Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Məcburiyyət (15-ci bölüm)
Məcburiyyət (15-ci bölüm)
Göndərən: Antikvar
Şərhlər:
Baxılıb: 1201
Səs ver:
- Bura haradır
- Gəl...
- Kənan
- Dedim ki, gəl.. Amma yox dayan..
- Nə?
- Gözlərini bağlayacağam.
- Nə?! Dəlisən sən
- Dön.. çox danışma.
- Yox. Istəmirəm. Gedirəm mən.
- Firuzə söz verirəm. Bu gecədən sonra bir daha üzümü görməyəcəksən.
- ....
- Sadəcə bu gecə dediyimi elə.
- Gecə deyib məni qorxutma da sən də.
Kənan qəh qəhə ataraq Firuzəni özün tərəf çəkib qucaqladı.
- yox qorxma. Sadəcə xoşbəxt olmağını istəyirəm. Gülməyini istəyirəm. Sən bikef olanda heç çəkilmirsən. Amma əhvalın yaxşı olanda didişirsən mənimlə bu da mənə xoşduur.
- Bəlkə qollarını boynumdan çəkəsən.
- Narahat olma. Mənə xoşdur.
- Narahat olmayım? əllərini sındırmamış çək. Inan narahat olacaqsan..
Kənan offuldayaraqqollarını Firuzənin boynundan götürdü.
- hə nə deyirsən?
- Bu gecə bitir və mən səni görməyəcəyəm. Elə?
- Elə..
- Hm... yaxşı.. amma sözündə durmasan incimə.
- Ay Allah nə edəcəksən yoxsa.. Hədələmə də məni. Inan gülməyim gəlir.
- Ağlına belə gətirə bilmərsən ki, başına nə oyun açaram.
- Hə yaxşı yaxşı inandım. Qorxudan bu saat əsirəm. Indi dön gözünü bağlayıram.
- Nəyə lazımdır axı
- Ay qız bəsdir sual verdin. Sus artıq.
Kənan Firuzənin gözlərini bağlayaraq özü ilə dartmağa başladı.
- Kənan yıxılaram.
- Qorxma yanındayam tutaram səni.
- Bilirəm də dəniz kənarındayıq. Gələndə gördüm kor deyiləm.....bu nədir?
Firuzə danışa danışa kənan onun gözlərini açmışdı. Özü də şokda idi. Dəniz kənarında ətrafı ağ tüllərlə bəzədilmiş iki nəfərlik yemək masası. ətrafda kiçik tonqallar və sərin meh.
- bəyəndin?
- Sən...bu...
- Nə ? bəyənmədin yoxsa?
Firuzə heç nə demədən Kənana dönüb baxırdı. Düşündü ki, bu qədər oyun olmaz. Bu adam bir oyuna görə bu qədər səbirli, düşüncəli, romantik ola bilməz. Düşündü ki, Kənan doğrudan onu sevir.
- bu ola bilməz axı.
- Nə?
- Sən mənə aşiq olmusan?
- Sabahın xeyir, indi çatır.
- Bu oyun deyil?
- Firuzə nə oyun oyun yapışmısan. Yox oyun deyil. Gerçəkdir. Sən mən bura. Hər şey gerçəkdir. Dediklərimi bir daha deyim? Hə səni sevirəm. Üzülməyini istəmirəm. Səni üzəni yer üzündən silərəm. Dünyanı dar edərəm o adama. Yetərki gül.. amma gülüşünün səbəbi başqası yox. Mən olum istəyirəm.
Kənan danışdıqca Firuzənin gözləri dolurdu. Bu qədər istilik bu qədər sevgi uzun zamandır hiss etməmişdi. Hətta bu cür heç hiss etməmişdi.
- sadəcə bir şans ver. Ömrümün sonuna qədər....inan mənə ömrümün ən son gününə qədər sənə sevgimi sübut edərəm.
- O qədər lazım deyil yox.
Ikisi də gülümsədilər. Kənan Firuzənin əllərini ovucuna aldı. O qədər balaca idi ki, özü də güldü.
- Eybəcər və gözəlçə nağılını eşitmisən?
- Hə.
- Bax əllərin ovucumda olanda o nağılı xatırladım.
- Amma sən eybəcər deyilsən.
- Zahirən ola bilər, daxilim isə səni görənə qədər o nağıldakı eybəcərə bənzəyirdi.
- Heç mən də gözəlçə deyiləm.
- Eləsən... mənim üçün dünyanın ən gözəl qadınısan.
Firuzə başını aşağı salıb utanaraq gülümsədi.
- gəl, yeməklərimiz soyumasın – deyərək Kənan onun əlindən tutub masaya tərəf apardı. Yeməkdə maraqlı söhbətlər etmiş, danışıb gülmüşdülər. Firuzə uzun zamandan bəri özünü bu qədər yaxşı hiss etməmişdi. Elə Kənan özü də fərqində idi ki, ona da uzun zamandır bu qədər xoş olmamışdı. Ilk dəfə idi ki, qarşısında oturan gənc xanıma sadəcə həzz almaq gözü ilə baxmırdı və onunla iki normal insan kimi söhbət edirdi.
- Kənan
- Ay can
- Sənə bir şey deyəcəyəm.
- Eşidirəm.
- Şey..ömrünün sonuna qədər sübut etməyə hazırsan demişdin ha..
- Aha...
- Bu lazım olmayacaq
- Niyə?
- Çünki.....telefonun çalır...
- Çalsın. Sən sözünü de.
- Yox aç. Səhərdən bir yerdəyik. Narahat olar evdəkilər.
- Firuzə...
- Xahiş edirəm. Onsuzda fikrim orada qaldı. Aç danış...
Kənan əlini telefona atanda Onurun zəng vurduğunu gördü. Zəngə rədd cavabı verərək "əhəmiyyətli deyil, sən davam elə.” Deyərək telefonu kənara qoydu. Firuzə sözünə davam etmək istəyirdi ki, yenidən gələn smsm səsi söhbətə mane oldu.
- görürsən vacib imiş gərək açardın.
Kənan smsi oxuyan kimi üz mimikası dəyişdi. Yerində özünü düzəldib içki olan stəkana əl atdı.ş
- nə oldu?
- Heç nə. Bağışla. Indi mən zəng vurum gəlirəm.
- Işlə bağlıdır? Mən də getmədim.
- Yox.. kiçik bir şeydir. Iki dəqiqəyə həll edəcəyəm. Sən yeməyini ye....
Kənan telfonu açıb smsi bir daha oxudu "Əgər maşınını yanına gəlməsən özüm gəlib hər şeyi Firuzəyə danışacağam”
Kənan telefonu cibinə qoyub maşına tərəf getdi. Onur öz maşının yanında daynıb qapıyab söykənmişdi.
- vay vay vay.. deyəsən bərk təsir edib sms
- onur bu nə deməkdir?
- O deməkdir ki, bilə bilə ki mənim firuzədən səndən əvvəl xoşum gəlib gedib onu yatağına atmaq üçün oyunlar fırladırsan.
- Danışığını bil.
- Başa düşmədim. Nə oldu birrdən dəyərə mindi? Özün deyirdin ki? Sadəcə qisasını alacaqsan.
- Hə elədir. Deyirdim.
- Və? Nə oldu? Yoxsa gerçəkdən aşiq oldun?
- Onur sən içkilisən.
- Mən? Mən içkili deyiləm. Sən içkilisən deyəsən. Fərqində deyilsən elədiklərinin. Biz dost idik. Və sən dostunun xoşuna gələn qızı yatağına atmaq istəyirsən.
- Xoşuna gələn? Güldürmə məni. Sən məndən də həvəsli idin. Mən qisasımı almaq istəyirdim sənsə sirf əyləşncə xətrinə .Yoxsa özünü mənə tanıdacaqsan. əlimin içi kimi tanıyıram səni. Sənin tipin deyil bu xanımlar.
- Sənin tipindir? Dünyanın ən gözəl xanımları ilə oturub duran Kənan bəyin zövqüdür?
- Onur!
- Kənan nə dəyişdi..düzünü denən. Aşiq olmusan?
- Yox.
- Bəs onda bu nədir? Balaca uşaqlar kimi düşmüsən qızın arxasınca.
- Onur bu gecə hər şey bitir onsuzda inandı inandı. Inanmadı çəkilirəm kənara.
- Yəni mənə buraxırsan yolu.
- Yox.,.nə sənə nə başqa birinə....
- Başa düşmədim niyə?
- Çünki....
- Bravo! Həqiqətən bravo!
- Firuzə?!
- Hə...Firuzə... Allah ikinizin də bəlasını versin!
- Firuzə dur! Firuzə!
Firuzə bacardığı qədər sürətlə qaçırdı. Ağlasaydı taqətdən düşəcəkdi. Ona görə, özünü sıxıb, dişlərini qıcayıb var gücü ilə qaçırdı. Yola çıxan kimi rastına gələn maşına əl uzatdı. Bəxtinə maşın saxlamışdı da. Kənan çatan kimi maşın artıq yola düşdü. Yol boyu sürücü Firuzəyə qəribə baxışlarla baxsa da Firuzə hönkürərək ağlayır özünü saxlaya bilmirdi. Əlləri ilə dodaqlarını bərk bərk silib daha da ağlayırdı.
- axmaq Firuzə axmaq!
- Xanım yaxşısınız?
- Bağışlayıın! Siz.. mənim üzərimdə çantam yoxdur. Sizə bir ünvan deyəcəyəm. Zəhmərt olmasa ora gedək. Nə qədər olsa yol haqqı verərəm.
- Xanım mən taksi deyiləm. Sadəcə yardım üçün dayandım. Hara istəsəniz apararam. Sadəcə siz sakitləşin. Ağlamaqdan həlak oldunuz. Düzünü deyin orada sizə nəsə elədilər. Mənim tanış polis dostlarım var. Ola bilsin tursitsiniz deyə sizi sıxışdırıblar, çantanızı götürüblər.. qorxmayın.
- Yox.. yox.. sadəcə öz axmaqlığımın qurbanı olacaqdım....ya da bəlkə də olmuşam...
Yenidən ağlamağa başlayınca sürücü maşınmı kənara verib saxladı. Düşüb mağazadan su alalaraq geri qayıtmışdı.
- alın için sakitləşin.
- Çox sağolun.
- Ünvanı deyin sizi aparım. Evə çatan kimi yatın dincəlin. Ağlamağa dəyməz..
Sürücü yol boyu firuzənin başını qatmağa çalışsa da Firuzə səssiz də olsa ağlayırdı. Içini yanırdı çünki. Uzun müddət sonra ilk dəfə idi ki, inanırdı kiməsə. Ünvana çatan kimi ağlamaqdan içini çəkən firuzə düşüb qapıya tərəf getdi. Sürücü onunla birgə qapıya yaxınlşadı. Qapının döyülməsi ilə açılması bir oldu.
- Firuzə!? Bu nə haldır qızım?
- Səlma xanım.. .bağışlayın gedəcək başqa kimsəm yox idi...
- Gəl içəri o nə sözdür. Keç görüm..
Sürücünü kənarda görən Səlma bir ona bir də Firuzəyə baxırdı.
- qardaş mənə yolda kömək oldu. Buraya qədər gətirdi.
- Bağışlayın. Xanım yaxşı deyildi. Dedim birdən evdə heç kim olmaz, tək bu vəziyyətdə qalmasın. Narahat etmək istəmirdim.
- Çox sağolun. Buyurun siz də təşəkkür çayı için.
- Yox.. mən gedim.. Sağolun.
- Siz sağolun.
Sürücünün arxası ilə baxan Səlma gülümsəyərək hələ də yaxşı insanlar var deyə Firuzəyə çöndü. Onun büzüşmüş, ağlmaqdan dodaqları burnu şişmiş halda görüncə yenidən təlaşlandı.
- Qızm nə oldu axı sənə belə.
- Mən... mən çox pisəm.
- Niyə axı? Sənə kimsə nəsə edib? Hii ? Firuzə düzünü de
- Yenə həqiqət bildiyim hər şey alt üst oldu.. Yenə mən inandım və boşuna... yenə ürəyim sındı.....
Firuzənin bunları deməsiylə yerə çöküb ağlamağı bir oldu. Səlma onu zorla ayağa qaldırıb qızının otağına gətirdi. Qızına qaş göz işarəsi ilə çıxmağını bildirdi.
- danış görüm nə olub? Ya da yox. Istəyirsən sənə isti çay gətirim, çim, bax qızımla eyni boydasınız təmiz də paltar verim geyin. Rahatla sonra danışaq.
- Yox.. heç nə istəmirəm.
- Yox.. eyriaz istəmirəm. Dur ayağa. Xəbərin var özündən pərişan haldasan. Gir hamama. Düzdür şəraitim o qədər luks deyil, amma hər şey təmizdir narahat olma,
- Səlma xanım elə deməyin nə olar. Onsuzda sizi gecə vaxtı narahat etdim.
- Bir də eşitməyim. Özü də xanım demə mənə. Elə səlma de ya da Səlma xala. Ürəyin nə istəyir. Indi gir isti su yaxşı gələcək. Mən də palatarını çayını hazır edim. Sonra danışarıq. Firuzə içini çəkə çəkə hamama girərək isti suyun altında dayandı. Rahatlamışdı bir az, amma yenə də canı yanırdı. Çıxıb Səlmanın verdiyi paltarları geyinib uzanmışdı. Səlma əlində çay otağa gəlincə onu yataqda büzüşmüş halda yuxlayan gördü. Yanında oturaraq saçını sığal çəkərək, səsləsə də Firuzə oyanmamaq üçün dirənirdi.
- Yazıq balam. Tək tənha yurdundan yuvandan uzaq. Kim neynədi sənə axı?

***

- lənətə gələsən səni!
- Indi gücün mənə çatır. Adam olardın bu oyunu oynamazdın qıza..
- Anlamırsan.... anlamayacaqsan.. hər şeyi korladın. Sənii.. səni öldürsəm belə içim soyumaz.
- Yetəri qədər üz gözümü partlatdın.....Kənan ən yaxın dostunu bir miqrant qıza görə döydü... xəbərə baxe..
- Onur kəs! Onsuzda əsəbimdən üzərindən maşınla belə keçməyə hazıram..
- Kənan özün az əvvəl etiraf elədin ki, ona aşiq olmamısan.. oyun xətrinə edirdin. Bu nədir onda edirsən. Gedir cəhənnəmə getsin.
- Bax sən busan? Indi arxası ilə yıxıb sürəryərsən. Amma hünərin var artıq kəlmə de haqqında.. hər şeyi silərəm inan. Bir daha da dilinə gətirmə. Mən aşiq olub eləməmişəm.....eşidirsən.. . olmamışam... sevmirəm.!
- Qışqırıma. O zaman özünü toparla. Getdi getdi də.. nəyinə lazım.
- Yox.. incidi.. çox incidi..
- Kənan sənə nə? Artıq ikimiz də şansımızı itirdik. Sənə qız yoxdur. Ya mənə?
- Bəs nə oldu ondan xoşun gəlirdi.
- Hə gəlirdi. Amma kiminsə arxası ilə sürünmək fikrim yoxdur. Üstəgəl dostluğumuza xələl gətirməsini istəmirəm.
- Onur..
- Hə..
- Canın cəhənnəm. Tüpürüm dostluğuna da sənə də.
- Kənan sonradan peşiman olacağın sözlər işlətmə.
Kənan əsəblə maşınına əyləşib bir başa Firuzənin evinə sürdü. Evin işığı yanmasa belə qapını möhkəm möhkəm döyərək Firuzəni çağırırdı. Evdə olmadığını anlayınca maşına döndü yenidən.
- bütün bunlar oyun idi.. sadəcə oyun. Öyrəndi öyrəndi.. canını belə incitmiş oldun. Qisasını belə aldın... nə istəyirsən Kənan.. yaxşı onda niyə sevinmirəm? Niyə narahatam..həm də heç olmadığı qədər.
Kənan öz özünə danışa danışa elə maşında yuxuya getmişdi. Səhərə yaxın gözünü açdı. Yenidən düşüb Firuzənin yaşadığı evin qapısını döyməyə başladı.
- hansı cəhənnəmdəsən? Gecə vaxtı hara getmisən! Eybi yox. Işə gələcəksən də onsuzda.
Qapıya təpik vurub işə doğru yol almışdı. Firuzə isə Səlma gildə səhərini açar açmaz evə doğru yol almaq üçün Səlmadan taksi pulu istəmişdi.
- qızım səhər indi açılıb yeməyini ye çıx. Fikrim səndə qalmasın.
- Yox.. evə gedim paltarım, pulum heç nəyim yoxdur. Bu gün oradan köçəcəm. Ev tapmalıyam.
- Necə yəni? İşə getməyəcəksən.
- Yox bir daha gəlməyəcəyəm. Ev tapan kimi gəlib ərizəmi yazıb çıxacağam.
- Niyə? Dünənədən heç nə danışmırsan axı nə olub. Işlə bağlı belə problemin olmaz axı. Səni bu qədər aöladacaq incidəcək nə baş verib?
- Səlma xala nə olar soruşma. Indi yox. Sadəcə gedəcəyəm buralardan. Onu bilirəm.
- Nə?...nə vaxta?
- Bilmirəm. Hansı ölkə problemsiz işçi qəbul etsə oraya.
- Qızım niyə vətəninə dönmürsən. Ailənin yanına dön. Bax belə çətin olur. Sən ayaqüstə tək dayanmaq üçün hələ çox gücsüzssən.
- Yox.. qayıtmayacağam.. qayıda bilmərəm.
- Axı niyə? Nədir bu sirr... yedi bitrdi səni..
- Səlma xala mən gedim.
- Get, amma axşama bizə gəl. Bir müddət mənimlə qal.
- Yox. Sizə yük ola bilmərəm.
- Dəli dəli danışma. Quş boyda mədən var yemək də yemirsən. Otaqda bizdə boş orada qalıb. Nə yükündən danışırsan?
- Amma
- Etriaz istəmirəm. ən azından özünü toparlayana qədər burada qal. Narahat olma anan kimi olmasa da mən də sənin qayğına qalaram...
Firuzə Səlmanın bu sözünə kövrəlib onu qucaqladı.
- ey bəsdir.. yenə ağlama....dəli qız.
- Çox sağolun. Hər şeyə görə çox sağolun.
- Yaxşı yaxşı.. indi məni də ağladacaqsan yoxsa. Sən indi get paltarlarınıyığ gəl bura. Bu günlük heç bir yerə çıxma. Evdə heç kim olmayacaq. Atamdır ona baxıcısı baxır otağında. Sən dincəl yat. Stressdən uzaqlaş sonrasını bir yerdə düşünərik.
- Sizin borcunuzu necə ödəyəcəyəm bilmirəm.
- Heç bir borc yoxdur. Sən də mənim qızım. Indi get. Amma tez gəl.. mən də bu günlük icazə alaram
- Yox.. mənə görə qalmayın işdən. Xahiş edirəm.
- Yox.. narahat olma Kənan səhərlər işə gəlmir onsuz.
- Adını çəkməyin onun
- Aha. Demək bu halın onunla bağlıdır.
- ....
- Yaxşı .. heç nə soruşmadım. Amma ən azında de bilim məndən soruşsa nəsə deyim.
- Heç nə.. görməmisiniz..eşitməmisini z məni.
- Ooo bu dərəcə yəni? Yaxşı.. sən deyən olsun. Gəl onda birlikdə gedək. Mən işdə düşüm, sən evinə get.

***

Departamentə gələn növbəti kuryer yenə Firuzəyə zərf gətirmişdi. Bu dəfə də Ayşə alıb yenidən açıb oxudu və məktubu parçalayıb zibil qutusuna atdı.
- səndən qurtulmağıma az qalıb. Çox az..
- nə danışırsan öz -özünə. Iclasa gəl.
- Heç.. Firuzə bu gün də gözümə dəymədi.. budur sizin ən yaxşı işçiniz.
- Gəlməyib.
- Vallah mən görməmişəm.
- Doğrudan bu qız ağ eləyib.
- Kimə gevənirsə artıq.
Ömərlə Ayşə Firuzənin qeybətini edərkən anidən açılan qapı ilə diksindilər. Kənan dəli kimi çəri girib otağa göz gəzdirdi. Ömərlə Ayşəni görüb onlara yaxınlaşdı.
- Hanı o?
- Kim?
- Firuzə hanı?

Müəllif: Lili Sh


Şərhlər:
Baxılıb: 1201
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz