Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Şəmsparə (18-ci bölüm)
Şəmsparə (18-ci bölüm)
Göndərən: Antikvar
Şərhlər:
Baxılıb: 1188
Səs ver:
Bir neçə gün boyunca Amalı fərli görmədim. Eləcə evə gəlir paltarını dəyişir və tez çıxırdı. Odur ki, deyə də bilmirdim ki, Gülsüm xala bu bir neçə gündə çox pisdir, qadını fikir götürüb. Madəm ki, razılaşmışdıq o zaman razılaşmanı tam etməliydik, çünki həqiqətən o qadının pis olmasını istəmirdim. Buna haqqımız yox idi. Sara məsələsində Gülsüm xalanın bixəbər olmasını belə Amala deməmişdim. Əslində demək istəmişdim, amma cavabını bildiyim bir şeyi sual formasında vermək istəmədim. Bu bir neçə gündə Gülsüm xala ilə alış verişə çıxıb özümə şəhərə uyğun pal paltar aldım. Mağazada çox gözəl bir məclis üçün geyim gördüyümdə dayanıb seyr etdim. Hər qadın kimi mən də geyimlərimə xüsusi diqqət edən, gözəl geyimlər qarşısında aciz qalan biriydim. Necə həsrətlə baxırdımsa Gülsüm xala bu halıma gülüb, "Geyimlrə biganə qalan qadın var görsən” deyib məni də güldürmüşdü.
- Xoşuna gəldisə alaq?
- Yox, eləcə baxdım. Həm hara geyinəcəyəm ki?
- Niyə el deyirsən. Amalın dost tanışı çoxdur. Onlar demək olar ki, tez tez yığıncaq edirlər. Onlardan birinə geyinərsən, həm əminəm sənə də çox yaraşacaq.
- Yox, gedək..
Əslində alacaqdım, amma Gülsüm xalanın elə deməsinə ki, Amalla tez tez yığıncağa gedəcəksiniz pis oldum. Mən heç vaxt yalan demyi sevməmşəm. Və bacarmamışamda. Kiçik bir yalanla rəngim qıpqırmızı olur, dilim topuq vururdu. İndi isə qadının gözünü içinə baxa baxa oyun oynayırdım. ÖZümdən həmin an çox utandım.
- Sən oradakı geyimlərə də bax, mən də özümə bir iki şey alım.
Yolda taxi ilə evə qayıdanda Gülsüm xalanın telefonu zəng çaldı.
- Yaxşıyıq, sən necəsən oğlum? Yox, narahat olma, yanımdadır, o da yaxşıdır.
Başa düşdüm ki, telefonun o biri başında Amaldır. Üzərimdə telefon gəzdirsəmdə mənə yox Gülsüm xalaya zəng vururdu hər gün. Artıq öyrəşmişdim. O məni nə görmək nə eşitmək istəmirdi. Başa düşür, haqq verrdim haradasa. Çünki kişilik qüruruna toxunmuşdum. Gülsüm xala dəstəyi asıb: - siz Amalla küsülüsünüz? Deyə sual verincə dondum. Bu qadın heç vaxt bizimlə bağlı mənə suallar verməmişdi, heç vaxt qarışmırdı işimizə. Indi birdən bu cür şəkildə soruşması beynimi qarışdırdı. Sürətlə düşünüb nə cavab verəcəyimi axtarırdım. Yalan danışsam o saatca başa düşəcəkdi. Qadın gözlərimdən nə düşündüyümü hər zaman rahat şəkildə oxuyurdu. Odur ki, yenə üzümü çevirib? ona baxmadan "Yooo...danışırıq, niyəki?”
- Nə olur olsun Amal heç vaxt evə gəlməməzlik eləmirdi. Mənim işim deyil. Bağışla ki, qarışıram. Amm çox narahatam. Sz hələ təzə evlisiniz. Ola bilər aranızda kiçik anlaılmazlıqlar olsun. Gərək ikniizdə bir -birinizə güzəşt edəsiniz. Biriniz od olanda biriniz su olun. Amal kobudluq edə bilər, amma inan ürəyi o qədər həssasdır ki.
- Nrahat olmayın hər şey qaydasındadır.
- Onda niyə hər gün, gündə az qalır yüz dəfə mənə zəng vurub sni soruşur.
Nə deyəcəyimi bilmirdim. Amalın bu qədr diqqətli olması məni incidirdi. Axı niyə bu insan biganə olmur, niyə kobudluq etmir mənə, niyə mənə nifrət edib heç nəyi vecinə almır. Məni bu şəkildə yerdən yerə vururdu əslində. Kobud olsa, acılasa cavab verər ürəyimdən tikan çıxardardım. O isə mənə görünümür, səsini belə eşitdirmir ki, mən rahat olum. Qərar verdmişdim bu gücə artıq onunla danışmalıydım. Gülsüm xala uşaq deyildi. Hər şey aydın aşkar ortada ola ola ondan nəsə gizləmək gülməlidir. Gecə nə qədər Amalı gözləsəmdə gəlməmişdi. Gecə saat 2 də telefonun səsinə ayıldım. Bir anlıq qorxsamda telefonda Saranın adını yazıldığını görüb cəld açdım.
- Sara?
- Şəms, qurban olum kömək ol, Kamil...Kamil..
- Sakit ol ağlama, nə olub?
- Bilmirəm. Nəfəs almır. Şəms, oğluma nəsə olub.
Evdən nec çıxdım, Saragilə necə getdim bilmirdim. Kamil Saranın qucağında göm göy göyərmişdi. Uşağın ağzından qırıq qırıq nəfəs aldığı eşidilirdi. Sara da övladından fərqlənmirdi. Qorxudan rngi qaçmışdı. Kamili qucağından alıb yoxlamağa başladım.
- Təcili yardım çağırmısan?
- Hə..
Balacanın ürək döyüntüləri olduqca zəif idi. Get gedə əli ayağı buz kəsrdi. İlkin yardım göstərmək üçün limdən gələni edirdim. Sara şokda olduğundan nə sual verirdimsə fərli cavab vermədiyinən bir az ehtiyyat edirdim. Təcili yardım maşını gələndə isə Sara Kamili qucağıma verib "o öldü hə” deyə sakitcə geri geri çəkildi. Bəlli idi ki, nə baş verdiyini dərk etmir.
- Sara, özünə gəl.
- O öldü..öldü..
- Sara!
- Şəms, bax öldü o.
Həkimlər Kmili qucğımdan alıb maşına aparanda Saraya məcbur bir sillə çəkdim. Onu şokdan ayıltmalıydım. Sillənin təsirindən diksinib ağlamağa başladı.
- Öldü... o öldü.. mənim balam öldü!!
- Sara! Sara mənə bax! O Yaşayır, yaşaycaqda söz verirəm sənə!
Sara söz versəmdə özüm də Kmil üçün bərk qorxurdum. Hqiqətən ona bir şey olsaydı Sara məhv olardı. Çox bağlıydı övldına. Hər ana kimi. Xəstəxanya çatdığımızda hkimlər onu nəzrətə götürdü. Sara hələ də çokdan qışqırıb ağladığı üçün ona da sakitləşdirici vurub yatırtdılar. Dəhlizdə iki palata arasında qalmışdım. O baş bu baş gedib gələndə adımın tanış səs tərəfindən səslənməsinə dönüb baxdım. Bu Amal idi. Amalın çalışdığı xəstəxanay gəlmişdik.
- Şəms, burada neynirsən? Nəsə olub? Yaxşısan?
- Dur, təlaşlanma, yaxşıyam
- Haran ağrıyır?
- Amal, sakit ol mən yaxşıyam.. sakit ol.
Amal elə təlaşla davranırdı ki, qeyri- ixtiyari əlindən tutub sakitləşdirməyə çalışdım. O da gah əlimə gah da mənə baxıb susdu. Onun əlimə baxmağı ilə tez geri addım atıb əlimi çəkdim. Qəribə olmuşdum. Utandım deyə başımı salıb danışmağa başladım.
- Kamilə görə gəlmişdik. Vəziyyəti yaxşı deyil. Sara da şokdadır..
- Nə olub?
- Mən Astmadan şübhələnirəm, amma hələ həkim çıxmayıb. Bilmirəm dəqiq. Körpəni görsəydin, rəngi gömgöy idi. Nəfəs almırdı. Ürək döyüntüləri də zəifləmişdi. Saranı görsəydin.. əgər ona bir şey olsa Sara....Sara dözə bilməyəcək.
Amala olanları danışdıqca mən də nə baş verdiyini yeni yeni dərk edirdim. Və məni də ağlamaq tutdu. Özümdən asılı olmadan hıçqırırdım. Amal yaxınlaşıb çiynimi qucaqlayıb sakitləşdirməyə çalışırdı. Rahatlamışdım. Bu insanı ilk gördüyüm gündən bu günə ondakı dəhşətli dərəcədə olan hüzuru indi də hiss etmişdim.
- Sakit ol, ağlama. Mən indi maraqlanaram.. İkisi də yaxşı olacaq, amma ağlama sən.
Amal palataya keçəndə yerdə çöməlib onu gözləmyə başladım. Palatadan həkimlə çıxıb söhbət edə edə mənə yaxınlaşırdılar.
- Amal.
- Gəl, Şəms.
- Körpəyə ilk yardımı siz etmisiniz?
Həkim Amal yaşlarında olardı. Işıq kimi parlayan bir cüt gözlər insanda həyat eşqini yaradırdı. Təbəssüm dolu gözlərlə mənə baxıb verdiyi sualı cavablandırdım.
- Hə, amma anası şokda olduğundan konkret necə olduğunu demədi. Mən də çox risk edə bilmədim.
- Narahat olmayın, düz etmisiniz. Olduqca peşəkar. Bunu ancaq həkimlər ya da tibb bacıları edə bilər..
- Mən pediatram
- Doğrudan. Nə gözəl. Hansı xəstəxanada?
Həkim qəribə baxışlarla mənə baxdığından bir az Amala tərəf qısıldım. Amal məndən qabaq bunu hiss etmişdi ki, məni özünə tərəf çəkib.
- İşləmir, biz yeni ailə qurmuşuq. Tanış ol həyat yoldaşım Şəms.. Şəms bu həmkarım Orxan.
- Həyat yoldaşın? ..aaa.. evlənmisən demək. Təbrik edirəm. Şəms xanım, təbriklər.
- Sağolun.
Amalın xüsusi vurğu ilə həyat yoldaşım deməsini kənardan kim görsəydi başa düşərdi ki, qısqanclığından deyir. Düzü bu adamın parlaq baxışlarını üzərimdə hiss etmək mənə heç də xoş gəlməmişdi deyə Amalın mənə belə sahib çıxması xoşuma gəlmişdi. Yeni bir bəlanı uzaq tutmuş oldu.
Orxan uzaqlaşan kimi Amaldan körpəni soruşdum.
- Düz bilmisən, astması varmış.
- Yəqin tez- tez qızdırma ondanmış.
- Hə, həm diş həm astma. Indi yaxşıdır. Amma gərək Sara daima yanında olsun.
- Körpə yaşında bu xəstəliyə tutuldu.. Yazıq Sara.
- Evə getmək istəyirsən aparım ?
- Yox, Sara təkdir. Onu burada beləcə qoymaq istəmirəm. Amma Gülsüm xalaya deməmişəm. Oyanıb görsə yoxam narahat olacaq.
- Mən ona xəbər verərəm. Gəl gedək mənim otağıma. Sara ayılana kimi orada gözlə, dəhlizdə qalma.
Dəhlizdə qalma deməsiylə ətrafa göz gəzdirməsi bir oldu. Məlum idi ki, kimisə axtarır. Və o kimsə el\ə bizə doğru yaxınlaşırdı.
- Gedirsiniz?
- Şəmsi otağıma aparıram.
- Oo xəstəxananın ürək bölməsi uzaqdır. Istəyirsən mənim otağımda gözləsin.
- Xeyr. Gərək yoxdur.
Amalın tonu onu ələ verirdi. Çox əsəbiləşmişdi. Çənəsini sıxıb Orxana qaçını qaldırıb cavab verməsindən bəlli idi. Bu orxan isə deyəsən ya heç nə başa düşməmişdi, ya da özünü axmaq yerinə qoyurdu. Amalın otağına doğru gedərkən birdən ağlıma gələn sualı ona verdim.
- Sən ürək şöbəsində çalışırsansa burada nə işin var idi.
- Heç...olur arada burada pasiyentlər.
- Suala duruxaraq cavab verməsi ilk başda şübhəli gəlsədə sonra düşdündüm ki, niyə də olmasın. Uşaqlar arasında ürək xəstəsi olanlar da ola bilər. Amalın otağı olduqca geniş idi. Xəstəxanada ən yaxşı ürək cərrahı olduğu üçün ona ən yaxşı otağı vermişdilər. Divarlarda diplomlar, sertifikatlar, təltiflər asılmışdı. Az qala amalın yaşından çox idi sayı.
- Bunların hamısını qazanmağa necə vaxt çatdırmısan?
Amal dodaqlatı gülümsünüb - "kim dedi ki, mən cavanam ” deyə cavablandırdı.
- Elə dedin ki, elə bil 60 yaşın var.
- Bəlkə də daha çox
- Onda ürək cərrahı yox plastik cərrahsan sən.
Ikimizdə gülümsündük. Tanış olduğumuz gündən bu günə ikinci dəfə idi ki, normal söhbət edirdik. Birinci dəfə isə sadəcə qonaq kimi gəzdirəndə baş vermişdi bu.
- Gələcəkdə işləmək istəmirsən?
- əlbəttə istəyirəm. Diplomumu anam cehiz sandığıma qoysun deyə almamışam.
- Nə əcəb uşaq həkimi?
- Uşaqları çox sevirəm. Onlara necə yardım edə bilərəm deyə çox düşünmüşdüm, qərar verdim ki, sağlamlıq baxımından onlara yardımcı ola bilərəm. Indi növbə mənimdir. Niyə ürək cərrahı?
- Nə bilim. Elə belə.
- Elə belə olmaz. Həkimlik peşəsi elə belə seçilməz. Hələ ürək həkimi. Özü də işinin peşəkarı..
- Həəə.. həəə çox çox.. o dərəcə peşəkar ki, öz ürəyinə çarə tapa bilmir.
Amalın yerində yastlanıb düz üzümə baxaraq məyusluqla bu sözü deməsi mənim əhvalım yenə dəyişdi. Çox pis oldum. Amma hələ də inanmaq çətin idi mənə. Bu mümkün deyildi. Birini tanımadan bu qədər.....beynimdən fikriləri dağıtmaq və söhbəti dəyişmək üçün ayağa qalxıb, - "Sara oyanar, gedək yanına”
Amal heç vəziyyətini dəyişmədən ayağa arxamca gəldi. Qapının dəstəyinə biz açmadan açılmışdı. Qarşimda gənc və olduqca cazibədar xanımı dayanmışdı. Məni kənara itələyərək, heç üzümə belə baxmadan Amalın yanına keçdi.
- Amal milıy, tı zdes, a ya tebya işşu povsyudu? (Amal, əzizim buradasan? Mən də hər yerdə səni axtarıram)

Müəllif: Lili SH


Şərhlər:
Baxılıb: 1188
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz