Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Məcburiyyət (16-cı bölüm)
Məcburiyyət (16-cı bölüm)
Göndərən: Antikvar
Şərhlər:
Baxılıb: 1186
Səs ver:
- Söz soruşdum. Dedim haradadır? Nə donub qalmısınız
- Gəlməyib, yoxdur.
- Gələn kimi mənə xəbər edin.
Kənanın otaqdan tələsik çıxmasına Ayşə və Ömər bir birilərinə baxaraq qaldılar.
- görəsən nə olub?
- Sənə qalmayıb. Iclasa gəl.
- Mən bilirdim ki, bu qız nəsə töərədəck..
- Ayşə, iclasa dedim!
- Ayşə ayşə.. kor eləyib qzı hamınızı elə bil. Nə edirəm gözə batıram

***

- Firuzə isə artıq evinə çatmışdı. Səlmanın işə getməsi ilə o içəri keçdi. Geyimlərini çantaya toplayıb evdən çıxdı. Bilirdi ki, onu burada Kənan tapacaq. Axtaracağğından əmin idi. Tələm tələsik çıxdığından məktub qabına belə baxmadı. Səhər saatlarında kuryerin gətirdiyi məktub qabında da qaldı. Səlmaın evinə dönərək otaqda qoyduğu çantasından palatar çıxarıb əynini dəyişdi. Evdə oturmayacaqdı. Artıq iş axtarışına çıxırdı. Amma köhnə iş yerinə də getməliydi. Indi nə Kənanı nə də Onuru görmək arzusunda deyildi. Onuru görsə belə əhəmiyyət verməzdi, amma Kənan yox. əlindən cinayət belə çıxa bilərdi. İçindəki hikkəsini yatırdacaq heç bir bəhanə yox idi. Firuzə iş axtarışına çıxsa da hər zaman rastlşadığı problemlərlə üzləşirdi. Köhnə iş yeri olduqca nüfuzlu olduğundan onlar üçün miqrantları işə götürmə olduqca asan başa gəlirdi. Firuzə qərar vermişdi ki, sakit, daha kiçik bir yerdə heç kimin gözünə batmadan işini dabam etdirsin. Amma ilk növbədə telefon nömrəsini dəyişdirmək üçün mağazaya girdi. Sönülü olan telefonunu açmadan kartı çıxardaraq küçəyə atdı. İndi onu nə Kənan nə atası tapmayacaqdı. Yeni kartının nömrəsini ancaq səlmaya zəng vurub verdi. Kənanın şirkətdə olduğunu öyrənincə isə gözləməyə qərar verdi. Kənan isə otağında o baş bu baş dəli kimi gedib gəlirdi.keçirdiyi narahatlıq onu rahat buraxmırdı. Firuzədən hər saat keçdikcə xəbər ala bilməməsi onu qorxudurdu.
- Lənətə gələsən telefonu da sönülüdür. Başına iş gəlsə birdən.. offf... Firuzə offf.. hara getmisən gecə vaxtı.. sənin burda heç kimin də yoxdur.
Kənan əlini telefonuna atıb qorxa qorxa yığdığı nömərdən gələn səslə narahat halda danışmağa başladı.
- salam. Kənan Balcıoğludur danışan. 1 saat içində bütün xəstəxana və polis şöbələrindən araşdır Firuzə adlı xanım haqqında məlumat daxil olubmui. Soyadı?
Kənan əlini atıb kadrlara yığacaqdı ki, Firuzənin çantasına gözü sataşdı. Dünən gecə çıxıb gedərkən Kənanın maşınında qoyduğu çantasını. Çantaya əl atıb Firuzənin pasportunu götürərək soyadını dedi. Dəstəyi asan kimi başını əlləri arasına alıb masada qoyduğu pasportda Firuzənin şəklinə baxmağa başladı.
- hara gedə bilərsən hara? Pasportun, sənədlərin məndədir. Sənə bir şey olsa....Kənan bu sadəcə vicdandır. O qədər. Sadəcə vicdanın səsi.. özünü toparla.
Firuzə isə hələ təzə fərqinə varırdı ki, bütün sənədləri çantasının içində çantası isə Kənanın maşınında qalmışdı. Nə qədər cəhd etsə də özünü toparlayıb şirkətə gedə bilmirdi. Nə nömrə ala bildi nə də iş axtara bildi. Evə dönüb yorgunlugunu atmaq üçün yatmağa qərar vermişdi. Səlma isə min bəhanəylə Kənanın otağına girərək onun halına baxırdı. Masada Firuzənin pasportunu görüncə özünü saxlaya bilməyib reaksiya verdi.
- aa Firuzənin pasportu. Yəqin yazıq axtarır. Verin mənə çatdıraram.... Səlma dediyi sözün fərqinə sonradan vardı. Dodağını dişləyərək geri çəkildi.
- Harada olduğunu bilirsən?
- Şeyy.. mən
- Səlma əgər bilib demirsənsə məndən incimə.
- Bilmirəm. Haradan bilim
- Bəs niyə dedin axtarır çatdıraram.
- Hər halda axtarır deyə düşündüm. Evinə apararam
- Işə gəlmədiyini haradan bilirsən?
- Şeyy mən.. şöbəyə baş çəkmişdim. Dedilər yoxdur. Oradan.
- Səninlə arası yaxşı idi?
- Belə də. Hamı kimi. Necə bəyəm?
- Səlma Firuzə dünənə gecədən yoxdur. Hara baxmışamsa yoxdur.. yer yarılıb yerin içinə girib elə bil. Başına bir şey gələ bilər.
- Narahat olmayın yaxşı.....yaxşı olar hər halda cin kimi qızdır. Öhdəsindən gələr mənasında dedim.
Səlma az qalsın yenə sözünü deyəcəkdi. Kənanın üzü pəncərəyə tərəf oldugundan və fikirli oldugundan fərqinə varmadı.ş
- Səlma əgər bir xəbər alsan mənə də de.
- Nə xəbər alacam ki? Mən haradan bilim.
- Ümumiyyətlə deyirəm. Hər halda eşidərsən.
- Başüstə Kənan bəy. Izninizlə.......ohhh bir anlıq hər şeyi bərbad edəcəkdim.
Səlma əlini atıb Firuzəyə yığsa da nömrəsinə zəng çatmırdı. Bu arada daha bir məktub ictiaiətlə əlaqələr şöbəsinə gəlmişdi. Ayşə yenə qabağa keçib məktubu kuryerdən aldı. Kağızı parçalayıb atmaq istəyirdi ki, Ömərin ona tərəf gəlməsi ilə əlini saxladı.
- o nədir.
- Heç...
- Ver bura görüm.
- Mənimdir. Şəxsi.
- Kuryer Firuzənin adını çəkdi amma.
- Səhv eşitmisən. Mənə idi. Izninlə..
Ömər Ayşəyə inanmyaraq məktubu əlindən aldı. Zənn etdiyi kimi məktub Firuzəyə idi. Ayşəyə sərt baxışlarla baxıb məktubu firuzənin oturduğu masanın üzərinə atdı.
- bu buradan itsə məndən incimə. Camaatın şəxsi əşyalarını qarışdırma.
- ....
- Eşitdin? Dedim itsə səndən biləcəyəm.
- Eşitdim.
- Lap yaxşı işinin başına dön.
Ay.şə gözü məktubda qala qala masa arxasına keçdi. əlindəki qələmi az qala sındıracaqdı. O məktubun Firuzənin əlinə keçməməsi üçün planlar qurmağa başlamışdı.
Firuzə isə axşama qədər yatmışdı. Az da olsa rahatlaşmış fikirlərindən yayınmışdı. Səlmanın evə gəlməsiylə ayılan Firuzə onunla söhbət etməyə başlamışdı. Söhbət dönüb dolaşıb Kənanın üzərinə gəlmişdi.
- pasportun Kənanın masasının üstündə idi.
- Doğrudan? Səlma xala nə olur olsun onu mənə gətirin xahiş edirəm.
- ərizə yazmağa gəlməyəcəksən.
- Yox. Qoy necə çıxarırlar çıxarsınlar o şirkətə bir daha ayaq basmayuacagam
- Dəli dəli danışma. ərizəni yaz ver mən apararam kadrlara eybi yox. Pasportu isə Kənan gözünün önündən ayırmır. Götürsəm biləcək ki, mən eləmişəm. Biləcək ki, yerini bilirəm.
- Amma yenə də onu almalıyam.. siz götürün deyərsiniz gəlib götürəndə işə gəlməmişdiniz.
- Qızım adam məndən əvvəl gəlib məndən sonra çıxır. Dəlilər kimi hər yerdə səni axtarır.
- Lənətə gələsən. Nə istəyir axı hələ də.
- Danışacaqsan nə baş verib?
Firuzə olanları Səlmaya danışanda Səlma ağzı açıq qulaq asırdı.
- Hər şeyi gözləyirdim bu adamdan, amma bu cür hərəkət. 30 yaşı var utanmadan oyun oynayır. Kiminsə hissləri ilə oynamaq günahdır. Allahdan tez eşitmisən. Yoxsa birdən aşiq olsaydın onda necə olardı...
- .....
- Firuzə?
- .....
- Aşiq olmamısan hə?
- ......
- Yox, Allahım... can balam gəl bura.
Firuzənin ağlamağı ilə Səlma sualına cavab tapmış oldu. Firuzə Səlmanı qucaqlayaraq sakitləşdirməyə çalışdıqca dilini altında Kənannı da söyürdü.
- keçəcək qızım.. keçəcək. Səbr et. Allah onun cəzasını verəcək. Hər şey ortalığa çıxdısa bu adam niyə əl çəkmir səndən. Şərəfsiz deyəsən hələ istədiyin almayıb. Alçaq. Dəli şeytan deyir get vur sifətinə şilləni, tüpür hər şeyə çıx.ş
- yox.. Səlma xala heç vaxt... eşidirsiniz. Siz oradan çıxsanız özümü heç vaxt bağışlamaram.
- Hər şeyə göz yummaq olar, amma buna..
- Yox.. heç vaxt.. onsuzda yaxşılığınızın əvəzini necə ödəyəcəyəm bilmirəm.
- Aa dəli qız. Nə ödəmək nə yaxşılıq. Sən mənim qızımsan.. qızı anaya yaxşılığın əvəzini ancaq xoşbəxt olmağı ilə ödəyər.
- Nə olar belə danışmayın.
- Yenə nə oldu. Niyə ağlayırsan? Firuzə sakit ol.
Səlmanın sözlərinə kövrələn Firuzə bu dəfə Kənana ağlamırdı. Səlamın sözləri onun ürəyinin daha da dərinliklərinə getmişdi. Yarasına duz basmışdı sanki.

***

Aradan 3 gün keçsə də Firuzədən heç bir xəbər ala bilməməsiylə kənan dəliyə dönmüşdü. Nə polis nə xəstəxana. Heç birində tapa bilməyincə daha da təlaşlanmışdı. Ölkəni tərk edə bilməzi çünki passportu hələ də Kənanda idi. Firuzəyə gələn məktublar isə masanın üzərinə toplanırdı. Ömər özü nəzarət etdiyindən Ayşə məktubları məhv edə bilmirdi. Amma Firuzənin işə gəlməməsi ilə sevinirdi ki, məktublar ona çatana kimi gec olacaq. Kənan yenidən otağa girəndə Ayşə də hamı kimi cəld ayağa qalxdı. Qaçaraq Firuzənin masasının qarşısında dayandı.
- Ömər bu gündə xəbər yoxdur
- Xeyr Kənan bəy.
- Mənimlə gəl.
Ömər Kənanın arxası ilə otaqlarına gedəndə Ayşə fürsətdən istifadə edib bütün məktubları götürüb zibil qutusuna atdı. Otağa xadimə girərək zibil qutularını boşaldanda Ayşə daha da rahatladı. Düşündüki Ömər nəsə desə deyəcək xadimə hamısın atıb. Ömər isə Kənanın qarşısında dayanıb onun danışmasını gözləyirdi.
- inanan bilmirəm. Bir Allah bəndəsi bilmir bu qızın hara gedə biləcəyini. Mənim əlim hər yerə çatsa da tapa bilmirəm Lənətə gəlsin! Biriniz işə yaramırsınız.
- Kadrlarda olan ünvan
- O ünvanda heç kim yaşamır. Adam qoymuşam qapıya amma yoxdur. Yoxdur yoxdur. Dəli olacağam.
- Şeyy.. Kənan bəy.
- ....
- Firuzəyə iki üçü gündür məktublar gəlir.
- Nə məktubu
- Bilmirəm. Baxmamışam. Bəlkə içində nəsə tapa bilərsiniz.
- Bunu indi niyə deyirsən! 3 gündür məktub gəlir və sən indi deyirsən. Cəld gətir onları mənə.
Ömər cəld otağa qayıdanda Firuzənin masasını boş gördü.
- hanı məktublar?
- Mən nə bilim qarovulçusuyam?
- Necə mən nə bilim. Az əvvəl burdaydı.
- Mən indi girdim otağa.. nə qışqırırsan işim burda məktuba baxmaq deyil.
- Ayşə adamı dəli eləmə. Kənan bəyin əmridir. Yoxsa indi əsəbindən hamını qovar.
- Eeee! Mənə nə! Bezdim artıq. Məktubunuza da Firuzəsinə də. Nə müqəddəs qız oldu bu.
- Söz qatma tez ol ver!
Mübahisənin uzandıqca Kənan otağında səbri çatmayıb özü departamentə gəldi.
- hanı məktublar? Tez ol verin. Bir iş arxası ilə göndərirəm az qala üç gün qayıtmayasınız.
Ömər nə edəcəyini bilmirdi artıq. Susmuş vəziyyətdə gah Ayşəyə yalvarış dolu baxışlarla baxır gah da qorxu dolu gözlərlə Kənanı izləyirdi.
- nə gözünü döyürsən? Məktubları ver.
- Şşeyy.. Kənan bəy. Məktublar...
- Nə?
- Yoxdur
- Necə yəni yoxdur?
- Bilmirəm bayaq burda idi.
- Ömər......bax sakitcə deyirəm.. səsimi yüksəltmirəm.... hanı o məktublar..
- Kənan bəy inanın mən girəndə yox idi.
- ÖMƏR MƏKTUBLAR HANI!?
Kənanın bağırtısına hamı dik atıldı. Işçilərdən biri xadimənin otağı yığışırdığını bəlkə onun nəsə biləcəyini deyincə Kənan xadimənin çağrılmasını istədi. Xadimə artıq əsə- əsə gəlmişdi.
- buranı təmizləyəndə masanın üstündə məktub görmüsən?
- Yox..
- Necə yox! Zəhrimarlar masada olub!
Xadimə Kənanın qışqırtısına dik atıldı.
- Vallah billah masadan heç nə götürməmişəm. Eləcə zibil qutularını boşaltdım. Orada kağızlar var idi.
- Haradırlar indi.
- Ümumi zibil yeşiyinə atmışam.
- Hamınız bir nəfər kimi düşüb o məktubları oradan götürüb masamın üzərinə gətirirsiniz. Madəm ki, atmağı bilirsiniz təmizləyib ggətirməsini də bilin.
Şöbədə hər kəs Ayşəyə nifrətlə baxırdı.
Zibil yeşiklərini yanına gələndə hamı geri çəkilərək Ayşəni önə itələyirdilər.
- o məktubları atdığını gördük.
- Hə mən də gördüm. Indi get özün də götür.
- Mən heç nə eləməmişəm.
- Ayşə hamımız şahidik. Səni satmadığımıza şükr et. Get özün də götür.
Ayşə əsəbindən az qala partlayacaqdı. Iyrənərək məktubları götürüb təmizləməyə başladı. Deyinə -deyinə şöbəyə gətirdi.
- qisasım ağır olacaq. And içirəm ki, bunlıarı bir bir burnundan gətirəcəyəm.!
Ömər məktubları götürüb Kənanın otağına gətirdi. Arada baş verən qaçaqaçdan Səlma başa düşdü ki, nəsə yolunda getmir. Amma firuzənin adı hallanmadığından başını salıb işini görürdü. Ömər içəri girər girməz Kənan onun əlindən məktubları qapıb üzərinə baxdı. Dərhal içini açıb hər birini oxudu.
- aman Allah.. bunlar çoxdan gəlir?
- Nə?
- Bu məktublar nə vaxtydan gəlir?
- Bilmirəm. Mən üç gün əvvəldən fərqinə vardım. Nə olub ki, Kənan bəy.
- Gedə bilərsən.
- Amma.
- Dedim gedə bilərsən.
Ömərin otaqdan çıxması ilə Kənan yerinə oturdu.. Ah Firuzə sən neynəmisən? Haralardasan?
Birdən yadına nəsə düşdü və əlini atıb telefonda nömrə yığdı.
- Alo...Kənandır...bir iş tapşıracağam.. əlindəki bütün işləri təxirə sal....ad deyirəm qeyd elə. Firuzə Muhsin. Təcili sürətdə, nə bahasına olur olsun onu tap.

Müəllif: Lili Sh


Şərhlər:
Baxılıb: 1186
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz