Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Şəmsparə (21-ci bölüm)
Şəmsparə (21-ci bölüm)
Göndərən: Antikvar
Şərhlər:
Baxılıb: 1068
Səs ver:
Yenə qaranlıq çökdü günəşə. Yenə aldı qarşısını qara buludlar.
Telefon əlimdə donub qalmışdım. Zaharın zəngini gözləmirdim. Heç ağlımdan belə keçməmişdi. O anda nə edəcəyimi bilmədim. Zahar elə hey danışır mən isə yenə fikirlərlə alt üst oldum. Ürəyim sızıdladı ani. Yaşadığım hər şey yenidən gözümd canlandı, yenə bürüdü gözümü qaranlıq. Sadəcə 2 ay...2 ay sonra azad olacaqdım. Nə Amal nə Zahar...Sadəcə özüm
- Şəms oradasan? Eşidirsən məni?
- Hə
- Bilmirəm məni bağışlamayacaqsan. Amma mən də eşdinədə ki sən onunla evlənirsən dəli oldum. Gözləmədin şəms..
- Indi günahkar mənəm?
- Yox. Günah yalnız ondadır. O olmasaydı bütün bunlar olmazdı.
- O dediyin mənim həyat yoldaşımdır. Danışığını bil.
- Deməli bu qədər sevirsən onu?
- Sənə qalamyıb.
- Şəms səsindən hiss edirəm, sən onunla xoşbəxt deyilsən.
- Zahar bir daha mənə zəng vurma, mən ərli qadınam.
- Şəms, mən səni unuda bilmirəm.
- Sağol
- Səni sevirəm, bunu heç vaxt unutma.
Evə girəndə Amal qapıda dayanmışdı. Üzümə baxmadan əlini sıxmış yenə dişlərini qıcayırdı. Heç nə demədən qarşısında dayanmışdım. O isə yanəmdan keçib evdən yenidən çıxdı. Özümü yatağa atıb nə qədər cəhd etsəm də yata bilmədim. Gülsüm xala Amalın girməsi ilə çıxmasını görüb heç nə soruşmadan otağına çəkildi. Nəfəs ala bilmirdim. Divarlar üzərimə gəlirdi. Sıxılırdım. Hava alamalıydım bir az. Mətbəxdəki eyvana çıxıb yenə küncdə oturdum. Gözümü yumub öz otağımı təsəvvür etdim sadəcə. Az da olsa rahatlq tapmışdım. Ynidən hər kəsə olan qəzəbim baş qaldırmışdı. Yenə hamıya nifrət edirdim. Darıxırdım evim üçün, Əzizə üçün. Berika.. indi onunla sonsuz kimi görünən səhrada birlikdə küləyə qarşı getmək vardı. Amal çox hirslənmişdi. Amma çox nahaq. əsəbiləşəcək bir şey yox idi. Özü 2 ay sonra boşanmağımızı istəyirdi. Artıq 1 ay yarim vaxt qalib. Bunu istemirdi ki? Kimi aldadıram.. o bunu istəmirdi Şəms xanım, sən istəyirdin. Sən onu təhqir edib nifrətini qazanırdın. Gülsüm xalanın səsləməsi ilə fikrilərimdən ayıldım. Beynim yenə qaynayırdı fikridən. Birnini qoyub birini düşünürdüm. Heç birinin də həllini tapmamışdım. Çıxış yolu haradadır tapa bilmirdim. Ayağa qalxıb Gülsüm xalaya "eyvandayam, hava alıram, siz yatın” deyib yenidən yerdə küncdə oturdum.
- Qızım gecənin bu vaxtı, özü də soyuqda burda nə işin var. Keç içəri.
- Siz yatın, mənə bura rahatdır, narahat olmayın.
- Canım gözüm xəsətlənərsən. Gələndə yadında nə günə düşdün.
Əslində içimdən keçdi. Kaş elə xəstə olardım. ən azəndan onda o....offf..
- Şəms, səsinləyəm qızım, keç içəri.
- ....
- Şəms, hirslənirəm, amma.
- Gülsüm xala, xahiş edirəm. Tək qalmaq istəyirəm. Bir azdan keçərəm, narahat olmayın.
Dilinin altında deyinə deyinə içəri keçdi. Canıma üşütmə düşümüşdü. Amma soyuqdan yox. Sadəcə boşandıqdan sonra olanları düşündüm. Neynəyəcəyimi düşündüm. Və heç nə....Necə keçdi o saatlar bilmirəm, amma dan yeri ağarırdı. Yuxuya getmişdim orada. Səhərin soyuğunda donmuş şəkildə ayıldım, üşüsəmdə üzərimdə örtük var idi. Alaqaranlıqda ətrafıma baxanda düz yanımda əyləşən Amalı gördüm. Başını divara söykəmiş gözlərini yummuşdu. Deyəsən o da yatmışdı. Demək qayıdıbmış. Asqırmağımla diksindi.
- Bağışla..
- Sağlam ol.
Ardınca isə amal sqırdı.
- Sən də sağlam ol.
- Məncə ikimizdə də artıq sağlamlıqdan keçib.
- Burada nə işin var? Düşündüm gəlməyəcəksən.
Amal mənə baxmadan düz gözünü eyvandan görünən yola dikmişdi.
- Hə, gəolməyəcəkdim. Gülsüm xala zəng vurdu ki, yenə küncdə gizlənmisən, özü də soyuqda.. və inadına salıb içəri keçmirsən.
- Indi guya sən məni içəri aparcaqdın.
- Deyəsən elə eləməliydim.
Ikimizdə mülayim şəkildə gülümsündük.
- Hava qəşəng idi, qərar verdim mən də bir az hava almış olaram. O da yuxu tutub. Və deyəsən belim də tutulub.
Ikimiz də susub düz yola baxırdıq. Səssizliyi isə Amal pozdu.
- Yenə nədən qoruyurdun özünü, gizlənmisən küncdə.
- Kim dedi ki, nədənsə qoruyanda küncə girirəm.
- Nə bilim. Dedim bəlkə özün müdafidə hiss edirsən belə.
- Yox.
- Bəs nə?
- Doğrudan bilmək istəyirsən?
- Hə. amma burada bir az da qalsaq Gülsüm xala ikimizidə döyə bilər. Əli ağırdır deyim bil.
- Deyəsən çox kötək yemisən..
- Təsəvvür edə bilməyəcəyin qədər.
Ayağa qalxıb əlini mənə uzatdı. Gülümsəyərək əlimi ona verib mən də ayağa qalxdım. Eyvandan çıxanda Gülsüm xala su içirdi, bizi görüb stəkanı yerə saldı.
- Ay bismillah. Ay bala ürəyim düşdü. Səhər hələ açılmayıb burada neynirsiniz. Hiii yoxsa ikiniz də burada yatmışdınız?
- ....
- Buna bax da. Qızı içəri salsın deyə çağırmışam, gedib özü də orada yatıb. Dəlisiniz ikinizdə, dəli.
Gülsüm xala deyinə deyinə içəri keçdi.
Mən də çayı qoyub stula əyləşdim. Mən titrəsəmdə Amal üşüyənə oxşamırdı, amma dayanmadan asqırırdı.
- Mənim üzümdən xəstə oldun.
Bu sözümə Amal elə diqqətlə üzümə baxdı ki, elə bil nəsə dedi, amma mən eşidə bilməyəcəyim tərzdə. Sonra başını salıb : - hə, danış görüm niyə evdə harada ünc var ora qaçırsan.
Sözünə gülüb, uşaqlığımı yada saldım. Çünki bu xasiyyətim uşaqlqdan qalmışdı.
- Atamı incitmişdim bir dəfə?
- Bir dəfə?
- Yox... (gülürdük) yəni dəfələrdən birində (Amal da mənə qoşulub gülürdü.) Amma heç vaxt qıymırdı cəzalandırmağa. Eləcə bir söz deyirdi.
- Şəmsparə
- Sən haradan bilirsən?
- Atan deyib.
- Hə... nə vaxt ki, hirslənirdi eləcə "otağına qalx, Şəmsparə” deyirdi. Pis olurdum onun o halına. Qıymırdı mənə nəsə deməyə, amma mən də dəcəlliyimdən qalmıyıb onu incidirdim. Özümə cəza verməyi düşündüm. Kencdə dayanmağa başlıyırdım, bir ayaq üstə. Gülmə, düz deyirəm. ..Elə elə vərdiş yarandı. Nə vaxt özümü günahkar hiss edirəm qaçıb küncə girirdim.
- Özünü günhakar hiss edəcək nə oldu ki, bu gün?
Amal məni pis vəziyyətdə qoydu. Sözümü mənə qarşı istifadə etdi. Dorğudan da niyə özümü cəzalandırırdım ki? Günahkar idimsə, kimin qarşısında?
- Eləcə hava alacaqdım.
Amal məyus halda başını yenə aşağı saldı. Deyəsən məndən nəsə gözləyirdi. Dünənki telefon zəngimlə bağlı nə isə açıqlamalı idim. Amma eləyə bilmirdim. Qalxıb getmək istəyirdi ki, əlindən tutub dayandırdım. – Amal, çay hazırdır.
O isə əlimə baxıb geri çəkildi. "Sən iç isin, mən üşümürəm.” Yenə getdi. Amma qapı çırpılmadı. Demək ki, evdəydi. Elarabir asqıarmaq və öskürmək səsindən evdə olduğunu anlamışdım. Mən də ondan geri qalmırdım. Çayı içmədən otağıma keçdim. Tir tir əsirdim. Yuxu tutmuşdu, ayıldığımda isə Glsüm xalanı başımın üstündə gördüm.
- Yaxşısan qızım?
- Hə.. Narahat olmayın.
- Amalın qızdırması var. Dedim bəlkə sənin də qızdırman var.
- Nə? Nə qədərdir.?
- Bir az çoxdur. Sayıqlayır bayaqdan.
Yerimdən qalxıb Amalın yanına getdim. Alnında tər muncuqlanmış rəngi qızarmışdı. Od tutub yanırdı bütün. Narahat halda Gülsüm xalaya baxanda "Qorxma, indi salacam mən” deyib əli ilə saçımı oxşadı.
- Bəlkə otağa aparaq.
- Yaxşı fikridir.
Gülsüm xala ilə güclə Amalı otağa gətirdik. Evi tikilmiş elə ağır idi ki, iki qadın güclə çatdırdıq otağa. Gülsüm xala üstünü örtüb "Mən indi gəlirəm” deyib otaqdan çıxdı. Donmuş vəziyyətdə Amala baxırdım. Elə bil ilk dəfə idi ki, xəstə, qızdırmalı adam görürdüm. Özümü itirmişdim. Mənim üzümdən xəstələnmişdi. Adımı çağırması ilə yaxınlaşdım. Qızdırmadan sayıqlayırıd. Amma nə dediyini anlaya bilmirdim. Bircə "Şəms və demə” sözlərini eşdirdim.
- Buradayam Amal,
Gözünü açıb mənə baxsa da heç nə anlamamışdı. Bəlli idi ki, qızdırmadan özündə deyil. Gülsüm xala gəlib otağa Amalın paltarını dəyişmək istədi. Başımı aşağı salıb qızra qızara Amal köynəyini geyindirirdik. Hər ona toxunduqca daha da utanırdım. Gülsüm xala bunu görüb mənə "Sən get, su bir də dəsmal gətir” deyib məni otaqdan yolladı. Bir saat keçmişdi, Amal sakitləşmiş yatmışdı. Amma arada bir titrəyirdi.
- Soyuq sümüyünə işləyib.
- Mənim üzümdən.
- Ay bala səni üzündən niyə olur. Yekə adamdır, baş qoşmazdı sənə. Mən indi getməliyəm Sonanın iynələrini vurub gələcəm. Nəsə olsa özün həkimsən öhdəsindən gələrsən, qızdıamrı qalxsa xəbər ver mənə də
- Yaxşı.
Gülsüm xalanın çıxması ilə Amalın yanına oturub gözümü düz üzünə zilləmişdim.Bu adamın bütün üz cizgilərini əzbər bilirdim artıq. Əsəbiləşəndə, sakit olanda, təəcüblənəndə. Amma çox maraqlı idi ki, bu adam yatanda məsum körpəyə oxşayırdı. Amalın üzünü heç vaxt tüklü görməmişdim. Həmişə baxımlı olurdu. Həkim olduğundan belə şeylərə iki qat diqqət edirdi. Həmişə üstü başı səliqəli, üzü təmiz, saçları daranmış olurdu. Indi isə azacıq uzun saçları dağılmış, üzü azca tüklənmişdi. Amma belə daha yaraşıqlı olmuşdu. Amalın bütün üz cizgilərini incələyərkən dərindən nəfəs alaraq yerindən tərpəndiyini sezdim. Ayağa qalxıb ona yaxınlşanda oyanmadığnı eləcə yerini rahatladığını gördüm. Demək ki, artıq yaxşıydı. Yanına uzanıb onu izləməyə davam etdim. Necə oldusa bir anlıq gözümü yumdum. Yatmamışdım. Olur bəzən gözlərini yumursan yuxu tutur, amma ətrafda olanları eşidir, hərəkətləri sezirsən. Yanağımda duyduğum istilikdən anladım ki, Amal oyanıb. Gözlərimi açmadan yalandan özümü yuxuluğa vurdum. O isə üzümü oxşamağa davam edirdi. Hərarəti tam düşməmişdi əlindəki isilikdən anlamışdım. Bir az sonra isə əlini elə yanağımda salxadı. Hərəkət etməməyindən yenidən yatdığını düşünüb yavaşca gözümü açdım. Düz bilmişdim. Yenidən yuxu aparmışdı. Amma nədənsə əlini üzümdən götürmədim. əkisnə mən də əlimi onun üzünə apardım. Toxunub toxunmamaqda tərəddüd etsəmdə yavaşaca toxunmuşdum. Üzünün tükləri əlimə batırdı. Gülmək tutdu məni. Bir anlıq əlimi geri çəkilib onun da əlini çəkdim.
- Mən neynirəm belə. Şəms, özünə gəl qızım.
Ayağa qalxıb yatağın ayağında əyləşdim. Onun üzünə toxunduğum əlimi elə sıxmışdım ki, dırnaqlarım dərimə batırdı. Bir az sakitləşmək üçün eyvana çıxdım. Hava günəşli idi. Bir az nəfəs alıb içəri keçəcəkdim ki...
- Mənim xəstələnməyim bəs etmədi?
- Ay! Ürəyim!
Amal ayağa qalxıb arxamca gəlmişdi. Səsinə necə diknimşdimsə əllərim əsirdi bütün. O isə yarı yuxulu halsız divara söykənib gülümsünürdü.
- Gəl, keçək içəri. Qızdırman hələ düşməyib sən təzədən evana çıxmısan.
Qolundan tutub otağa aparanda beynimdə ancaq bir fikir var idi. Görəsən az əvvəl ona toxunanda oyaq idi deyə içim içimi yeyirdi. Üzünə baxmadan yerinə uzadıb üstünü örtdüm.
- Nəsə istəyirsən, gətirim.
- Hə, istəyirəm.
- Nə? Indi gətirəmə deyib ayağa qalxmışdım.
- Yanımda uzan.. söz verirəm , barmağımla belə toxunmayacağam.
Çaşıb qalmışdım.
- Şşey mən.. Tərəddüd etməmə Amal üzünü divara döndərib, : - narahat olma get dincəl dedi- səsindən incidiyini sezmişdim. Amalın üzünü döndərdiyi tərfə keçib yanında uzandım. Bu cəsarəti haradan tapmışdım özümdə bilmirəm. O isə gözünü açıb düz üzümə baxırdı. Baxışları bütün üzümdə gəzirdi. Indi deyəsən o mənim üz cizgilərimi əzbərləyirdi. Sıx kiprikləri ağır ağır qalxıb enirdi.
- Bəlkə yatasan, yuxu gözündən tökülür.
- Onda yenə əlinlə üzümü sığallayacaqsan?
Cərəyan vumuş kimi oldum. Ayıqmış.. Axmaq Şəms. Necə qızardımsa Amal bunu görüb gülümsündü. əli ilə burnuma çırtma vurub, gülərək gözlərini yumdu. Mən daha da qala bilmirdim onun yanında. Ayağa qalxıb qonaq otağına keçdim. Otaqda o baş bu baş gedərkən Amalın telefonun çaldığını eşitdim. Telefonu əlimə alanda isə Nadyanın zəng etdiyin görüb hirsimdən telefonu yerə atdım.

Müəllif: Lili SH


Şərhlər:
Baxılıb: 1068
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz