Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Salam Qədirzadə - 46 Bənövşə (1-ci dəftər - 19)
Salam Qədirzadə - 46 Bənövşə (1-ci dəftər - 19)
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 512
Səs ver:
Birinci Dəftər
19


Mən aptekdən dərman alıb evə qayıdanda Qönçəbəyimi səsindən tanıdım:
—...Əgər bilsəm ki, Könülün meyli qeyrisinədir, canınçün, Mərmər, heç durub bura gəlməzdim. Eminə də deyərdim ki, oğul, bu sevdan baş tutmadı. Get, özünə ayrı qız axtar.
—...
—Əlbəttə, elə deyil. Tanımıram onu bəyəm? Məsələ burasındadır ki, naz eləyir. Uşağımın da nahaqdan qanını qaraldır, bizim də.
Anam xəstələnmişdi. Boğazı ağrıdığından çox yavaş danışırdı. Zalın aralı qalmış qapısı arasından, ancaq Qönçəbəyimin həyəcanla, ucadan dediklərini eşidirdim.
 Mən ehtiyatla öz otağıma keçim. Anamın zəif səsi gəlib qulağıma çatmasa da, hər şey başa düşülürdü:
—...
—Çox sağ ol, Mərmər, iki stəkan içdim bəsdir. Elə süfrə qırağından indicə durdum.
—...
—Dünən Emin Könüldən ayrılandan sonra bir gündə girdi içəri ki, görsəydin, deyərdin bəs, iraq olsun neçə ilin xəstəsidir. Ürəyimə od düşdü.
 Söhbətə azacıq ara verildi. Sonra anam nə soruşdu, mənə çatmadı. Qönçəbəyim cavabında dedi:
—Sən allah, Emin xəbər tutmasın, mənim bura gəldiyimdən… Möhkəm tapşırıb ki, bir də o barədə Mərmər xala ilə danışma. Bu məsələ qurtardı! Mən Könülün fikrini öyrəndim. Istəmir—vəssalam!.
—...
—A… bəs necə… Həyalı, ismətli qız da valideyninin rüsqəti olmadan, öz yanından durub deyərmi: "Ay filankəs, ölürəm dərdindən, elçi göndər, al məni?”
—...
—Elə bizimki də utancaqlıqda ondan geri qalmaz.
—...
—Başına dönüm, sabaha qoyma! Elə bu axşam işdən qayıdıb, çörəyini yeyəndən sonra kişiyə çatdır. Xeyir işi uzatmazlar. Könül ki, razılığını verdi, ertəsi günü arvadlar sizdədir, inşAllah. Indi qızım da gəlmək istəyirdi, qoymadım. Oturub evdə məni gözləyir.

 —...
—Yox. Atası hələ bilmir. Eşitsə, dəli olacaq.
—...
—A… heç deyərəm ona… Niyə ovqatını təlx eləyim...
Kreslonun səsindən başa düşdüm ki, Qönçəbəyim qalxdı, getməyə hazırlaşır. Mən tez dərman şüşəsini götürərək, dəhlizə çıxdım. Qapını açıb, təzədən örtdüm. Özümü elə göstərdim ki, guya içəri indicə girmişəm, paltomu asıram..
—Qızcığaz da evdə nigarandır, gedim yavaş-yavaş...—deyən Qönçəbəyim məni görcək söhbəti dəyişdi:
—Könül, göyçək balam, gəldin? Necəsən?
Boynumu qucaqladı, üzümdən öpdü. Anam kənarda dayanıb, məlul-məlul mənə baxdı.
—Ay qız, atan niyə qoyur, bu arvada soyuq dəysin? Çöldən-zaddan tapıb onu? Mənimki gecə səhərəcən on dəfə durub üstümü basdırmasa, gözünə yuxu getməz...Hə… Bəs necə… Mərmərdən bəyəm iki dənədir?
—Bu sözləri atama deyin, Qönçəbəyim xala.
—Atana da deyəcəyəm! Dayan… o saqqalı ağarmışla hələ çox işim var...
Arvad nəzərləri ilə məni oxşadı.
—Namxuda, maşAllah, yaxşısan.Saçını da indi belə daramısan, hə? Nə olar, dəbdi də. Yaraşır sənə. Eşitdim anan naxoşdur, gəldim ona dəyim… Dərmanını da almısan? Baxım görüm nə yazıb həkim. "Infuzi radtsiye altee”—gündə üç xörək qaşığı. Razyana suyudur da… Yaxşı, mən gedim, bir azdan Eminciyəzim işdən gələcək...
Qönçəbəyim çıxanda anama dildə:
"—Mərmər, canından muğayat ol”,—desə də, başını əsdirərək göz-qaşla anlatdı ki: "Axşam kişi ilə danışmağı unutma.”


Şərhlər:
Baxılıb: 512
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz