Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Məcburiyyət (13-cü bölüm)
Məcburiyyət (13-cü bölüm)
Göndərən: Antikvar
Şərhlər:
Baxılıb: 1279
Səs ver:
Firuzə Kənanın sözünə əhəmiyyət verməyərək evinə yollandı. Evə təzəcə girmişdi ki, ardınca qapı çaldı.
- Sən? Yox daha..sən doğrudan ağ elədin.
- Tez ol. Gözləyirəm. Vallah nənəm onu gözlədənləri də qapıda oxlovla qarşılayır.
- Kənan, get özünü dola. Çıx get.
- Dayan bağlama. İstəmirdin sübut. Al sənə sübut. Səni ailəmlə tanış edəcəyəm. Beləliklə niyyətimin nə qədər ciddi olduğunu görərsən.
- ...
- Elə baxma. Tez ol. Özü də dediyim kimi bir az örtülü geyin. Düzdür sən heç vaxt geyimdə abartılı olmamısan, amma mən yenə də deyim.
- ....
- Tez ol!
- Mən gəlmirəm.
- Firuzə, inan mənə atıb çiynimdə apararam. Bilirsən ki, eləyərəm.
- Gözlə onda.
- Ay sağol, bax belə. Söz güləşdirmə. Yola gəl.
Firuzə qapını bağlayan kimi gülümsəməyə başladı.
- Bu adam dəlidir, amma sözünün də əridir. Oy nə qəşəng ifadə oldu. Hii gecikdim....hmm.. indi mən nə geyinim. Bunu geyinsəm deyəcək gəlmək istəmirdi , amma geyindiyi paltar bundan xəbər vermir. Çox sadə geyinsəm ailəsinə qarşı hörmətsizlik olar. Eeeee... mən nə geyinim indi. Artıq on dəqiqə idi ki, Firuzə nə geyinəcəyini qərar verə bilmirdi. Qapının döyülməsinə üznüdəki gülüşü tam ciddi formaya çevirib açdı.
- Bu nədir. Necə yola salmışdım eləsən.
- Mənim tələsəcək yerim yoxdur. Nədir 2 dəqiqə gözləmədin.
- 2 dəqiqə? Yaxşı... sənin gözlətmə anlayışını artıq görmüşəm. mənə başqa çarə qoymadın.
- O nə deməkdir?.. ey nenyirsən.. ey burax.. Kənan qoy yerə məni!
Kənan Firuzəni aldığı kimi çiyninə aşırıb maşına gətirdi. Ön oturacağa əyləşdirib özü də sükan arxasına keçdi.
- Heç olmasa imkan verərdim əynimi dəyişim.
- Bu da pis deyil. Gərək qoymazdım evə gələsən elə işdən aparardım.
- Sən dəlisən vallah. Nə deyəcəksən evdəkilərə? Salam biz gəldik?
- Hə, eləcə də deyəcəyəm. Salam biz gəldik.
- Yəni kim?
- Mən və sevdiyim qadın.
- Yox yox.. mən yüz faiz əmin oldum. Sən dəli olmusan. Başın havalanıb sənin.
- Firuzə! Artıq sus..
Kənanın səsinin tonuna Firuzə qapıya tərəf qısılaraq elə asta səslə danışmağa başladı.
- Nə qışqırırsan?
- Qorxutmaq istəmədim. Amma çox danışırsan. Məni tez qocaldacaqsan sən.
- Mən heç nə eləməyəcəyəm.
- Mənə bax qocalıb öləndən sonra başqa birinə ərə getmək yoxdur. O biri dünyadan gəlib onu da sni də öldürərəm.
- Nə? Bu dünyada qovuşduq qaldı o biri dünya.
- Qovuşacağıq. Bu gecə inanacaqsan.
- Nə bilim. Bəlkə sən heç məni valideynlərinlə tanış etməyə aparmırsan? Hə.. mən haradan bilim.
- Valideynlərim yox. Atam nənəm və bibimlə.
- Bağışla.. mən.. mən elə demək istəmirdim.
- Nəyi? Niyə üzr istədin ki?
- Heç..
- Firuzə?
- Heç nə..
Kənanın əyləcə basması ilə hər iksi ani olaraq önə gəldi.
- Ey yavaş
- Bir mənə əmr etmə. Iki mənə ey deyə xitab etməyin axırıncı dəfə olsun Kənan deyə bilərsən, əzizim də deyə bilərsən etiraz etməyəcəyəm. üç...niyə üzr istədin.
- Mənimlə şərtlə danışma.
- Firuzə söhbətdən yayınma. Nə bilirsən?
- Heç nə bilmirəm əl çək.
- Firuzə?
- Offfff bezdim.. hə bilirəm. bilirəm ki, ananla atan balaca olanda ayrılıb.. bu qədər. Sadəcə pis olmağını istəmirdim.
- Niyə?
- Elə...
Kənanın az vvəl üzündə yaranan əsəbdən heç nə qalmamışdı. Üzündə mülayim təbəssümlə firuzəyə tərəf dönüb bir daha niyə deyə soruşunca Firuzə üzünü yana çevirib heç nə cavab vermədi. Hava hələ işıqlı olduğundan yanaqlarının qızardığı gün kimi ortadaydı. Kənan bunu görüncə üzündəki təbəssüm daha da genişləndi. Firuzənin əlini ovcuna alıb kiçik bir öpüş qondurdu.
- Mmm bu qoxu.. sən demədin də nə parfumudur. Mənə uşaqlıqda nənəmi bişirdiyi karamelli şirniyyatları xatırladır.
- Parfüm deyil....
- Bəs nədir?
- Sabun. Irandan gətirmişəm..
- Demək sabundur.. o zaman mənə də ver. Sən yanımda olmayanda onu qoxlayım.
Firuzə Kənanən bu sözünə gülümsəyərək əlini çəkdi.
- Gedək, bizi gözləyirlər.
- Bəlkə sonra? Yəni birdən birə. Mən özüm belə heç nə anlamadım.
- Yox. Elə bu gün. Sənsiz günlərimin sayının artmasını istəmirəm.
- Kənan.
- Ay can Kənan..
- Allahım.. sən kimsən düzünü de. Vallah bu mənim tanıdığım kənan deyil.
Kənan Firuzənin sözünə qəh qəhə atdı.
- Eyb etməz. Gerçək kənanı çox yaxında tanıyacaqsan... həm də çox yaxında.
- Bu nə demək idi.
- Vaxtı gələndə biləcəksən...
Firuzə heç nə anlamadan üzünü yana çevirdi. Kənan isə yenidən o hiyləgər gülüşünü üzünə qondurmuşdu. Evlərinin önünə çatanda Firuzə artıq əsməyə başlamışdı.
- Kənan
- Gəl, qorxma, yanındayam.
- Kənan mən gəlməsəm.
- Aaa bura qədər gəlmişik amma. Caan sənə oxlov deyib qorxutdum hə..
- Yox.. mən gəlmiyim ən yaxşısı budur.
- Gedirik dedim..
- Bax inandım sənə.. vəssalam. Həqiqətən ehtiyac qalmadı getməyimə. Mən gedim evə sən yeməyə get.
- Bura gəl.. elə eləmə ki, yenə çiynimdə salım içəri.
- ...
- Mənə başqa çarə qoymadın yenə.
- Yaxşı yaxşı gəlirəm...gəlirəm
- Ay sağol. əlini ver.
- əlsiz də ötüşərik.
- Firuzə Kənanın yanından keçib qapıya gəldi.
Kənan başını bulaya bulaya onun yanına gəlincə Fatma xanım qapını açdı.
- Ooo gözəllər gözəli. Qapını çalmamış açırsan. Məni sevdiyini bilirdim amma bu qədər təsəvvür etməmişdim.
- Çox danışdın yenə. Xanım qızımız kimdir?
- Oy bağışla. Tanış edim sizi Tanış ol bu Firuzə.
- Nənən?
- Nəəə??? Nənə? Sən mənim haqqımda qıza nənə deyə bəhs etmisən.
- Oooo yooxx.. o özü elə dedi.. atamın anası deyincə elə fərz edib. Yoxsa mən.... sənə.... nənə.. ..heç elə şey olar. Firuzəm bu Fatma xalamdır. Demişimde oxlov məsələsi.
- Həə.. həə.. bildim. Fatma xala..
- Ay sağol. Qapıda qalacağıq elə.
- Sən hə. Qızım gəl içəri. Buna baxma sən.
- Aaa olmadı ki. Indi mən burada qalım.
- 5 dəqiqə orada qal. Cəzalısan. Gəl qızım sən. Keç içəri. Xoş gəlmisən.
- Xoş gördük. Kənan?
- O, cəzası bitsin gələcək.
- Yox gəlsin.
- Hmm. Yaxşı.. Firuzə qızıma dua et sən. Gəlin... sizi gözləyirik.
- Kənan.
- Bağışla sənə deməyi unutdum. Nənənmə he kim nənə demir Fatma xala.
- Aha yaxşı..
- Nə pıçıldaşırsınız.
Kənan və Firuzə hər ikisi birdən "Heç nə” deyincə qorxmuş uşaqları xatırladırdılar. Fatma xanım gözlərini qıyıb sonra gülümsədi.
- Ay mənim oğlum böyümüşdə evə qız gətirirmiş.. Fatma xalası yesin bunu gözünü burnunu.
- Fatma xala ayıb olur amma Firuzənin yanında.
- Ay nə ayıb olacaq. Hələ bezlə buralrda qaçmağın dünən kimi yadımdadır.
- Fatma xala heç bir xarizma qoymadın qalsın. Firuzə qulaqlarını yum. İndi sünnət bölümünə keçirik.
- Çox danışma. Sus! Qızım sən buna baxma. Mən bunu uşaqlığını görmüşəm desəm də o qədər yaşlı deyiləm.
- ....
- Yazıq qız. Dəhlizdə qalıb 1 saatdır. Gəl...
Fatma xanım Firuzənin qolundan tutub içəri gətirəndə masada əyləşən Sinan bəy şok vəziyyətində firuzəyə baxırdı. Baxışları hiss edən Firuzə sıxılaraq Kənana tərəf qısıldı. Kənan dönüb onun bu halına baxınca gülmək tutdu. Qorxmuş uşaqlar kimi Kənanın arxasına qısılmışdı. O vurub dağıdaram deyən qızdan əsər əlamət qalmamışdı. O getmiş yerinə balaca qorxmuş müdafiəyəyə ehiyacı olan bir qızcığaz gəlmişdi. Onun əlindən tutub önə gətirdi. Firuzə dili topuq vura vura salam verdi.
- Aa.aaxşamın xeyir.
- Axşamın xeyir qızım. Kənan xanım qızımız kimdir.
- Bizim şirkətin işçisidir.
Sinan bəyin cavabına Firuzə tutuldu. Kənan heç bir düzəliş etmədən masada əyləşən bibisi ilə də Firuzəni tanış etmişdi. Amma Firuzənin kim olmasını deməmişdi.
- Gəl qızım. Gəl yanımla əyləş. Bağışla bizim təəcübümüzü. Bu oğlan bu evə qız gətirməzdi də..
- əstafurulla.
Sinan heç nə demədən önündəki yeməyi yeməyə başlamışdı. Firuzə və Sinan bəydən başqa hamı deyib gülürdü.
- Qızım yeməyi bəyənmədin.
- Yox.. əladır. Hər şey çox dadlıdır.
- Dadına baxmamısan hələ necə dadlıdır deyə bilərsən.
- Eee Firuzə xanım, mənim Fatma xalam da sənin kimi qırımızıdır. Sözü üzə deyər. Amma sən ona çata bilmərsən.
Kənanın bu zarafatına hər kəs gülsə də Sinan bəy tam ciddiyyətini saxlamış və səssizliyini qorumuşdu.
- Sinan.. sən niyə danışmırsan.
- Sizə qulaq asıram da. Eee qızım. Danış görək. Xeyirdimi gəlmisiniz bura.
Firuzə heç nə demədən Kənan nəzər yetirdi. Kənan heç nə olmamış kimi yeməyini yeyirdi. Sanki Firuzənin qolundan tutub gətirən o deyilmiş kimi.
- Şey.. mən.. Kənan bəy dəvət etdi.. mən
- Sən də qəbul etdin.
Firuzə pərt olmuş halda başını aşağı saldı. Artıq udquna bilmirdi. Sinan bəyin baxışları bəs deyilmiş kimi indi də sözləri ilə Firuzəni əzməsi onun gözündən yayınmamışdı.
- Yox ata qəbul etmirdi. Mən zorla gətirmişəm.
- Hmm.. sən nə vaxtdan evə qız gətirirsən.
- Mən evə qız gətirmirəm. Firuzəni gətirmişəm ki, ailəmi tanısın.
- Hə.. hə əlbəttə yaxşı eləmisən. Ailə önəmli şeydir. Həm də çox. Bəs sənin necə.. qilən haradadır Firuzə? Irandadırlar.?
- Aa qızım İrandansan? Mən də deyirəm niyə türkcə təmiz danışmır. Səhv başa düşmə çox şirin danışırsan. Sadəcə türk olmadığın gözümdən yayınmadı.
- Hə, eşidirəm Firuzə. Ailən? Haradadır.
- İrandadır.
- Hmm... yəqin ki, siz də köklü soylu ailədənsizin? İranda?
- ...biz.. biz sadə...sadə bir ailəyik.
- Atan nə vəzifəsindədir?
- Ata Firuzə imtahanda deyil. Yazığı nə qədər sorğu suala tutdun.
- Niyəki. Bunlar normal sualalrdır. Hər kəsin ailəsi onun aynasıdır. Övladlarda o ailənin aynasıdır. Kimdən olduğun, haradan gəldiyin. Hamısı önəmlidir. Sənin necə biri olduğunu göstərər. Necə deyərlər ot kökü üstə bitər. Elə deyil Firuzə?
Firuzə güc bəla ilə ağzına apardığı loxmanı uda bilmədi. Tikə boğazında qaldı. Su içib başını təsdiq mənasında yelləsə də başını qaldırmamağı Sinanın gözündən yayınmamışdı.
- Hə, dedin atan hansı vəzifədədir.
- Atam ticarətçidir.
- Demək ticarətçidir. Hmm.. bəs anan.. Anan necə Firuzə? O nə vəzifəsində çalışır?
Firuzə Sinanın axırncı sualına başını qaldırıb onun üzünə baxdı. Sinan gözünü düz Firuzənin üzünə dikmişdi.
- Aaa ata qızı nə çox sorğu suala tutdun. Bəsdir.
- Hə sinan bəsdir qoy yeməyini yesin. Ye qızım.
Firuzə baxışlarını Sinandan çəksə də onun hələ də baxdığını hiss edirdi. Ağlamamaq üçün özünü zorla tuturdu. Artıq o əhvalda deyildi. Sinan bəyin bu sorğu sualları onu narahat etmişdi.
- Hörmətsizlik kimi qəbul etməsəniz mən izninizi istəyəcəkdim.
- Hara?
- Hara qızım? Hələ şirniyyatımdan dadmamısan.
- Yox, xahiş edirəm. özümü yaxşı hiss etmirəm. mən getsəm yaxşı olar. Həm bu ailə yeməyinizdir. Daha da korlamayım.
- Firuzə, onlar mənim ailəmdirsə sən də mənim üçün önəmli birisən.
Kənan bu sözlə Firuzəni daha da narahat etdi. Çünki bu sözdən sonra Sinan bəy baxışlarını daha da sərtləşdirdi.
- Bağışlayın. Mən gedim.
- Amma Firuzə?
- Kənan israr etmə. Xanım qızımız getmək istəyirsə yola sal.. Taxi ilə... sonra gəl səninlə danışacaqlarım var.

Müəllif: Lili Sh


Şərhlər:
Baxılıb: 1279
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz