Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Məcburiyyət (5-ci bölüm)
Məcburiyyət (5-ci bölüm)
Göndərən: Rahila
Şərhlər:
Baxılıb: 1363
Səs ver:
Bu adam dəlidir nədir? Neçə gündür dəlilər kimi məni axtarır indi də deyir get sabah da işə gəl. Elə bu? Buna görə, məni axtarırdı. Olmasın ictimaiətlə əlaqələr olsun başqa şöbə əsas odur işimdən olmayım. Səfeh adam..buna da şükür. Mənim qorxmağıma dəyməzmiş.
Səhər açılınca hər kəs kart vurub şirkətə daxil olurdu. Firuzə hələ təcrübəçi olduğundan digər təcrübəçilər kimi adını qapıda yazdırıb şöbəyə buraxılış alırdı. Lakin bu gün hər şey fərqli oldu. Firuzə qapıya mühafizəçiyə yaxınlaşıb adını şöbəsini dediyi zaman aldığı cavab tamam başqa idi.
- Başa düşmədim? Necə yəni o şöbədə deyiləm artıq.
- Kənan bəyin əmridir. Bu da kartınız.
Kartın üstündə yazılan yazını görüncə Firuzə şokdan dili topuq vura vura danışırdı.
- Nn nnəə? Xxxx..xadi...xadiməmi?
- Buyurun keçin.
- Bu adam şansını zorlayır deyəsən. Xadimə?
- Qapıda tıxac yaradırsınız, xahiş edirəm keçin.
Firuzə əlində kart şirkətin tən ortasında dayanıb qalmışdı. Başını yuxarı qadlrıdığında özündən razı tərzdə gülmsəyən Kənanı gördü.
- Sən görərsən indi özündən razı bəy.
Kadrlar şöbəsinə gələrək ağ kağız istəyən Firuzə istefa ərizəsini yazıb onlara təqdim etdi.
- Bunu Kənan bəyə təqdim edərsiniz. Mən gedirəm. Sağolun.
- Mümkün deyil. Kənan bəyin əmridir. Əizəniz qəbul olunmayacaq.
- Necə yəni? Zorla saxlayası deyilsiniz ki? Işləmək istəmirəm. O qədər.
- Firuzə xanım, onsuzda səhər tezdəndən sizin ştatınızı yazdırmaq üçün bizim hamımızı buraya yığıb töküb indi də siz problem yaratmayın.
- Ay da... işə düşdük də. Ey insan, işləmək istəmirəm, işləməyəcəyəm beləcə də çatdırın. Sağolun.
- Firuzə xanım dayanın, Firuzə xanım! Bu qız başımızı bəlaya salmaq istəyir. Təcili Kənan bəyə xəbər verin.
***
Adama baxe.. Başı xarab. Gic. Özünü bəyənmiş səfeh. Yox bir xadiməymiş. İşdən qov bitsin də xadimə nədir. Bunu başı çatmır da...
- Firuzə xanım, Firuzə xanım.
- Ay nə var? Artıq ərizmə yazmışam. Mən çalışmıram. Istəmirəm. Bax şirkətdən də çıxmışam. Qayıtmaq da fikrim yoxdur.
- Kənan bəy sizi çağırır. Deyir öz xeyri üçün geri dönsün yoxsa...
- Yoxsa?
- Bağışlayın, amma lazım olsa sizi zorla aparacağıq.
- Ya, gedin işinizin dalnca.. tövbə tövbə ağzımı da zorla pozurlar.
- Bizə başqa çarə qoymadınız.
- Nə? Eyyy dayanın, neynirsiniz? Ey, sizi şikayət edəcəyəm! Məhkəməyə verəcəyəm sizi buraxın qolumu.
İki pəzəvəng adam hərəsi Firuzənin bir qolundan tutaraq şirkətə geri aparırdılar. Firuzənin boyu balaca olduğundan ayaqları yerdən kəsilmişdi. Şirkətə qədər qışqır bağır salasa da xeyri olmadı, adamlar zorla onu qapıya qədər gətirdilər.
- Firuzə xanım, öz xeyriniz üçün susun. Sizi şirkət içində bu şəkildə bağıra bağıra aparmaq istəmirik. Az çox tanıyırıq, hörmət xətrinə özünüz xoşluğunuzla qalxın.
- Burax qolumu. Göstərəm sizin o Kənan bəyə.
Hikkəsindən ətrafını görməyən Firuzə dəhliz boyunca hər kəsə dəyə dəyə Kənanın otağına gəldi. Səlma onu görüncə ayağa qalxıb qarşısına qaçsa da Firuzə heç kimə əhəmiyyət vermədən qapını açıb içəri keçdi. Onur və Kənan oturmuşdular.
- Sənin başın xarab olub?
- əsl sənin başın xarab olub? Bu nə cürət? Onur bizi tək qoy zəhmət olmasa.
- Işləməyəcəyəm zorladır. İstəmirəm. ərizəmi yazdım. Mən səninlə işləməyəcəyəm.
- Birincisi səsini yüksəltmə, elə qışqıraram ki, balaca boyun daha da yerə girər. Ikincisi sən yox siz, atavın oğlu deyiləm, üçüncüsü mən sənə dedim axı, mənimlə oynamağın baha başa gətirəcəyəm sənə. Hələ bu nədir ki, bu ən yüngül cəzadır. Sən növbəti mərhələlərdən qorx.
- Növbəti mərhələ? Növbəti mərhələsi yoxdur bunun, gəlməyəcəyəm işə. Sən kimsən ki? Özünü nə zənn edirsən? əcəb eləmişəm vurmuşam, hələ gərək qaşını yox başını yarardım.
- Sus! Ləhcəsi ilə də əyri üyrü danışır. Get sən hələ türk dilini öyrən sonra danışarsan.
Firuzə fransız dilində dodaq altı danışarkən, Kənan başa düşmədiyindən ilk olaraq duruxdu.
- Nə? Mənə bax söyürsənsə inan mənə sənin o dilini dartıb boğazından çıxardaram
Firuzə isə fransızca cavab verib az əvvəl Kənanın özündən razı gülüşünü eyniliynən ona qaytardı. Və geri dönüb otaqdan çıxmaq istədi.
- Özün bil. Əgər getsən gərək bu ölkədən də gedəsən, özü də İrana.
- Nə?
- Mən səndən fərqli olaraq atacağım addımları öncədən hesablayıram.
- Başa düşmədim
- Bax buna.. bilirsən bu nədir?
- ....
- Səs yazan aparat. Indicə ağıznla dedin ki, əcəb eləmişəm vurmuşam.. hətta qaşını yox...dayan görüm necə demişdin?
- Alçaq...
- Eyy... diqqət et sözlərinə...səs hələ də yazır. Montaj eləmək əlimdədir. Sən hələ bir əmrimdən çıxmağı yoxla bax gör bunu miqrasiyaya təqdim edib səni adamın canına qəsddə ittiham edib ölkədən sürgün edirəmmi etmirəmmi.. hələ bir yoxla....
- Sən...sən...nə istəyirsən? O gecə ikimiz də bilirik ki, sən sataşmasaydın o çanta başına gəlməzdi.
- Eeee uzatdın amma. Get get. Tez ol çıx. əmək kitabçana xadimləikdən başlamış oldun. Yaxşı işləsən sonra baxarıq vəzifəni artırıb çayçı edərik.
Firuzə dolsa da onun qarşısında ağlamayacaqdı. Özünü sıxsa da gözləri hikkədən parlayırdı.
- Sənə demədim çıx. Sora gəl buraları təmizlə. Tez ol.
- Bu...bu axı...siz məni məcburiyyət qarşısında qoyursunuz. Bu..elədiyiniz alçaqlıqdır.
- Eee uzatdın....
Kənan Firuzənin qolundan tutub qapıya itələyərək çölə çıxardı.
- Tez ol.. otaqlar səni gözləyir. Birinci ictimaiətlə əlaqələrdən başla elə..
Qapının bağlanması ilə Firuzənin hönkürməsi bir oldu. Səlma nə qədər eləsə də sakitləşdirə bimlirdi. Bəlli idi ki Firuzə isterka keçirdir. Bir saat içində o qədər ağlamışdı ki, hıçqırırdı artıq.
- Can balam. Ağlama artıq.
- Mən ağlamayım kim ağlasın. Xadimə kimi işə götürməsi belə vecimə deyil. Məni təhdidt etməsinə yanıram. Kimdir axı bu? Özünü nə hesab edir? Istədiyi insanın həyatını məhv edə bilər bu qədər asanlıqla? Bu nə deməkdir?
- Ax qızım ax.. nə deyim ki bilmirəm.
- Sinan bəy.. hə hə sinan bəy kömək edər mən. əminəm.
- Hara Firuzə? Dur qızım.
Firuzə Sinan bəyin katibəsinin yanına gəlib təcili onunla görüşmək istədiyini desə də Sinan bəyin katibəsi ona məşqul olduğunu dedi. Firuzə qapını düz yanında dayanıb gözləməyə başladı. Amma boşuna gözləmiş oldu.
- Vayy, mən də deyirəm qaraqız hara qaçıb. Niyə işinin başında deyil. Demək atama şikayət etməyə gəlmisən hə məni.
- ...
- Mənə bax cadı, get işini başına. Yoxsa inan mənə səs yazısı elə bu saat polisə və miqrasiyaya gedər.
- ...
- Hmm.. nə oldu? Nə qərar verdin
- Allah bəlanı versin!
Firuzə Kənanı itələyərək aşağı mərtəbəyə düşdü. Xadimə üçün nəzərdə tutulan otağa gəlib xalatı geyinərək hikkə ilə addmlayıb düz ictimaiətlə əlaqələar şöbəsinə getdi. Hər kəs ağzı açıq halda onu izləyərkən o heç kimə əhəmiyyət vermədən artıq işinə başlamışdı.
- Vay vay. Firuzə xanım..
- Çəkil Ayşə, əsəbiyəm onsuz. Bütün hirsimi səndən çıxaram.
- Ey ey.. unutma. Sən artıq bir xadiməsən. Danışığına fikir ver. Elə eləmə ki, ilk gündən şikayət edim qovsunlar səni
- Nə?
- Karsan?
- Nə dedin sən?
- Dedim qovulmaq istəyirsənsə..
- əlbəttə, qovulmaq..bunu necə düşünə bilmədim.
- Nəyi?
- Çəkil Ayşə.. bir işə yaradın sonunda.
Firuzənin ağlına ideya gəlmişdi və onu gerçəkləşdirmək üçün bir başa Kənanın otağıa doğru irəlilədi. Qapını döyüb "gəl” sözünü eşidincə içəri keçdi.
- Buraları təmizləməliyəm.
- Indi iş görürəm. Işdən sonra edərsən.
- Mənə indi tapşırılıb.
- Mən də dedim ki, işdən sonra qalıb təmizləyərsən get!
Firuzə Kənanın sözünə əhəmiyyət vermədən otağı təmizləməyə başladı.
- Qızım səninlə deyiləm! Ağıldan kəmliyin var?!
Kənan qalxıb Firuzəyə tərəf gələrkən Firuzə bilərkdən sabun dolu suyu onun üzərinə aşırtıdı.
- Ay, bağışlayın. Bilməyərək oldu.
- Sən! Sən neynədin! Heç bilirsən bunu qiyməti neçəyədir. Bu pencəyi sənin nəslin ömrü boyu işləsə ala bilməz. Başı xarab.
- Eee təhqir etməyin. Bilməyərk oldu dedim də. Həm bu nə pencəkdir ki, qondarma yaponların tikilişi. Guya biz görmürük nədir. Varatnikinə baxan bilər.
- Ağıllı ağıllı danışma. Indi mən bunu səni əmək haqqına yazım sən də bax. əmrlərimə qarşı çıxma artıq. Qurtuluşun yoxdur. Indi get. Axşam işdən sonra qalıb buraları silib süpürərsən.
Axşam olduğunda hər kəs evinə gedirdi. Firuzə isə əlində tmizlik əşyaları Kənan bəyin otağına gəldi yenidən. Heç kim olmadığından gülümsəyərək təmizlik işinə başladı. əmin idi ki bu gecə onun bu şirkətdə çalışdığı son gecə olacaq.
- Hə Firuzə, indi sənə iki işi görmək lazımdır. Bir səs yazısını tapmaq, iki buraları o ki, var "təmizləmək.”
Firuzə nə qədər rəfləri axtarsa da səs yazısını tapa bilmədi. əsəbdən otağı alt üst edib bütün sabunlu suyla ətrafı suladı. Hər tərəf dağınıq və sulu idi.
- Bu qədər. Görək indi də zorla işlədəcəksən.
Səhər açılar açılmaz Kənan bəyin səsi holdinqi lərzəyə salmışdı?
- Firuzəəəəəəəəəəəəəəə!!!!!! !!! Sən bitdin! Sən bitdinnnnnnnn!

***

Kənan otağında hirsindən o baş bu baş gedir Firuzə isə özündən razı tərzdə tən ortada dayanmışdı. Onur da altdan yuxarı Firuzəni süzürdü.
- Sən neynədiyini zənn edirsən hə? Sən canına susamısan.
- əlimdən gələn budur.
- Onur zəhmət olmasa iki dəqiqəlik bizi tək qoy. ....Neynəməyə çalışırsan sən?
- Bacardığım budur neynəyə bilərəm.
- Sən elə bilirsən ki, mən heç nə başa düşmürəm?
- ...
- Xəbərin var ki, günahların günü- gündən artır.
- ...?
- Səsini yazdığım aləti səncə burada qoyacaq qədər axmağam? Və səncə bu otağa kamera qoymayıblar?
- ....
- Bax belə susarsan... indi....əgər bütün bunları qovulmaq üçün edirsənsə inan mənə xeyri yoxdur. Lap səni qovdum deyək ki...hara getsən həmin günü oradan çıxartıdraram. Hara getsən. Istəyir lap çayçı ol.. yenə də çıxartıdracağam.
- Çörəyə bais olursunuz.
- Qorxursan?
- Sizdən qorxan yoxdur.
- Arada elə gülməli danışırsan ki, yazığım gəlir sənə. Amma eybi yox tanıyacaqsan zamanla
- Gərək yoxdur tanımasam da olar.
- Gərəyin olub olmamasını mən deyəcəyəm. Indi get. Ayaqyollarını təmizləyəcəksən. Işdən qovulmaq üçün lap şirkəti başıma da yıxsan qovan deyiləm. Odur ki, işini gör. Eşitdin.
- ...Nə istəyirsiniz? Üzr istəyim, bağışla deyim? Nə?
- Guya desəm hə deyəcəksən. Sən də o tip yoxdur üzr istəsin.
- Onu düz bildiniz. Amma məndən əl çəkməyiniz üçün diləyərəm.
- Yox.. belə olmaz. Sənə dünyanın neçə bucaq olduğunu göstərcəyəm. Indi get.
Firuzə kor peşiman çıxaraq işinin başına keçdi. Günlərcə şirkətin təmizlik işinə baxdı. Amma otaqları bu dəfə dağıtmır doğrudan da təmizləyirdi. Çarəsizlikdən nə edəcəyini bilmirdi. Hər gün bir plan qirsa da Sinan bəy ölkədə olmadığından heç nə edə bilmirdi. Qərarlıydı. Sinan bəy gələn kimi hər şeyi ona danışıb kömək istəyəcəkdi.

***

- Kənan neynədin o qızı?
- Hansı qızı?
- Səni vuran?
- ...
- Elə baxma...bəlkə düz demirəm. Vurmuşdu da.
- Vurmamışdı. O kiçik bir qəza idi.
- Qəza idisə bu cəzadır verirsən qıza bəs.
- Sən qarışma Onur. Bu mənim məsələmdir.
- Amma nə yalan deyim, qız çox gözəldir. Nə geyinsə yaraşır. Alicənablıq yağır qızdan.
- Üfff şişirtmə... eşidən deyər iran şahzadəsini qızından danışırsan..
- Niyə də yox. Şahzadələrdə olan gözəllik var. Görümrsən şərq qadınına məxsus sirrli tərəfləri var. Başqalarına bənzəmir.
Onur danışdıqca Kənan göz altı ona baxır həm də düşnürdü. Düşünə düşünə əlini qəhvəyə atanda stəkanı tuta bilmədiyindən yerə dağıldı.
- Ay səni?
- Nə oldu?
- Qəhvəni dağıtdım.
- Çağır iranlı xadiməmizi gəlsin təmizləsin. Həm mən də görmüş olaram.
- Onur get işini dalınca.
- Amma.
- Onur?!
- Yaxşı yaxşı. Mən öz otağıma çağırtdırıb təmizlətdirərəm.
- Nə istəyirsən elə. Get.
Onur çıxan kimi Kənan əl atıb telefona Firuzəni çağırtdırdı. Firuzə sakit tərzdə içəri daxil olub dayandı.
- Nə dayanmısan, gəl masamı təmizlə, xalçaya da tökülüb.. buraları da sil. Tez ol işim var.
Firuzə başını qaldırmadan işini görməyə başladı.
- Görürəm səsin çıxmır. Öyrəmişsən işinə..
- ....
- Səninlə danışanda cavab ver.
- ....
- Mənə baxsana sən.
Kənan Firuzənin qolundan tutub özünə tərəf çəkəndə yenidən onun qoxusunu duydu. Bu qoxu nədənsə beynində ilişmişdi. Firuzə çabalamağa çalışdıqca o daha da sıxırdı qolunu. Onur dedikləri ağlından keçdikcə Firuzəni başdan aşağıya süzməyə başladı. Firuzə bunu duyunca qorxsa da özünü itirmədən qışqırmağa başladı.
- Buraxın! Qolumu sındırdınız!
- Çabalama! Dur!
- Burax, qıqıracağam yoxsa.
- Qışqır, qışqır da sonra tıpış tıpış öz ölkənə departasiya ol. Bir də ölkədən çıxma heç vaxt. Bunu da edərəm bilirsən.
- Bunu edə bilmərsən.
- Mmm istəyirsən yoxlayaq. Amma yox. Mənim başqa təklifim var. Əgər bu şirkətdə qalmaq, bu ölkədə qalmaq istəyirsənsə, təbii ki, əvvəlki vəzifənə qayıtmaq şərti ilə. Hələ bəlkə də daha yaxşı. Bax o təklifimi qəbul etsən bütün bu kabus bitər. Qəbul edirsən?
- Səs yazısını və görüntüləri də verəcəksiniz?
- Hə.
- Söz?
- Söz...
- Onda təklifinizi eşidirəm.
Firuzə gülümsəyərək Kənan baxırdı. Nəhayət ki, bütün bu hadisələrin unudulması və hər şeyin normala dönməsi üçün hər şeyi qəbul edərdi. Kənanın ağzının açması ilə isə üzündəki gülüş dondu.
- Təklifim budur. Bir gecəni mənimlə keçirdirsən.....Nə deyirsən?

Müəllif: Lili Sh


Şərhlər:
Baxılıb: 1363
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz