Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Salam Qədirzadə - 46 Bənövşə (2-ci dəftər - 30)
Salam Qədirzadə - 46 Bənövşə (2-ci dəftər - 30)
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 559
Səs ver:
İkinci dəftər
30


Bir üzüm qız idi, bir üzüm gəlin. Dəryaya elə alışmışdım, elə bağlanmışdım ki, evə gec qayıdanda pəncərə qabağında oturub, dəqiqələri sayırdım. Onun baxışında, səsində, hərəkətlərində mənim üçün qeyri-adi bir doğmalıq yaranmışdı. Bəzən münasibətində balaca soyuqluq, cüzi etinasızlıq görsəm də, incimirdim, bunu ər-arvad arasında qanuni və ötəri bir şey hesab edirdim. Ancaq təəssüflənirdim ki, belə hallar ikimizlikdə deyil, evimizə gələn qonaqların yanında olurdu. Həmişə də: "Yəqin heç kəs duymadı” deyə öz-özümə təskinlik verirdim, onu bağışlayırdım. "Siz xoşbəxtsiniz, Könül!”—Axır vaxtlar bu sözləri tay-tuşlarımın dilindən tez-tez eşidirdim. İnstitutda qızlar mənə, oğlanlar Dəryaya qibtə edirdilər.
May təzəcə girmişdi. Havalar qızmışdı. Günəş insanları təbiətin səfalı, gəzməli güşələrinə çağırırdı. Biz maşınla qayınanamın yaşadığı kəndə getdik. Zirvələri qarlı, yamacları yaşıl dağların qoynunda yerləşən Daşhasarlı qollu-budaqlı çinarların, qovaqların, söyüdlərin əhatəsində itib-batmışdı. Dəryanın atasından qalan dördgözlü mənzil, eyvan, bağ-bağça adama uzaqdan gəl-gəl deyirdi. Şəhərdə ədədlə satılan güllər burada həyəti basmışdı. Meyvə ağaclarının açdığı rəngbərəng zərif çiçəklərin tamaşasından göz doymurdu. İki gün səhər sübh gecə yatanadək Dəryanın anası bizə xidmət elədi, başımıza dolandı, qardaşı qoyun kəsdi, kabab, bozartma bişirdilər; görüşümüzə qohumları, qonşuları yığışdı. Qadınlar mənə elə zənlə baxırdılar ki, guya Aydan enmişəm.
—Gözəl kəndiniz var!—deyə Bakıya qayıdanda razı qaldığımı Dəryaya bildirdim.
—Adam heç ayrılmaq istəmirdi.
O gülümsündü, sağ əlini sükandan çəkib boynumu qucaqladı, məni sinəsinə sıxdı.
—Xoşuna gəlirsə, yenə gedərsən.
—Haçan?
—Elə bu yay… İmtahanlardan sonra. Ananı da apararsan.
—Bəs sən?
Dərya qolunu boynumdan qaldırdı.
—O zaman, deyəsən mən xaricdə olacağam.
—Xaricdə?!
—Aha… Putyovka sifariş vermişəm. Beş-altı ölkəni gəzəcəyəm. Bir ay çəkəcək.
Heyrətdən tutuldum:
—Sən nə danışırsan, Dərya?! Bu tezliklə məni tək qoyacaqsan?..
O, istehzalı tövrdə irişdi:
—Yavaş-yavaş öyrənmək lazımdır. Daima bir-birimizi qucaqlayıb evdə oturmayacayıq ki...
Bu sözdən elə məyuslaşdım ki, ağlamağımı güclə saxladım.
—Mənim üçün darıxmayacaqsan?
Dərya üzümə baxmadan qeyri-müəyyən bir cavab verdi:
—Darıxsam da… darıxmasam da… səfərdən qalmayacağam ki...
—Başa düşə bilmirəm,—öz-özümə gileyləndim.
—Elə isə… tələm-tələsik bu evlənmək nəyə lazım idi...
Dərya uşağına tərbiyə verən bir valideyn iddiası ilə dedi:
—Evlənmək lazımdır, Könül. Zəmanə ayrı cürdür. Sən çox şeyi başa düşmürsən. Mənim adım, sənətim, şöhrətim… Subay gəzərəm, fikirləşərlər, bu şarlatanın birisidir. Camaatın ağzını yummayacaqsan ki...
Bir anda başım gicəlləndi, ikiəlli üzümü qapayıb, küncə qısıldım. "Pərvərdigara, mən nələr eşidirəm?”


Şərhlər:
Baxılıb: 559
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz