara bu qədər şey danışdım, necə yox.
- Yoxx onu başa düşdüm. Anlamadığım sən indi hələ də Zaharı sevirsən yoxsa Amala aşiq olmusan?
Sara özümə etriaf edə bilməyəcəyim gerçəyi üzümə sillə kimi vurmuşdu. Bu sualı az verməmişdim özümə...Amma cavabını tapa bilmirdim hələ də.

Müəllif: Lili SH


Şərhlər:
Baxılıb: 1259
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz