Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Məcburiyyət (7-ci bölüm)
Məcburiyyət (7-ci bölüm)
Göndərən: Rahila
Şərhlər:
Baxılıb: 1369
Səs ver:
- Kənan bu gecə gedək əyləncəyə. Könlümüzcə içək.
- Işim var mənim.
- Nə işi?
- Işim var dedim Onur.
- Başa düşdüm də. Nə işidir elə bu qədər vacib.
- Bu gecə sənə bir daha sübut edəcəyəm ki, fərqli qadın yoxdur
- Başa düşmədim.
- Sabah anlayarsan.. görüşərik. Getməliyəm.
Kənan bütün hazırlıqlar tamammı deyə nəzərdən keçirdi. Məkanı bağlatdırmışdı. Sadəcə ikisi olacaqdı. Özü də olduqca şık geyinmdə masada əyləşib Firuzəni gözləmyə başladı. əlində şərabla beyində Firuzə ilə keçirəcəyi gecənin xəyalını qurmağa başladı.
- Kənan bəy qonağınız gəldi.
- Özüm qarşılayaram.....Baxaq görək, bu gecə üçün daha doğrusu mənim üçün necə hazırlanmısan.
Kənan bir əlini cibinə bir əlini də pencəyin yaxasına qoyub qapıya doğru addımlayırdı ki, gördüyü mənzərə qarşısında şok oldu. Gözlədiyindən tam fərqli görüntü ilə qarşılaşdı.
- Salam.
- Ssalam.. bu..bu nədir?
- Nə nədir?
- Işdəki xalatın belə daha yaxşı oturudu əynində nəinki cins şalvarla bu köynəyin.hələ saçlarını heç demirəm.
- Neynəməliydim ki. Bu gecənin mənim üçün xüsusiyyəti yoxdur. Indi ver gedim.
- Nəyi?
- Offf....Səsi, görüntünü və pasportumu.
- Oldu..başqa arzun.
- ərizəmi də imzala.
- Qarşında axmaq var?
- Hm...yoxdur?
- Firuzə!
- Yaxşı yaxşı susdum. Ver gedim. Yorğunam dincəlməliyəm.
- Mən yeməyə gəl deyərkən qapıdan dəy get demək istəmirdim. Birlikdə şam etməyimizi deyirdim.
- Gərək yoxdur yeyib gəlmişəm. Ver tez.
- Özün bil. Ya gəlib oturub yeyirsən. Ya da sabah işə qaldığın yerdən davam edirsən.
- Bezmədin şərt qoymaqdan?
- Bezmədin inad etməkdən?
- ....
- Sadəcə bir yemək.
- ...
- Burada qorxulu bir şey yoxdur. Yemək yeyəcəyəm səni yox.
- Ay öldüm gülməkdən, çox zarafatcılsan.
- Bu sənin güldüyün haldır? Bir daha cəmiyyət içində gülmə o zaman.
- Snə qalmayıb.
- Dilin çox uzanıb!
- Ya səbr.... yaxşı nə yeyəcəksənsə tez ye, ver hər şeyi.
- Gəl.
- Bu nədir, bura heç kim gəlmir? Sənin seçəcəyin yer belə olar elə.
- Bağlatdırmışam bizim üçün.
- Özün üçün..ok? biz deyə bir şey yoxdur.
- Yaxşı özüm üçün gəl..off.. sizdə Iranda hamı belədir.
- Necə?
- Tərs?
- Mən tərs deyiləm. Özünə bax sən.
- Nə eşitmədim?
- Heç nə.
- Vızıldamasan eşidəcəyəm də.
- Tövbə tövbə... bax, yekə oğlansan hətta yekə kişisən. Sən yaşdakılar artıq övladını məktəbə aparır. Sənsə mənimlə dirəşmisən. Yaxşı mən səhv elədim. Vurmamalıydım, amma məni məcbur etmişdin. Sən olma başqa biri ol eyni şeyi edəcəkdim.
- Bəlkə yemək yeyək. Bu gecəni heç olmasa didişə didişə yola verməyək.
- ....yaxşı.
Kənan nə qədər cəhd etsə də Firuzı onun bütün suallarına qısaca hə ya da yox arada bir sənə nə cavabını verirdi.
- maşAllah çox söhbətcilsən.
- Söhbət eləməyə gəlməmişəm.
- Firuzə, ola bilər başda bir az yaxşı tanışlıq olmadı, amma mən istəmirəm düşmən olaq. Hə etiraf edirəm səhv elədim. Amma gəl unudaq hər şeyi. Dost olaq...
- ....
- Elə baxma.. səmimi deyirəm.
- ...dost?
- Hə.. bax bu da dost olmağımızın şərəfinə sənə kiçik bir hədiyyə.
- Hədiyyə?
- Robot kimi təkarar eləməkdənsə aç bax..
Firuzə qarşısına qoyulan tüdn məxməri qabı əlinə alıb açdığında gördüyü hədiyyə qarşısında sadəcə qaşlarını çatdı.
- Bu nədir?
- Bəyənmədin? Sənin üçün xüsusi düzəltdirmişəm. Yəni dünyaya daha bir bənzəri yoxdur. Firuzə qaşlarla bəzətdirdim.
Firuzəyi qaşlarla bəzədilmiş boyunbağı göz qamaşdırırdı. Bəlli idi ki, bunu düzəldən usta işini biləndir. Amma bu göz qamaşdıran daşqaşla bəzədilən oyunbağı Firuzə üçün boyuna keçirilən halqadan başqa bir şey deyildi.
- Çox sağol, əziyyət çəkmisən, amma mənə lazım deyil. Sənin itin deyiləm bunu boynuma salıb sənə tabe olam.
- Başa düşmədim.
- Başa düşülməyən bir şey yoxdur. Hədiyyəni qəbul etmirəm. Neynəməyə çalışırsan sən? Bu hədiyyə, dost olmaq təklifi, restoranı bağlatmaq. Nədir dərdin?
- Sadəcə sülh bağlamaq istəyirdim. Amma bəyənmədinsə başqa bir şey düzəltdirərik. Bu dəfə sənin zövqüncə olar.
- Hələ də anlamamaqda inad edirsən. Istəmirəm. Başa düşürsən.. istəmirəm. Səndən heç nə istəmirəm. Mənə sadəcə pasprotumu ver.
- Məni bəyənmirsən?
- Allahım mənə səbr ver. Bəyənmirəm...oldu? ver pasportumu.
- Yuxunda.
- Nə?
- Nə zaman ki, mənimlə yola gedəcəksən o zaman alarsan pasprotunu.
- Sən söz vermişdin amma..
- Nə olsun. Sən də söz vermişdin. Amma üstündə dayanmadın. Elə ona görə də sabah qaldığın yerdən davam edəcəksən. Nə zaman ki, dostluğumu qəbul edəcəksən bax onda da verəcəyəm istədiklərini.
- Allahın bəlası...
- Mən də şad oldum tanışlığımıza...
- Mən bilirəm necə qurtulacağam səndən.. görərsən.
Firuzə masadan qalxıb çıxışa doğru irəliləsə də Kənan içkisini əlinə alıb hirsindən içməyə başladı.
Buna bax hələ. Guya hədiyyəyə etriaz etməklə mənə tərslik etməklə fərqli olduğunu göstərir. Demək sənin gözün daha yuxarılardadır. Taparam bir yol.. get bir həftə xadimə işlə də ağlın başına gəlsin. Yalvara yalvara üstümə gələcəksən. Axmaq qız. Səfeh...

***

- Kənan..
- Hmm
- O qız... görünmür heç
- Hansı qız?
- Firuzə.
- Ay da.... nə istəyirsən o qızdan. Sən get özünə başqa birini tap onu unut.
- Niyə? Yoxsa onu da ələ keçirdin.
- Nə zənn eləmişdin.
- Yalan deyirsən.
- Sənə yalan borcum yoxdur.
- Onda üzümə bax de.
- Onur gördüyün kimi işlər var. Vaxtımı o qıza görə alma.
- Axı..mən onun.. mən fərqli olduğunu düşünmüşdüm.
- Gördüyün kimi deyilmiş
- Bəs onda niyə hələ də xadimə kimi işləyir.
- Şey....nə bilim. Özü istədi.
- əminsən?
- Onur vaxtımı alırsan.. sənə dedim axı o qəza baş qoşma.. sənə görə deyil..
Onur gözünü bir nöqtəyə zillədi. Kənan onu altdan altdan süzüb dodqlarını dişlədi. Heç vaxt kiməsə görə, Onura yalan danışmamışdı. Amma bu qızın Onuru ələ keçirməsinə izn verməzdi. Firuzə fərqli deyil. Sadəcə qiymətini artırır o qədər. Dünən gecə sadəcə şou göstərdi. Amma qarşılığında daha böyük şounu mən göstərəcəyəm. Bir həftə... bir həftəyə o qız ayaqlarıma düşəcək.

***

- Salam. Sinan bəy gəlib?
- Bəli, amma məşğuldur.
- Xahiş edirəm deyin ictimaiətlə əlaqələrdən Firuzədir.
- Ictimaiətlə əlaqələrdənmi?
- Hə..
Qadın Firuzəni başdan aşağıya süzüb qəribə baxışlarla yenidən danışmağa başladı.
- əminsən?
- Xanım, elə eləməyin ki, qapını açıb zorla içəri keçim.
- Bir dəqiqə gözlə..indi yanında adam var çıxsın deyərəm istəsə qəbul edər. Amma boşuna.
- Sən denən oğlu barəsində danışmaq istəyir həyati bir məsələdir.
- Nə olub ki?
- Soruş deyə demədim. Ona de deyə dedim.
- Amman demə heç..
Bir saat keçsə də Sinan bəyin yanından çıxan olmadı.
- Nə oldu? Çıxmaq bilmir bu adam.
- Iş adamlarıdır. Səndən soruşacaqlar.
Firuzə qadına göz süzdürüb gözləməyə davam etdi. Nəhayət Sinan bəy özü otağından çıxdı.
- Qızım mən 1 saatlıq gedirəm. soruşan olsa...
- Sinan bəy..
- Firuzə? Burada neynirsən. Sizi gözləyirəm. Katibəniz dedi ki, yanınızda adam var.
- Hmm. Elə dedi demək.
Sinan katibəsinə baxarkən katibəsi yenidən dilləndi.
- Demişdiniz ki, mane olan olmasın.
- Yaxşı... gəl qızım. Gəl içəri....bu nə haldır? Bu xalat nədir?
- Sinan bəy. Təcili danışmalıyıq.
Firuzə tək tək olanları liftdən başlayan söhbətdən tutmuş bu günə qədər Kənanın ona gecə keçirmək təklifini çıxmaq şərti ilə hər şeyi danışmışdı. Bunu deməməsində səbəb isə utanması idi. yaşlı başlı adamın yanında danışığına diqqət etməli olduğunu düşündü.
- Hmmm demək belə...
- Sinan bəy, yalvarıram mənə kömək edin. Pasportumu verin vallah billah sabah köçüb gedərəm bu ölkədən.
- Narahat olma. Mən danışaram oğlumla.
- Yox.. danışmaqla olmur. Istəmirəm. Mən sadəcə pasportumu görüntünü və səsi istəyirəm. o qədər. Sonra gedəcəyəm. qalmaq istəmirəm artıq burada.
- Yaxşı.. amma getmə.. qal sən. Işinə davam et. Kənan sənə dəyib toxunan deyil.
- Amma
- Sən çalışqan və dürüst qızssan. Sənin kimi işçini itirmək istəmirəm. indi get bu xalatını çıxart və şöbənə dön. Mən indi kadrlarda səni ora köçürdərəm. get..
- Sinan bəy mən.
- Etriaz istəmirəm. Hər şeyi həll edəcəyəm. get sən.
- Çox sağolun.
Firuzə üzərindən yük qalxmış şəkildə otaqdan çıxdı. Sinan başını bulayaraq telefona əl atdı.
- Kənan cəld otağıma gəl.

***

- Sənin ağlın işləyir. Yad bir vətəndaşa ataşmaq bilirsən nə deməkdir.
- Ata
- Sus. 30 yaşın vare sənin.. 30.. 3 yox. Bu nə deməkdir. Nə oyundur qızla oynayırsan? O qızın yerində mən olsaydım başını yarardım sənin.
- Mən sadəcə cəzasını çəksin istədim.
- Nə cəzası? əsl cəzaya layiq olan sənsən. Bundan sonra o qızın ətrafında görsəm səni məndən incimə.
- Ata...
- Ver bura pasportunu..
- ....
- Dedim ki, pasportunu ver.
- Ala...
- Səs yazısı və görüntü var onları da.
- Elə bir şey yoxdur..
- Kənan!
- Dedim ki, elə bir şey yoxdur. Sadəcə onu qorxutmaq üçün idi.
- Sənin belə olduğunu bilməzdim. Oyun oynaıyrsan. Tayların uşaqları ilə oynayır.
- Ata bəsdir artıq! Elin qızı üstündə məni uşaq kimi danlayırsan.
- Danlatma sən də o zaman!
Sinan əlini ürəyinə apardı. Bəlli idi ki, əsəbdən ürəyi ağrıdı.
- Ata, ata yaxşısan... otur..
- Yaxşıyam..dərmanımı ver oradan.
- Bax görürsən o qız üstündə nə günə düşdün. Qov onu getsin.
- Başlama yenə..onun üstündə deyil. Sənin üstündə olur bütün bunlar. Özünü ağıllı apar artıq. O qıza da ilişmə.
- Yaxşı yaxşı.. çox danışıb yorma özünü. Gəl gedək evə..
- Eşidirsən. O qıza bir daha yaxın dursan inan səni bağışlamaram
- Yaxşı.. söz.. xahiş edirəm sakitləş..
Sən görərsən Firuzə xanım. Qorx bundan sonra məndən. Taktikamı dəyişəcəyəm. Sən mənə aşiq olacaqsan.. həm də dəlilər kimi. Bax onda mən də bilirəm neyniyəcəyəm.

Müəllif: Lili Sh


Şərhlər:
Baxılıb: 1369
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz