Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Şəmsparə (15-ci bölüm)
Şəmsparə (15-ci bölüm)
Göndərən: Antikvar
Şərhlər:
Baxılıb: 1172
Səs ver:
Artıq bir həftə idi ki, Bakıda idik. Nədənsə sağlamlığımla bağlı problemim aradan qalxmırdı. Elə hey qızdırmam yüksəlib enirdi. Yataqdan qalxmağa belə halım olmurdu. Gülsüm xala evdə olduğundan Amal işdən çox vaxt gec qayıdırdı. Gecə otağa girmədiyindən daha rahat yatırdım. Gülsüm xala mənim yanımda yatırdı. Çünki gecələr qızdırma kabuslar görməyimə səbəb olurdu. Qarabasmalar məni artıq əldən salmışdı. Amal nə qədər təkid etsə də həkimə getməyə razı olmamışdım. Özünün də mənə toxunmağına izn vermirdim. Səhər oyandığımda Gülsüm xalanı yanımda görmədim. Başımı yavaşca qaldırdığımda Amalla qapıda söhbət etdiklərini gördüm. Ev sakit olduğundan nə danışdıqlarını eşidirdim.
- Həkim gətirəcəyəm bu gün, nə deyir desin. Nə yeyir nə içir
- Oğlum, onun xəstəliyi həkimlik deyil.
- Bəs nədəndir?
- Xiffət çəkir (fikir eləmək)
- Offff...neynim mən.
- Sən işdən icazə al bir müddət. Onu gəzməyə apar, çıxart bir yerlərə. Ailəsindən, yurdundan yuvasından didərgin düşümüş quş kimi çırpınır hər gecə. Aciz bədəni dözmür, qızdırma ilə çıxır bütün bu. Həm evdə ol, gözünün qarşısında. Sənə də öyrəşər.
Amal başını təsdiq mənasında yelləsə də, bu fikir mənim ürəyimcə olmamışdı. Amaldan qaçmaq istəyərkən indi ona daha yaxın olacaqdım. Onu nə görəmk, nə eşitmək istəmirdim. Sadəcə ailəmi düşünürdüm. Darıxırdım onlar üçün, dəli kimi darıxırdım. Yuxu tutduğundan söhbətlərinin ardını eşitməmişdim. Ayıldığımda otaq zil qaranlıq idi. Bütün tərləmişdim. Alnımda tərin muncuqlanıb axmasına oyanmışdım. Isti idi mənə, həm də çox üşüyürdüm. Pıçıltı ilə Gülsüm xalanı səsləsəmdə deyəsən məni eşitmirdi. Əlimi yatağın o biri tərəfinə atıb ona toxunaraq oyatmaq istədim, amma boş idi. Yenə səsləməyə cəhd etdim, amma halsızlıqdan, titrəmədən səsim çıxmırdı. Otağın işığı yanmasıyla gözlərimi qırpdım. Gözüz qaranlığa alışdığından ilk olaraq aça bilmədim, amma açanda Amalın alnımı sildiyini mənə kömək etdiyin gördüm. Zərrə qədər onu geri itələməyə halım yox idi. Bütün bədənim ağırıyrdı. O isə mənim üstümü örtür, qızdırmamı ölçürdü. Nəsə dərman verib yenidən yerimə uzatdı.. nəsə danışırdı, amma dərk edəcək vəziyyətdə deyildim. Səhər gün doğanda ayılmışdım. Günəş pəncərədən otağa düşürdü, üzümü döndərib amalı yanımda gördüm. Yenə iş paltarında yuxulamışdı. Günəş düz onun üzünə vururdu. Qadınların qsıqanacağı dərəcədə uzun və sıx kiprikləri günəşin şüasından qızılı rəngə çalırdı. Üzünün hər cizgisi görünürdü. Niyə bilmirəm, amma üzünün hər cizgisi yaddaşıma həkk olunurdu. Bu insan əsəbiləşəndə tamam ayrı cizgilər peyda olur, sakit olanda tamam ayrı. Neçə gündür keçməyən qızdırma düşünməyimə mane olurdu. Ondan necə ayrılacaqdım. Necə uzaqlaşacaqdım fikirləşə bilmirdim. ÖZümə söz vermişdim ki, arada olan bir tək bu evlilik bağını qıracaqdım. Nə qədər uzaqq olsa o qədər xoşbəxt olardım. Artıq Zaharı belə düşünmürdüm. Bütün bu olanlarda o da günahkar idi. Amalın nəfəsini birdən çəkməsində ayılacağını sezib tez gözümü yumdum. Ayıdlımı yoxsa yox, bilmirdim, çünki gözümü aça bilməzdim. Amma alnıma yaxınlaşan dodaqlarından doğru bildiyimi gördüm. Qızdırmamı yoxlayırdı. Pıçıltı ilə "çox şükür” dedi və saçıma sığal çəkməyə başladı.
"Tərsin biri, nolardı ki, hər şeyi zamanın axraına buraxsaydın, inad etməsəydin. Gerçəkləri bilsəydin neyləyərdin görəsən.” Bu ikinci dəfədir ki, amal hansısa gerçəklərdən danışır. Anlamadığım bir sirr var idi ortada. Nə sirri öyrənə bilmirdim. Yerimdə tərpənmədim. Oyaq olduğumu bəlli etmək istəmirdim. O isə yanımdan qalxıb hamam otağına keçdi. Özümü yenidən yatmağa məcbur edirdim. Yalnız onda nəsə düşünmürdüm. Amma yuxu tutmaq bilmirdi. Amal yenidən otağa girdi. İşə hazırlaşırdı bəlli idi. Onun üzünün şkafa doğru olduğunu görüb gözümü yavaşca açdım. Bilmirəm niyə, amma seyr edirdim, hər hərəkətini. Köynəyini çıxardanda isə özümdən asılı olmadan utandım. əzələli bədəni ilə düz qarşımda dayanmışdı. Gözlərimi yumub necə sıxmışdımsa mənə yaxınlaşan Amalı sezməmişdim. Alnımdan kiçik öpüş qondurub ehmalca saçıma sığal çəkib otaqdan çıxmışdı. Həmin an oyaq olduğumu bilmədiyi üçün şükür edirdim. Yoxsa utancımdan ölərdim. Bu gün özümü daha yaxşı hiss etdiyimdən ayağa qalxdım. Gülsüm xala evdə yox idi. Tibb bacısı olduğundan yaşlı bir xəstəyə baxırdı. Qadının evində heç kimi qalmayanda gecə onun yanında qalırdı. Əlimi üzümü yuyub güzgüyə baxanda gözlərimə inanmadım. Çox arıqlamışdım. Bu bir neçə həftə məni tamam əldən salmışdısa qızdırma lap zəiflətmişdi. Nəhayət ki, aclıq hissini də yaşadım. Soyuducuya baxanda çeşid çeşid yeməklər gördüm. Gözlərimə həmin an işıq gəldi. Aralarında ən sevdiyim yeməyin, aşı görəndə isə lap sevindim. Səhər səhər aş yeyirdim. Kənardan baxan olsaydı dəli olduğumu deyərdi, amma həm çox sevirdim həm çox ac idim. Həm də etriaf etməliyəm çox dadlı idi. Gülsüm xalanın qapını açıb mətbəxə qədər gəlməsindən bixəbər idim. Başım o dərəcə yeməyə qarışmışdı. Ağzım dolu onu görəndə bir anlıq boğuldum.
- Can, hamısı sənin mənim balam. Nəhayət səni ayaq üstə gördüm. Şükür. Yaxşısan.
Ağzım dolu olduğundan eləcə gülümsəyib başımı hə mənasında təsdiqləmişdim.
- Çox şükür, ye quzum mənim. Əldən üzülmüsünüz ikinzidə. O orada sən burada.
Budur işathım yenə pozuldu. Amalı hər an xatırlatmaq məcburiyyətindəydilər? Niyə bir anlıq unutmağıma izn vermirdilər. Yeməyi yavaşca kənara çəkib ağzımdakıları udmağa çalışdım. Boğazımda elə bil yekə nə isə düyümlənmişdi. Gülsüm xala ana nəvazişi ilə saçımı sığallayırdı. Qapının açılmasına, Gülsüm xala gülərək "Amal da gəldi” deməsiylə isə axırıncı udduğum tikə də boğazımda qaldı. Bu adam bir az olar çıxmışdı, niyə qayıtdı deyə düşünərkən Gülsüm xala ilə söhbətindən mağazaya alış verişə getdiyini anlamışdım. Ümumiyyətlə Amal səhər tezdən oyanırdı. İşdə olmadığı günlər belə mütləq səhərlər ya qaçara ya idmana gedərdi.
- Nə tez oyanmısan?
- Hə, mən də gəldim ki, yemək yeyir. Axır ki, dilinə bir şey dəydi. İstəyirsən sənə də çəkim.
- Səhər tezdən aş?
Onların arasında gedən bu dialoqa biganə qala bilməyib mən də gülümsündüm. Doğrudan da səhər tezdən aş yeməyim çox qəribə görünürdü.
Amal süfrəyə əyləşib başını qaldırmadan çayını içirdi. Arada bir baxışlarını hiss etsəmdə görməməzlikdən gəlirdim.
- Yaxşısan?
- Hə.
- Onda bu gün gedək içərişəhərə.
- ....
- Xalam da gələr, onun üçün də dəyişiklik olar.
- Ay bala, mənim nə işim var. Siz gəncsiniz gedin gəzin.
- Yox, siz də gəlin.
Əslində çölə çıxmağı çox istəyirdim. Amma tək Amalla yox. Gülsüm xala gəlməsəydi mən də getməyəcəkdim. Amal bunu sezmişdi ki, o da mənə baxaram Gülsüm xalaya gəlməsini dedi. Baxışlarda yenə də məyusluq var idi. Bu adam məndən nə gözləyirdi hələ də anlamırdım. Az qala bir ay olacaqdı evliydik, hələ nə bir xoş söz, nə bir xoş üz göstərməmişdim. Həqiqətən bu qədər səbrli olması məni çox təəcübləndirirdi. Uzun zmanadır çölə çıxmadığımdan hava mənə yaxşı gəlmişdi. Əynimdə sare olduğundan bütün diqqətlər üzərimdə idi. Yaxınlaşan turust zənn edib ingilis ya da farsca nəsə deməyə çalışırdılar. Azərbaycan dilində cavab verəndə isə təəcüblənirdilər. Amal bunu görüb hər dəfə yaxınlaşıb qolumdan tutub kənara çəkirdi. Əsəbiləşmişdi bəlli idi.
- Sən ən yaxşısı sareni evdə geyin.
- Istəmirəm. Mənə xoşdur.
- Camaatın diqqətidə olmaq xoşuna gəlir?
- Başa düşmədim. Camaatdan mənə nə. Elə camaatı düşünüb bu günə qalmamışammı?
- Şəms, yenə başladın?
- Nə vaxtsa bitirmişdim? Mən xatırlamıram.
Amal necə qolumdan bərk yapışıb kənara çəkdisə ağrıdan səsimi yüksəltdim.
- Burax, incidirsən!
- Sənin dərdin nədir?
- Burax qolumu!
- Sual verdim sənə.
- Amal, oğlum bura yeri deyil. Burax qızı. Nə söhbətiniz varsa evdə edərsiniz.
Gülsüm xalanın araya girməsiylə ikimiz də susduq. Artıq nə həvəs qalmışdı gəzməyə nə bir şey. Evə gələndə maşının güzgüsündən Amala ara bir baxanda gözlərindəki hiddəti görürdüm. Bu bir az da məni qorxudurdu. Ilk dəfə idi ki mübahisəmiz düşürdü. Evə çatanda Gülsüm xala ilə mən maşından düşən kimi sürətlə maşını sürüb getdi. Gülsüm xalanın ilk dəfə idi ki, mənə məyus baxdığını gördüm. Sanki o da məni günahlandırırmış kimi. Narahat halda içəri keçdi. Evə keçən kimi bir künc axtarırdım ki, gizlənim. Həmin anda evim üçün çox darıxdım. Eyvan mətbəxd idi deyə keçə bilmədim. Gülsüm xalanın gözünə görünmək istəmirdim. Odur ki, otaqda şkafla divar arasındakı boşluğa oturub özüm üçün yenə gizlənmişdim guya. Necə olubsa orada məni yuxu aparıb.
***
- Xala, Şəms hanı?
- Necə yəni hanı? Evdən çıxmayıb. Otağındadır.
- Yoxdur, indicə baxdım.
- Bəlkə hamamdadır.
- Yox, orada da yoxdur
- Tövbə əstafurulla, axı çıxmayıb evdən.
- əl telefonu da evdədir.
- Hara gedə bilərki?
- Bilmirəm. Dəqiq evdən çxmayıb?
- Mən gələndən mətbəxdəyəm, qapı səsi gəlsəydi eşidərdim.
Amal narahat halda yenidən otağına qayıdıb o baş bu baş getməyə başlayırdı. Nə qədər düşünsə də Şəmsin hara gdə biləcəyi ağlına gəlmirdi. Burada onun nə tanışı nə qohumu var. Otaqa var gəl edərkən Şəmsin yaylığının bir hissəsini şkafın küncündə görür. Asta asta yaxınlaşnda orada yuxuladığnı görüncə özünü saxlaya bilməyib gülür.
- Dəli qız. Bu boyda yataq dar gəldi sənə?
Nə qədər eləsə də onu oradan oyatmadan çıxarda bilməzdi.
- Allahın bəlası, necə girmisən ora? Şəms, Şəms oyan.
- Oğlum, neynəməyi düşünürsən..aaaa burada niyə yatıb?
- Adətidir, özünü küncdə daha mühafizədə hiss edir xanım qız.
- Allah ikinizə də ağıl versin bala.. Sən evdəsəndə, mən çıxıram bir saatlıq. Sonanın iynələrinin vaxtıdır.
- Get, narahat olma.
Gülsüm xalanın otaqdan çıxmasıyla Şəmsin ayılması bir olur. Qarşısında Amalı görüncə təəcüblənir. Yuxulu olduğu üçün ayıla bilmirdi. Günlərdir qızdırmadan rahat yata bilmədiyi üçün indi yuxu tuturdu onu. Amal yavaşca onu yerindən qaldırıb yatağa aparır. Şəms yarı yuxulu, yarı ayıq Amala baxırdı. Kipriklərinin ağır ağır qalxıb enməsi ona daha da gözəllik verir deyə düşündü Amal. Və özün saxlaya bilməyib Şəmsin dodaqlarına kiçik bir öpüş qondurdu.
* * *
Elə bil bədənimdən həmin anda cərəyan keçdi. Yuxulu olduğumdan nə baş verdiyini tam anlamadım. Sadəcə boş boş baxırdım. Amalın yenidən məni öpməsi və bu öpüşlə yanaşı əlinin bədənimdə gəzdirməsi mənim lap özümü itirməyimə səbəb oldu. Gözləmirdim. əlləri ilə məni elə tutmuşdu ki, nə qədər çabalasam da çıxa bilmirdim. Üzümü çevirəndə isə qulağıma pıçıltı ilə adımı çəkib dayanması bütün bədənimi titrədirdi. Nə qədər çabalasamda əlindən çıxa bilmirdim, ağlamamaq üçün özümü zorla tuturdum. O isə dayanmadan boyunmu öpür, nəfəsini bədənimdə gəzdirirdi.
- Burax məni
- Qorxma
- Istəmirəm burax
- Şəms, inad etmə
Yenidən dodaqlarımdan öpmək istəyəndə ağızmdan çıxan kəlmə o anda hər şeyi bitirdi. Və hər şeyi başlatdı.
- Nədir yoxsa öz arvadına təcavüz edəcəksən?

Müəllif: Lili SH


Şərhlər:
Baxılıb: 1172
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz