Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Məcburiyyət (10-cu bölüm)
Məcburiyyət (10-cu bölüm)
Göndərən: Rahila
Şərhlər:
Baxılıb: 1056
Səs ver:
Aradan bir neçə gün keçsə də Nə Onur nə Kənan Firuzənin sözlərinə əhəmiyyət vermədən öz bildiklərini etməyə davam edirdilər. Təbii ki, bir – birilərindən xəbərsiz. Kənan güllərini göndərməyə davam edir, Onur isə dayanmadan Firuzənin qarşısına çıxırdı. Firuzə özünə söz vermişdi heç birinin hərəkətinə əhəmiyyət verməyəcəkdi. Amma bilmirdi ki, belə etməklə hər ikisini özünə daha da cəlb edir. Firuzənin tək istəyi səssiz səmirsiz işində çalışmaq, bir müddət sonra buralardan çıxıb getmək idi. özü də anlamadan düşdüyü oyunlardan bezmişdi. Ona görə, heç kimə demədən ayrı şirkətlərə iş üçün müraciət etmişdi. Amma miqrant olduğundan, işə götürmə prosesləri çətin başa gəldiyindən heç kim bu işə baş qoşmaq istəmirdi. Təcrübəsi də az olduğundan yanaşanlar olmurdu. Bu günlər ərzində əhvalsız olduğundan ona dayanmadan söz atan Ayşə belə dəyib toxunmurdu. Əhvalsız olanda Firuzə çox əsəbi olur hər kəsi acılayırdı. Nahar vaxtı hər kəs yeməyə qalxarkən o bağçaya çıxıb boş oturacağın ən küncündə əyləşdi. Təmiz hava və təklik bu saat ən çox istədiyi şey idi. Onun bu halı Kənaın gözündən yayınmırdı. Hiss edirdi ki, nə etsə də Firuzə ona əhəmiyyət verirmirdi. Nə əsəbiləşir nə də Kənanın istədiyi kimi onun jestlərinin qarşısında əriyib gedirdi. Firuzənin bağçada oturduğunu pəncərədən görən Kənan tərəddüd etsə də üzünə hiyləgər gülüş qondurub yanına getməyə qərar verdi.
- Mən elə bilirdim güllər xoşuna gələcək mənə aşiq olacaqsan?
- Aha elə bu saat. Hər gül göndərənə aşiq olmurlar.
- Bəs kimə olurlar?
- Sənə yüz fazi yox qalanını bilmirəm.
- Çox qəddarsan.
- Kim kimə nə deyir.
- Səni çox incitdim hə?
- Gələndə nərdivandan düşüb eləməmisən?
- Ciddi soruşuram.
- Məni heç kim incidə bilməz. Sadəcə əsəblərimi korladın.
- Hmm.. mən üzr istəmirəm heç vaxt.
- Gözləmirəm də.
- Çox şirindilsən.
- Çox nəzakətlisən.
- Mənimlə dirəşməyin Firuzə xanım.
- Siz də mənimlə söz güləşdirməyin Kənan bəy.
- Yaxşı...yaxşı...yenə başlamayaq. Dediyim kimi mən üzr istəmirəm. Amma icazə versən kiçik bir jestlə özümü əfv etdirim.
- Icazə vermirəm.
- Verməyəcəyini bilirdim elə.
- Ey neynirsən? Burax? Hamı bizə baxır burax.
Kənan Firuzənin qolundan tutub zorla özü ilə apararkən Sinan bəy pəncərədən bunu görmüşdü. Üzündə heç də xoş olmayan ifadə var idi.
Firuzə isə nə qədər çırpınsa da Kənan onu buraxmırdı. Əslində Firuzə etriaz etsə də bir az uzaqlaşmaq fikrini dağıtmaq istəyirdi. Bu səbədən dirənməyi sadəcə naz etmək idiı. Kənan ön qapını açacaqdı ki, son anda əlini arxa qapıya atdı. Firuzə görmədən özündən razı gülüşlə sükan arxasına keçdi. Yol boyu heç biri heç nə danışmadı. Kənan dəniz kənranı gətirmişdi maşını.
- Bura haradır.
- Caan nə biləsən İranda dəniz görmüsən.
- Ha ha çox gülməlidir. Hər halda kor deyiləm.
- Yaxşı yaxşı sevinmə. Romantika yaşamağa gətirməmişəm səni. Sadəcə əhvalsızssan görürəm. Neçə gündür ruh kimi dolaşırsan. Bu mənə sərf eləmir. Əhvalsız olanda səsin səmirin çıxmır. Mən də neyim öyrəşmişəmsəninlə didişməyə.
- Adam tapa bilmədin?
- Səninlə daha zövqlü olur.
Firuzə özünü saxlamağa çalışsa da alınmadı. Gülməyə başladı. Onun gülməyinə Kənan da qoşulmuşdu.
- Yaxşı gedək yemək yeyək. Acmışam.
- Niyə belə edirsən?
- Istəyirəm mənə aşiq olub arxamca sürünəsən.
- .....
- Elə baxma. Zarafat edirəm.
- Sənin bu soyuq zarafatların yayın istisində adamı dondurur.
- Sənin də ləhcən məni öldürəcək. Çox gülməli danışırsan.
- əsas odur ki, dilim başa düşülür.
- Hə.. həm də necə. Sənin dilini bircə mən bilirəm.
- Yaxşı zarafat bir kənara niyə bunu edirsən.
- Yeməyini ye sonra danışarıq.
- Yox denən sonra. Yenə oyun oynanıyrsansa inan o havada deyiləm. heç niyə buradayam onu da bilmirəm. dünənə qaşını yardım bu gün oturmuşam qarşında özü də dəniz kənarında.
- Bəlkə buna doğrudan ehtiyacın varmış.
- Nəyə?
- Huzura. Səssizliyiə, ya da əksinə səs küyə. Bəlkə nəyisə unutmaq istəyirsən.
- Hə..bunu düz tapdın. Amma yenə də bunu səninlə seçməyim qəribədir.
- Sən seçmədin. Mən məcbur etdim.
- Sənin bu məcbur nəyisə etməyin bir gün baha başa gələcək xəbərin olsun.
- Olsun. Mən bahalı şeyləri sevirəm. Daha dəyərli olur.
- Hər şey puldur hə sənin üçün.
- Deməki xoşbəxtliyi pulda görməyənlrdənsən.
- Hə eləyəm.
- Çünki varlı olmamısan.
- Haradan bilirsən. Bəlkə olmuşam.
- Yox... bu ola bilməz.
- Niyə?
- Çünki sənin..nə bilim...necə deyim o tip səndə yoxdur.
- Tip?
- Yəni havalı deyilsən.
- Pardon?
- Ya ndi deyəcəyəm inciyəcəksən.
- Yox sən denən. Söz inciməyəcəyəm.
- Elə tutaq ki, geyimin. Çox sadədir. Həddindən artıq. Yox rəng seçimində zövqlüsən ona sözüm yox amma..
- Amma?
- Qadın kimi geyinmirsən. İş formasını belə uşaq kimi geyinmisən. Amma pullu olsaydın geyimlərin də şık, havalı olardı. Onda artıq sənə dönüb baxmayacaq adam tanımıram.
- Mənə belə xoşdur. Özü də bu sadaladıqlarının qətiyyən pulla əlaqəsi yoxdur. Istəsəm günü bu gün o dediyin havanı özümə qata bilərəm.
- Yaxşı deyək ki, bunu elədin. Amma yenə də pulun olanda hər şeyi daha asan əldə edirsən. Məsələn pulun varsa istədiyin işi görürsən. Artıq kiminsə əlinin altında çalışmırsan.
- Amma elə şeylər var ki, onu nə qədər pulun olsa belə ala bilmirsən.
- Məsələn.
- Məsələn xoşbəxtliyimiz.
- Allah eşqinə nədir ki, xoşbəxtlik. Insan özünü harada huzurlu hiss edirsə ora gedir və xoşbəxt olur. Bax burada da pul keçir. Gedirsən o məkanın ən yaxşısına verirsən pulunu yerini daha da rahat edirlər.
- Bəs kiminlə xoşbəxt olacağını da seçib alırsan o pulunla.
- Necə yəni?
- Yəni xoşbəxt olacağın insanı da pulunla alacaqsan. Bu artıq saxta xoşbəxtlik olur.
- Çox dərinə getdin.
- Niyə qadınlara qarşı bu qədər aqresivsən?
- Aqresiv?
- Gülmə..
- Sən deyəsən mənim qadınlara olan düşkünlüyümü bilmirsən. Aqresiv olsam hər gün biri ilə vaxt keçirmərəm.
- Bununla fəxr edirsən?
- Etməməliyəm. özləri qollarıma düşürsə mən neyləyə bilərəm ki?
- Yox.. mən əminəm ki, sən qadınlara qarşı aqresivsən. Yoxsa birini sevmisən də ondan zərbəmi almısan.
- Hə.
- Gördün bildim.
- Amma o mənə zərbə vurmayıb. Əkisnə.
- əksinə?
- Mən sevgiyə inana biri deyiləm. Amma o hər şeyi alt üst etdi.
- Sevdiyin var və sən yenə də gündə birinin arxası ilə düşürsən.
- Artıq düşmürəm. görmürsən?
- Yox. Axırıncı dəfə görəndə biri ilə hamının gözü önüdə yapışmışdınız bir birinizə.. tövbə tövbə..
Kənan qəhqəhə atdı..
- Bu onu qısqandırmaq üçün idi.. deyəsən işə də yarayıb.
- Deyəsən?
- Hələ də alamadın?
- Nəyi?
- ...
- Nə? Niyə elə baxırsan.
- Hə, anlamamısan..
- Nəyi axı?
- O aşiq olduğum qız kimdir bilirsən?
- Nə bilim? Kimdir ki? Tanıyıram?
- Hə.
- Hə? Aha indi daha da maraq bürüdü. Kim?
- Gəl mənimlə.
- Hara?
- Gəl, onu göstərəcəyəm sənə.
- Buradadır? Bəs qorxmursan bizi görsə səhv başa düşər. Heç yaxşı olmadı bu.
- Off Firuzə çox danışırsan.. səninlə neynəyəcəyəm mən.?
- Mənimlə niyə?
- Gəl... tez ol..
Kənan Firuzənin əlindən tutub restoranın dəhlizinə gətirib dayandı. Dəhliz şüşəbənd olduğundan özlərini görürdülər.
- Hanı? Indi gəlir.
Kənan Firuzəni tutub qarşısında güzgüyə tərəf çevirərək onun arxasında dayandı. əli ilə güzgüdə Firuzəni işarə elədi. Firuzə heç nə anlamasa da təəcüblə kənan baxdı.
- Necə yəni?
- Gözəldir elə deyil?
- Bu...bu mənəm?
- Özüdür ki, var. Mən səni sevirəm.
Firuzə gözləri bərəlmiş halda Kənana baxırdı. Üzündə heç də sevinmiş brir mimika olmadığından Kənan məyus halda başını aşağı saldı.
- Bilirəm, tanışlığımız, səninlə sonradan davranmağım hər şeyi korlayıb. Hə, haqlısan mən qız düşkünü, özündən razı, müştəbeh biriyəm. Amma bütün bunlar səni tanıyana qədər idi. Sən hər şeyi alt – üst etdin. Sənə indi cavab ver demirəm. Amma bil ki, mən konkretliyi sevən adamam. Yaşım elə yaş deyil ki, uşaq kimi nədənsə utanım. Sevirəmsə sevdiyimi deyəcəyəm. budur indi deyirəm. Firuzə, mən səni sevirəm. bilmirəm bu necə oldu. Amma oldu.
- Kənan..
- Yox dayan.. bəlkə də inanmırsan mənə. Amma bunu sübut etəyə hazıram..
- Hə, inanmıram. Həm də zərrə qədər də olsun inanmıram. Bu da oyununu bir parçasıdır?
- Firuzə oyun yoxdur. Oyun olsa mən sənə niyə necə olduğumu deyim. əksinə gizlədər özümü yaxşıtanıtmağa çalışaram. Amma səhvlərimi etriaf edirəm. məni belə qəbul et. Səhvlərimlə. Doğruları səndən öyrənmək istəyirəm. birlikdə öyrənmək istəyirəm. səni tanıdığım gündən heç kimə baxa bilmirəm. o gün məkanda sənin reaksiyanı bilmək üçün o qızla elə yaxınlıq etdim. Həm də Onurun təklifini qəbul etməyin məni dəhşət əsəbləşdirdi. Qısqandım. Həm də çox. Hirslənib məkandan çıxdım, amma qız oradan evə getdi. Mənsə səni izlədim. Evə ağlaya ağlaya getdin. Səni elə görəndə anladım ki, mənim üçün elə belə biri deyilsən.
- Bravo....
- Nə?
- Bravo deyirəm. bu qədər əzbəri necə eləmisən.
- Mənə inanmırsan7
- Əlbəttə inanmıram. Dünənə mənə əxlaqsız təklif edən adam bu gün qaşrıma çıxıb sevirəm deyir. Kənardan baxanda o qədər axmaq görünürəm.
- Firuzə?
- Kənan güldürmə məni. Ok? Mən 3 yaşlı uşaq deyiləm. ola bilər sənin arxanca qaçan xanımlara bu keçir,amma mənə yox.
- Yox, Firuzə elə deyil. Sənin inadkarlığını, namusunu qorumağın, adın üçün yaşamğın, hər şeyə rəğmən məni qəbul etməməyin.. bunları daha əvvəl mənə heç kim eləməyib.
- Ay sağol. Ona görə sevgi ilə səhv salırsan.
- Yoxx.. !! elə deyil. Bəs onda niyə hər gün səni görmək üçün şirkətə gəlirəm? elə bilirsən işləmək üçün. O şirkətə mən ayda ildə bir dəfə ayaq basırdım. Səni gördüyüm gündən hər gün orada bitirəm. hər gün səni görmək üçün min bəhanə düşünürəm.
- Allahım..
- Dur! Heç nə demə dinlə. Mənə şans ver də demirəm. çünki görürəm ki, nifrətin var mənə. Amma sən də mənə qarşı boş deyilsən.
- Nə? Dəlisən sən?
- Bəs onda o gecə xanımmla öpüşdüyümü haradan bilrisən. Demək sən də məni izləyirdin
- Nə izləməsi? Ortada dayanmışdınız gözüm sataşdı.
- Firuzə?! Inad etmə.
- Inad deyil. Sən özündən uydurmusan hər şeyi. Məni sevmirsən. Mən də səni.. bu...bu absurddur.
- Niyə? Mən sevə bilmərəm. o qədər qəddar çorgöz insanam? Mənim ürəyim yoxdur. Hər gecə yuxuda səni görmək səhəri səni görəcəyim ümidi ilə açmaq..
- Kənan sus!
- Dilimi susdursan da bax bu gözlərimi susdura bilmərsən. Orada ancaq sənə aid xəyallar var. Diqqətlə bax gözümə. Bax.. və özünü orada necə görürsən de.
- Mən heç nə görmürəm əl çək.
- Varsan. Həmişə olmusan. Mən indi gördüm.
- Yaxşı tutq ki, sevirsən. Bu heç nəyi dəyişmir.
- Izn ver dəyişsin.
- Kənan sən yəqin ki, yenə içmisən.
- Yox. Məni sən içmədən də sərxoş edirsən. Bu qoxun..
- Çəkil, yenə başına heç nə yemək istəmirsənsə.
- Bağışla. Sadəcə darıxmışdım qoxun üçün. Bağışla..
- Mən getmək istəyirəm.
- Elə bu? Heç nə deməyəcəksən?
- Dedim axı. Sənə inanmıram. Dediyin heç nəyə inanmıram.
- Yaxşı mən neynim ki, inanasan.
- Sübut elə.
- Nə?
- Sübut elə ki, sevgin gerçəkdir. Sübut et ki, məni gerçəkdən sevirsən.

Müəllif: Lili Sh


Şərhlər:
Baxılıb: 1056
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz