Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Şəmsparə (3-cü bölüm)
Şəmsparə (3-cü bölüm)
Göndərən: NazNazi
Şərhlər:
Baxılıb: 1600
Səs ver:
Eslinde hemin geceni çox adam yata bilmedi. Ebdül bu gün Abdulla beyin dediklerini düşündü. Qızını Musandama vermek. Şeherin uzaqlığı gözüne dayanırdı. Ya qızının ehtiyacı olanda
yanında ola bilmese onda nece. Xedicenin de narahat olduğunu sezdi, amma heç ne demedi. Aileni artıq evlerine devet etmişdiler. Ebdül bey Azerbaycandan olan genci de evlerine qonaq çağırmışdı. Artıq 3 -4 gün sonra gedecekdiler. Ve o bir de Allah bilir ne vaxt öz doğma torpağından olan birine evinde qonaq edecekdi. Ezizenin elçisi de gelmeye telesdiyinden evde artıq xeyir işe hazırlıqlar da başlamışdı.Ezize ilk olaraq tereddüd etse de yığıncaqda oğlanı görüb, ilk baxışdan beyenmişdi. Çox alicenab biri idi. O da Ezizeye utanraq baxırdı. Bir birilerinden baxışlarını gizletselerde her ikisi bir birini izleyirdi. Mavi gözlü Ehmed Ezizenin qelbini oğurlaya bilmişdi deyesen. Ezize havalarda xeyalları ile birge uçuşarken şems ayaqları torpağa daha da berk basırdı. Bu bir neçe günde ne edeceyini bilmirdi. Ezizenin elçilik meselesi ona ümid verse de yene de nedense içinde narahatlıq var idi. Zahar ile yenden görüşüb elçilik meselesini dedi. Zahar da narahat şekilde ne edeceyini bilmirdi. Bir terefde sevdiyi diger terefde valideynleri. Qerblilerin adet enenesi şerqlilerle çox ferqlenirdi. Burada yaşayanlar valideynleri bir göz qırpımında sile bilmezdiler. Onlar üçün valideynler Allah qatında idi. Az qala secde edecekdiler. Zahar anası ve atasının sözünden keçe bilmir, Şemsi de ata bilmirdi. Yeniden valdieynleri ile danışmağa cehd etse de, atası qetiyyen yox demişdi. Bir yol düşünerken zaman keçirdi. Artıq Ezizeye elçi düşen gencin ailesi onu istemeye gelmiş, ilk tanışlıqdan ailelerin söhbeti tutmuşdu. Ehmed qızarmış şekilde yerde eyleşmişdi. Şems onun bu halına baxıb gülerek Ezizenin yanına qaçır.
- Ay öldüm gülmekden. Bu senden beş beter utancaqdır ki, bir görsen, balaca uşaqlar kimi mesum mesum oturub, qızarıb yanaqları.
- Şems, ayıb olsun. O ne danışıqdır.Aha...Deyesen indiden eziz oldu, biz unudulacağıq.
- Aaa Şems besdir. Hele heç ne yoxdur. Görek baba ne deyecek.
- Ay qız ne baba? Baba razı olmasa onlar burada bele danışıb gülerler. Hem men eşitdim atadan, baba çoxdan razıdır.
- Doğrudan?
- Noldu? Niye bele heyecanlandın? Vay vay, sen yoxsa....
- Şems besdir gülme.. Şems! Offf Şems!!
- Can. Heyatım, incime.. Senin adına çox sevinirem. Sevgi hissi çox gözel duyğudur. Bunu yaşamağına sevinirem.
- Sen neynedin?
- Off soruşma. Zaharın ailesi meni istemir deyesen.
- Ne?!
- Yavaş. Eşidecekler indi.. bilmirem, amma neçe gündür hiss edirem. Iki arada qalıb.
- Indi ne olacaq?
- Bilmirem. Inana bilmirem.
Şemsin gözleri doldu, Ezize onu çiyinlerinden tutub özüne teref çekerek.
- Mene bax, Şems... başını qaldır gözlerime bax. İnan mene, eger o senin qismetindirse isteyir lap bele dünyanın o biri ucunda olsun yene de ayaqlarına gelecek. Ve seni ömür boyusevib qoruyacaq.
- Amma men onu sevirem. Ya birden...offf
- Şems, sen indiden ümidsizlenme. Kim bilir neler olacaq. Dediyim kimi bu işler qismetdir. Anamla atama bax. Haradan hara. Onlar mence en bariz nümunedir. Tekararlamağa ehtiyac yoxdur. Qismetinde olan senin olsun.
- Men onu isteyirem.
- Aaaa Şems, lap balaca uşaqlar kimisen.
- Ezize, qızım haradasınız?
- Anam gelir, sil gözlerini.
Şems üzünü pencereye teref dönderib gözlerini silerken Xedice otağa girerek qızlara teref yürüyür.
- Ezizem baban çağırı seni.
- Niye?
- Niye olacaq? Razılığını almaq üçün.
- Şeyy.. men.. men gelmesem olmaz.
- Qızım, utanma. Elbette bir gün köçüb gedeceksen. Yuva quracaqsan sen de. Bax günleri de gördük. ŞÜkürler olsun Rebbime. Bir qaldı Şemsim. Menim son beşiyim. Gel görüm bura üreyimin diger parçası.
Xedice elini Şemse teref uzadaraq onu özüne doğru çevirir.
Şems ağlayan kimi burnu ve gözleri qızarırdı. Anası bunu görüb narahat halda elini onun çenesinden tutub üzünü sığalladı.
- Nolub? Kim ne deyib menim güneşime.
Anasının ezizlemesine Şemsözünü saxlaya bilmeyib daha da ağadı. Anasını berk qucaqlayıb hönkürünce, anası lap narahat oldu.
- Canım menim, güneşim. Şemsim. Ne oldu. Kim ne deyib sene? Onu yer üzünden silerik. De anana. Ezize, neyi var?
- He..çç.. heçç ana.. Söhbet edirdik. Menim getmeyime üzüldü. Deyir tek qalacağam.
- Ay cann.. heyatım. Heç ele şey olar. Ağlama gözümün nuru, xumar saçlım. Mene bax. O gözel gözlerine yaraşar heç. Heç bacın ağlamır, sen ağlayırsan. Men eksini gözleyirdim.
- Ana, men..seni sevirem ana.
- Deli qız.. Men de seni sevirem. Bax, bacın heç ağlamır. O xoşbext olacaq. Ele sen de. Esl men sizsiz neyneyeceyem. Seni uzağa veren deyilem. Ağlama. Ezize onlara kenardan baxaraq gülümseyirdi ki, üzündeki
gülüş aniden deyişdi.
- Hii, ana, babam..
- Vay vay onu unutduq. Şems üz gözünü yu, bir azdan gelecem. Gel Ezize.
Şems özünü yatağa atıb yene de ağlayırdı. Qorxurdu sevdiyinden ayrılacağına. Zahar da Şems kimi çırpınaraq qalmışdı. Ne olur olsun, alacaqdı Şemsi. Buna heç kim mane ola bilmezdi.
Artıq axşam düşdüyünden şeher de rengareng işıqlara bürünmüşdü. Abdulla beyin evinde artıq nişan hazırlıqlarından behs olunurdu. Ezizeni vermişdiler. Tebii ki, Ezizenin razılığı ile. Axşama az qalsın saraya kimi imaretde qonaqlıq var idi.
Bütün aile bir arada toplaşacaqdı her zamanki kimi. Amma bu defe hem de qonaqları var idi. Amal. Amal qapıya yaxınlaşanda evin gözlleyini seyr edirdi. Qaşının birini qaldıraraq heyranlıqla palmalar arasında işıl -işıl parlayan eyvana baxdı. Çox beyenmişdi evi. Eyvandakı qaraltı diqqetini çekdi. Bu Şems idi. Qemli- qemli divara söykenmişdi. Saçlarını açdığından ilk olaraq onu tanımadı. Olduqca uzun dalğalı saçları axşam küleyine qarışmışdı. Eyindeki, sarı rengli saresi ile esl güneşe benzeyirdi. Başına atdığı yüngül sarı rengli yaylığı küleye qarışdı.Sürüşüb düşdü, amma şems hiss etmedi. Amal diqqetle onu izleyirdi. Maraqlı gelirdi ona burada yaşayan xanımların heyatı. Adeta esir kimi görünürdü ona. Amma bu qız. Sanki bütün adetenenlerin üstünden xett çekmişdi. İstediyi kimi davranırdı. Avropalı qadınlara xas özügüveni var idi. İçeri addımlamaq isteyirdi ki, ayaqlarına neyinse ilişdiyini gördü. Bu Şemsin başından sürüşüb düşen sarı ipek yaylığı idi. Yaylıq uzun olsa da saf ipekden olduğu üçün ovuca sığırdı. Amalın eli de böyük olduğu üçün cib desmalı kimi elinde büke bilmişdi. İçeri girende qeyri ixtiyari cibine qoydu. Şemse verer deye düşünmüşdü. Şam yemeyinde her kes deyib gülürdü, bir tek şems qarşısındakı yemeyi o yana bu yana çevirirdi qabda. Amalın diqqetinden yayınmamışdı. Belli idi ki, kefi yoxdur. Ebdül bey, onu sorğu suala tutduğundan başı qarışdı. Şemsin süfreni terk etdiyinden xebersiz oldu. Başını qaldıranda onu görmedi. ÖZü de bilmedi ki, ne sebebe onu axtarır. Sonra yeniden söhbete qaytmışdı. Şems ise üreyi sıxıldığından eyvana çıxıb hava alırdı. Heyetde qaraltı görüb diqqetle baxdı. Bu Zahar idi. Heyecanlanıb gülümsemeye başladı. Zahar onu eli ile çağıranda ise tez telesik evden gizlin şekilde çıxıb heyete düşdü.
- Zahar.
- Şemsim. Güneşim menim.
Zahar onu berk berk qucaqlayaraq saçlarını qoxlayırdı. Şems ise bütün narahatlığını unutmuş onun qollarında yüngüllüeşmişdi.
- Zahar, sen delisen? Bura nece gele bilersen. Ya görerlerse.
- Döze bilmedim. Seni görmeliydim. Bir saat bele görmeyende özüme yer tapa bilmirem.
- Men de darıxmışdım. Offf neyneceyik biz?
- Bilmirem Şemsim. Amma narahat olma bir yolunu tapacam men.
Şemsle Zahar gelecekleri üçün çıxış yolu axararken evdengelen qışqırıq seslerini ilk evvel duymadılar. Sesler daha da yükselince Şems diqqetini eve yöneltdi. evvelce yalnışeşitdiyini düşünse de seslerin evden geldiyini anlamışdı.
- Bu nedir? Ezize, anam.
- Şems dayan getme.
- Eşitmirsen seslerini?
- Dayan birlikde gedek. Şems gözle meni!
Şems telesik şekilde eve qaçmışdı. Qapıya çatanda ise açıq olduğunu 2 neferin qapının yanında dayandığını gördü. Arxaları Şemse teref olduğundan onu görmediler. Şems ise ora yaxınlaşmaq isteyerkenZahar adamların ellerine silah olduğunun ferqine varıb ayaq saxladı. Şemsi çağıracaqdı, amma sesine adamlar geri döner deye yerinde o başa bu başa gedib gelmeye başladı. Şems adamların silahlı olduğunu, silahları ailesine teref tuşaldığını Ezizenin, anasının, evde işleyen qadınların qışqırıq sesleri ile Abdulla ve Ebdül beyin onları bedenleri ile qorumağa çalışdığını gördü. Heç ne anlamadı. Ne baş verirdi? Bu adamlar kimler idi.

Müəllif: Lili SH


Şərhlər:
Baxılıb: 1600
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz