Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Salam Qədirzadə - 46 Bənövşə (1-ci dəftər - 17)
Salam Qədirzadə - 46 Bənövşə (1-ci dəftər - 17)
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 709
Səs ver:
Birinci Dəftər
17

Səhər şən və gümrah oyanmışdım. Sevincim mahnıya çevrilmişdi; çarpayımı səliqəyə salanda dodaqaltı zümzümə edirdim:

Alma atdım, nar gəldiı
Kətan köynək dar gəldi.
Qapıya kölgə düşdü,
Elə bildim yar gəldi...

Bir həftəlik ayrılıqdan sonra bu gün yenə Dərya ilə görüşəcəkdim. "Nə romantik də adı var,—fikirləşirdim.—Dərya! Bu kəlməni hər dəfə dilimə gətirəndə nəhayətsiz mavi sular dalğalanır gözlərimin qabağında. Qəlbimə sanki sərinlik yayılır… Dənizin nəfəsini duyuram...”
Atam, biz yatmış ikən sübhdən durub bağa gedib. Kişi təzəhəvəsdir. Buzovnada yer götürüb—ev tikdirir, quyu qazdırır. Bu yay istirahətə öz bağımıza köçəcəyik. Mən görməmişəm, anam deyir, lap ləpədöyəndədir, "xoşbəxtlikdən” orada da Qönçəbəyimlə qonşuyuq. Əvvəl buna sevinirdim. Indi yox. Mənə qalsa, Dərya məsələsindən sonra Eminin gözündən mümkün qədər uzaq olardım. Ancaq neyləyə bilərəm...
 Gönortaya kimi evdə oturmağa səbrim çatmadı. Çıxıb gəzinmək istədim. Paltomu geyirdim, telefon səsləndi. Zəng çalan Dərya olmamalı idi. Dəstəyi anam götürdü:
—Könül, Qönçəbəyimin oğludur,—dedi,—səni çağırır.
Heyrətləndim:
—Kim?!
Arvad söyləndi:
—Ay qız, Emini tanımırsan?
—Neyləyir o məni?
—Nə bilim, gəl özündən soruş...
Anam nəsə ikibaşlı danışırdı. Telefona yaxınlaşdım:
—Alo?..—deyə təəccübümü gizlətməyə çalışaraq dilləndim.—Bəli, Könüldür… Ah… Salam, Emin. Eybi yoxdur… Onsuz da elə çıxıram… Iki-üçdəqiqəyə enirəm aşağı. Anamı bu gün tanımırdım. Heçmaraqlanmadı ki, o nə deyir… Haçan yanımdan çəkilib getdi, bilmədim. Emindən çıxmayan iş: "Könül, zəhmət olmazsa, yarım saatlığa aşağı düş. Səninlə işim var...” Qəribədir, o məni neynirdi?
Bayırın günəşli-şaxtalı təmiz havası adamın ciyərlərinə dolduqca, özündə bir uşaq yüngüllüyü hiss  edirdi.  Küçəmizin başında dayanmış Emin, məni görüncə hərəkətə gəlib gülümsündü. Əvvəlki yoldaşlıq səmimiyyəti ilə hal-əhval tutduq; atamı, anamı xəbər aldı. Bilirdim ki, bunlar hamısı əsas söhbətin müqəddiməsidir, mətləb daldadır. Dinməzcə,asta-asta yanaşı addımladıq. Emin gödək, boz palto geymişdi. Boynuna qara-qırmızı zolaqlı şərf dolamşdı. Saçlarını sol yandan tağ ayırıb sağa daramışdı. Bu onu yaşından da cavan göstərirdi. Gözlərində və  sifətinin ifadəsində narahatlıq, nigarançılıq təzahürü vardı. Elə bil ürəyi dolu idi, sirrini gizlədirdi.  Haçandan-haçana Emin həyəcanlı, titrək səslə sözə başladı:
—Könül, səndən bir şey soruşsam, çəkinmədən düzünü deyərsənmi?!
Məəttəl qaldım. Nə cavab verəcəyimi tezliklə dərk etmədim.
—Qəribə sualdır… Baxır nə soruşacaqsan...
—Elə bir şey ki, ondan mənim həyatım, gələcəyim, səadətim asılıdır!
Emini heç bu cür ciddi görməmişdim. Rəngi ağarmışdı. Özü də elə danışırdı ki, guya mənə  acıqlanırdı.
—Insafla, açıq söylə, Könül, səni sevdiyimi bilirsənmi?
Həqiqəti boynuma almağa çəkindim. Düşündüm: "Ona qalarsa, bu sualı əvvəlcə mən sənə verməliyəm.”
—Bir yol nəsə eşitdirmişdin mənə,—dedim.
Eminin dodaqlarında istehzalı təbəssüm gəzdi.
—Bir yol… nəsə eşitdirmişdim? Yaxşı ki, o yadındadır. Könül, axı ona qədər sən məktəbli qız idin. Məni duymazdın da… O yaşda sənə başqa gözlə baxmağa nə haqqım vardı. Indi… böyümüsən, dünənki Könül deyilsən, institut tələbəsisən. Ixtiyarın öz əlindədir.
 "Əcəb də! Bu dəqiqə ixtiyarım Dəryadadır. Səninsə bunlardan xəbərin yoxdur, Emin. Mən onu sevirəm… Sən hələ də mənə ümid bəsləyirsən. Eh!.. Dünən bu sözləri demək tez idisə, bu gün də gecdi, Emin! Yubanmısan… Bundan sonra sənə könlümü yox, ancaq təsəlli verə bilərəm...”
O, susduğumu razılıq əlaməti sanıb, inamla davam etdi:
—Keçən dəfəki etirazına görə səni qınamadım. Əksinə, gözümdə daha da yüksəldin, çünki haqlı idin; evdən xəlvəti iş tutmaq istəmirdin. Kaş bütün ata-analı qızlar bu barədə sənə oxşayaydı. Heyf ki, belələri azdır...
 "Doğrudur,—deyə özlüyümdə onun axırıncı sözünü təsdiqlədim. —Elələri çox azdır, heçmən də o cür deyiləm!”
Biz danışa-danışa gəlib şəhərin mərkəzinə çatdıq. Nizami muzeyinin qabağından keçəndə tindəki üçüzlü saata baxdım. Qırx dəqiqə də yubana bilərdim. Sonra bir bəhanə tapıb ayrılmalıydım. Emin başını qaldırmadan xəbər aldı:
—Könül, bu günlərdə evinizdə mənim söhbətim olmayıb?
—Yox… Necə?!
Tez, ötən həftə Qönçəbəyimin bizə getdiyini xatırladım.
—Mən anamı sizə göndərmişdim. Məsələnin ucundan-qulağından Mərmər xalaya eşitdirib. Cavabından belə çıxıb ki, o bu işə əsla etiraz etmir. Hətta deyib Könül də Eminin xətrini istəyir. Məncə onunla həyat qurmağa narazı olmaz… Ancaq, əlbəttə, son söz yenə səninkidir... Ürəyim birdən-birə sıxıldı. Məni hərarət çulğadı. Küçənin ortasında dayandım.
—Sən Qönçəbəyimi anamın yanına nahaq göndərmisən!—dedim.—Bilmirsən ki, bizim evdə atam...
—Onunla da atam danışıb, Könül.
—Haçan?!
—Keçən istirahət günü bağa gedəndə söhbətləşiblər.
—Nə deyib?!
—O da anan kimi...
Emin çevrilib üzümə baxanda gözlərinə inanmadı.
—Sənə nə oldu, Könül? Rəngin niyə belə dəyişdi?..
Dinmədim. Geri qayıtdım. Emin də mənimlə. Bu halda Dərya ilə görüşmək istəmədim. Məhəlləmizə çatanda hər ikimiz ayaq saxladıq, üz-üzə durduq. O, fikrimi bir daha qəti öyrənmək məcburiyyəti ilə soruşdu:
—Könül, mən belə anladım ki… sən rədd edirsən təklifimi, eləmi?
-"Hə” deməyə dilim gəlmədi. Başımı tərpətdim.
 Fövrən Eminin sifətində süni gülümsünməklə təbii ağlamsınmaqdan yaranan, anlaşılması çətin, qəribə bir ifadə yarandı.
—Ürəyin hökmü əleyhinə çıxmaq çətindir,—dedi.—Səndə nə təqsir... O, evlərinə getdi. Mən donub yerimdə qaldım...


Şərhlər:
Baxılıb: 709
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz