Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Məcburiyyət (4-cü bölüm)
Məcburiyyət (4-cü bölüm)
Göndərən: Rahila
Şərhlər:
Baxılıb: 954
Səs ver:
- Oğlum, dayan. Dəli danalar kimi hara qaçırsan? Nə oldu? Kənan!
- Alo, Onur. Mənə bax bayaqkı qızın adını tapdın? Necə yox? Siyahıda yox idi. hmm.. yaxşı sağol. Sonra danışaram..gəlirəm şirkətə
Kənan dəstəyi maşının oturacağına atıb hirsindən rula vurmağa başladı.
- Balaca ləçər. Buna bax. Bap balaca boyu ilə mənə kələk gəlir. Dayan sən. Yalvaracaqsan əhfvin üçün.. Kənan Balcıoğluna oyun oynamağın nəticəsini görəcəksən.
***
- Səlma xanım?
- Ay can, gəl qızım.
- Hər şey qaydasındadır?
- Hə, narahat olma. Burada yoxdur. Gedib. Yəqin ki, baxıb tapmayıb.
- Ohhh, şükür. Bu saat işimdən azad olmaq ən son istədiyim şeydir.
- Ehh qızım. Mənim qorxudğum başqa şeydir.
- Nə?
- Sən ona heç kəsin indiyə qədər cəsarət edib etmədiyini etmisən.
- Mən heç nə eləməmişəm.. o məni buna məcbur etdi.
- O ərköyün böyümüş adamdır. Istədiyi hər şey və hər kəs ovucunda olur. Ona yox demək üçün gərək həyatından bezmiş olasan.
- Məni qorxutmayın. Onsuzda qorxağam......niyə gülürsünüz?
- Qorxaq olsaydın bu qədər müddətdə burada qalmazdın. Elə sən də şir ürəyi yemisən.
- Ehh Səlma xanım, bir bilsəniz günlərdir nələr yaşayıram. Sənədlərim düəzlməlidir ki, buranın ştatda olan işçisi olum, qorxudan kadrlara müraciət edə bilmirəm.
- Eybi yox. Keçdi getdi. Keçmiş olsun. Düzdür bu işin arxasını çətin buraxa, amma tapa bilməyincə hirsi soyuyacaq.
Xanımların söhbət etdiyi yerdə holdinqin qapısından Səlma xanıma zəng gəldi. Adətən Kənan ya da Sinan bəy şirkətə daxil olan kimi katibələr xəbərdarlıq edilirdi. Səlma xanım zəngi sonlandıran kimi Firuzəni yanından yolladı ki, Kənanla rastlaşmasınlar. Kənan əsəbdən necə addımlayırısa kimin yanından keçsə küləyi hiss olunurdu.
- Səlma otağıma! Cəld!
- Başüstə Kənan bəy.
Kənan ictimaiətlə əlaqələr şöbəsinin siyahısını əlinə alıb tez- tez çevirməyə başladı. Tapa bilməyincə adı bir də başdan baxdı. Artıq 3 cü cəhdə siyahının olduğu qovluğu qaldırıb havaya tulladı..
- Burada yoxdur. Nə cürətlə!
- Kənan bəy, nə olub? Kimi axtarırsınız.
- Səhər sənin yanına gələn qız..
Səlma artıq rəngi ağarmış halda Kənan baxırdı.
- Kimdir o qız?
- Hhhaaaansı qız?
- Dedim axı. Səhər yanına gələn. Bu zəhrimara qalmış siyahını gətirən qız.
- Hə.. başa düşdüm.
- Kimdir o?
- Bbbilmirəm. Tanımıram.
- Mənə kadrlar şöbəsini çağır.
- Oldu.
Səlma otağından çıxan kimi kadrlar şöbəsindən əvvəl Firuzəni tapmağa getdi. Şöbədə olmadığından təlaşla dəhlizdə onu axtarmağa başladı. Nə qədər axtarsa da Firuzəni tapa bilməyib kadrlar şöbəsinə yollandı məcbur. Kənan bəyin şöbə rəhbərini çağırıdığını deyib yenidən Firuzənin çalışdığı şöbəyə gəldi. Yenidın onu tapa bilməyib öz masasına döndü. Kadrlara rəhbərlik edən şəxs gəldi çıxdı, amma Firuzəni nə görən oldu nə eşidən. Səlma nə qədər cəhd etsə də onu tapa bilmirdi. Siz keçin Kənan bəy sizi gözləyir.
- Kənan bəy.
- Gəl. Mənə göndərilən siyahı...bu siyahıya kimlərin adı düşməyib?
- Nnecə yəni?
- Bu siyahıda kimin adı yoxdur.
- Hamı orada var.
- Amma o yoxdur. Bu şirkətdə işləyir, amma adı burada yoxdur! Məndən çox biləcəksən.
- Bəlkə təcrübəçidir?
- Nə? Nə təcrübəçi?
- Təcrübəçilərin sənədləri kadrlarda olmur. Bizdə yalnız ştatda olan işçilərin siyahısıdır. ona görə tapşırmışdıq ki, şöbələr bütün işçilərinin kimliyini yazıb sizə göndərsinlər. Ayrı ayrılıqda. Həmin siyahıda təcrübədə olanların da adı var.
- Amma o yoxdur. Bu necə ola bilər. Özü siyahını gətirib masam qoyur, amma adı burada yoxdur.
- Ola bilməz. Onlar hamının adını yazıblar. Böyük ehtimal ad bilərək salınmayıb.
- Hmm.. gedə bilərsən. Səlma, Mənə icitmaiətlə əlaqələr şöbəsinin bütün işçilərini çağır. Hamı bir nəfər kimi. Çayçısına qədər belə. 5 dəqiqəyə otağımda olsunlar!
Hər kəs otağa sıra ilə düzlümüşdü. Kənan onların arasında axtardığını tapmayınca yenidən cinləndi.
- Siz mənimlə məzələnirsiniz?! Mən demədim hamı burada olsun?!
- Hamı buradadır Kənan bəy.
- Bəs o hanı? O niyə yoxdur?!
- Kim?
- Allahım məni zorla dəli edir bunlar. Dünən siyahını göndərdiyiniz qız.
- Hə, Firuzə..
- Hanı o?
- Yeni layihələrin seçilməsi üçün Sinan bəyin yanıdnadırlar Ömər bəylə.
- Demək belə. Hər kəs işinin başına.
Kənan özü də otağından çıxıb atasının otağına doğru sürətlə getməyə başladı. Qəzəbli olduğu hər halından bəlli idi. Otağın qapısını döymədən içəri keçdi
- Hanı o?
- Kənan! Siz gedin, bir azdan gələrsiniz.
- Yox, getməyin. O haradadır?
- Kimi deyirsiniz Kənan bəy?
- Firuzədir nədir onu?
- Kənan, oğlum nə baş verir?
- Bir dəqiqə ata. Harada olduğunu soruşdum.
- Şöbəyə qədər getdi. Indi gələr.
- Yaxşı.. gəlsin... gəlsin də günün göstərim ona.
- Kənan nə baş verir deyə soruşdum. Nə dərdin var o qızla?
- Siz çıxın.
- Amma
- Çıxın dedim
- Başüstə Kənan bəy.
- Oğlum, bu nə haldır? Sən qapını döymədən içrəi keçdiyinə görə.
- Onu tapdım ata.
- Kimi.
- Qaşımı yaran o gecə məni gülünc vəziyyətinə qoyan qızı
- Kimmiş, çağır da vuran əllərindən öpüm.
- Ata! əsəbi vaxtımda....
- Vurubsa vurub. Allah bilir neynəmisən qıza ki. O da səni vurub.
- Demək adi bir işçi oğlundan əziz oldu.
- Məni qatma. Sənin üzündən işçinin çörəyinə bais ola bilmərəm.
Kənan atasını kabinetinin qapısının arxasında dayanıb gözləməyə başladı. Firuzə isə gəlmib çıxmaq bilmirdi. Daha doğrusu bilərək gəlmirdi. Çünki Səlma xanım artıq olanları ona çatdırmışdı. Firuzə qadınlar üçün ayaq yolunda oturmuş iş vaxtının bitməsini gözləyirdi. Bəlkə Kənan bu gün gedər sabaha qədər isə bir şey fikirləşər deyə. Artıq saat 6 olmuşdu. Firuzə qaçaraq otağından çantasını götürmək və hər ehtimal üçün arxa çıxışdan şirkətdən qaçmaq istəmişdi. Amma nafilə. Bütün şöbə Firuzəyə görə saxlanılmışdı. O otağa girən kimi hər kəs qəzəbli baxışlarla ona baxmış öz aralarında dodaqaltı deyinirdilər.
- Sənə görə hamımızı bu saata qədər saxlayıb...
- Nəhayət təşrif buyurdun.
- Haradasan bu vaxta qədər.
- ....
- Kənan bəy otağında səni gözləyir.
- Iş vaxtı bitib.. getməsəm..
- Elə də olsa belə də olsa işindən olacaqsan Firuzə.
- Ayşə?
- Hə Ayşə? Bilmirdin ki, bu qədər tez yüksələnin qanadalrı belə tez qırılar.
- ...
- Nə susumusan indi... danış da.
- Mənim sənə nə zərərim dəyib?
- Sənin halına acıdım. İşdən qovulmağını istəməzdim, amma madəm belə oldu keçmiş olsun nə deyim.
Otaqdan çıxıb Kənan bəyin otağına tərəf addımladım. Artıq heç nə vecimə deyildi. Nə olacaqdı ki, guya. Işdən qovur, cəhənnəmə qovsun. Belə axmaq insanların arasında çalışmaqdansa işsiz qalmaq yaxşıdır. Adam məni öldürəsi deyil ki, sataşmasaydı o çantanı başına yeməzdi. Nə isə.. Allah Kərimdir.
***
Firuzə titrəyə -titrəyə qapını döydü.
- Gəl.
- ....
- Ooooo kimləri görürəm... qaçaq qızımız nəhayət üzə çıxdı. Elə bildim ayaqyolunda boğulmusan
- ...
- Elə baxma, elə bilirsən kimin harada olmağımdan xəbərsiz oluram. Səni tapa bilməyəcəyimi düşünürdün demək.
- ...
- Nə oldu? Dilini udmusan
Firuzə başını aşağı salıb susurdu. Çox dilləşsə burada dava qırğın olacaqdı. Gedəcəkdisə belə şirkətdən səssiz səmirsiz getmək istəyirdi. Səlma xanımın inadlaşma sözünü də yadına salın heç danışmaq istəmirdi.
- Sənlə deyiləm? Niyə cavab vermirsən?
- Nə lazımdır?
- Nə lazımdır? Sən deyəsən niyə burada olduğunu unutmusan. Yoxsa o gecə sən də sərxoş idin. Yəqin ki, eləydi yoxsa heç bir cəsarətlə qaşımı bu günə qoymazdın. Həə...həə yəqin ki içkili olmusan ki, bunu eləmisən. Elə deyil?
- Xeyr
- Xeyr? əminsən?
- Bəli.
- Yaxşı... yaxşı olsun. O zaman de görüm nə cəsarətlə bunu elədin? Başına bəla istəyirsən.
- Siz əl qolunuzu dinc saxlasaydınız..
- Nə?!
Kənanın qəhqəhəsi Firuzənin içini titrətdi. Həyəcanı daha da artdı. Həm də ikrah hissi.
- Sənə sözüm yoxdur. Ya ağlını itirmisən ya da şir ürəyi yemisən.
- Sabahdan gəlmərəm. Narahat olmayın.
- Yoxx. Bu qədər asan deyil.
- Baa düşmədim.
- Sən mənə etiraz etmək, hələ əl qaldırmağın eləcə işə xitam verilməsi ilə unudulub gedəcəyini zənn edirsən?
- Neynəməliyəm ki, başqa. Məhkəməyə verəcəksinizssə..
- Nə? Məhkəmə? Səncə bu qədər bəsit biriyəm.
- ....
- Məhkəməyə verim sən də sayəmdə məhşur olasan?
- Nə məşhuru?
- Yox bu qədər də asan deyil..
- Başa düşmədim, neyləməliyəm ki?
- Hmm.. nə bilim düşünək görək günahını necə yuya bilərsən.
- ....Nə günahı? Məni buna siz məcbur etmişdiniz.
- Nə günahı? Yaxşı sualdır. Mənə rədd cavabı vermək bir, əl qaldırmaq iki, üstəgəl bu qədər müddətdə şirkətimdə gözümün önündə məni dolamısan.
- Dolamaq? Dəlisiniz mən niyə sizi dolayım.
- Dəlisiniz? Yox qızım, sənin başına yüz faiz daş düşüb. Bu qədər cəsarət. Təqdir etdim. Amma mənə keçməz.
- Kənan bəy.
- Sus! Mən sözümü bitirmədim.
- Mənə əmr etməyin.
- Sənin rəhbərinəm.
- Deyilsiniz. Bir mən bu şirkətin ştatl işçisi deyiləm ki, rəhbərim olasınız, iki belə olsa belə bu məni təhqir edə biləcəyiniz mənasına gəlmir.
- Mənə bax, cinbala, özünü burada qəhrəmanlıq nümunəsi kimi göstərmə. Sizi mənim qədər yaxşı tanıyan olmaz. Baxdım işlərinə. İrandan yox İraqdan olsan belə mənə fərq etməz. Hamınız eynisiniz. Sənin cəzanı düşünəcəyəm. İndi get, sabahdan işə gəlirsən, amma ictimaiətlə əlaqələrə yox.
- Hara bəs?
- Sabah bilərsən. Indi get.
Firuzənin otaqdan çıxması ilə Kənanın oturacaqdan qalxıb pəncərə önünə keçməsi bir oldu.
Fərqli deyiləsn sən də. Özünü saf kimi təqdim etsən belə mən görərəm. Heç də saf birinə bənzəmirsən. Zamanla sənin iç üzünü hər kəs görəcək. Özün arxamca düşəcəksən. Yalvaracaqsan mənə... görərsən...

Müəllif: Lili Sh


Şərhlər:
Baxılıb: 954
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz