Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Şəmsparə (11-ci bölüm)
Şəmsparə (11-ci bölüm)
Göndərən: Antikvar
Şərhlər:
Baxılıb: 1185
Səs ver:
Toy təlaşı bütün Maskatı bürümüşdü. Musandamdan gələn qonaqlar, bizim qohumlar, tanışlar. Əzizəyə görülməmiş toy edilirdi. Əsl nağıllardaki kimi. Əzizənin həyəcanından danışmağa dəyməzdi. Qızın əlləri ayaqları bir birinə dolaşmışdı. Onun saçının düzəldəndə mən də yaxınlaşıb kömək edəndə əlimdən tutub öpdü. Mələk kimi təbəssümü ilə mənə də təbəssüm bəxt etdi.
- 1 həftə sonra mən sənə yardım edəcəyəm.
Hə, Əzizənin dediyi kimi, toyum bir həftəyə təyin olunmuşdu. Əzizənin toy hazırlıqları ilə yanaşı mənim də toyumun hazırlıqları davam edirdi. Heç mənim də toy hazırlıqlarım Əzizəni toyundan geri qalmırdı. Babam Omana səs salacaq toylar edəcəkdi. Qonalar evə yığışınca aşağı düşüb, qarşılamağa başladıq. Qadnlar toy keçirilən məclisə getmədən toy evinə yığışmışdılar. Hamısını bir bir salamlayarkən, bir qadın yaxınlşadı mənə. Üzümdə mülayim təbəssümlə. Geyimindən buralardan olmadığı bəlli idi. Onu da ərəbcə salamlayıb, xoş gəlmisiniz dedim. Qadın üzümə daha da gülümsünüb, əli ilə çənəmi sığalladı.
- MaşAllah dediyi qədər gözəlsən.
Donub qalmışdım. Bu qadın azərbaycan dilində danışırdı. İlk əvvəl ağlıma heç nə gəlmədən mən də cavabını azərbaycan dilində verdim.
- Çox sağolun. Şərəf gətirdiniz bizə. Bir daha xoş gəlmisiniz.
Qadının kimliyini soruşmağa utandım. Amma necə olmuşdu o anda onun kimliyi ağlıma gəlməmişdi. Qonaq otağına dəvət edib anamı çağırdım. Anam bu illər ərzində təbii ki, az çox dilimizi bilirdi. Onu salamladı. Sual dolu baxışlarla qadını süzərkən, qadının dilindən çıxan söz məni yerimdə dondurmuş, anamı isə təbii ki sevindirmişdi.
- Amalın xalasıyam.
- Nə gözəl, şərəf verdiniz bizə. Buyurun keçək başa.
- Nə gözəldir. Heç belə toy görməmişdim.
Anam gülümsəyib:- Toy hələ axşam tərəfi olacaq.
- Rəngarəng. Adamın içi açılır. Sözlərini dedikdən sonra başını bir az da yana əyib mənə baxdı. Onun mülayim baxışları adama istlik verirdi. Bilmirəm niyə həm təəsüf, həm utancdan qızardım.
- MaşAllah.. Mən belə görəcəyimi gözləmirdim. Amal həmişə olduğu kimi məni təəcübləndirir. Heyran oldum gözəlliyinə.
- Elə biz də.
Anam dilimizi bilsə də onunla gərək aramla danışardın, yoxsa kəlmələri başa düşməyəcəkdi. Indiki kimi. Amalın xalasının nə dediyini anlamadan eləcə "elə biz də ” deyə cavab vermişdi. Əslində o qadının yerinə başqası olsaydı anamı eqoist kimi tanıyardı. Çünki qızına deyilən iltifata elə biz də deyə cavab vermişdi. Əyilib anamın qulağına qadının dediklərini çevirəndə anam utandı. Gülərək. Mən sizin dili çox yaxşı bilmirəm. Sürətli dediniz mən də Amalı təriflədiyinizi düşündüm.
- O nə sözdür. Qız doğrudan tərfiə layiqdir.
Mən qızardıqca anam yenə dönüb mənə baxıb sual dolu işarə ilə mənə baxdı. Cavab olaraq gülümsəyib, gözümü qırpdım. Yəni nəsə deməyinə ehtiyac yox idi. Anam ayağa qalxıb. Məni bağışlayın. Gələn qonaqları qarşılayım gəlirəm. Yarı ərəb yarı azərbaycanca deyilən sözlərdən qadın onun nə demək istədiyini təxmini anlamışdı. Qadınla məni tək qoyduğuna anama acıqlandım. Ayaqda qalıb gah qadına baxıb gülümsünür, gah ətrafa boylanıb anamı axtarırdım. Onu tək qoya bilməzdim. Amma tək qoymaq da istəyirdim.
- Yaxın gəl, qızım. Əyləş yanımda.
Udquna -udquna qadının yanında əyləşdim. Qadın məni elə süzürdü ki, artıq bu baxışlar altında sıxılırdım.
- Demək oğlumun qəlbini oğurlayan sirli qız sənsən.
Sirli? Amal mənə sirli deyirdi ki? Əksinə mənim haqqımda hər şeyi bilirdi, mən isə əksinə onun adından sənətindən və bir də xalasının olduğundan başqa heç nə bilmirdim.
- Mənim adım Gülsümdür.
- Bgağışlayın, adınızı soruşmadım.. Üzürlü sayın.
- Olsun qızım. Narahat olma. Bu qədər toy təlaş içində bu ən az maraqlı şeydir sənə. Istəyirsən get bacının yanına, mən buradayam.
Təklifi ürəyimdən idi. Amma getməyimlə anamın axşam məni danlamağa gələcəyinə əmin idim. Nə olur olsun, kim olur olsun evimizə gələn qonaq Allah qonağıdır və onu başımızın üstündə tutmalıydıq. Biz belə görmüdük. Düşündüm ki, bəlkə toyu bəhanə edib anamın da dilidən xilas olaram. Ayağa qalxıb izn istdədim. Oradan sürətlə uzaqlaşırdım ki, geriyə döndüyümdə qadının tək divanda əyləşib ətrafı xoş niyyətli baxışlarla süzdüyünü gördüm. Həm evə, həm qonaqlara baxırdı. Nə dil bilir, nə də kimisə tanıyır. Kimsə yaxınlaşıb nəsə soruşmaq istədiyində özünü itrərək ətrafa boylandı. Əzizənin yanına getmədən geri dönüb yanına gəldim. Qadını yola salıb yanında əyləşdim. İstəyirsiniz sizi bacımın otağına aparım.?
- Çox sevinərəm.
Qadını yuxarı apardım. Evi heyranlıqla seyr edirdi. Əzizənin otağına çatanda isə qapını açıb içəri keçdik. Əzizənin ətrafında qızlar dövr edir rəqs edirdilər. Əzizə də gülüşlər saçırdı hər yana. Bacım bizi görüb təəcüblnəmədən başı ilə xoş gəlmisiniz elədi. Qadını ona tanıdanda isə elə istiliklə onu qucaqladı ki, bir anlıq mən duruxdum. Arxadan ona göz ağartıdm. O da əvəzində dodağını büzüb çiynini çəkdi. Qadın bacımı seyr edib. – Aman Allahım mələklər bu evdə toplaşıb ki. Qızım mən qadınlığımla sənin gözəlliyini qısqandım, Allah yoldaşına böyük xoşbəxtlik bəxş edib, bixəbər olmaz inşAllah. Qadın sözləri dedikdən sonra təəcüblə mənə baxdı.
- Dilimizi o da bilir – deyəndə isə yenidən gülümsəyib bacıma baxdı. Onları orada qoyub getmək istəyirdim. Artıq səs küy, ətrafdakıların baxışları, Gülsüm xala mənim yorğun ruhuma ağırlıq edirdi.
- Uzaqlaşmaq istəyirdim ki, mənə adımla xitab etdi.
- Şəms.
- Bəli
- Səninlə bir az söhbət edə bilərik.
Canıma titrəmə düşdü. Qadını öz otağıma apardım. Ətrafı süzüb – Nə gözəl otağın var. Özün kimi şirin və gözəl.
- Çox sağolun. Buyurun əyləşin. Nəsə istəyirsinizssə gətirim.
- Yox, qızım əyləş.
Qadın o qədər rahat danışırdı ki, elə bil məni illərdir tanıyır.
- Amalın ağzından söz almaq mümkün deyil. Daşa o qədər sual versəm bezib dilə gələrdi. Necə olub tanış olmusunuz, necə sevmisiniz bir birinizi mənə çox maraqlıdır.
Bir birimizi sevməkmi? Bu qadının deyəsən olanlardan xəbəri yox idi.
- Amalı indiyə qədər nə qədər evləndirmək istəsəm də heç kimi ona bəyəndirə bilmirdim. Qapanıq biridir. Yəqin ki, arada xətrinə də dəyib. Yəqin ki, yox mütləq dəyib. Amma onun elə kobudluğuna baxma. O qədər qəlbi yumuşaqdır ki.
Qadının danışdıqlarını heyrətlənirdim. Kobudluq? Yəni amal kobud ola bilrdi. O sadəcə bir dəfə üstümə qışqırıb vəssalam. Əsl mən ona qarşı kobudluq edirdim
- Çox mərhəmətlidir. Anasını atasını itirəndə çox balacaydı. Hələ indiyəqədər mənim bir sözümü iki eləməyib. Düzü narahat olmuşdum buralardan qız tapdığına, kimdir kimlərdəndir, bilərsən. Qadınıq biz. Öz oğlum olmasa da illərdir ana oğul kimi olmuşuq. Səndən tək bir ricam var. Olar?
- Buyurun. O nə sözdür.
- Onu həmişə belə xoşbəxt elə.
"Həmişə belə xoşbəxt elə?” Mən məgər onu xoşbəxt edirdim ki? Qadına nə cavab verəcəyimi bilmirdim. Başımı aşağı saldım. Utanırdım. Amma bu utanc hiss sadəcə qadının qarşısında yalançı olmağımdan irəli gəlirdi. Mən onu sevmirdim, sevməyəcəkdim də. Mən onu xoşbəxt etmirdim. Əksinə o məni bədbəxt edirdi öz....
- Niyə belə fikrə getdin?
- Heç..
- Sizi buralarda belə gördüm, bir daha anladım ki, Amal nə edirsə hər zamanki kimi doğru edir.
Artıq qadının sözləri mənə iynə kimi batırdı. Bir az daha qalsam üzümdən hər şeyi anlayacaq deyə qorxurdum.
- Anama kömək etməliyəm. Olar aşağı düşək.
Əslində nəzakətsizlik etmişdim, amma qadın anlayışla qarşıladı. Toy məclisində kimi desən görmək olardı. Hamı deyib gülür, rəqs edir, babaya, atama təbriklərini çatdırır, hədiyyələrini verirdilər. Kənardan baxanda əslində indi dünyanın ən xoşbəxti olmalıydım, amma içimdəki qəhər izn vermirdi. Sıxılırdım. Bu geniş salon mənə dar gəlirdi. Elə bil hər şey üzərimə üzərimə gəlir. Bir həftə sonra mənim də toyum olacaq deyə düşündükcə bədənim ürpərirdi. Bu müddət ərzində nə amaldan xəbərim var idi nə Zahardan. Amal gəlməsə də hər gün bizimlilərlə görüşüb danışırdı. Ailədə hər kəs onu sevmişdi bir məndən, gələcək həyat yoldaşından başqa. Zahar isə... Zaharı qəlbimə basdıracaqdım. Xəbər yayılanda gələcəyini düşündüm, amma yenə də yanıldım. Yenə də... fikirlər içində bacımın mənə yaxınlşamasını hiss etməmişdim. Əlimdən tutub mənə baxdı. Gözləri dolmuşdu. Məni belə görmək onu ən şad günündə üzürdü. Əhəmd yanına gəlib bi əlimdən də o tutdu məni meydana rəqsə dəvət edirdilər. İlk olaraq istəməsəm də.. bütün dərdimi fikrimi kənara qoyub bacım üçün bunu edəcəyimi ağlıma qoydum. Onu ən şad günündə üzməyə haqqım yox idi. Üzümdə təbəssümlə ürəyimdəkiləri bir anlıq unutdum və meydanda rəqsə başladıq. Əzizə ilə mənim rəqsimi hamı əzbərə bilirdi. Ərəb və hind notları qarışıq mahnıda ikimiz də oynamağa başaldıq. Daha sonra Əzizə çəkildi və mən meydanda tək qaldım. Rəqs zamanı hər şeyi unutmuşdum. Eləcə həmin anın xoşbəxtliyin yaşayırdım. Alqışlar, ətrafıma toplaşanlar heç nə eşitmirdim. Bir tək Əzizənin üzününü yenidən güldüyünü sevindiyini görüb daha da ürəkdən rəqs edirdim. Rəqsimi bitirdiyimdə isə bu qədər topluluqda yenə də dondum. Döndüyümdə qarşımda gülümsəyən, və əl çalan Amal ondan bir iki addım arxada isə gözləri  yaşla dolmuş Zahar.

Müəllif: Lili SH


Şərhlər:
Baxılıb: 1185
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz