Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Şəmsparə (13-cü bölüm)
Şəmsparə (13-cü bölüm)
Göndərən: Antikvar
Şərhlər:
Baxılıb: 1035
Səs ver:
Geriyə baxmağın nə faydası, artıq önümə doğru addımlayırdım. Hara, necə, kiminlə....bu artıq məni düşündürmürdü. Sadəcə özümü bu burulğana atmışdım. Başqa çarəm varmıydı? Mən Bakıya gedəcəyimizi düşünmüşdüm, amma planlar başqaymış. Yolda öyrəndim ki, ilk olaraq biz Moskvaya uçacağıq. Gülsüm xala Bakıya bizdən əvvəl gedəcəkmiş. Amalın xəstəxana ilə işi bitməmiş gedə bilməzmiş. Əslində bu iş ürəyimcə olmadı. Ən azından Amalla tək qalmayacağımı düşünmüşdüm. Amma indi Gülsüm xalanı Moskvadan Bakıya yola salacaqdıq. Yol boyunca nə mən danışdım, nə Amal. Arada bir baxışlarını üzərimdə hiss etsəm də özümü yatamağa vururdum. Onunla heç nə danışmaq istəmirdim. Amma bir yerə qədər idi o da. Bu insanla bir pmür keçirəcəkdim. Bunu düşündükcə qəhər məni boğurdu. Mən onun yanında dayana bilməzkən necə bir ömür yaşayacağıq. Boşanmağı ağlıma gətirə bilməzdim. Bunu bizim nəsildə ağır fəsadları olurdu. İş ölümlə belə nəticələnə bilərdi. Həm də sənin ailən əli olmadan, istəyi olmadan. Bir də gördün bir güllə yarasından getmisən. Kim edib tapa da bilməzssən. Kimsə, qeyrət damarı geniş olan, ailəsindən çox o qadının namusunu düşünən adamın biri. Bu çox vaxt intiharla nəticələnirdi. Kimsənin əl izi omasın deyə, qadını zorla intihar etdirirdilər. Düzdür hələ bizim nəsildə belə bir şey olmamışdı, amma ətraf şəhərlərdə, kəndlərdə eşidirdik. Ölümdən qorxmurdum. Əsla.. Sadəcə ailəmin başını aşğı eləməmək üçün dözməyi qərara almışdım. Yoxsa çoxdan canıma qıyardım. Təyyarə hər zaman məni tuturdu. Yatmasam rahat ola bilmirdim. İndi isə yuxu yox idi, ona görə rəngim ağ appaq olmuşdu. ÖZümü yatmağa vursamda, təyyarənin havada enib qalxması mədəmi bulandırırdı. Gülsüm xala yatdığından məni görmədi. Ümid edirdim ki, Amalda görməz, amma....
- Yaxşısan?
- Hə.
- İstəyirsən su alım?
- Yox.
- Rəngin ağarıb, təyyarə tutur?
- Heç nə olmaz.
- Məndə dərman var, gözlə verim, atsan heç nəyin qalmayacaq.
- Istəmirəm.
- Şəms, ürək bulantın keçəcək.
- Dedim ki, istəmirəm.
- Yaxşı..olsun..
Üzünü çevirdi. Yenə alnında çıxan o məşhur əsəb damarları. Görəsən bu insan bezmirdi? Mən bezmişdim hər şeydən, o necə dözürdü?
Hava limanında Gülsüm xalaya Bakıya bilet əvvəlcədən sifariş verilmidşi deyə, bir təyyarədən düşüb o birinə minəsi oldu. Gülsüm xala məni də özü ilə aparmağı Amala təklif etsə də o razı olmamışdı. Bu təklif mənim də ürəyimcə olmuşdu deyə, canla başla istəyimi bildirdim. ən azından bir müddət Amaldan uzaq dayanacaqdım. O isə mənə baxaraq "Dedim ki, yox. Mənimlə gəlirsən.” Deyərək söhbəti bağlamışdı. Günü -gündən nifrətim artırdı ona qarşı. Necə artmasın. Məni yurdumdan yuvamdan, sevdiyimdən, ailəmdən, həyatımdan qoparan adam idi o.. Həm də..həm də məni, ailəmi xilas edənən məsum insan idi. Hə o məsum idi əslində. Başqasının eləməli olduğu hərəkəti etmişdi, sahib çıxmışdı. İnanmışdı.. Amma bunu o zaman anlayacaq vəziyyətdə deyildim.
Amalla evə gəldiyimiz yolda da heç nə danışmamışdım. Susmağım onu dəli edirdi. əminəm buna. Çünki sakitliyindən əsər əlamət qalmamış, nəfəs alıb verməsindən belə hiss etmək mümkün idi. Amma bu məni zərrə qədər narahat etmirdi. Niyə bilmirəm, amma çalışırdım ki, o da mənə nifrət eləsin. Bir sözlə, həyatını cəhənnəmə döndərmək istəyirdim...bilmirəm artıq kimin həyatı cəhənnəm olacaqdı. Mənim ya onun. Amal tək qaldığından 2 otaqlı evdə yaşayırdı. Balaca otaqlarda kitab əlindən yer yox idi. Hər yer kitab, qeyd dəftərləri, kağızlar və ürək formasında əcaib fiqurlar. Amma səliqə ilə yığılmışdı hər şey. Bir yataq otağı, bir qonaq otağı və mətbəxi var idi. Mətbəxdən yola baxan balaca eyvan. Əşyalar da az idi. Divardan rəsmlər asılmışdı. Ağ qara rənglərin hökm sürdüyü rəsmlər. Diqqətlə baxanda rəsmlərin aşağısında imzalı olduğu bəlli idi. Hər birində də eyni imza. Yəqin ki, dostlarından birinin hədiyyəsi idi. İmzanı diqqətlə oxumamışdım, amma rus dilində "Amala” yazılmışdı.
- Maskatdakı evinizdən xeyli balacadır, amma rahatdır. 2-3 günə yeni evə köçərik. Ani olduğu...
- Ehtiyac yoxdur.
- Mən rahat olar deyə..
- Mənim üçün fərqi yoxdur.
Hər sözünə kəskin cavab verirdim. Dava üçün bəhanə axtarsam da susub mübahisəni eləcə kəsirdi. Bu da məni əsəbiləşdirirdi. İnsanda emosiyalar yox idi yəni? Əsəbiləşən insan bir reaksiya verər, bir söz deyər. Yox. Eləcə susurdu Ya da sərt şəkildə istəyini bir dəfə deyirdi vəssalam.
- Əslində haqlısan. Onsuzda burada qalıcı deyilik. Amma Bakıdakı evimiz də bu qədər olar ancaq. Balaca olsa da xalam oranı isti yuva halına salıb.
Evimiz.. nə qədər qəribə səslənirdi Amalın dilində o bizim evimiz deyildi. Onun evi idi. Mənim evim artıq yoxdur.
Amal çantaları yataq otağına apardı. Evi nəzərdən keçirməyim bir neçə dəqiqəmi almışdı. Çünki, ev doğrudan balaca idi. Qonaq otağı ilə yataq otağı az qala mənim Maskatdakı yataq otağım boyda olardı. Əslində heç vaxt əhəmiyyət verməzdim var dövlətə. İsveçdə təhsil aldığım müddətdə mən bundan da kiçik evdə qalırdım. Amma huzurlu idim. Indi isə divarlar üstümə üstümə gəlirdi.
- əşyaları istədiyin kimi yerləşdirə bilrəsən. Mənim orada o qədər də paltarım yoxdur. Çəkərsən kənara. Əgər istəsən çıxıb alış veriş edərik. Buralar soyuq olur.
- Varımdı istəmirəm.
- Qış paltarı var aralarında. İstəsən sareni də dəyişdir.
- Mən öz sarelərimi sevirəm. Dəyişmək fikrim yoxdur.
- Mən də etiraz etmirəm. Bu paltarlar sənə çox yaraşır.
Amalı ilk dəfə idi belə görürdüm. Qəribə baxışları var idi. Pıçıltı ilə deyilən sözlər. Səsinin tonu. Qorxu düşmüşdü canıma. O yaxınlaşdıqca isə mən uzaqlaşırdım. Amma iki addımlıq otaqda hara qaça bilərdim ki. Divara dirənmişdim. Içimi bir qorxu bürümüşdü ki, həm evin soyuqluğu həm ortam titrətmə salmışdı canıma.
- Üşüyürsən sən. Gözlə indi yandıraram istilik sistemini. Ev balacadır, tez isinəcək.
Uzaqlaşması ilə dərindən nəfəs almışdım. Bir bəhanə tapıb otağa bağlamaq istəyirdim özümü. Yuxudan yaxşı bəhanə. Həqiqətən yorğun idim. Neçə günün hətta həftələrin yorğunluğu, yuxusuzluğu məni əldən salırdı. Mən kədərlənəndə çox yatan adam yuxusuz qalmışdım. Amalın qonaq otağında istilik sistemini yandırmasından istifadə edərək yataq otağına keçib qapını bağladım. Arxasından kilidi bağlamaq istəsəm də bağlanmırdı. əllərim əsirdi, amma qapı bağlanmaq bilmirdi. Amalın qapının əli ilə açaraq : - qapı bağlanmır. Kilidi xarabdır- deməsiylə başımı aşağı salıb kənara çəkildim. O isə yaxınlaşırdı. Bu balaca otaqda qaçacaq, gizlənəcək yer olsa.. Amma nə fayda. Beynim sürətlə işləməyə başlayırdı. Bir bəhanə ilə onu özümdən uzaqlaşdırmalıydım.
- Mən.. şey.. paltarımı dəyişmək istəyirəm.
- Dəyiş.
- Zəhmət olmasa o zaman çıx.
- Şəms, məndən utanmana gərək yoxdur. Sənin həyat yoldaşınam.
Bu adamın dilini kəsmək istəyirəm. Ikidə bir həyat yoldaşınam deyib durması, korlanmış əsəblərimi lap korlayırdı.
- Çox yorğunam, paltarımı dəyişib yatacağam izninlə.
- Yat dincəl, axşam yeməyini bu gün çöldən sifariş verərəm.
- Mən yemiyəcəyəm.
- Şəms,
- Izninlə, yatacağam.
- Yaxşı. Sən dincəl. Mən marketə çıxım.
- Sağol.
Amalın sözünü yenə ağıznda qoydum. Otaqdan çıxan kimi bayaqdan tutduğum nəfəsimi rahat şəkildə ala bilmişdim. Yatağın küncünə əyşəldim. Bu yatağa belə girmək istəmirdim. Bu ev, bu əşyalar, bu şəhər, bu insan.. burada mənə doğma olan heç nə yox idi. Heç nə. Qapının örtülməsi ilə Amalın getdiyin anlayıb yenidən ağlamağa başladım. Evim üçün, atam üçün, ailəm üçün, Berika üçün çox darıxırdım. Mən buralara aid biri deyildim. Bu şəhər, bu soyuqluq. Günəş yox idi. Mənim yaşam mənbəyim yox idi. Nəfəsim daralırdı artıq. Pəncərəni açan kimi üzümə vuran soyuq küləyi belə hiss etmədim. Şaxtadan az qala yanağımdakı göz yaşlarım donacaqdı. Bədənim ürpərirdi, amma soyuqdan deyil. Düşündükcə ki, mən necə yaşamağa davam edəcəyəm daha da bağırmaq, ağlamaq, fəryad qoparmaq istəyirdim. Amal bir azdan gələcəkdi. Və o gəlmədən mən özümü yuxuluğa vurub bu günlük əlindən xilas olmaq istəyirdim. Paltarımı dəyişmədən yatağa uzandım. Bədənim ağırlaşmışdı yorğunluqdan. Yatağa uzanmağımla nəhayət ki, yuxu gəlirdi. Nə qədər müddətdə oldu bilmirəm, amma üzərimdə əl hiss edincə oyandım. Gözümü açmadan sakitcə yerimdə tərpənmədim. Bu Amal idi, üzərimi örtürdü. Titrəməmək üçün özümü zorla saxlayırdım. Saçımda gəzən əlini hiss edirdim. Ehtiyyatla edirdi. Bəlli idi ki, ayıq olduğumu bilmirdi. Məni oyandırmamaq üçün yavaş hərəkət edirdi. Amma o toxunduqca mənə özümdən asılı olmadan bədənim yığılırdı. Nəfəsini boynumda hiss etmək isə artıq pik nöqtə oldu. Cəld tərpənərək geri çəkildim.
- Oyatdım səni. Bağışla. Ey.. sakit ol.. qorxma
- Çəkil!
- Şəms,
- Çıx buradan, çıx.
- Şəms, sakit ol.
- Çıx buradan çıx! Get!
- Şəms! Bəsdir!
Amalın kiçik toxunuşları belə məni yandırırdı. Iyrənirdim, özümdən asılı deyildi.
- Toxunma mənə. Heç vaxt.
- Şəms, uşaqlıq edirsən. Başa düşürəm, qorxursan, tanımadığın, bilmədiyin bir yer, hər şey ani oldu. Amma sənə toxunmaq fikrim yoxdur. Sən nə vaxt istəsən o zaman..
- Heç vaxt, başa düşürsən, heç vaxt olmayacaq bu.
- Niyə belə eləyirsən?
- Nə gözləyirdin. Heç nə olmamış kimi qoynuna girməyi? Səhvin var Amal bəy. Məni hələ yaxşı tanımırsan.
- Şəms, sən sadəcə çox yorğusan. Indi yat dincəl. İnan sabah hər şey fərqli olacaq.
- Nə sabah? Hansı sabah. Mən səni sevmirəm, başa düşürsən, sevmirəm. Bu evlilik sadəcə ailəmin, atamın xətrinə oldu. O qədər. Bunu unutma!

Müəllif: Lili SH


Şərhlər:
Baxılıb: 1035
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz