Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Məcburiyyət (6-cı bölüm)
Məcburiyyət (6-cı bölüm)
Göndərən: Rahila
Şərhlər:
Baxılıb: 1068
Səs ver:
- Cavabını gözləyirəm.
- Demək cavabımı gözləyirsən. Yaxşı...o zaman əllərimi buraxda normal tərzdə danışaq bu məsləni.
- Mmmm sevdim bu fikri, bax belə ağıllı ol..
Kənan Firuzənin qolunu buraxdı, Firuzə bir iki addım geriyə addımlayıb ətrafını süzdü.
- Nə oldu? Nə fikrə getdin.
- ....
- Nə axtarırsan?
Firuzə kənarda dayanan güldanı görüncə ona doğru yaxınlaşdı.
- Hara? Ey.. dur! Dur! Neynirsən.
- Al sənə gecə!
Kənan başını əydiyindən güldan divara dəyib cilik cilik oldu.
- Başın xarab olub sənin? O mənə dəyə bilərdi.
- Dəyməsi üçün atmışam. Səni öldürərəm. Eşidirsən öldürərəm. Nə cürətlə mənə səninlə birlikdə olmağı təklif edirsən.
- Demək xadimə olmağı üstün tutursan.
- Səninlə eyni havanı almaq belə ürəyimi bulandırır. Bir ömür boyu xadimə kimi qalaram daha yaxşı.
- Məni inada mindirmə. Inan sənin üçün zərərli olar.
- Heç vaxt. Eşidirsən heç vaxt.
Firuzənin otağın qapısını çırpıb getməsi ilə Kənanın stola təpik vurması bir oldu.
- Sən görərsən. Səfeh qız. Kiminlə oynadığının hələ də fərqində deyil. Yazıq....

***

- Qızım?
- Gəlin Səlma xanım.
- Burada niyə oturmusan?
- Bir az hava almaq istədim.
- Neçə gündür solub gedirsən. Can balam. Niyə məcbur edirsən özünü, ərizəni yaz çıx da.
- Necə yazım? Hər şeyi bilirsiniz. Məni ölkədən çıxartdıracaq.
- Yad yerə getməyəcəksən ki, bu zülmü çəkməkdənsə öz ölkənə, ailənin yanına gedərsən.
- Olmaz. Gedə bilmərəm.
- Niyə?
- Elə. Gedə bilmərəm vəssalam. Çarə buradan qaçmaqdır.
- Necə yəni?
- Sabah bazar günüdür. Iş yoxdur. Sabah ölkəni tərk edəcəyəm. Hər halda ölkə xaricinə arxamca gələn deyil bu axmaq.
- Doğrudan bu da yaxşı yoldur. Bəs hara gedəcəksən.
- Bilmirəm.
- Necə yəni bilmirəm? Bəs nə düşünürsən?
- Amerikaya getmək istəyirdim, amma yəqin ki, Fransaya gedərəm hələki.
- Tanışın dostun varmı orada
- Yox, amma dilini bildiyim ölkədir. Hər halda bir yer taparam.
- Mənə bax madəm ki, belə bir plan qurmusan sən gəl belə elə. Evindən çıx gəl bizə. Deyərik ki ölkəni tərk etmisən. Heç kim də bilməz harada olduğunu.
- Yox.. yox olmaz sizə yük ola bilmərəm.
- Nə yükü qızım. Yerimi dar etmirsən, boğazıma qənim kəsilmirsən. Sən də mənim qızım. Bir müddət ara sakitləşsin sonra sənə ayrı yerdə iş taparıq.
- Amma.
- Amması yoxdur. Tanımadığın bilmədiyin ölkədə bax başına nə gəldi. Indi gedəcəksən taaaa fransalara orada bundan betər olmayacağı nə məlumdur.
- Düzdür.
- O zaman qalx bu gün burada nə vacib əşyan var özünlə götür. Sabah da köç bizə. Ev sahibinə də fransaya getdiyini denən. Gəlib soruşan olsa elə desin.
- Çox sağol Səlma xanım.
- Caan.. üzülmə quzum. Düzələcək hər şey.

***

- Kənan bəy?
- Nə var?
- Az əvvəl həytdə bir şey eşitdim. Düşündüm sizə deməliyəm.
- həyətdə gördüyün hər şeyi demək məcburiyyətində deyilsən.
- Amma bu çox önəmlidir.
- Nə istəyirsən?
- Heç nə. Sadəcə Firuzənin qaçmaq planı haqqında deyəcəkdim, amma maraqlı deyilsə..
- Nə? Qaçmaq?
- Hə, sabah sizin katibənin evinə köçəcək, amma Fransaya getdiyini deyəcəklər sizə
- Hmm....sənin adını nədir?
- Ayşə.
- Ayşə xanım. Qəşəng balaca burnunuz var.
- Çox sağolun. Bəyəndiniz demək.
- Hə, bəyəndim, amma balacadır deyə hər yerə soxma. Ok?
- .....
- Get işinin başına. Tez ol.
Demək qaçmaq niyyətindəsiniz Firuzə xanım. Eyb etməz. Buna da çarə var. Alo, təcili olaraq kadrlardan bir nəfər Firuzəni çağırsın, bəzi işləmlər üçün şəxsiyyət vəsiqəsini istəsin. Elə indicə. Deyin ki, 1 saatlıq işimiz var. Gətirin mən.....amması yoxdur. Gözləyirəm. Tez. Bu qədər. Görüm indi hara qaçacaqsan.

***

- Firuzə, Kənan bəy səni çağırır.
- Yenə nə istəyir bu adam.
Firuzə Kənan bəyin otağını astaca döyüb içəri keçdi. Elə qapının yanında dayanıb başını qaldırmadan "eşidirəm” deyə sərtliyini bəlli etmişdi.
- Qabağa gəl.
- ....
- Səninləyəm dedim önə gəl.
- ...
- Yaxşı... özün bil.. Uzaqdan görüm əlimdəkinin nə olduğunu görə biləcəksənmi
Firuzə başını qaldıraraq Kənanın əlində tutduğu kağıza diqqətlə baxsa da heç nə anlamadığı üçün önə gəldi və gördüyü şey heç də ürəyincə olmadı.
- Bu..bu mənim şəxsiyyət vəsiqəmdir.
- Elədir ki, var. Eşitdim qaçmaq istıyirsən. Mən də işimi ehtiyyatlı tutum dedim.
- ....siz doğrudan ağ eləyirsiniz xəbəriniz var?
- Yaxşı? Doğrudan? Bəs bilmirdin mənə ilişən adamın sonu belə olur.
- Neynim gedim özümü öldürüm ki, canım qurtarsın?
- Yox, təklifimi demişəm. əgər bu şirkətdə ayaqyolu təmizləməkdənə bezdinsə təklifimi qəbul et biz də əl çəkək.
- Heç vaxt. Ölərəm daha yaxşı.
- Eee bəsdir artıq. Başa düşdüm qiymətini artırırsan. Yaxşı.. olsun. Fərz edək ki, sən ağırbaşlı birisən, hər adamla birlikdə olmursan falan filan. Sonra?
- Sənin anan bacın yoxdur? Bu nə hikkədir? Bu nə əxlaqsızlıqdır?
- Xeyr Mənim o dediklərindən heç kimim yoxdur. Olsa belə sən onları ağzına alacaq ən son adamsan.
- Niyə? Kimin qızından əkiyəm. Mən də bir bəndənin övladıyam.
- Caaannn ürəyim ağrıdı lap, mma fikrim dəyişmədi. Ya ayaqyollarını təmizləyirsən, ya da təklifimi qəbul edirsən.
Firuzə dönüb geriyə gedərkən Kənanın səsinə dayandı.
- Özü də kişilərin ayaqyolunu təmizləyəcəksən. Indi get düşün. Bu qədər yaxşılıq edim sənə, vaxt verim düşünməyə
- Sənə sərf etməyə sözüm belə yoxdur.
- Fəlsəfi cümlələrini qurma, çox eşidirəm belə cümlələrini. Sən hə denən bax hər şey necə dəyişir.
Qapının çırpılması ilə Kənan qəh qəhə atması bir oldu.
- Hər halda bu gün gecə mənimlə olacaqsan. Zənn etmirəm kişilərin ayaqyolunu təmizləməyə gedəsən. Bu axşam keyif var... görək sən özünü necə doğruldacaqsan. Hərçənd heç də zövqümcə deyilsən, amma tərsliyin xoşuma gəldi.

***

- Kənan bəy.
- Nə var yenə? Adamı bir rahat buraxmırsınız.
- Aşağıda problemimiz var.
- Nə problemi? Harada?
- Ayaqyolunda. Kişilər üçün olan.
- Oğlum başınız xarab olub sizin. Mənə nə ayaqyolunda olan problemdən. Siz canınızdan bezmisiniz?! Hə?! Cavab ver?!
- Amma Kənan bəy. Qız dayanmadan sizin adınızı verir.
- Nə qızı?!
- Xadimə. Bağlayıb qapını deyir təmizləyirəm dərdiniz var gedin Kənan bəyinizə deyin onun tapşırığıdır.
- Nə?! Aydaaaa!? Çağırın onu bura! Tez!

***

- Sənin başında çatmır, mənim oldum buna.
- Demədiniz ki, ayaqyolunu təmizləyim? Mən işimi görürdüm. Siz məni ömrümün sonuna qədər bu işdə tuta bilmərsiniz. Heç olamsa nə vaxta qdər bu cəzam davam edəcək onu deyin.
- Demək ayaqyolunu təmizləməyi üstün tutdun?
- Nə vaxtadək.
- Eybi yox madəm zorla olmur mən də xoş üzlə edərəm.
- Nə?
- Yaxşı... təklifimi geri götürürəm. Amma başqa bir təklifim olacaq.
- Ee bezdim amma oyunlarınızdan.
- Yoxx.. qorxma bu dəfə əminəm ki, ortaq razılığa gələcəyik.
- Yenə nə istəyirsən.. bax əgər yenə gecə deyə tutdursan vallah billah baxmaraq ömürlük həbsə departasiyay nə bilim daha nəyə öldürərəm.
- Başa düşdüm. Sən elə qızlardan deyilsən.
- Hmm.. nəhayət..
- O zaman heç olmasa mənimlə yeməyə çıx. Sadəcə bir yemək və bütün bunlar bitir.
- ....sadəcə yemək.
- Hə.. sadəcə yemək. Həm bir birimizi pis tanımışıq. Dost kimi yemək yeyərik. Burada heç nə yoxdur məncə.
- Bir yeməklə hər şey bitir. Vəsiqəmi alıram və ərizmə yazıram
- Bəli bəli. Sonra da şöbənə geri dönürsən.
- Yox.. bir dəfəlik azad edirsiniz məni.
- Hə.
- Bəs səs və görüntü.
- Şansını zorlayırsan.
- Onda yox.
- Yaxşı...yaxşı.. onlar da həmin gecənin sonunda səndə olacaq.
- Sənə niyə inanım?
- Başqa çarən var?
- Yox.
- O zaman?
- Yemək olacaq başqa da bir şey olmayacaq.
- Hə hə hə.. aaaa başına gec çatır?
- Mənimlə düzgün danış.
- Unutma ki, qarşında rəhbərin dayanır, nəysə. O zaman axşam səni evdən maşın götürəcək.
- Hm.. gərək yoxdur. Siz məkanı deyin mən gələrəm.
- Axşam maşın gələcək.
- ...
- Indi get hazırlaş. Gedəcəyimiz yer özəl bir yerdir.
- Işim bitməyib.
- Ay qız get hazırlaş. Cammata da imkan ver. Bağlamısan ayaqyolunun qapısını millət üstümə cumur.
Firuzə otaqdan çıxar çıxmaz Kənan əllərini bir birinə vuraraq sevinir.
- Bu iş burada bitər. Xoş dillə hər şeyi edərik. Ağlını bu gecə başından alım sən də bax. Özün qollarıma düşmək üçün yalvaracaqsan.. bu iş bir möhtəşəm məkana bir də bahalı hədiyyəyə qaldı. Demək dəyərini bildirisən.. olsun. Eybi yox bunu da edərik.

Müəllif: Lili Sh


Şərhlər:
Baxılıb: 1068
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz