Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Salam Qədirzadə - 46 Bənövşə (1-ci dəftər - 12)
Salam Qədirzadə - 46 Bənövşə (1-ci dəftər - 12)
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 687
Səs ver:
Birinci Dəftər
12

Mən lap uşaqlıqdan bədii kitabların aludəsi olmuşam. Əlimə keçən şerləri, romanları gecə-gündüz, dönə-dönə oxumuşam, yorulmamışam. Mütaliəyə acmışam—çörək kimi, susamışam—su kimi. Kitablar məni yaxın-uzaq keçmişlərə aparıb—sevindirib də, kədərləndirib də; təbiəti, iqlimi tanış doğma elləri, yad, qürbət ölkələri gəzdirib, qəribə insanlarla rastlaşdırıb kitablar. Bu qiyabi səyahətlər zamanı həyatda məsud, bəxtəvər yaşayanları da, əzab-əziyyət girdabında çapalayanları da, sevgisində vüsala yetənləri də, hicran atəşində qovrulanları da görmüşəm. Mən kitabları müqəddəs sanmışam, hər sözünə, kəlməsinə inanmışam; müəlliflərini isə peyğəmbər  təsəvvüründə zənn etmişəm. Bəzən elə təsirlənmişəm ki, özüm də yazmaq həvəsinə düşmüşəm, ancaq bacarmamışam... Sonralar, nisbətən ağlıkəsər çağlarımda hekayə naminə bir neçə hadisə quraşdırmışam. Lakin utandığımdan heç kəsə göstərməmişəm. Saxlamışam kitablarımın arasında, vərəqlər xəzan yarpaqları tək saralıb, solub… Onlardan biri də Emingilin bağlarından qayıdan axşamı yazdığım
 "Qız—bənövşə” əhvalatıdır. Bir ara az qalmışdı redaksiyalara aparacaqdım. Yaxşı ki, cəsarət eləmədim. Xəbər tutsaydı Emin, indi xəcalətdən üzünə necə baxardım? Açığını desəm, o yazı bu gün başqalarına mənasız da görünsə, mənim üçün öz qiymətini itirməyib. Cırıb atmağa heyfsilənirəm, əlim gəlmir. "”Qoy dursun, mənə maneçilyi yoxdur ki!”—fikirləşirəm, hələ də saxlayıram.
 ...Bahar fəslidir ... Çöldə tənha bənövşə bitir… Bir oğlan onun yanından etinasız və laqeydliklə ötür. Bənövşə isə  dərilmək, oğlanın ürəyinin üstə sancılmaq istəyir… Müyəssər olmur. Bu həsrət bənövşənin zərif  qəlbini incidir, boynu qüssədən bükülə qalır... Bənövşə—qızdır, qız—mənəm, oğlan da Emindir...
 Orta məktəbi qurtardı. Atam qoymadı bu yolu tutum. "Şairlik, ədiblik kişi peşəsidir”—dedi və məni  həkimliyə sövq etdi. Beş aydır tibb institutunda oxuyuram. Bura daxil olduğumdan narazı deyiləm.  Həkim də insanlara bəxş elədiyi əlavə ömrün müəllifidir. Dünyada bundan şərəfli nə var ki?!


Şərhlər:
Baxılıb: 687
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz