Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Şəmsparə (4-cü bölüm)
Şəmsparə (4-cü bölüm)
Göndərən: NazNazi
Şərhlər:
Baxılıb: 1799
Səs ver:
- Abdulla bəy. Sənə nə dedik? Demədik ki, çəkil ərazidən.
- Əclaflar. Gücünüz buna çatır? Evi sialhla basıb arvad uşağı qorxutmaq?
- Aaa Abdulla kişi olmadı. Mən nə deyirəm sən nə deyirsən. Dedim ki, sənə çəkil demişdim ya yox.
- Kişisən at silahı yerə, gəl.
Adam Abdullanın sözünü kəsərək qəh qəhə atmağa başladı. Səsindən az qalırdı ev cingildəsin. Şəms təlaşlı şəkildə nə edəcəyini düşünərkən, yadına nəsə düşür və cəld oradan uzaqlaşıb Berikanın yanına gəlir. Onun yanındakı sandıqdan parçaya bükülü nəsə çıxartmağa çalışırdı. Səsə diksinib divara söykənərək əlindəkini havaya qaldırdı.
- Ey, eyy sakit ol. Mənəm. Qorxutdum səni deyəsən. Bu Amal idi. Əbdül bəydən icazə alıb süfrədən ayrılmış Berikanı görməyə gəlmişdi. Atın saxlanıldığı yer evdən bir az uzaq olduğudnan isə səsləri duymamışdı. Əbdül bəy onunla gələcəkdi, amma xadimənin iki adamın onları soruşduğunu deyincə qapıya yönəlmişdi. Şəms tez tez nəfəs aldığından ürəyi narahat olmuşdu
- Sən.. Sən burda nenyirsən. Evdən nə vaxt çıxmısan?
- 5 dəqiqə olar. Nə olub?
- Burada qal. Heç yerə getmə.
Şəms parçanı açıb ov tüfənginin gülləsini taxaraq evə qaçmağa başladı. Amal gözləri bərəlmiş şəkildə ona baxdı. Donub qaldığından əvvəlcə yerindən tərpənə bilmədi, amma sonra onun arxasınca getdi. Evə yaxınlaşdıqca səsləri eşidirdi. Başa düşdü ki, nəsə baş verir. Amma ərəb dilini bilmədiyindən nə danışılıdığını anlamırdı. Şəmsin arxasınca gələrək onu geri çəkdi.
- Dəlisən sən? Neynirsən? Ver bura. Bu oyuncaq deyil.
- Görmürsən,. Ailəm. Silahları var.
- Ver mənə onu. Keç arxaya səsini çıxartma.
- Yox.. onları xilas etməliyəm.
Amal Şəmsin əlindən silahı alaraq digər əli ilə onun qolundan tutub yavaşca ənara çəkdi.
- Burada dayan. Səsini çıxartma. Mən həll edəcəyəm.
- Amma.
- Dedim burada qal!
Amal pıçıltı ilə belə elə bağırdı ki, şəms diksinərək sakitcə yerində dayandı.
- Evə başqa qapıdan giriş var. Arxa tərəfən. Eyvandan qalxmaq olur. Nərdivan var orada.
- Yaxşı. Gözlə.
Amal sakitcə onların yanından keçib arxa tərəf getdi. Şəmsin dediyi nərdivanla evə qalxdı. Otağa keçib pilləkənin başında dayandı. Buradan adamların üzü görünürdü. Qadınların səs küyü onun çıxardığı səs küyü ört basdır etdiyindən adamlar eşitmirdi. Şəms isə yerində donub qalmış ağlayırdı. – Allahım, yalvarıram.. Yalvarıram, onlara bir şey olmasın. Yalvarıram. Sən qoru onları.
Amal asta addımlarla pillələrdən enməyə başladı. Görünməyəcək şəkildə əyləşib adamlardan birini tuşladı. Vurmayaqcaqdı. Vumraq niyyəti yox idi, amma qorxutmaq istəyirdi. Risk də edə bilməzdi, əgər boşuna atsa onlar hədəflərə ata bilərdilər. Amma hərəkətə keçməliydi . Nə dil bilirdi, nə də uzun zamandı əlindıə silah tutmurdu. Neynəyəcəyini düşünərkən səslər daha da yüksəldi. Bəlli idi ki, arada gedən dialoqda razılığa gələ bilmirdilər ki, adamlar silahları tərpətdikcə qadınlar daha da ağlamağa, qışqırmağa başlayırdı. Amal lap özünü itirdi. Pillədən oturub özü özünə - Düşün Amal, düşün. Neyniyə bilərsən tez düşün. Öz özünə danışarkən adamların susduğunu kənardan kiminsə danışdığını eşitdi. Başını bir az daha əydikdə Abdulla bəy yaşlarında bir kişini gördü. Abdulla bəyin əyləşdiyi oturacaqda əyləşmiş, əli ilə saqqalını sığallayırdı. Üzündəki çirkin təbəssümlə oturacağda yellənirdi. Bəlli idi ki, bu silahlı adamların başçısıdır. Amalın ağlına artıq bir plan gəlmişdi. Evə girdiyi kimi çıxıb yenidən həyətə düşdü. Şəms onu görüb yanına qaçaraq : - Nə oldu? Mən yardım çağırdım. Bir azdan gələrlər.
- Yaxşı elədin. Onlar gələnə kimi mən başlarını qatacağam. Amal az əvvəl gördüyü adamın əyləşdiyi pəncərəyə yaxınlaşdı. Külək əsdiyindən pərdə yellənirdi. Adamın başı arada bir görünürdü. Amal yavaş yavaş yaxnılaşıb silahı pəncərədən içəri salaraq adamın başına tərəf tuşladı.
- Nə baş verdiyi anlamayan adam yerindən duracaqdı ki, Amal ingilis dilində adama tərpənməməyi əmr etdi. Pəncərədən içəri daxil olub silahı daha da kişinin başına dirədi.
- Sən kimsən?
- Adamlarına denən silahı yerə atsınlar.
Ağıllı ol.
- Məncə ağıldan danışacaq ən son insansan. Silahla adamları qorxuzmaq. Nə bilim. Ağılla ediləcək hərəkət deyil.
- Ooo görürəm olduqca cəsarətlisən. Nədir yoxsa bu qocanın yeznələrindənsən?
- Sənə qalmayıb. Dedim ki, adamlarına denən silahı yerə atsınlar.
- Oğlum, sənin heç xəbərin var əlində tutduğun nədir?
- Mənim xəbərim var, amma deyəsən sənin xəbərin yoxdur. Yoxsa çoxdan adamlarına silahı atmalarını demişdin.
Adam qəh qəhə ataraq gülməyə başladı.
- Xoşum gəldi. Olduqca cəsarətli, hazırcavabsan. Amma mənə keçməz. Sən qarışma. Canının yanmasını istəmirsənsə qarışma.
- Denən silahı atsınlar!!
Adam Amalın düz gözlərinin içinə baxaraq əli ilə adamlarına silahı aşağı salmalarını istədi. Adamlar əllərindəki silahı aşağı salınca Amal kişidən gözünü çəkmədən: - Yerə atsınlar! – dedi. Adamlar silahı atınca Şəms qaçaraq evə girməyə çalışdı. Yerdən silahın birini götürüb o da onlara tuşladı. Əbdül, Xədicə, Əzizə, Abdulla otaqda kim var idisə hamısının səsi qarışdı bir birinə .
- Şəms qızım bura gəl, uzaq dur onlardan.
- Şəms ehtiyaytlı ol.
Amalın diqqəti Şəmsə yönəlincə silahı tuşladığı adam cəld tərpənərək əlindən silahı almaq istədi. Müqavimət göstərərkən isə adamlardan birinin: - Burax, yoxsa gözəlçəni öldürərəm – sözünə cəld silahdan əlini çəkdi. Adam tüfəngi əlində tutub : - Aha, deyəsən qonaqlarımızın sayı artır. Bu cəsarətli qızımız, deyəsən adı dillərə dastan olan Şəmsdir. Xoş gördük səni də.
Adam Şəmsin üzünü sığallamaq istəyərkən Şəms onun əlini dişlədi. Adam bağırınca onu tutan şəxs Şəmsin əlinə doladığı saçını daha da sıxdı. Şəms bağırınca isə Amal dözməyərək irəliyə getmək istədi.
Adam Şemse ereb dilinde nese dedikden sonra eli ile onu buraxmalarini istedi. Şems atasinin yanina qacib aglamaga basladi. Abdulla bey adama :- Senin derdin menimledir, ailemi burax.
- Sene neçe defe xeberdarliq etdim.
- İkimizde senin niye bele elediyini çox gozel bilirik. Seni maraqlandiran o torpaq deyil.
- Bes nedir?
- Bilirsen nedir.
Adam Abdulladan gözunu çekib Ezizeye dikdi. Bir xeyli baxdi. Üzerinde baxislari hiss eden Ezize ise narahat halda anasına qisildi. Ona baxdiqca üzunde tebessum yaranirdi adamın. Abdulla bunu goren kimi : - Hamid, adamlarina denen silahlari endirsinler. qorxudurlar onları. - dedi.
- Nece de, ona benzeyir.
- Hamid!
- Sen mane olmasaydın
- Hemid, bura yeri deyil.
- Mene mexsus her seyi elimden aldın. Men de canıni alacagam.
Hamid elindeki tüfengi Abdullaya tusladi. Ateş sesi evde eks seda verdi. Yardima gelmisdiler, amma gecikmisdiler. Yerde uzanan Abdulla bey gozlerini acinca haminin basinin ustunde yigisdigini gordu, ilk hec ne anlamadi, üzerindeki agirligin da ferqine gec vardi. Bu Amal idi. Amal Abdulla beyi iteleyib gullenin hedefinden yayindirmaq isteyerken hedef ozu olmuşdu.

Müəllif: Lili SH


Şərhlər:
Baxılıb: 1799
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz