Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Salam Qədirzadə - 46 Bənövşə (1-ci dəftər - 23)
Salam Qədirzadə - 46 Bənövşə (1-ci dəftər - 23)
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 516
Səs ver:
Birinci Dəftər
23


Keçib pəncərə qabağında dayandım.  Bir dəfə institutdan çox şad qayıtmışdım. Anatomiyadan beş almışdım. Axşam atamı evdə qaşqabaqlı görəndə üstünə cumub, onu möhkəmcə qıdıqladım, güldürməyə çalışdım. "Ay qız! Dinc dur!”—Qışqırdı. Qulaq asmadım. Böyrümdən şapalaq ilişdirdi. Əli də elə ağırdır ki… Ətim göynədi. Sabahısı bildim ki, mədəndə qazma baltası sındığından işləri əngəlli olub...
İndi oturmaq istəyəndə atam dedi:
—Televizoru söndür, işığı yandır, sonra əyləş.
Ekranda mənzərə filmi nümayiş etdirilirdi. Bir azdan "67-nin sərgisi” göstəriləcəkdi. Mən mütləq baxacaqdım. Arzulayırdım atam da, anam da görsün. Heyf! Televizoru keçirdim. Qapının haşiyəsindəki düyməni burunca büllur çilçıraq zalı nurla doldurdu. Ancaq istərdim atam məni qaranlıqda dindirsin. Utanmayım. Dəryanın sözləri yadıma düşdü: "Deynən mən başqasını sevirəm.”
Stolun aşağı tərəfində atamla üz-üzə oturdum. Anam çay gətirdi. Gəlib, sağ yanımdakı kreslonu altına çəkdi, bütün işlərdə təqsirkar kimi müqəssir bir görkəm aldı. Otaqda iki səs eşidilirdi: saatın tıqqıltısı, ürəyimin döyüntüsü. Haçandan-haçana atam xislətinə uyğun bir ciddiliklə sözə başladı:
—Mənə diqqətlə qulaq as, Könül,–dedi.—Sən əziz-xələf bircə övladımızsan. Valideyn üçün övladının xoşbəxtliyi hər şeydən qiymətlidir. Bizim də çalışdığımız odur ki, sən bəxtəvər yaşayasan… Elə deyilmi? Boğazım qurumuşdu. Danışmağa onsuz da səsim çıxmayacaqdı. Astaca başımı tərpətdim. Atam davam etdi:
—Mən bu söhbəti qəsdən bir neçə gün idi gecikdirirdim. Anana da tapşırmışdım, səni tələsdirməsin, ağıllı-başlı fikirləşəsən. Indi, yəqin ki, özlüyündə bir qərara gəlmisən… Məsələ belədir, qızım, mən də, anan da Qönçəbəyimgillə qohum olmağa narazı deyilik, uzun illərin qapı-qonşusuyuq, bir-birimizi yaxşı tanıyırıq. Bayaqdan daş heykəl kimi donub hərəkətsiz qalmış anam yerində qurcalandı:
—Eminciyəz də gözümüzün qabağında böyüyüb. Təmiz, ağıllı uşaqdır...—deyərək oğlan tərəfə qahmar çıxdı.
Atam mətləbə yaxınlaşdıqca ürəyim üzülürdü.
—Sən də körpə deyilsən, institut tələbəsisən. Sabah qurtarıb həkim olacaqsan... Anam yenə tap gətirmədi:
—Murad, özləri də deyirlər ki, qızı dördüncü kursdan tez apardı yoxdur. Stəkanı qaldırıb təkrar nəlbəkiyə qoymaqla atam ona bildirdi ki, "Bura bax, sözümü kəsmə!” Sonra qaş-qabağını gizlədərək mənə sarı döndü. Lakin sözünü çaşdığından yenə acıqlı-acıqlı anamı süzdü:
—Qoymazsan ki!
—Ma!—deyə mən də öz xeyrimə atama haqq qazandırdım:
—Mafar versənə kişiyə.
Bu əsnada telefon səsləndi. Anam durub mənim otağıma getdi və bir dəqiqə keçməmiş geri qayıtdı.
—Murad, səni istəyirlər.
—Kimdir?
—Tanımadım.
Atam könülsüz qalxdı, çayını isti-isti içə bilmədiyinə işarə ilə gileyləndi:
—Mərdimazarı axtarmaqla deyil ki! Keçib dəstəyi götürdü:
—Bəli. Əleykəssalam, beş də artıq… Oho! Səni xoş gördük… Necəsən oğul?.. Sağ ol, mən də yaxşıyam. Evdə də, mədəndə də hər şey qaydasındadır. Heykəlimi? Yox… O barədə səndən xəcalətliyəm. Vaxt tapan kimi mütləq gedib baxacağam. Amma iş yoldaşlarım görüblər… Bəli, bəyəniblər… Düzü canıma qorxu saldın. Dedim, bəs, yenə emalatxanalığam. Əşi, diriyə də heykəl qoyarlar. Necə?.. Elə indi? Hə… onda tamaşa edərik. Bu başdan sənə öz təşəkkürümü yetirirəm.. Atam zalın qapısından girməmiş mənə eşitdirdi:
—Könül, dur televizoru yandır, işığı söndür.
Anam heyrətləndi:
—Xeyir ola?
—Məni göstərəcəklər, Mərmər,—deyə atam sevincini gizlədə bilmədi. Gəlib özünü divanın küncünə yıxdı. Televizoru quranda, əlim titrəyirdi. Dərya nə iş tutmuşdu? "Utanmaz!” ürəyimdə onu məzəmmətlədim.
 Atam eynəyini götürdü, şüşəsinə hovxurub pijamasının ətəyi ilə sildi. Ekranda Dəryanın sərgi solonundakı əsərlərini bir-bir gördükcə və haqqında deyilən sözləri dinlədikcə mən ona göz qoyurdum. Kişi heçvecinə almırdı. "Neftçi Murad” büstündən söhbət gedəndə bığlarının altında balaca qımışdı; üzünü anama tutub zarafatla dedi:
—Mərmər, bilməzsən qədrimi!
Mən hələ nigarançılıqdan qurtarmamışdım. Bir azdan, şübhəsiz, atam yenə Emin məsələsinə qayıdacaqdı. Elə də oldu. Veriliş bitdi, mən durub yayınmaq istədim, qoymadı:
—Yaxşı… Sabah Qönçəbəyimgildən gələcəklər, Mərmər onlara nə cavab versin,—deyə eynəyini çıxardıb üzümə baxmadan sakit, lakin qətiyyətlə soruşdu.
Əlim, ayağım əsə-əsə, qısıla-qısıla dilləndim:
—Anam bilir...
—Bəlkə… mən də biləydim.
—Razı deyiləm!—dedim. Dedim və zalı tərk etdim. Arxadan atamın son qərarını eşitdim:
—Vəssalam! Mərmər, bu işdə mən acizəm. İxtiyar sahibi o özüdür!
 Atam gözümdə elə qalxdı ki… Sən demə, indiyədək onu tanımamışdım!.. Eyni vaxtda iki hiss keçirirdim: əvvəlcə Emini, sonra Dəryanı düşündüm. Ürəyimin yarısı kədərlərndi, yarısı sevindi.


Şərhlər:
Baxılıb: 516
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz