Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Şəmsparə (20-ci bölüm)
Şəmsparə (20-ci bölüm)
Göndərən: Antikvar
Şərhlər:
Baxılıb: 1163
Səs ver:
Həyatın qanunu budur, qaçan qovalanır....
Amal mənimlə vaxt keçirməmək üçün əlində gələni edirdi. Gülsüm xalanın narahatlığını dilə gətirib nə qədər rica etsəmdə öz bildiyini eləyirdi. Deyəsən özümə qarşı nifrət hissini oyatmışdım. Buna pis olurdum. Bir insan kimi Amal yaxşı biri idi. Nadyanın zəngindən sonra az qalırdım əlimə keçən hər şeyi vurub dağıdım. Sonra özümü sakitləşdirib geclə divana əyləşdim. Bilmirəm nə qədər boş boş baxdım eləcə. Gülsüm xala gəldiyində yanımda əyləşib xəstəsinidən danışmağa başladı. Onun ailəsinin ona baxmasından, qadının şikayətlərindən. Düzü fikrim amalın yanında qalmışdı deyə, qadını eləcə arada başımı tərpədərək və gülümsəyərək yola verirdim. Mənə xas xüsusiyyət deyildi, amma indi ürəyim partlayırdı ki, Amal hara getdi. Nadyanın bir zənginə sağollaşmadan çıxıb getdi. Sadəcə maraq idi. Başqa bir şey yox. Amman mən nə....özləri bilər.
- Ay şəms, fikrin hara getdi yenə..
- Nə?
- Ehhh mən də həvəslə sənə günümü danışıram. Tay denənə dinləmirəm.
Gülsüm xalanı yazığı pis vəziyyətdə qoymuşdum. Elə özüm də pərt olmuşdum. Qadın söhbət əsnasında nəsə soruşmuş mən də yenə başımı yelləyib gülümsəyib baxırmışam. Bir sözlə qarşısında axmaq vəziyyətdə oldum.
- Bağışla, mən...şey.. Gülsüm xala, olar bir söz soruşum?
- Soruş
- Nadya kimdir?
- Nadya? Nadya kimdir?
Çox gözəl, mən Gülsüm xaladan soruşum o da məndən. Şəms aldın başına bəlayı. Sənə Nadya lazımdır.
- Amalın iş yoldaşı.
- Nə bilim qızım, mən amalın iş yoldaşalrın elə də tanımıram. Amal elə açıq oğlan deyil. Nadir hallarda dost tanışından bəhs edər.
- Hə, aydındır.
- Nədir ki?
- Heç.
- Dəqiq?
- Hə.
Gülsüm xala niyəsə bic bic gülüb mənə baxdı. Onun bu gülüşü xoşuma gəlmədi. Qadın yenə beynimdən keçənləri oxuyurdu.
- Niyə elə baxırsan, Gülsüm xala.
- Heç. Qısqanclıq yaxşıdır, amma qədərində.
- Kim qısqanır. Mən qısqanmıram. Mən niyə qısqanmalıyam ki. Özü bilər Nadya bilər. Amma ən azından bir sağollaşardı. Nadyanın bir zənginə qaçıb getdi. Dünən görsəydin, qız az qalırdı mənim yanımda amalın ağzının içinə düşsün.
Danışdımsa dayandırmaq mümkün deyil məni. Deyəsən mən indi hər şeyi, yəni düşündüklərimin hamısını açıb Gülsüm xalaya demişdim. Bir anlıq dayanıb dodağımı dişlədim. Gülsüm xala isə məni sinəsinə basaraq gülməyə başladı.
- Caann, qızım mənim.. Sən bir bilsən gözlərində yazılanları.
- Nə yazılıb ki?
Gülsüm xala əli ilə üzümü tutub düz gözlərimin içinə baxaraq, - "Bunu mən yox, o oxumalıdır.”
- Kim?
- Nadya...Güslüm xala onun adını çəkib qəh qəhə atmış məni də əsəbiləşdirmişdi. Mən qısqanmırdım. Onun nəyini qısqanacaqdım. Heç də ondan geri qalmıram, lazım olsa ondan da qəşəng olaram. Sadəcə....nə sadəcə Şəms? Nə sadəcə? Qızım sən niyə bəzənməlisən? Tövbə tövbə....niyə də yox. Mən nə amal nə Nadyaya görə bəzənmiröəm ki, hər qadın özünə görə bəzənib düzənər. Bütün bunları mən düşürəm hə.. mən Şəms. Özümə inana bilmirəm. Hələ gəlib şkafın yanında dayanıb özümə paltar axtarmağıma heç inana bilmirəm.
"Axşam düşür mən isə hələ də geyim seçirəm. Allah bəlanı verməsin Nadya, mənə lazım idi bu? " yenə səsli düşündüm. Eşidən olsaydı gəl indi izah elə ki, niyə belə dedin, niyə camaatın qızına bəddua edirsən. Həm nəyi izah edəcəkdim, niyə izah edəcəkdim onu da bilmirəm. Bu sadəcə qadın qısqanclığıdır başqa bir şey deyil.. hə.. hə. Ancaq qadın qısqanclığı. Yenə gecə oldu, amma Amal evə gəlmirdi. Deyəsən bu gecə də evə gəlməyəcəkdi. Səhər çıxandır. Zəng də vurmurdu. Gülsüm xala evdə olmadığından ondan da soruşa bilmədim ki, Amaldan xəbəri var yoxsa yox. Yenə evdə tək qalmışdım. Saraya zəng vurub bir az onunla söhbət etmək istədim. Amma Sara da evdə yox idi. Qapının zənginə necə sevinmişdimsə açanda üzümdəki təbəssüm yox oldu.
- Istəmirsənsə qayuıda bilərəm?
Bu Sara idi. Kamillə bizə gəlirdilər.
- Yoxx.. dəlisən o nə sözdür. Mən də sənə zəng vurmuşdum.
- Deyəcəyəm ürəyimiz birdir, amma qapıda solan gülüşündən görürəm ki, ürəyin daha çox başqa biri iləymiş
- Sara!
- Can Sara. Mən də Sahibi belə həvəslə gözləyirdim ilk başlar.
- Sara! Mən heç kimi gözləmirdim. Elə bildim Gülsüm xaladır.
- Aha.. mən də o vaxtlar elə bilirdim qaynanamdır.
- Sara!
Sara bərkədən gülərək. – yaxşı yaxşı susdum. Niyə belə kefsiz oldun onda.
- Heç. ..
- ....
- Nə?..
- ....
- Niyə elə baxırsan?
- Gözləyirəm..
- ....
- Şəms, dalaşmısınız?
- Yox.
- Onda problem nədir? Götür zəng vur
- Yox.
- Niyə?
- Vura bilmərəm. Istəsəydi özü edərdi.
- Ay qız, yad adama zəng vurmursane həyat yoldaşına zəng vurursan.
- Olsun, yenə də yox.
- Yaxşı eləmə, qoy xəstəxanada o tibb bacıları görsün ki, Amalı itirib axtaran yoxdur, dönsünlər başına pərvanə kimi, yandırsınlar özlərini.
Sara bunu çox gülməli tonda, xüsusi mimika ilə deyib zarafat edirdi, amma xəbəri yox idi ki, damarıma basmışdı. O gülsədə mən onun dediklərini ciddiyə alıb düşünürdüm..
- Şəms, məni qorxudursan? Yaxşısan..eyy...qız uçdu getdi.. Şəms!
- Ay qulağım! Niyə qışqırırsan.
- Çünki eşitmirsən.
- Kamil necə oldu.
- Hmm.. söhbəti yayındırmaq cəhdləri....yaxşı olsun. Gördüyün kimi oynayır. Bu astma heç yaxşı olmadı, amma həkmilər dedi ki, nəzarət etsəm inşAllah zamanla müalicə olunsa keçəcək.
- Əlbəttə keçəcək.
Saranın qucağında qığıldayıb oynayan Kamilə baxıb gülümsədim və o anda ağlıma bir fikir gəldi. Amalın harada olduğunu öyrənməyin ən yaxşı yolu. Kamili Saranın qucağından alıb oynatmağa başladım.
- Sara Kamilin qızıdrması var ki?
- Nə? Qızdırma. Ver görüm bura?.....yox.. heç nə yoxdur
- Necə yoxdur. Bir az da keçsə qızdırması lap qalxa bilər.
- Doğrudan? Ayda noldu ki, bu gün də həkimdə idik. Hər şey qaydasındadır dedi..
- Yox. Yox. Biz ən yaxşısı gedək xəstəxanaya. Orada da baxralar.
Sara çox narahat oldu. Kamillə bağlı o qədər həssas idi ki, dediyimi eləyəcəkdi bilirəm. Heç şübhələnməyəcəkdi də. Özümdən çox utanırdım, amma başqa yolum yox idi. "Allahım bu günahı Nadyanın boynuna yaz. O olmasaydıı bu yalanı uydurmazdım” etdiyim duaya bax.. Şəms, sən çox pis qız olmusan. Atanın dediyi kimi şəmsparə oldun. Sara bilsəydi məni məhv edərdi hər halda. Tez yığışıb Taxi ilə xəstəxanaya yollandıq. Yolda nə qədər uşağın öz həkiminə aparmaq istəsə də, təkidlə Amalın çalışdığı xəstəxanaya gətirdim. Sara taxi də şübhəli baxsa da heç nə demədi. Xəstəxanaya çatana yaxın isə Amala zəng vurub gəldiyimizi demək istədim, amma sonra uşağın heçyəinin olmadığını öyrənəndə necə izah edəcəyimi bilmədiyim üçün eləmədim. Bir başa basqın etmiş olaram deyə düşündüm. Xəstəxanaya çatanda Sara çox qorxmuşdu. Kamilin alnını bədənini yoxlayır qızdırmasının olmadığnı görüb "Şəms, axı qızdırması yoxdur, sən əminsən? Həm Kamilin öz həkimi var.” Artıq Saranın bu halına dözə bilmirdim. Mənə yaraşmırdı bu hərəkət.
- Həmişə yaxşı insan olmaq olmaz ki Sara, düzdür.
- Sən...vay səni... sırf.....haaaa.... Şəms özündən utanmalısan.
- Bağışla.
- Mənim körpəmdən istifadə etdin.
- Sara, bağışla nolar. Mən.. bilirəm mən səhv elədim.
Sara mənim gözlədiyimin əksi əsəbiləşmək yerinə güldü.
- Bu heç mənim ağlıma gəlməzdi. Göründüyün kimi sakit deyilmişsən Şəms xanım.
- Hirslənmədin mənə?
- Hirsləndim. Mənə desəydin yol boyu özümü yeməzdim. Bilirsən ki, həsassam Kamilə qarşı. Hələ Sahib evdə yoxkən.
- Bağışla. Haqlısan. Gedək evə.
- Nə? Evə? Bura qədər gəlmişiksə qayıdan deyilik.
Sara Kamili üzünə tərəf çevirib :- Mənim ağıllı balam, şəms xalaya kömək lazımdır. Bağışla., ananı amma səndən istifadə etməkdən başqa çarəmiz yoxdur.”
İkimizdə bu söz gülənəd balaca da heç nə anlamadan gülməyə başladı. Biz onun gülüşünə lap ürəkdən güldük. Saradan heç gözləməzdim. Biz qadınlar istəyəndə deyəsən həm ifritə həm mələk ola bilirik .....
Sara Kamillə dəhlizdə oturub məni gözləyəcəklərini dedi. Xəstəxananın ürək şöbəsinə tərəf keçib Amala dəymək üçün addımladım. Bilmirəm niyə, amma ora getdikcə ürəyim çırpınırdı. Qapını döyəndə səsini eştidim.
- Olar?
- Şəms?
- Salam.
- Ssssalam.. burda neynirsən?
- Kamil bir az narahat idi, Sara ilə hər ehtimala qarşı həkimə dəyək dedik.
- Yaxşıdır.
- Hə, heç nəyi yoxdur.
- Heç nəyi yoxdur?
- Yəni qızdırması var idi, bura gətirənə düşdü.
- Gedək yanına.
- Yox. Ehtiyac yoxdur. Düşüb..
Əgər Amal getsəydi analaya bilərdi ki, yalan deyirəm.
- Yaxşı, gedək. O zaman yola salım sizi.
Amal deyəsən məni başından eləmək üçün əl ayağa düşümşdü. Bu hərəkətindən incidim.
- Lazım deyil, özüm gedərəm, bağışla bilsəydim narahat eləyəcəyəm gəlməzdim. - deyib qapıdan çıxdım. Yenə kobudluğum üstümdə idi, amma bu dəfə haqsız deyildim. Mən bunu yanına gəlim bu da məni başından eləsin.
- Şəms..Şəms gözlə. Mən elə demək istəmədim. Səhv başa düşdün.
- Yox, olduğu kimi başa düşdüm. Görmək istəmirsən. Ona görə nə evə gəlirsən nə zəng edirsən. Bura da gələndə başından edirsən.
Yenə dil qəfəsə qoymurdum. Sözümü deyib yenə addımlamağa başaldım. Qolumdan tutub kənara çəkdi.
- Bağışla, incitmək istəmədim. Sadəcə.. mən bilmirdim... yəni elə bildim, evdə məni görəndə narahat olursan. Sən rahat olasan deyə gəlmirdim.
Başımı aşağı salmışdım. Incikliyimi bəlli etmək üçün əlimdən gələni edirdim, amma Amalın belə deməsinə pis oldum.
- Yox, məni narahat etmirsən. Yəni..sən həkimsən, yaxşı yatıb yaxşı qidalanmalısan. Yoxsa yorğun arğın, ac acına əməliyyata girsən necə olar...
- Yox ac olmuram, Nadya mənə yemək gətirir
- ....(Nadyanın saçını yolmaq borcum oldu. Qız özü zorla istəyir, mənlik deyil.)
- Şəms?
- Hm..
- Noldu yenə?
- Nə deyim nuş olsun, Nadyayla sizə. Getdim mən.
- Gözlə, bir yerdə gedək.
Nə qədər sifət assamda bizimlə gəlməsinə rahatlamışdım. Amma özümü o yerə qoymurdum heç. Saranın yanına gedib onu da götürüb evə gedəcəkdik, amma ortada nə Sara var idi nə Kamil. Başda narahat oldum, yalanımız gerçək olar deyə içim içimi yeyirdi. Saraya zəng vuranda isə Sahibin evə gələcəyini, bizi gözləyə bilmədiyini Amalın yanında olduğum üçün məni rahat tək qoyduğunu dedi. Ağzım açıq ona qulaq asırdım. Axırda gülmsənidən başa düşdüm ki, bu dəfə Sara mənə oyun oynadı. Amala dönüb Saranın getdiyini dedim. O da çiyinlərini çəkib maşına tərəf getdi. Maşına əyləşəndə arxa qapını açdı. Yol boyu susub danışmırdıq. Amma bu hal heç ürəyimcə deyildi.
- Amal.
- Hə.
- Məni narahat etmirsən
- Anlamadım.
- Yəni evə gəlməməzlik etmə. Məni narahat etmirsən.
- ....Şəms
- Hə.
- Nə olub sənə?
- Nə mənada?
- Heç..boş ver..
Off boş versəydim indi gecənin bu vaxtı durub xəstəxanaya gəlməzdim. Söhbəti necə kəsdisə mən də evə kimi susdum. Gülsüm xalaya xəbər verməmişdim yenə. Telefonun səsini aldığımdan eşitməmidim. Amalın telefonu çalışnca "Xalam ” deyib üzümə baxdı. O anda belə Gülsüm xalaya xəbər vermədən çıxdığım ağlımda deyildi.
- Xala. ...yox.. narahat olma yanımdadır.
- Hiii.. mən ona xəbər verməyi unutmuşam.
Içimi necə çəkdimsə səsimə Amal gülümsündü.
- Gəlirik, çatırıq artıq. Aha.. yaxşı.. hələlik.. Sən nə vaxt öyrənəcəksən xəbər verməyi?
- Kamil..qorxdum deyə, yəni təlaşdan. Heç yadıma düşməyib. Yəni yadımdaydı.. offf nə isə sən başa düşdün.
Yenə yalan deyirdim deyə cümlələr qırıq qırıq idi. Amal əlini saçına atıb gülərək – hə başa düşdüm narahat olma dedi. Mən də ona baxıb güləndə Amal önə keçib evə getməyə başladı. Dayanıb arxasınca baxırdım ki, telefonumun işığı yandı. Gecə olmasına baxmayaraq dəstəyi götürdüm çünki bəzən Əzizə ilə gecə danışa bilirdik. Saat fərqinə görə. . Telefon dəstəyini qulağıma aparanda üzümdəki təbəssüm yox oldu
- Alo..
- Şəms.
- Zahar?
Bilmirəm eşitdi ya yox. Amal ayaq saxlayıb dönmədən başını yana çevirdi və başını aşağı salıb yenidən addımlamağa başaldı.

Müəllif: Lili SH


Şərhlər:
Baxılıb: 1163
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz