Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Məcburiyyət (8-ci bölüm)
Məcburiyyət (8-ci bölüm)
Göndərən: Rahila
Şərhlər:
Baxılıb: 1213
Səs ver:
Kənan artıq Firuzəyə dəyib dolaşmırdı. Firuzə isə öz şöbəsinə dönmüş, pasportuna qovuşmuş işini davam etdirirdi. Kənanla qarşılaşmamaq üçün isə əlindən gələni edirdi. Amma bu günlər ərzində hər gün iş masasına onun adına güllər gəlirdi. Firuzə ilk başda əhəmiyyət verməsə də güllər evinə qədər gəlincə göndərənin kimliyini bilmək istəyirdi. Güllərin üzərində isə hər gün eyni sözlər yazılırdı. "bu gün dünənkindən daha gözəlsən” Gül və ismarıc Firuzənin iş vaxtı gəldiyindən artıq bu adamın işdən olduğundan şübhələnmişdi. Şöbədə Ömərin baxışlarını hiss etmişdi, amma onun göndərəcəyi tərz çiçəklər deyildi. Bəlliydi ki, güllər olduqca dəyərlidir. Ömər isə burada hamı kimi maaşa çalışan işçidir. Günlər keçdikcə güllərin gəlmə vaxtı sxılaşırdı. Otaqda artıq yer yox idi. Ömər də güllərin haradan gəldiyini maraqlanınca ondan olmadığı da bəlli oldu.
- Yenəmi? Bezdik artıq.
- Nədir xoşuna gəlmir?
- Gəlmir xanım. Niyə gəlməlidir ki? Bura iş yeridir yoxsa gül dükanı?
- Ayşə qısqanma.
- Kim mən? Sənin nəyini qısqanacağam. Allah bilir hansı gül mağazasının önündən keçmisəndə gül satan bəyənib səni.
- Ha ha çox zaraftcılsan.
Ayşə Firuzəni günlər boyunca qıcıqlandırmağa çalışsa da ona heç nə alınmırdı. Firuzə diqqət çəkməmək üçün səsini çıxarmaz başını salıb işini görürdü sadəcə.
- Firuzə xanım.
- Bəli, mənəm.
- Bu güllər sizədir.
- Yenəmi? Ayda...bu gün artıq beşinci dəfədir. Kimdən olduğunu bilmirsiniz.
- Bizə sadəcə çatdırılmaq tapşırılıb.
Firuzə gülün üzərindəki notu tapıb oxumağa başladı. "sənin üzünə bir təbəssüm qondurmaq üçün lazım gəlsə dünyanın bütün güllərini ayağına tökərəm.”
- Nə o? Yenə gül dükanında işləyən sevgilin göndərib.
- Ayşə get başımdan, əsəbimi səndən çıxmayım.
- Ay, çox qorxdumm.
- Ay qız get başımdan.....bu da məndən dəli çıxdı. Allahım bunları gönədərən kimdir axı. Dəli olacağam. Bircə bu çatmırdı. Kimsən sən? Kimsən?

***

- Kənan bəy tapşırığınız yerinə yetirildi.
- Hamısı qırmızı güllərdir?
- Əla.. bu gündən ancaq qırmızı güllərə keçin. Hər saat başı bura evinə getsə evinə aparırsınız.
- Oldu Kənan bəy.
- Kənan.
- Gəl Onur, siz gedə bilərsiniz.
- Bu kimdir.
- Işlərimizdən biridir. Bir iki şey tapşırdım.
- Neynirik bu axşam məkan açılışı var gedirik?
- Yox.. mənim işim var.
- Aydaaa... sənə nə olub? Neçə vaxtdır evdən çıxmırsan.
- Qəzetlərdə şəklim olmamalıdır. Yoxsa hər şey korlanar.
- Nə hər şeyi..
- Oğlum atam narahatdır. əsəbiləşəndə ürəyi tutur. Bu günlərdə əsəbiləşdirmək istəmirəm.
- Aaa...yaxşıdır indi?
- Hə..yaxşıdır.
- Yaxşı o zaman mən də özümə başqa yoldaş taparam. Səndən daha çox işimə yarayacaq.
- Baxışlarından başa düşdüm ki, ağlında nəsə mənim bəyənməyəcəyim bir şeylər fırlanır.
- Sənin niyə? Sənnlə əlaqəsi yoxdur. Mən gecəyə Firuzəni dəvət edəcəyəm
- Yox! Olmaz!
- Başa düşmədim. Bu nə reaksiyadır?
- Oğlum, elə bir məkana gedəcək başqa birini tapmadın. O qız səni orada pərt edər.
- Niyə pərt etsin?
- Türk dilində danışa bilmir
- Yox heç də belə. Olduqca yaxşı danışır. Ləhcə bilinir bilinsin. Burada heç nə yoxdur
- O...o qəbul etməyəcək. Hə, tərsdir qəbul etməz.
- Sənin nə dərdin var bu qızla? ələ keçirə bilməmisənsə izn ver bacaranlar eləsin.
- Axmaq axmaq danışma. Mənə sadəcə zaman lazımdır.
- Vay artıq zaman lazımdır hə?
- Onur!!
- Nə Onur, qızı bir dəqiqə içində ələ keçirən Kənan artıq zaman istəyir. Sənə demişdim axı sənin yanaşman hamıya keçməz.
- Yox. Ona heç nə keçmir, amma mənim planım var artıq.
- Nə planı.
- Özümüzə görə bir şeylər düşünmüşük. Əsas odur sən get özünə başqa yoldaş tap
- Yox. Mən elə onu seçirəm. bax gör bu tip qızlar necə ələ keçir.
- Onur, uzaq dur dedimş
- Nədir yoxsa Firuzəyə görə , mənimlə dava edəcəksən.
- Yox. Amma sən yenə
- Nəysə mən gedim qız işdən çıxmadan dəvət edim.
- Get....get də günün gör. Qəbul etməyəcək onsuzda.
- Baxarıq.
- Baxarıq.

***

- Firuzə, qızım.
- Səlma xanım. Xoş gördüm sizi..
- Necəsən? Ay maşAllah bunlar nədir.
- Hə, gizli pərəstişkarım var tapa bilmirəm kimdir.
- əminsən ki, gizlidir?
- Hə, vallah bilmirəm kimdir.
- Hmm.. nə bilim məncə təxmin etdiyin biri olar.
- Kim?
- Onu sən bilərsən..
- Səlma xanım, bax bildiyiniz bir şey varsa deyin. Həqiqətən bilmirəm. və artıq əsəblərimə toxunur.
- Aa dəli qız. əsəblərinə niyə toxunur? Kimdirsə romantik adamdır. Hər saat gül göndərir.
- Sən haradan bilirsən ki, hər saat gül gəlir.
- Səncə?
- Sən bir şeylər bilirsən..
- ...
- Səlma xanım, ürəyim partlayar. Bilirsənsə kimdir denən..
- Amma məndən eşitməmisən.
- Söz.
- Gülləri göndərən..
- Firuzə xanım.
- Bağışla Səlma xanım, sözünü kəsəcəyəm. Buyurun Onur bəy.
- Bir dəqiqə sizi olar.
- Əlbəttə.... eşdirəm.
- Şey.. bilmirəm necə başlayım.
- ...
- Mən.. mən sizi bu gün bir açılışa dəvət etmək istəyirdim.
- Aa çox sağolun amma..
- Tez cavab vermə. Düşün bir az. Axşama çox var. Birdən birə sənə keçdim...bağışla..
- Eyb etməz. Dəvətiniz üçün..
- Sən...sən deyə müraciət elə. Belə özümü böyük adam kimi hiss edirəm.
- Yaxşı.. dəvətin üçün sağol..
- Aaa olmadı.. elə yox deməzlər axı. Mən yazıq bəndənin ürəyi partlasın burada ölüm....gülmə zarafat eləmirəm. elə burada yıxılıb ölərəm...gülmə deyirəm....ya da yox gül.. çox ggözəl gülüşün var.
Firuzə utanaraq başını yana çevirəndə kənardan baxan Kənanı gördü. Firuzənin onu gördüyünü görüncə üzünü döndərib başqa yerə baxırmış kimi eləsə də özünü ələ vermişdi.
- Izninizlə mən işimin başına keçim. Dediyim kimi həqiqətən çox sağolun, amma alınmayacaq mən də.
- Demək Kənan haqlı çıxdı hə?
- Anlamadım.
- Heç boş ver.
- Nə də haqlı çıxıb?
- Mənə dedi ki, məndən başqa heç kimin dəvətin qəbul etməz. Mənə aşiq olub o. Nə bilim belə belə fikirlər dedi. Mən inanmadım təbii, amma o da danışmağa başladı. Nə bilim..
- ....
- Sən ona baxma. O bir az kobuddur.
- ....
Onurun son dediyi cümlələr artıq Firuzənin ağlına girmirdi.. kənarda sağa sola gedib arada bir olara nəzər yetirən Kənana baxırdı.
- Axşam görüşərik.
- Nə?
- Axşam saatı və məkanı deyin. Gələcəm.
- Doğrudan? Sevindim. Mən gəlib götürərəm.
- Yox. Sən məkanı və saatı denən. Özüm gələcəyəm.
- Firuzə məni şad etdin. Sevindim.
Firuzə hikkə ilə otağa qayıdınca Səlmanın gözündən yayınmadı.
- Yaxşısan qızım.
- Alçaq, axmaq. Şərəfsiz.
- Nə olub? Kimə ünvanlanıb bunlar.
- Müştəbeh.. özündən razı. Nə haqla. Kimdir axı o..
- Ay qızım dayan görüm nə olub.
- Nə olacaq. O axmaq Kənan önünə çıxan hər kəsə deyib onunla restoranda olduğumu
- Sən onunla restoranda olmusan.
- Hə, amma elə zənn etdiyiniz kimi yox. Pasprotumu almaq üçün getdim. O da vermədi.
- Sən indi niyə coşdun ki, belə.
- Onur məni axşam bir məkanın açılışına dəvət etdi. Mən etriaz etdim. Sonra dedi ki, Kənan deyibmiş ki, məndən başqa heç kimin dəvətin qəbul etməz.
- Eee.. deməyib ki, restoranda olmusunuz.
- əminəm ki, deyib. O alçaqdır. Siz çox şeyi bilmirsiniz.
- Hə, mən çox şeyi bilmirm. Amam bildiyim bir şey var Kənanla oynama. Ona acıq Onurla oturub durma. İnan mənə Onur da ondan fərqlənmir.
- Yox, oynamaq fikrim yoxdur. Amma Kənan da Onur da bilmirlər ki, kimə rast gəliblər. Hər ikisinin payını verim ondan sonra özləri uzaq gəzəcəklər.
- Neynəyəcəksən.
- Hələ bilmirəm, amma ağlımda bir iki şey var.

***

Axşama yaxın Firuzə şirkətdən ayrılanda Kənanı şirkətin qarşısında gördü. Ona əhəmiyyət vermədən keçmək istəsə də Kənan qarşısını kəsmişdi. Firuzə nə qədər sağa sola fırlansa da Kənan ona keçməyə icazə vermirdi.
- İZNİNİZLƏ!
- Səsini aşağı sal bir, hikkə ilə danışma bu iki, mənimlə gəlirsən bu da üç.
- Sənin şəxsi nökərin deyiləm bu da dörd.
- Inan mənə səni burada sürüyə sürüyə apararam.
- Sinan bəyi çağırım yenə.
- Atamın arxasında gizlənmə.
- Sən də önümə çıxma.
- Neynəməyə çalışırsan? Bəs nə oldu, sən o biri qızlar kimi deyildin. Onurun təklifini o saatca qəbul etmisən.
- Sənə qalmayıb. Kiminlə istəyirəm gedirəm kiminlə istəyirəm qalıram. Sənə hesab verəsi deyiləm.
- Firuzə! Mənim əsəblərimi tarıma çəkmə!
- Mənimlə əlləşməkdən əl çək. Mən həyatımı yaşayıram. Sən isə o həyatın heç kənarında küncündə yoxsan. Qarşıma çıxma. Rəhbərimsənsə özünü rəhbər kimi apar. Indi icazənlə.
- Axşama gəlmə.
- ....
- Səni orada görsəm məndən incimə.
- Kimsən sən. Nə haqla?
- Elə bilmə sənə vurulmuşam. Sadəcə istəmirəm səni görmək.
- Onda gözünü yumarsan. Çəkil.
- Tonuna fikri ver dedim.
- Məcbur etmə sən də.
Kənan əsəbindən maşına oturub oradan uzaqlaşdı. Hirsindən rula vururdu.
"bu nə cürət, bu nə cəsarət. Bu qız özünü nə sayır belə. Sən hələ də fərqinə varmamısan kiminlə oynayırsan. Çox maraqlı idi mənə kiminlə gedirsən hansı cəhənnəmə gedirsən. Amma özünü elə ağırdan satma da heş olmasa. Elə mənə idi təkcə nazın? Amma demişəm də.. sən arxamca sürünəcəksən. Həm də eşşək kimi sürünəcəksən. Bax onda mən sözümü deyəcəyəm Firuzə xanım.”
***
Məkan ala qaranlıq olsa da qurulan işıqlardan simalar aydın görünürdü. Onur tez- tez qapıya boylanır Firuzəni gözləyirdi. əlində içki qədəhi ilə daanmadan içirdi. Qapıdan gələn Firuzə olmasa da Onurun təəcübünə səbəb olmuşdu.
- Bəs sən gəlmirdin?
- Onur əl çək, əsəbiyəm.
- Nə oldu yenə atanla atışdınız?
- Nə içirsən. Qarson mənə daha sərt bir şeylər ver.
- Bsmillah hələ gecə başlamayıbe..
- Nə oldu? Hələ gəlməyib?
- Kim?
- O?
- Firuzəni deyirsənsə yox. Niyə soruşdun?
- Nəyimə lazımdır Firuzə.. Mən Nazanı deyirəm.
- Ooo o çoxdan buradadır. Səni də soruşdu. ..... hop hop yavaş... yenə başladın içki şüşəşində batmağa.
- Qarışma.
Kənanla Onur söz güləşdirərək danışdıqları müddətdə Firuzə artıq gəlmişdi. Qara, olduqca qısa əlbisəsi, dekolte sinəsi, uzun zil qara saçları qarabuğdayı bədəninə yaraşmışdı. Alaqaranlıq məkanda göz qamaşdırırdı.
- Aman Allahım mən ölmüşəm cənnətdəyəm.
- Nə olub?
- Kənan, bu qızı əldən qaçırsam kişi deyiləm.
- Onur nə sayaq....Ff...ff...ffiruzə ?
- Hə məncə də Fff.fff.ffiruzə?

Müəllif: Lili Sh


Şərhlər:
Baxılıb: 1213
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz