Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Şəmsparə (17-ci bölüm)
Şəmsparə (17-ci bölüm)
Göndərən: Antikvar
Şərhlər:
Baxılıb: 1140
Səs ver:
Evdən çıxmışdı. Donub qalmışdım. Bu insan çox dəyişmişdi.. Sözlərim ağzımda qaldı. Həm də...həm də incimişdim davranışından.. haqqım yox idi, amma niyəsə incimişdim. Gecə boyu tək evdə çox darıxırdım. Amalın kitablarını ələk vələk edirdim. Əslində bu peşə mənə heç də yad deyildi. Bir anlıq gülümsədim.. görəsən Amal bilir ki, onunla həmkaram..Qapının döyülməsi ilə diksinməyim bir oldu. Gecə vaxtı kim ola bilərdi ki. Gülsüm xala ilə Amalda açar var idi. Narahat halda yaxınlaşıb qapının gözlüyündən baxdım. Gənc bir xanım təlaşılı halda qapıda bir geriyə bir önə gedib gəlirdi.
- Kimdir?
- Gülsüm xala mənəm. Sara.
Qapını açıb gənc xanıma baxdım.
- Aa bağışlayın, elə bildim Gülsüm xaladır.
- Gülsüm xala evdə yoxdur.
- Bəs, Amal bəy.
- Xeyir təəsüf heç biri yoxdur.
Gənc xanım artıq özünü saxlaya bilməyib gözləri doldu.
- Gecə gələrlər?
- Sakit olun, keçin içəri istəyirsiniz.
- Yox, oğlum, oğlumun qızdırması var. Enmir. Onlar həkimdirlər bəlkə bilərlər deyə gəldim.
- Gülsüm xala gəlməyəcək, Amal da xəstəxanadadır.
- Offf Allahım. Təcili yardımı çağırsan gec olar deyə qorxuram. Yoldaşım da şəhərdə deyil
- Bəlkə mən kömək ola bilərəm? Mən pediatram (uşaq həkimi)
- Doğrudan? Elə mən lazım olan sizsiniz.. nolar tez gedək? Oğlum yanır qızdırmadan.
- Yaxşı bir dəqiqə..
Gülsüm xalaın və Amalın əşyaları arasından mənə lazım olan cihazları götürüb yuxarı qalxdım. Qapını bağlayıb Saragilə getdik. Onlar bizdən 2 mərtəbə yuxarıda yaşayırdılar. Sara mən yaşda olardı haradsa. Yoldaşı işi ilə əlaqədar tez -tez rayonlarda səfərdə olurdu. Vu gün də şəhərdə olmadığından qadın çarəsiz qalmışdı. Oğlu Kamil 10 aylıq idi. Balacanı yoxladıqdan sonra bir sıra suallar verdim.
- Diş çıxarır. Qızdırma və ayağının işləməsi ondadır. Amma hər ehtimal qarşı sabah analizlərini vermək lazımdır. Ilk baxışdan sadəcə diş kimi görünə bilər, amma ola bilsin ki, virus da düşə bilər. Sirkə gətir ov, dərman lazım deyil. Ümumiyyətlə lazım olmadıqca çalış dərmanlardan istifadə etmə.
- Aha bu saat.
Bir saat sonra Kamilin qızdırması düşmüş, şirin – şirin yatmışdı. Sara onun üstünü örtdükdən sonra mənə qeyriadi şəkildə baxmağa başladı.
- Təlaşdan unutdum soruşam. Gülsüm xalnın nəyisiniz? Geyiminiz də diqqətimi çəkdi.
- Gəliniyəm.
Gəliniyəm.. nə qəribə səsləndi. Ilk dəfə idi gəlin olduğumu özüm öz dilimlə demişdim
- Doğrudan, demək Amal bəylə evlisiniz. Ay nə yaxşı çox sevindim. Amal bəydə Gülsüm xala da çox yaxşı insanlardır. Heç xəbərimiz olmayıb toydan.
- Toy burada olmadı. Omanda elədik.
- Oman?
- Mən Omandanam. Ailəm orada yaşayır.
- ərəbsiniz?
- Yarı hə yarı yox. Atam azərbaycanlıdır.
- Nə maraqlı? Amalla eyni xəstəxanada işləmisiniz?
- Xeyir.
Az qalsın deyəcəkdim ki, heç Amal mənim pediatr olduğumu bilmir. Sara ilə söhbətim yaxşı tutmuşdu. Bura gəldiyimdən bəri ilk dəfə idi ki, kiminləsə rahat söhbət qura bilmidşim. Sara Amal haqqında çox sual vermədiyindən rahat olmuşdum. Arada bir necə tanış olduğumuzu soruşurdu.
- Yəqin ki, sizinki ilk baxışdan məhəbbət olub?
- Hm..elə oldu
Nə deyərdim ki? Sara ilə başım söhbətə qarışdığından saatdan xəbərsiz idim. Həm Kamili yoxlamaq üçün qalmışdım. Körpə sakitləşmiş yatmışdı. Diş çıxardarkən nənəmin qonşu uşaqlar üçün hazırladığı bitki dərmanı yadıma düşdü. Kimyəvi dərmanlardansa hər zaman onu üstün tutardı. Bu həm də dişlərin sağlam və rahat çıxmasına kömək edirdi. Saraya otların adını yazıb ona vermişdim.
- Ço sağol Şəms. Allah səndən razı olsun. Allah yetirdi səni.
- O nə sözdür?
- Nə əcəb işləmirsən bəs? Amal icazə vermir.
- Yox, sadəcə təzə evlənmişik, hələ buralara adaptasiya olmamışam.
- Hə, doğrudan. Amma əsas odur ki, sevdiyin insanın yanındasan. Nə fərqi var ya Oman ya Bakı. Bir də mənə bax. Bir körpə ilə qalmışam tək evdə.
- Çətin olar belə.
- Öyrəşmişəm. Həm artıq danışıb bir dəfəlik Bakıya köçürdəcək işini. Çox bağlıdır ailəsinə. Bilirsən mən başda sevməmişdim yoldaşımı. Ailəmin rzası ilə evlənmişdik biz.
- Necə yəni? Sevmədən evlənmisən.
- Aha, həm də heç görməmişdim. Amma indi...indi onsuz bir dəqiqə belə qalmaq istəmirəm.
- Bəs sevmədiyin halda necə oldu...yəni necə yaşa bildin.
- Şəms, sevgi dediyin nədir ki? Bu insan mənə quru sözlərlə sevirəm demədi. Əməlləri ilə göstərdi. Qayğıma qaldı, qorudu, bir dediyimi iki etmədi, üzüm gülsün deyə eləmədiyi qalmadı, hətta mənim ən böyük arzumu, təhsil almaq arzumu belə gerçəkləşdirdi. Təsəvvür elə mən ailə quranda 18 yaşındaydım. Sahib əlindən gələni elədi ki, mən təhsilimi bitirim diplomumu alım. Dərslərə zaman ayıra bilmərəm deyə uşağımızın olmasını belə istəmədi. Ailəsi nə qədər qarşı çıxdı buna, amma o dinləmədi. Sırf mən xoşbəxt olum deyə. Mən bu insanı necə sevməyim Şəms?
Sara məni təəcübləndirmişdi. Danışdıqları məni az qala yerin dibinə soxub çıxardırdı. Mənimlə yaşıd idi, amma məndən daha məntiqli danışırdı. Düz deyirdi əslində sevgi dediyin şey bu deyildimi? Halbuki Zahar Saranın dediyi quru sözdən başqa heç nə eləməmişdi..
* * *

- Mən gedim artıq, balaca sabaha qədər yatacaq narahat olma. Dediyim otları al qarışdır çayına qat. Daha rahat diş çıxardacaq.
- Çox sağol Şəms. Həm xoş söhbətin üçün, həm yardımın üçün.
- Sən də sağol. Nə vaxt lazım olsa mən evdəyəm, çağır çəkinmə.
- Sən də nə vaxt istəsən gəl. Burada Gülsüm xalagildən başqa bir tanıdığım yoxdur. Səninlə vaxt keçirmək xoş oldu.
Sara ilə sağollaşıb aşağı düşəndə yadıma düşdü ki, açarı özümlə götürməmişəm. Saat artıq 4 idi. Bütün qonşular da yatmışdı. Yenidən geriyə, Saragilə dönməkdən başqa çarəm yox idi. Yenidən pillələri qalxacaqdım ki, qapı ani açldı. Amal əlində telefon kiminləsə danışa danışa çıxırdı. Məni görəndə donub qaldı. Ardınca telefonda – tapııldı, ehtiyac qalmadı, çox sağolun, bağışlayın gecə vaxtı narahat etdik sizi” axırıncı sözləri mənə baxıb elə hiddətlə dedi ki, içim titrədi. Əlində telefonu bağlayıb qolumdan tutub qışqırması bir oldu.
- Hansı cəhənnəmdəsən sən?
Onun üstümə elə bərk qışqırmağına gözlərim doldu. Səsə yəqin ki, bütün qonşular ayılmışdı. Özü də bunu anlayıb necə evə itələdisə ani olaraq yerimdə büdərdim. Bu insan elə bil vəhşiləşmişdi.
- Sənin xəbərin var saat neçədi? Çöldəki təhlükələrdən xəbərin var? Başa düşdük də istəmirsən. 2 ay da səbr edə bilmirsən.
Mənə danışmağa imkan vermədən dil dil ötürdü
- Sən...sən nə ağılla bu saatda evdən çıxmısan?
- Bəlkə bir mənə də qulaq asasan! Saragildəydim. Kamilin qızdırması var idi. Nə Gülsüm xala, nə sən evdə yox idiniz. Onu elə çarəsiz qoya bilməzdim!
Amal bir anlıq sakitləşdi. Peşiman idi qışqırdığına bəlliydi, amma bildirməməyə çalışırdı.
- Mən.. yəni xalam narahat idi. Dəli olub arvad yazıq. Bir də belə eləmə. Ən azından telefonun yanında olsun. Onu bu qədər narahat etməyə haqqın yoxdur.
- Ani oldu hər şey, yoxsa xəbər verərdim. Indi özüm zəng vuraram.
- Yox.. özüm.. özüm deyəcəyəm. gəl, qalxaq Saragilə. Bu vaxtı evinə tək girməyim. Yoldaşı səhər rayona getdi.
- Ehtiyac yoxdur. Kamil yatır. Diş çıxardır, qızdırması var idi. Xəbərsizsən, amma deyim ki, mən pediatram. İsveçdə bir müddət işləmişəm. Yəni kor koranə gedib baxmamışam.
Otağıma keçdim. Onun həmin andaki mimikasını görəməyi çox istəyərdim, amma acıq eləmişdim. Məni dinləmədən səsini başına atmışdı. Həyat yoldaşının əslində onunla demək olar ki, həmkar olduğunu indi bilməsi yəqin ki, onu lap təəcübləndirmişdi..
Səhər açıılanda yerimdən qalxıb mətbəxə keçdim. Gülsüm xala evə girən kimi məni görüb: - Gecə qorxmadın tək qalmağa? Deyə soruşması məni lap çaşdırdı.
- Amal gəldi gecə
- Doğrudan, mənə dedi əməliyyatı var. Xəstəxanada qalacaq.
- Yəqin təxirə düşüb.. Mən də Saragilə getmişdim.
Bunu bilərək dedim. Olanlardan xəbərinin olub olmamasından.
- Saragilə? Demək tanış oldunuz? Hii yoxsa Kamilə nəsə olmuşdu..
- Yoox..yəni indi yaxşıdır. Gülsüm xala, mənim Saragilə getməyimdən xəbərin yox idi?
- Yox, indi səndən eşidirəm. Nəsə olub?
- Yox, yox. Heç nə olmayıb.
Amal mənə yalan demişdi.. Gülsüm xala yox, özü narahat olmuşdu. Niyəsə bu mənim gülümsəməmə səbəb olmuşdu. Təəcüblənsəm də nədənsə sevinmişdim.

Müəllif: Lili SH


Şərhlər:
Baxılıb: 1140
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz