Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Şəmsparə (19-cu bölüm)
Şəmsparə (19-cu bölüm)
Göndərən: Antikvar
Şərhlər:
Baxılıb: 1185
Səs ver:
Sual dolu baxışlarla Amala tərəf döndüm. Onun mimikası heç dəyişməmişdi. Aralarında rus dilində danışmaları isə məni lap hiddətləndirdi. Az əvvəl həkimə həyat yoldaşımdır deyə təqdim edən Amal indi nədənsə xanımla məni tanış etmir əksinə söhbətinə davam edirdi. Rus dilini təmiz bilməsəmdə, danışılanı başa düşürdüm. Aralarında anlaya bilməyəcəyim bir şey danışrmırdılar. Qız Amalı axtardığını harada olduğunu soruşur, bu gün gələcəkmi deyə sual verirdi. Amma hara onu demədi. Gəl indi maraqdan ölmə, bu qadın kimdir Amalla nə əlaqəsi və hara çağırır. Hələ də kənarda dayanıb onları seyr edirdim. Qızın ara bir əl hərəkətləri ilə Amala toxunmasından başa düşdüm ki, aralarında münasibət olduqca səmimidir. Maraq məni bürüdü, amma sonra öz özümə düşündüm ki, mənə nə. Amal bilər o qız bilər. Düşündüm düşünməsinə, amma başqa tərəfdən də yaxşı əgər bu xanımla belə səmimi münasibətləri vardısa niyə mənimlə evlənirdi ki. Mən deyəsən yavaş yavaş ağlımı itirirdim. Mənə nə axı. Bunlar məni yada salası deyillər deyəsən. Özümü xatırlatmalıydım.
- Öhö öhö, mən gedim Sara oyanmış olar. Orxan həkimi taparam özüm
Məndə Şəmssəm Amalı oradan uzaqlaşdıracaqdım. Orxan həkimin adını elə belə deməmişdim və istəyim olmuşdu. Amal cəld xanımın yanından ayrılıb: - gözlə, bir yerdə gedəcəyik.
- Yox, mən sizi bölümyüm.. Vacib işləriniz olar..
- Yox, yox.. gəlirəm.
- Amal, kuda tı? A ona kto? (Amal hara gedirsən? Bu kimdir?)
Bu qız mənim əsəbilərimə toxunurdu. Ona ktoymuş, göstərərdim sənə, amma nəysə. Şəms, sakit ol.. sənə nə axı..
- Ona moya jena (o mənim həyat yoldaşımdır.)
Nəhayət Amal bəy məni xanıma təqdim etməyi xatırlamışdı.
- Şto? Şutiş, da? (Nə, zarafat edirsən, hə?)
- Yox..
- Sən evlənmisən?
Nəhayət azərbaycan dilinə keçdilər. Hərçənd dilin belini elə qırıb büküb danışdı ki, rus dilində danışsaydı bundan yaxşı idi.
- Hə, evlənmişəm. Bu xanımda həyat yoldaşımdır, Şəms. Şəms, bu xanım isə sənin həmkarındır. Bizim xəstəxananın pediatrı Nadya.
- Məmnun oldum.
Əlimi uzatsam da Nadya xanım deyəsən hələ də şokdan ayılmamışdı ki, bir əlimə bir mənə bir də Amala baxıb ağzı açıq vəziyyətdə dayanmışdı.
- Mmm...əəəndə..Mən evləndiyini bilmirdim.
- Yəqin deməyi unudub. Təzə evlənmişik, hələ öyrəşməyib.
Sözləri kinayə ilə deməyimi Amal sezmişdi, dönüb mənə təəcüblə baxsa da mən özümü toparlayıb gülümsəyərək, gedək artıq, Sara...
- Hə, hə gedək. Görüşərik Nadya?
Dəhlizdə necə sürətlə gedirdimsə Amalın qolumdan tutması ilə ani ona çırpıldım.
- Ey, yavaş. Hara qaçırsan.
- Bağışla, Saraya görə narahatam. Oyananda yanında olsam yaxşıdır.
- Ona sakitləşdirici vurublar. Hələ yatar. Nə oldu sənə birdən?
- Heç nə? Nədir ki?
- Nə bilim, birdən əhvlaın dəyişdi.
- Yox... sənə elə gəlib.
Əhvalım dəyişibmiş... dəyişərdə, camaatın qızı az qala ağzının içinə girəcək..tövbə tövbə..
- Nəsə dedin?
- Yooo.. sənə elə gəldi..
- Yaxşı.
Amal önümə keçib xəstəxanada özündən razı tərzdə elə yeriyirdi ki. ətrafından keçən bütün tibb bacıları ağızları qulaqlarında onu salamlayırdılar. Offf Şəms off... Sənə nə axı, sənə nə.. baxsınlar da..
- Şəms!
- Hə..
- Səni çağırıram bayaqdan.
- Fikrim getmişdi.. bağışla..
- Sən dəqiq yaxşısan?
- Yaxşıyam dedim.. Nə dəqiqə başı soruşursan?! Həm sənin işin varsa get.
- Işim yoxdur. Olsa gedəcəyəm.
- Nadya xanım gözləyər.
- Heç nə olmaz. Bir azdan gedərəm. Sən Saranın yanına keç, mən bir də Kamilə baxım.
Nadyanın adını çəkəndə Amalın üz mimikasına baxsamda heç bir dəyişiklik görmədim. Deyəsən yanlmışdım. Bu qadına qarşı zəifliyi olsaydı ən azından nəyəsə tərəddüd edərdi. Bəs onda Amal gecənin bu vaxtı xəstəxananın bu şöbəsində nə gəzirdi. Axı Nadya burada çalışırdı. Offf. Yenə boş boş düşüncələr beynimi yeyirdi. Sənə nə deyə öz özümə təkrara etsəmdə insanam.. maraq bürüyür sadəcə deyə özümə təsəlli də verirdim. Sara hələ ayılmamışdı. Onun yanında bir az oturub Kamilin yanna getməyi qərara verdim. Gecə növbəsində olan tibb bacılarından və bir iki həkimdən başqa demək olar ki dəhlizdə heç kim yox idi. Kamilin yatdığı palataya girib yanına keçdim. Körpənin rəngi özünə qayıtmışdı. O qədər məsum, o qədər saf idi ki, insanda daim onu qorumaq instikti yaradırdı. Alıb içini yarıb ən gizli yerə qoyasan. Heç kim , heç nə ona zərər verməyə. Necə olmuşdusa yatağının baş ucunda yuxuya getmişdim. Gözümü açanda isə Kamili görmədim. Qorxudan əllərim yanıma düşdü. Bədənim əsdi bütün. Ayağa qalxıb dəli kimi otaqda fırlanmaya başladım.
- Sara..Sara!
Dəhlizə çıxamq istəyirdim ki, kiməsə dəydim.
- Ay, bağışlayın.. yaxşısınız
- Kamil.balaca hanı?
- Anasının yanındadır. Ayıldı, yanına apardıq.
- Şəms!
Orxanla söhbət edəndə Amalın səsinə dönüb ona tərəf getdim.
- Kamil ayılıb.
- Hə bilirəm.
- Şəms xanım yatırdı deyə oyatmaq istəmədim.
Amal əlimi tutub elə sıxdı ki, elə bil qıracaqdı. Orxan qalan hər şeylə özüm maraqlanacağam, sağol.
- Yaxşı, görüşərik Şəms xanım.
- Sağol Orxan.
Amal mənə danışmağa imkan vermədən səsini yüksəldib Orxanla sağollaşdı.
- Barmaqlarımı qırdın, burax.
- Sən də qırdırma.
- Nə?
- Xoşun gəlir onun ətrafında dolaşmasından?
- Amal, dəli dəli danışma. Mən nə bilim. Kamilin yanında yuxuya getmişdim, o da girib otağa. Qapını bağlamalıydım?
- Lazım gəlsə hə.
- Biz xəstəxanadayıq. Həm sən mənə deyəcəyinə özünə bax. Ən azından Orxan mənimlə əzilib büzülüb danışmır. Yoxsa ki, Nadya elə səninlə məsafə saxlayırdı.
- Nadyanın bura nə dəxli
- Orxanın nə dəxli varsa onun da dəxli var.
əslində heç birinin bu söhbətdə dəxli youydu, çünki söhbət dəxilsiz idi. Biz gerçək ər arvad kimi qısqanclıq edir, mübahisə edirdik. Ikimiz də deyəsən hər şeyin fərqinə varıb özümüzü toparlayıb susduq.
- Sara yaxşıdır. Sən yanına get.
- Sən hara gedirsən?
- Mən burada olacağam. Səni taxi ilə yola salaram
- Yox.
- ....
- Yəni.. mən Saranın yanında qalacağam.
- Dedim ki, Sara yaxşıdır.
- Onda sən də gəl.
- ...
- Gülsüm xala....o narahatdır.
Yaxşı ki, Gülsüm xala var. Bir şey olan kimi Amal da mən də onun adından istifadə edirdik.
- Niyə narahatdır.
- Amal sənin evə gəlməməyindən şübhələnir. Məncə gerçəyi deməliyik.
- Hansı gerçəyi
- Iki ay sonra boşanacağımızı.
Dilimə gətirdiyim bu sözlə ikimizdə susduq və bir birimizə baxdıq. Bu anda unutduğumuz gerçəkliyi bir daha xatırlatmışdım. Hə biz iki ay sonra boşanacaqdım. Hər kəs öz həyatına geri dönəcəkdi. Indi öz özümə burada dayanıb Nadyanın kimliyini araşdırmaq istəyim boş idi. Niyə maraqlnamalıydım. Hər kimdir özü bilər.
- Yaxşı, gəl gedək.
Üzümə baxmadan yanımdan keçib önə düşdü. Qarşıdan Orxanın gəldiyini görüb geri dönüb əlimdən tutub dartıb aparırdı. Nadyada qarşımıza çıxdıq. Orxan vecimə də deyildi, amma Nadyanın bizi belə görməsi məni lap sevindirdi. Amal Orxanın yanından keçəndə gülümsündü mən isə Nadyanın. Və heç birimiz bunu üzümüzə vurmadıq. Evə səhərə yaxın dönmüşdük. Gülsüm xala qapını açıb Saranın, Kamilin vəziyyətini soruşdu. Amal yaxşıdır deyib divana keçdi. Mən də otağıma. Qapının ardında söhbətlərini eşitdim.
- Oğlum get yatağında yat.
- Yorğunam, dəymə. Elə burada yataram
- Ay bala belin ağrıyar, get yatağına da.
- Xala, sən get yat. Narahat olma.
- Amal, Şəmslə aranda nəsə olub. Bax gəncdir, təcrübəsizdir..
- Xala, narahat olma. Sabah danışarıq. Get yat.
Yuxusuz olduğumdan nevə da kimi yatmıdşımsa ayılanda artıq günorta olduğunu anladım. Ayağa qalxıb gecə olanları bir də ağlımdan keçirdim. Bir gecə üçün çox adam tanımış çox aqresiv davranmışdım. Mənə nə axı Amaldan. Mən ki, onu sevmirdim. Sadəcə qadınıq. Hər birimiz bizə diqqət göstərən insanın birdən üzünü döndərməsinə pis oluruq, bu bizim istəmədiyim insan olsa belə. Bu da o hisslərə aiddir deyə qərar verib ayağa qalxıdm. Mətbəxə keçmək istəyəndə qonaq otağında divanda yatan Amalı gördüm. Hələ də yatırdı. Yenə gün üzünə düşmüş, kipriklərinin kölgəsini üzünə salırdı. Üz cigiləri çox sərt idi. Sanki yuxuda kimsə onu əsəbiləşdirib və dişlərini qıcayır. Amma eyni zamanda da məsum.. ona baxanda Amal gözünü birdən açdı. Özümü itirdim və əyləşdiyim divanın küncündən yerə yıxıldım. Amal isə ilk olaraq heç bir reaksiya verməsə də sonradan ürəkdən gülməyə başladı. Mənsə qızarmışdım. Amma mən də özümü sıxsamda gülürdüm. Yerimdən qalxıb: - yeməyi hazırlayım – deyib qaçdım. Amalın səsi isə evi bürümüşdü. İlk dəfə idi ki, onun belə güldüyü görür və eşidirdim. Mətbəxdə üzümü tutanda yanaqlarımın od tutub yandığını hiss etdim. Istilik basmışdı məni.. heç vaxt bu qədər pərt olmamışdım. Süfrəni hazırlayıb onu çağırıb çağırmamaqda tərəddüd edirdim. Özü gəldi. Az əvvəl gülümsəyən təbəssümünün daha yüngül forması ilə süfrədə əyləşib :- əlləriə sağlıq – deyib çayından br qurtum aldı. Yanında qala bilməyəcəkdim. Niyəsə çox utandım. Mənim bu halımı görməsin deyə "nuş olsu” deyib çıxırdım ki, səsləməsinə geri döndüm.
- Şəms?
- Hə.
- Sən oturmayacaqsan?
- Şey.. mən..otağı,yerini....yənii divanı yığacam. Da dağılıb..
1 cümlə deyəcəkdim, qırdım sözün belini.
- Yavaşa ol, barmaqlarını qıracaqsan.
- Nə?
- Deyirəm barmaqlarını qıracaqsan. Əllərini niyə elə sıxırsan.
Əlimə baxanda gördüm ki, düz deyir, barmaqlarımı elə sıxırdım ki, elə bil bu saat qıracaqdım. Niyəsə həyəcanlanmışdım.
- ....şşeyy.. mən..
- Gəl, otur.. dünən gecə də ayıq olmusan, heç nə yeməmisən.
əslində həm getmək istəyirdim həm yox. Yanında əyləşib başımı qaldırmadan çayımı qarışdırdım. Az əvvəl otaqda ona baxmağıma bir şey düşünüb deməliydim. Məni səhv anlamasını istəmirdim. Düşüncələrimdən Amalın əlimi tutmasından ayıldım. Gah əlinə gah ona baxdım.
- Deyirəm, bəlkə bəsdir çayı qarışdırdın, məncə yetərində qarışdı.
Fərqində olmadan çayı dayanmadan qarışdırırmışam. Amalın əlimdən tutması isə pik nöqtə oldu. Mənə nə olurdu bilmirəm, amma getməsəydim özümü daha da pərt edə bilərdim.
- Nuş olsun, mənim iştahım yoxdur- deyib cəld ayağa qalxıb otağa keçdim. Ürəyim ağzımda döyünəcəkdi elə bil. Amal arxamca gəlib otağa keçdi. Dayandığım yerdə bir az geri çəkilib ona baxdım.
- Şəms, yaxşısan?
- Hhhəəə...həə yaxşıyam.
- Nəsə gözü....
- Sözünü Amalın çalan telefon zəngi kəsdi. Telefonda nömrəyə baxmadan açdı.
- Alo...Hə Nadya..yaxşı gəlirəm indi.
Otaqdan çıxdı.. Heç nə demədən hətta sağollaşmadan Nadyanın bir zəngi ilə getdi..
"Sənə nə Şəms, sənə nə?" Deyə səsli şəkildə öz özümü danlayırdım.

Müəllif: Lili SH


Şərhlər:
Baxılıb: 1185
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz