Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Məcburiyyət (9-cu bölüm)
Məcburiyyət (9-cu bölüm)
Göndərən: Rahila
Şərhlər:
Baxılıb: 1323
Səs ver:
- Salam..
- ....
- Salam dedim....
- .....
- Ey yaxşısınız?
- Fffff Firuzə?
- Buyurun mənəm...
- Möhtəşəm olmusan...səni...mən.. söz tapmıram..
- Çox sağolun Onur bəy
- Təşəkkür etmə. Gerçək budur hə Kənan?....Kənan? Kənan!?
- Hh.həə.. eşidirəm.
- Deyirəm Firuzə möhtəşəm olub, elədir.
- Nə bilim. Mənə nə ondan. Mən getdim Nazanın yanına.
- Nəsə içirsən?
- Meyvə suyu.
- Yaxşı da nə meyvəsi.. bəlkə süd gətirim.
- Onur bəy mən içki içmirəm.
- Mənim xətrimə.
- Israr etməyin.
- Firuzə xahiş edirəm.
- Dedim ki, israr etməyin. Lütfən. Mən doğrudan içmirəm.
- Yaxşı.. o zaman etriazın yoxdursa mən içim. Çünki başımı elə gicəlləndirdin ki, özümə gələ bilmirəm.
- Təşəkkür.. buyurun.

***

- Nazan?
- Oo kimləri görürəm. Kənan bəy. Necəsən?
- Nə bilim. Baxarsan yoxlayarsan da.
- Səni şorgöz.. doymadın da qızlardan. Gedib dolanıb gəlirsən..mən qadınam nəticədə. Qüruruma toxunmaq xoşuna gəlir.
- Nazan gedim?
- Yaxşı yaxşı susdum. Bircə getmə sən. Bu gecə səni heç bir yerə buraxan deyiləm.
- O zaman gedək buradan.
- Indi? Təzə gəlmişik ki.
- Hə indi. Qalsam başqa biri gecəni keçirdəcəyəm. özün bil.
Nazanın qəhqəhəsi yükəsk musiqidə belə seçilirdi. Firuzə onlara tərəf boylandı. Kənan arxası Firuzəyə tərəf qəh qəhə atan qadının boynuna öpüşlər qondururdu.
- Şərəfsiz. Eşşək..
- Nə?
- Nə nə?
- Nəsə dedin.
- Yox, sizinlə deyiləm. musiqini də deyirəm. çox səs var.
- Istəyirsən səssiz yerə keçək?
- Burada elə yer var?
- Sən yetərki istə.
- Gedək o zaman.
Onur əlindəki qədəhi başına çəkib qəribə baxışlarla Firuzəni süzürdü. Firuzə isə gözü Kənanda dilinin ucunda söyərək deyinirdi. Belində hiss etdiyi ələ geri döndü.
- Mən gedə bilərəm. əllə tutmağa ehtiyac yoxdur.
- Hmm.. naz edirik? Bu daha yaxşı
- Başa düşmədim.
- Sənin bu saf halın çox xoşuma gəlir.
- Mən getsəm yaxşı olacaq deyəsən.
- Hara indi gəlmisən ki.
- Hə, sabah iş var. Xahişinizi qırmadım gəldim. Indi gedim.
- Yox...bu qədər asan yox. Heç bir yerə buraxan deyiləm.
- Onur bəy.
- Aaa yığışdır artıq bu bəyi.. Onur de eləcə.
Onur Firuzəyə yaxınşladıqca Firuzə ürkməyə başlamışdı. Geri addım atıb "mən ən yaxşısı bir az təmiz havaya çıxım” deyib çantasını əlinə alıb çıxışa doğru gedirdi.
- Yaxşı, sən deyən olacaq aparacağam səni evə söz. Amma gəl əvvəlcə buranın eyvanını da göstərim. Mənzərə superdir.
- Yox istəmirəm.
- Amma məni ncidirsən. Güvənmirsən mənə? Qorxmursan?
- Yox, qorxmaq deyil...
- Onda gəl. Beş dəqiqə ilə heç nə olmaz.
Firuzə qarşısındakı adamın içkili olduğunu, onsuzda ona söz çatmadığını görüb razılaşdı. Eyvanda adamlar olduğundan daha da ürəklənirdi. Gedərkən geriyə dönüb bəlli etmədən Kənan olan tərəfə baxsa da gördüyü mənzərədən lap əsəbiləşmişdi. Hər kəsin içində rəsmən öpüşürdülər.
- Abırsız.. şorgöz, utanmaz.
- Ay can..
- Şey.. hava təmiz havaya çıxaq.
Eyvanda iki nəfər dayanıb söhbət edərkən onur nədənsə başı ilə onlara içarə edərək getmələrini göstərmişdi. Firuzə bunu görsə belə az əvvəl göz önündə olan mənzərədən hələ ayıla bilmirdi. Məhəccərə söykənib içəriyə baxırdı. Kənan ilə qadının çıxşa doğru birlikdə getdiklərini gördü.
- Firuzə?
- Hə.. bağışlayın eşitmədim.
- Çox gözəlsən. Hələ ilk gündən bunun fərqinə varmışdım. Kənana da demişdim.
- ....
- Heç nə deməyəcəksən.
- Çox sağolun nə deyim.
- Firuzə...
- Bəli..
- Məndən qaçma..
- Onur bəy, içkilisiniz nə elədyinizi bilmirsiniz. Uzaq dayanın.
- Uşaqlıq eləmə. bəsdir bu qədər naz. Eşitməmisən türklərdə belə bir deyim var "Fazla naz aşık usandırır.”
- Eşitmişəm, amma nə siz aşiqsiniz nə mən naz edirəm. əlinizi belimdən çəkin. Yoxsa qışqıracağam.
- Nə verib kənan sənə hə?
- Nə?
- Nə veribsə denən qat qat artığını verərəm. yetərki mənə təslim ol.
- Buraxın məni! Çəkin əllərinizi üzərimdən.
- Məni dəli edirsən.
Onur onu kencə sıxışdıraraq nəfəsini boynunda gəzdirməyə başlamışdı. Firuzənin qurtarıcısı çanta u dəfə də işə yaramışdı. Möhkəm zərbə ilə çantada olan parfüm şüşəsi olduqca müsbət təsir etmiş onur başını tutub kənara çəkilmişdi. Səsinə hamı ətrafına toplaşanda Firuzə yavaşca aradan çıxaraq qaçmışdı. Həm əsəbi həm ağlamaq istəyirdi. Elə ağlayırdı da. Özünü güclə evə atıb hönkürtü ilə ağlamağa başladı. Kənanı, Onuru elə hey söyürdü. Firuzə harada səhv elədiyini düşünürdü. Heç kimin gözünə batmadan sakitcə işini görmək istəyərkən başına gələnlər onu bezdirmişdi. Kənanın və Onurun oyuncağı olmuşdu sanki. Özünə söz verdi ki,bundan sonra heç birinə dəyib toxunmayacaq, hansı biri söz desə başını aşağı salıb çıxıb gedəcəkdi. Ağlamaqdan halsız düşmüş bədəni yenicə yuxlayırdı ki, telefon zənginə gözlərini açdı.
- Alo...Ata?!
- Qızım.. nəhayət.. necəsən?
- Yaxşıyam.. sən nömrəni haradan tapdın.
- Bilirsən ki, bu mənim üçün su içmək kimi bir şeydir. Yerini də tapmışam. Amma yenidən qaçma deyə gəlmədim.
- Ata..
- Xahiş edirəm dinlə.. burada sənin heç bir günahın yoxdur qızım. Sən mənim var yox bircə balamsan. Başqa da heç nə bilmirəm.
- ....
- Ağlama.. heç kim. Heç nə sənin o göz yaşından dəyərli deyil.
- Amma...
- Amması yoxdur. Qaytı gəl evə.. səni gözləyirəm.
- Yox.. Bağışla qayıda bilmərəm. heç kimin üzünə baxa bilmərəm.
- Qızım bəsdir. Sənlik bir şey yoxdur. Heç kim sənə nəsə demir. Deyə də bilməzlər.
- Yox ata bağışla. Qayıtmayacağam. Sağol..
- Dəstəyi asma... Firuzə.. heçmi haqqım yoxdur üzərində.
- ...
- Axı biz heç vaxt ayrı dolaşmazdıq. Hara getsəm dizimin dibindən ayrılmazdın.
- Yalvarıram. Bir daha axtarma məni.. mən..mən sənin də üzünə baxa bilmərəm. bağışla
Firuzə dəstəyi asınca daha da hönkürərək ağladı. Bu gecə onunki ağlamaqdan gəlirdi.. səhəri güclə başa vurub şişmiş gözlərlə hamıdan tez şöbəsinə gəlmişdi. Qarşısındakı boş vərəqi qara qələmlə xətləyə xətləyə fikrə getmişdi. Ağlamaqdan şişən göz qapaqları ağır ağır düşüb qalxırdı. Içəri girən salam versə də o heç kimi eşitmirdi deyə salamı almırdı. Kiminsə çiyninə toxuması ilə diksindi
- Yaxşısan?
- Nə?
- Deyirəm yaxşısan?
- Ömər qorxutdun məni. Səhərdən hamı salam verir almırsan kim səsləyir cavab vermirsən, indi sənə gül gətiriblər yazıq oğlan min dəfə səslədi.
- Hə.. gecə gec yatmışam yorğunam.
- Yaxşı.. Gülləri gətirən imzanı gözləyir.
- Istəmirəm. geri qaytarsın. .... siz.. o gülü haradan gətirmisinizsə geri götürün. Mənə lazım deyil. Bir daha buraya gül gətirsəniz inanın mənə sizi şikayət edərəm.
- Xanım mən sadəcə kuryerəm.
- Mənə dəxli yoxdur. Bir daha nəsə gətirsən məndən incimə. Indi geri apar.
Hər kəs təəccüb içində Firuzəyə baxırdı. Ayşə yenə dil altında qalmayıb Firuzəyə sataşmaq istəsə də Firuzə otaqdan çıxmışdı. Tez tələsik Səlmanın yanına gələrək dünən yarımçıq qalan söhbətini tamamlamaq istədi. Daha doğrusu güllərin kimin göndərdiyini bilmək üçün.
- Səlma xanım.
- Ay can qızım.
- Dünən söhbətimiz yarımçıq qaldı. Unutdum soruşam. Gülləri göndərinin kim olduğunu bilirdiniz
- Hə. Bilirəm. çünki arada mən sifariş verirəm.
- Başa düşmədim.
- Məndən eşitmiş olma.
- Söz vermirəm.
- Nə? Yox yox. Onda deyə bilmərəm.
- Artıq dediniz.
- Yox qızım. Dur.. Firuzə.. məni pis vəziyyətdə qoyursan.
- Siz ad çəkməmisiniz. əgər sifariş verən sizsinizssə demək bu ancaq o ola bilər.
- Firuzə qurban olum dedim ki, biləsən demədim ki, gedib məni pis vəziyyətdə qoyasan.
- Səlma xanım narahat olmayın sizlik bir şey yoxdur. Yanında kimsə var?
- Onur bəydir.
- Lap yaxşı. Indi hirsimi ikisinin də üzərinə töküm görsünlər günlərini.
- Firuzə... firuzə dayan getmə. ...
Fiuzə qapını döymədən içəri keçdi. Kənan və Onur ayaq üstə üz- üzə dayanmışdılar. Firuzəni görüncə hər ikisi təəcüblə baxdı. Onurun başında sarğı var idi. Firuzədən aldığı payın nəticəsi. Onur Firuzəni görüncə onun yaxınına gəldi.
- Firuzə?
- Hə, Firuzə. Yaxşı ki ikiniz də bir yerdəsiniz. Bir danışmış olaram bu iş də burada bitər.
- Qapını döyüb..
- Kənan bəy... izninizlə. Sözümü deyim gedirəm. Qalıcı deyiləm. hər ikiniz.. məndən nə istəyirsiniz bilmirəm, amma mən sizin oyununuza gələcək adam deyiləm. Kənan bəy siz. O güllər.. çox gərəksizdir. Məni bu yolla ələ keçirəcəyinizi düşünürsünüzssə yanılırsınız. Gördüm dünənki xanımla məkandan necə çıxdığınızı.
- Bunu sənə dəxli yoxdur.
- Düzdür yoxdur. O güllərin də mənə dəxli yoxdur. Kimi qucaqlamısınız o xanıma da göndərin.
- Mən gül göndərməmişəm.
- Aha inandım mən də. Nəysə əsas odur mən sizi yaxşı tanıyıram, siz də məni yaxşı tanıyın. Onur bəy. Elə siz də. Məndən nə qədər uzaq dayansanız o qədər yaxşıdır. Ən azından başınızdakı sarğının həcminin böyüməsini istəmərsiniz.
Firuzə bunu deyəndə Kənan özünü saxlaya bilməyib dodaqaltı güldü.
- Hər ikiniz deyəsən məni yüngül əxlaqlı qız kimi görürsünüz. Bilmirəm sizə özümü belə qələmə verəcək nə etmişəm. Amma bundan sonra xahişim bir daha qarşıma çıxmayın heç biriniz. Ümid edirəm hər ikiniz başa düşdünüz.
Firuzə getmişdi ki, onur onun arxasınca çıxdı.
- Firuzə, dayan. Dünənə görə üzr istəyirəm. Mən içkili idim. Səni incidəcək nəsə elədimsə...
- Siz? Siz məni incidə bilmərsiniz. Başınızdakı sarğıdan bəllidir ki, mən incitmişəm. Məni artıq bu dünyada heç nə incitməz. Lütfən uzaq durun məndən.
- Yox.. mənim səndən çox xoşum gəlir. Görürəm ki, fərqlisən. Icazə ver özümü bağışlatdırım.
- Onur bəy.
- Xahiş edirəm Firuzə.
- ....
- Bax bircə şans ver. Dost olaq. Özün görəcəksən ki, pis insan deyiləm.
- ...
- Sadəcə bir şans. Bir daha sənə zərər gətirəcək heç nə eləmiyəcəyəm.
Kənan qapıya çıxıb onların söhbətlərini eşidirdi. Sakitcə dinləyirdi. Firuzə Onur danışdıqca Kənanın hərəkətlərinə diqqət edirdi. Kənardan dayanıb soyuq tərzdə izləməsinə lap əsəbiləşib Onura tərəf dönərək.
- Onur bəy, şans mans yoxdur. Unudun. Məni də, təklif etdiyiniz dostlugunuzu da. Sadəcə bir ay.. bir ay burada işləyəcəyəm. bu müddət ərzində mənimlə ünsiyyətdən qaçsanız sevinərəm. sizin heç birinizi həyatımda heç bir statusda görmək istəmirəm.
Firuzə geriyə dönüb gedəndə Kənan otağına keçərək özündən razı halda stuluna əyləşdi.
"Əla, Onuru özün aradan götürdün. Vaxtımı almayacaq mənim. Bir ay sonra gedirsən demək. Sən mənə aşiq olub Türk vətəndaşlığını istəməsən mənə də kənan deməsinlər.”

Müəllif:
Lili Sh


Şərhlər:
Baxılıb: 1323
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz