Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Qəlbimdəki sözlər (Bölüm 43 Final)
Qəlbimdəki sözlər (Bölüm 43 Final)
Göndərən: Antikvar
Şərhlər:
Baxılıb: 2443
Səs ver:
Narden...
Eşitdiyim ses meni keçmişime aparmışdı... Kederli günlerimin xatiresi canlanmışdı gözümde...
- Narahat olmayın... - üzümü dönüb qarşımdakı mene en doğma, elece de çox yad olan qadını süzmüşdüm...
- Narden? - anam heç deyişilmemişdi.
.. Nece varsa, ele qalmışdı... Danışarken bele üz cizgileri eyni görünüşü alırdı...
- Xahiş edirem, dehlizde gözleyin... - özümü tox tutub sözümü demişdim... Anam kelime etmeden çöle çıxıb qapını qapamışdı... İndi neyise düşünecek vaxt deyildi... (Sabina Nur) Qarşımdakı xesteni düşdüyü veziyyetden xilas etmeliydim... Bacardığım ve bildiyim tedbirleri görmüşdüm... Qardaşımın yoldaşı vurulan iynelerden yuxuya getmişdi... Tehlüke sovuşmuşdu... Stulda oturub bir az özümü ele almağa çalışırdım... Bu qarşılaşmanı gözlemirdim... Çöle çıxıb ne deyeceyimi götür- qoy edirdim... Heyatın işine bax... Anamla üzleşmekden qaçırdım... Bir neçe deqiqe davam eden fikir dalğasından ayrılıb dehlize çıxdım... Anam ayaqüste idi... Meni görüb qarşımda dayandı...
- Veziyyet normal halına qayıtdı... Ancaq Ginekoloqa gösterib eve apararsız... - başqa ne deyeceyimi bilmirdim...
- Qızım... Çox sağ ol... Sene etdiklerimizden sonra... - anam , belke de, ilk defe mene bele içden "Qızım" demişdi... Sözünün davamını getirmeyib susmuşdu...
- Bu menim vezifemdir... Xeste indi yatır... Bir azdan özüne geler... - sözümü deyib yeniden otağa qayıtmışdım... Erizemi qarşıma qoyub sona kimi yazıb bitirmişdim... Diger işçiler gelen kimi baş hekimin yanına qalxıb erizemi vermişdim... Aşağı enib otağın önüne çatanda qardaşımı görmüşdüm... Çaşmışdım... Bu güne ikinci görüş tesevvür bele etmirdim... Derinden nefes alıb otağa çatmışdım...
- Sen? Bunun burada ne işi var? - qardaşım meni görüb esebleşmişdi...
- Oğlum... Sakit ol... O, burada işleyir... - anam hemişeki kimi qardaşımın qolunu sıxıb sakitleşdirmeye çalışırdı...
- Ne? Bu? Bu burada işleyir? Vau... Men seni saf bilirdim... Kimlere verdirib adımızı batırmısan? Kimin altına girmisen burada işe girmekçün? - qardaşım harada olduğumuza fikir vermeden sesini başına atmışdı...
- Semed... Oğlum... Sus... Biabır olduq... - anam ne dese de, kar etmirdi...
- Q...e!!! Seni silmekle az etmişik hele... Namussuz!!! Allah bilir kimlerin altından çıxmısan... Tfü sene!!! - gözlerim dolsa da, içimde kin de vardı...
- Esas Tfü size!!! Senin kimi qardaşım olunca, bele anam olunca kaş meni vaxtında yetimxanaya vererdiz!!! Zencir kimi asılmısız boynumdan... Gerek hara getsem, qarşıma çıxasız? Nifret edirem hamınıza!!! Sizin mene etmediyiniz insanlığı yadlar edir!!! Men senin kimi qardaşın adını batırmayım deye yaşamıram!!! Menim namusumu çekecek erim var!!! Sizin etmediyinizi eden anam da var, atam da var!!! Vaxtında sizin ayağınıza döneceyimi demişdin... Yadındadır, anacan? Amma kimin kime möhtac olacağını Allah teyin edir... Men sizleri silmişem!!! Adınızı unutmuşam!!! Siz de meni harada görsez, uzaq durun!!! Anladız? Uzaq!!! - esebden titreyirdim... Sesimize xestexanada olan insanlar bize tamaşaya çıxmışdılar... Qapının önünde duran iş yoldaşlarımı elimle iteleyib içeri keçerek eşyalarımı götürüb telesik addımlarla heyete çıxmışdım... Derinden nefes derib göz yaşımı serbest buraxmışdım... Üreyim ağrayırdı... Heç kim bele valideyn istemezdi... Kimse bele ailede doğulmaq istemezdi... Menim taleyim doğulandan getirmemişdi... Heyat üzüme gülmemişdi... Gözümün yaşını silib ireli addımlamışdım.. . Qarşıya baxdıqda xestexananın çıxışında Vüsatı görmüşdüm... Vüsat da onu gördüyümün ferqine varıb mene sarı gelmişdi...
- Salam, Narden xanım... Necesiz? - görünür, menden incimişdi... Başım Amine qarışdığından Vüsatla ne danışmışdım, ne de zenglerini cavablamışdım.. .
- Vüsat, bilirem, incimisen... Amma veziyyeti öyrensen... - gözlerim ixtiyarsız dolurdu...
- Yaxşı... Ağlama ha... Gel menimle... Seni gedeceyin yere aparım... Hem de söhbet ederik... - heqiqeten de, söhbete ehtiyacım vardı... Vüsatla maşına oturub yola düşmüşdük... Dediyine göre Vüsat bir neçe defe meni görmekçün xestexanaya gelse de, tapmadıqda Gülnazdan xahiş edibmiş ki, men burada olanda ona xeber etsin... Yalandan ailevi tanışımızın oğlu olduğunu ve Rusiyadan teze geldiyini bildirmişdi... Müeyyen meqamları çıxmaq şerti ile men de olanları Vüsata danışmışdım... Pis olmuşdu... Meni niye axtardığını bilirdim... Tebii ki, Günele göre... Vüsat 2 ay sonra işi ile elaqedar bir neçe aylıq Peterburqa qayıdacaqdı... Güneli razı salmadan getmek istemirdi... Bunları bilenden sonra ona söz verdim ki, Güneli razı salacam... Ancaq bunu nece bacaracağım sual altında idi... Vüsata ailem baresinde heç ne danışmamışdım.. . Danışmaq fikrim yox idi... Hem söhbet edib, hem de yolu başa salaraq menzil başına çatıb maşından enmişdim... Amine veziyyeti bildirmek istemirdim... Özümü ele alıb qapının önüne çataraq zili basmışdım... (Sabina Nur)
- Çox şükür... Tez keç içeri... - Arize xala telaşlı görünürdü... Otaqdan eşitdiyim sesler veziyyetin yaxşı olmadığının göstericisi idi... Ayaqqabılarımı çıxarıb otağa keçen kimi sesini başına atan qaynanamı görmüşdüm...
- Zeng etmesem, heç neyi bilmeyecekdim.. . Saatlarla xeste balamı tek qoyub çıxıb gedir... Guya seni sevir? Ay- hay... Seven bele olmur... - eşitdiyim sözden olan- qalan esebim başıma vurmuşdu...
- Mama, besdir!!! Bayaqdan eyni sözleri tekrarlamaqdan bezmedin? Niye meni esebleşdirirsen ? Özüm getmesini istedim!!! Men istedim!!! - Amin gergin görünürdü...
- Aygün xala, men Amini tek qoyub getmemişdim... Arize xalanı çağırmışdım... - bayaqdan arxası men terefe olduğundan geldiyimi bilmeyen qaynanam çevrilib sert baxışlarını üzüme dikmişdi...
- Anası ölmüşdü Arizeni çağırırsan? Sen meni saymırsan? İndi oğlumu götürüb gederem, onda menim kim olduğumu yaxşı derk edersen... Deyesen, Amin seni yamanca qudurdub... Eybi yoxdur... İpini özüm yığaram... - Aygün xala yene eyni havanı oxuyurdu...
- Aygün, özüne gel... Senin uşağın xestedir, amma gör neyin derdindesen... Men balamı itirmiş anayam... İnsan her şeyin deyerini itirdikden sonra anlayır... İndi kaş bele davranmasaydım deyib özümü danlayıram... Çalış, peşman olacağın söz danışma... Qelb qırma... Oğluna destek ol... Bu uşağı öz qızın bil... İnan ki, heç ne itirmersen... - Arize xala doğru olanları deyirdi... İnsan zamanında etdiyi sehvleri anlayanda gec ola bilir... Vaxtında ya sehv etmemelisen, ya da etdiyin sehvi düzeltmelisen.. .
10 gün keçmişdi... Anamgille qarşılaşdığımı bir tek Arize xalaya danışmışdım... Mene doğru etmediyimi, ne olsa da, onların övladı olduğumu demişdi... Eyni zamanda mene haqq da verirdi... bu günler erzinde Aygün xala yaxşılaşmaqdans a, daha beter günümüzü qara edirdi... Tebii ki, Aminle öz evimizde yaşayırdıq... Aminin veziyyeti günü- günden pisleşirdi... Hekim müalicenin xeyir vermediyini deyirdi... Amma müaliceye davam edirdik... Eyni zamanda bir çox ölkenin donor bankından Amine uyğun böyrek axtarılırdı... Bundan elave qohumlar müayineden keçseler de, heç kimin böyreyi Amine uyğun deyildi... Çox pis veziyyetde idik... Amini şen ehvala köklemeye çalışsam da, özüm içimi didirdim... Ona bir şey olacaq deye az qalmış deli olacaqdım... Tek teselli verenim Günel ve Arize xala idi... Güneli Vüsata şans vermeye razı salmışdım... Bir hefte idi ki, danışırdılar... Vüsat gecikdirmeden toy etmek isteyirdi... Tebii ki, yaxşı yola getseler...
- Amin, qurban olum, aç qapını... Men senden iyrenen deyilem... Aç... Sonra halın pisleşer... - her günüm bele keçirdi... Amin qaytaran zaman onu görmeyimi istemirdi... Qapını kilitleyirdi... Huşu özünden gedecek deye qorxurdum...
- Yaxşısan? - Amin qapını açan kimi qarşısına keçmişdim...
- Mene göre özünü incidirsen... Qoy, xestexanaya yatım... - Amin çox bedbinliye qapılmışdı... Xestexanada yatmaq isteyirdi...
- Yox... Men sene baxıram... Sağalacaqsan...
- Özünü aldatma... Men sağalan deyilem...
- Bilirem ki, sağalacaqsan... - onu yatağa uzadıb yanında yerimi almışdım... Amin çox arıqlamışdı... Bele getse, bir deri- bir sümük qalacaqdı... Onu izledikce gözlerim dolurdu...
- Meni, doğurdan, bağışlamısan? - son zamanlar her gün bu sualı eşidirdim...
- Bağışlamışam... Heç hemin anlar yadıma da düşmür... İndi tek isteyim seninle xoş günlerimizi görmekdir... - heqiqeten de, ele anlar gelirdi ki, esla unutmaram dediyimiz anları xatırlamaz olurduq... Aminin mene yaşatdığı en çetin anları geride qoymuşdum... Heç xatırlamırdım da... İndi tek isteyim bu çetin anların geride qalması idi...
Son bir hefte erzinde Aygün xala menimle normal davranırdı... Bu gün meni evlerine devet etmişdi... Amine behane uydurmağımı demişdi... 8 gün sonra Aminin ad günü olacaqdı... Onunçun supriz hazır etdiyini ve menim kömeyime ehtiyacı olduğunu bildirmişdi... Men insanlara tez inanan biri idim... Bu da saflığımdan ireli gelirdi... Heç vaxt pis düşünmezdim... Kim ne dese, etibar ederdim... Veziyyeti Arize xalaya söyledikde " Getme, esebleşeceksen. .. Sonra qanını qaraldar... " dese de, onu dinlememişdim.. . Kaş dinleyerdim... Kaş... (Sabina Nur)
Qaynanamgil ikimertebeli heyat evinde yaşayırdılar... Eve çatıb zili çaldıqda xadimeçi meni qarşılayıb yuxarı mertebeye çıxmağımı demişdi... Yuxarı çıxıb qarşımdakı otağa keçmişdim... Keçmeyimle sinirlerimin başıma vurması saniye çekmişdi... Şefeq divanda nazla qurulmuşdu...
- Ne durmusan orada? Ya çıx, ya gir... - insanda neçe üz olardı?
- Aygün xala hanı? - bu deqiqe ağlımda olan sualı vermişdim...
- Men gelende de yox idi... Bir azdan geler... Gel, otur... Söhbet ederik... - ele de qımışırdı ki...
- Senin kimi qadınla bir otaqda oturub eyni havanı udmaq mene zülm olar... - sözümü deyib otaqdan çıxmışdım... Pillelere çatanda Şefeq qolumdan tutub meni özüne sarı çevirmişdi...
- Ele düşündün ki, yene sen sözünü deyib gedeceksen, men baxacam? Aminin xesteliyine göre sene deymirem!!! Amma Amin sağalan kimi boşanırsan!!! Amin menimdir!!! Hemişe menim olub!!! Sen artıqsan!!! - Şefeqin gözleri dönmüşdü...
- Burax!!! Sen kimsen meni hedeleyirsen? Burax!!! Tez ol!!! Burax!!! Çek murdar ellerini menden!!! - çapaladıqca arxaya getsem de, Şefeq elini çekmirdi...
- Seni mehv ederem!!! Aminden ayrılmasan, mehv ederem!!! Bildin? İndiyse redd ol xarabana!!! - Şefeq meni iteleyib elini çekmesi ile arxaya gedib özümü boşluqda tapmağım bir olmuşdu... Pillelerden yuvarlanıb aşağıya düşenedek başım pillekanın kenarına deymişdim...
- Yaxşısız? - gözümü açdıqda xestexana otağında idim... Tibb bacısı gözüme işıq salaraq meni yoxlayıb otaqdan çıxmışdı... Son olanları xatırlasam da, xestexanaya niye getirildiyimi bilmirdim... Az sonra hekim otağa keçmişdi...
- Özünüzü nece hiss edirsiz?
- Men eve getmeliyem... - yerimden dikelmek istedikde qarnımdakı küt ağrıya yeniden evvelki veziyyetimi almışdım...
- Hele sabaha kimi burada qalacaqsız...
- Ne olub mene? Eve getmeliyem axı...
- Çox teesüf edirem... Uşağınızı qurtara bilmedik...
- Ne uşaq? Kimin uşağı? - hekimin sözleri mene çatmamışdı...
- 5 heftelik hamile idiz... Uşağınızı qurtara bilmedik...
- Axı nece?
- Bilmirdiz?
- Yox...
- Üzülmeyin... Allah yene qismet eder... - hekim otaqdan çıxdıqdan sonra düşünmeye başlamışdım... Son ay vaxtımdan keçse de, başım Amine qarışdığından fikir vermemişdim... Başqa prosesler ise baş vermemişdi... Uşağım olduğunu önceden bilmesem de, indi pis olmuşdum... Bu uşaq Amine yaşamaqçun stimul verecekdi, belke de... Ancaq qismet deyilmiş... (Sabina Nur)
Geceye kimi yanıma gelen olmamışdı... Düşündükde qaynanamın bilerekden bizi Şefeqle tek qoyduğu qenaetine gelmişdim... Çox ağlamışdım... Neçe aylardan sonra Allah bize övlad payı vermişdi, onu da Şefeqin sayesinde itirmişdim... Qerar vermişdim ki, Amine nese demeyim... Onsuz da, ona üzülmek pis teesir edirdi... Bunu bilse, üreyine salacaqdı...
- Necesen? - qapının açılması ile qaynanam içeri keçmişdi...
- Çox maraqlıdır nece olduğum? - çox sinirlenmişdim. ..
- Bağışla... Men bele olacağını bilsem, eve tez gelerdim... - qaynanam meyus görünürdü...
- Neveniz sizin inadınıza göre indi yoxdur... Çıxın!!! Sizi görmek istemirem!!! - Aminin xesteliyi olmasa, günlerle depresiyaya hazır veziyyetde idim...
- Arizeye xeber etmişem... Amine Günelgilde qalacağını deyib... - qaynanam sözünü deyib otaqdan çıxmışdı... Yene öz derdimle yaşaya bilmirdim... Yene güclü olmağa mecbur qalan mendim... Bu ne vaxta qeder bele davam edecekdi?..
Dörd aya yaxın vaxtı başa vurmuşduq... Amin olanlardan xeber tutmamışdı... Şefeq canının qorxusundan Peterburqa qayıtmışdı... Qaynanam bize rahatlıq vermişdi... Deyesen, peşman olmuşdu... En xoşbext hadise ise Günelle Vüsat arasında yaşanmışdı... Aile qurub Rusiyaya getmişdiler... Vüsat pulunu işe salıb Güneli qiyabi tehsile keçirmişdi... Onların adına sevinirdim... Aminin veziyyetinde gerileme olduğu üçün son bir neçe günde xestexanaya yatırılmışdı... Aminin qan qrupu menfi olduğundan böyrek uyğunlaşması baş tutmurdu... Her gün ağlayırdım... Onu itirmekden ele qorxurdum ki... Bunu düşünmek bele içime sıxıntı getirirdi... Az qalırdım deli olum... Allaha her gün yalvarırdım ki, Amini menden almasın... Men Aminden sonra çökerdim... Mehv olardım... Dehlizdeki stulda oturub Arize xalanı dinleyerek göz yaşımı tökürdüm... Aminin veziyyeti o derece pisleşmişdi ki, son iki günde heç kimi yanına buraxmırdılar.. . Bütün bedeni şişmişdi... Ne yeyirdi, ne yatırdı... Xestelik onun üreyini çox zeifletmişdi... Hekimlerin nezaretinde iyneler sayesinde ağrıları azaldılırdı... Hetta Allaha yalvarırdım ki, ona heç ne olmasın, men ondan evvel ölüm... Onun ölümünü görmeyim...
- Xeste sizi görmek isteyir... Veziyyeti çox pisdir... Xahiş edirik, onu çox yormayın... - tibb bacısı bele üzülürdü... Gözümün yaşını silib xestexananın gigiyenik qaydalarına emel ederek içeri keçmişdim... Amin gözleri qapalı şekilde yatırdı... Bedeninde şişlik olsa da, üzü arıq idi... Yatağa yaxınlaşıb stulda oturmuşdum...
- Amin... - qeherden sözümün ardını getire bilmemişdim... Eyilib elinden öpmüşdüm...
- Geldin? - Amin gözünü açıb üzüme zillenmişdi...
- Buradayam... Yanındayam... Meni sensiz qoyma... Bir az da döz... Men sensiz yaşaya bilmerem... - gözümün yaşını tökerek danışırdım...
- Ağlama... Bağışla...
- Bağışlamışam... Bele danışma...
- Sen menimçün dünyanın en yaxşı heyat yoldaşı olmusan... Amma men seni çox incitmişem... - Amin gücle sözlerini deyib ağlamağa başlamışdı...
- Halal et... Senin haqqını... - nefesi kesildiyi üçün çox danışa bilmirdi...
- Her şeyi isteyerek etmişem... Halal olsun... Amma bele danışma... Sen sağalacaqsan... - ağlayaraq onun elini öpüşlere qerq edirdim...
- Bu sondur... Hiss edirem... Öp meni... - Aminin sözünden sonra eyilib dodağına kiçik öpüş qondurmuşdum... İkimiz de ağlayırdıq...
- Seni Çox Sevirem...
- Men de Seni Sevirem...
- Her şey yaxşı olacaq... Sen sağalacaqsan...
- Her şey yaxşı olacaq... Men olmasam da...
- Qurban olum, bele deme... Sensiz men dözmerem...
- Söz ver... Söz ver ki, mensiz de xoşbext olacaqsan...
- Men sensiz xoşbext ola bilmerem...
- Söz ver... Son defe...
- Söz... - Aminin nefes alması çetinleşdiyinde n danışa bilmirdi... Telesik otaqdan çıxıb tibb bacısına xeber vermişdim...
- Noldu , qızım? - Arize xala ağladığımı görüb elimden tutmuşdu...
- Xala, o ölür... Meni tek qoyub gedecek... Men onsuz ne edecem, xala? Ne olar ölmesin... Yalvarıram... - Arize xalanı qucaqlayıb hönkürerek ağlamağa başlamışdım... Bir neçe deqiqe içinde hekimler Aminin otağına keçmişdi... Bir terefde menim, diger terefde ata- ananın feryadı...
- Çox teesüf edirik... - bir neçe deqiqe sonra otaqdan çıxan hekimin sözleri dünyamı qaraltmışdı...
- Ölüb? Amin ölüb? Öle bilmez!!! Amin mene söz vermişdi!!! Ölmeyecekdi!!! Yalan deyirsiz!!! Hanı o? Meni qoyub getmez!!! Buraxın!!! Çekilin!!! Meni görse, oyanacaq!!! Buraxın!!!
- O, özü de hekimdir... Buraxın son defe onu görsün... - Arize xalanın sözlerinden sonra mene otağa keçmekçün icaze vermişdiler... Yataqda ağ örtük üzüne çekilerek yatan Amini görüb ireli qaçmışdım... Örtüyü çekib üzünü öpüşlere qerq etmeye başlamışdım...
- Oyan... Qurban olum, oyan... Men sensiz xoşbext ola bilmerem... Meni qoyub getme... Yalvarıram, oyan... Amin... Eşidirsen? Oyan!!! Oyan!!! Oyan!!! Meni sensiz qoyma!!! Sen olmasan, dözmerem!!! Oyan!!! Oyan!!! - Aminin sinesini yavaşca yumruqlayıb danışırdım... Ancaq ölümün geri dönüşü yox idi... Ölen insan geri qayıtmırdı... (Sabina Nur)
- Qızım... Gözümün önünde solub gedirsen... Bele olmaz... Artıq iki ay keçib... Onun ruhu rahatlıq tapmayacaq... Bele etme... - her gün eyni yataqda, Aminin en son geyindiyi köyneyini qucaqlayıb keçmiş xatireleri yadıma salırdım... Ele bil beynim de mene qarşı idi... Ancaq xoş xatireler gözümde canlanırdı... Xoşbext olduğumuz anlar... Aminin deyerini indi anlamışdım... O, meni xoşbext etmişdi... Her kesin heyatında çetin anlar olurdu... Bunları silsek, xoşbextliyi daha asan göre bilerdik... Men de xoşbext olduğumuz anları düşünüb yanırdım... Qelbemin ağrısını sözle ifade ede bilmezdim... Bunu sevdiyini itirmeyen insan anlamazdı... Gözümün yaşı qurumuşdu... Sanki qelbimde boşluq yaranmışdı ve göz yaşlarım oraya damlayırdı...
- Bax, xala... Gör, nece xoşbextik... Bu şekilde ikimiz de gülürük... Görürsen? Aminin gözünden oxunur sevgisi... Sen de oxuya bilirsen? Gör, nece içden gülür... - Yataqda gözümün önündeki resmi elime alıb Arize xalaya gösterirdim...
- Qızım, özünü ne vaxta kimi incideceksen? Menim tek oğlum öldü... Amma yaşadım... Aygün de tek balasını itirib... Amma yaşayırlar... Bes sen? Ölmek fikrin var? Günü- günden saralıb- solursan... Bele olmaz... Güclü ol... Aminin ruhu seni izleyib şad olsun... - Aygün xala Aminden sonra susqunlaşmışdı. .. Ayaz emi onu götürüb Peterburqa köçmüşdü... Eşitdiyime göre yeni ev almışdılar...
- Xala, her yerde Amin var... Bu ev xatirelerimizle doludur... Hara getsem, onunla bağlı xatirem var... Unuda bilmirem... Buram ağrayır, xala... Başa düşürsen? İçimde boşluq var... Ele bil üreyimi kesirler... Qelbim ağrayır, xala... Aminsiz nece yaşayacam? Nece?
- Yaşayacaqsan... Başqaları nece yaşayıbsa, sen de ele yaşayacaqsan... - Arize xalanı qucaqlayıb neçe günlerden sonra ilk defe bele ürekden ağlayırdım... İçimde dolan göz yaşlarımı serbest buraxmışdım... Heyata dair ümidimi itirmişdim... Yaşamaq sevincimi Amin özü ile aparmışdı... Mende qalan bir tek xatireler idi... Bitib- tükenmeyen xatireler...

2 il 3 ay... Deqiqeler saatları, saatlar günleri, günler ayları, aylarsa illeri evezlemişdi ömrümde... Bir tek keçmişin qalıqları qelbimde kök salmışdı... Telefonda Röyanın mahnısını dinleyib gözümü pencereden çöle dikmişdim... (Sabina Nur) Narın- narın qar yağırdı... Etraf az da olsa, ağa bürünmüşdü... Fikirler meni uzağa aparmışdı... Sevib- sevildiyim günlere...
- Yene eyni mahnı ve yene sen tenhalıqda fikirlere qerq olmusan... - evveller xestexananı sevmirdim... Buralar mene en ağrılı günlerimi xatırladırdı... Ancaq Aminin yolunda davam etmeye qerar vermişdim... Bir il xestexanada staj keçmişdim... İşimi daha yaxşı menimsemişdim.. . Sonra baş hekimin yanında kömekçi tibb bacısı vezifesinde çalışmağa başlamışdım... İnsanları heyata bağladıqca, onları sağlamlıqlarına qovuşdurduqca xoşbext olurdum... Xestexanada her kes erimin öldüyünü bilirdi... Evveller mene yazıqları gelse de, sonralar güclü görünüşüm sayesinde bu fikiri silmişdim beyinlerden...
- Qar çox temizdir... Heç kimin qelbi bu qeder beyaz ve gözel ola bilmez... - mene sevgi dolu baxışlarını diken Cavidanı ani süzüb mahnını söndürerek üzerimdeki hekim xalatını çıxarıb yerinden asmışdım... Üstlüyümü geyinib çantamı elime alaraq qapıya yönelmişdim...
- Senin qelbin menimçün her şeyden temizdir... - Cavidan sözünü deyib qapını açmışdı... Dehliz boyunca irelileyib xestexanadan çıxaraq onun maşınına oturmuşdum... Cavidan maşını hemişeki mekana sürmüşdü... Yolları izledikce haradan- haraya deye düşünürdüm... Cavidanla xestexanaya işe düzeldiyim günün seherisi tanış olmuşdum... Ürek cerrahı idi... Bir defe evlenib- boşanmışdı... Sevmediyi biri ile ailesinin isteyi neticesinde aile qurduğu üçün peşman idi... Biz tanış olarken men Cavidana yaxınlıq vermirdim... Amma getdikce onun semimiyyetine inandım... Dostlaşdıq... Cavidana heyatımla bağlı her şeyi danışmışdım... Meni sevirdi... Onun sevgisi zamanla yaranmışdı... Heç zaman meni neyese mecbur etmemişdi... Yalnız bir defe "Sevirem" demişdi... Menim onu heç zaman sevmeyeceyimi bile- bile yanımda olurdu...
Qebristanlıq... Sevdiklerimizin bizden ayrılaraq torpağı qucaqladığı mekan... Qebirlerin arası ile irelileyib Aminin mezarına çatmışdım... Eyilib baş daşındakı şeklinden öpmüşdüm...
- Yene men gelmişem... Darıxmışdım seninle söhbet etmekçün... Men yaxşıyam... Hemişeki kimi... Bir tek senli günlerimçün burnumun ucu göyneyir... Razı idim ömrümün sonuna kimi eziyyetini çekmeyi... Teki yaşayardın... Allaha yalvarıb sene Cenneti bexş etmesini dileyirem... Seni Sevirem... Son nefesime kimi seveceyem... Mensiz bir neçe gün darıxma... Yene gelecem... - ürek sözlerimi deyib gözümün yaşını silerek mezarın yanından ayrılıb Cavidanın maşınına oturmuşdum... Cavidan maşını işe salıb her gün defelerle dinlediyim mahnını qoşmuşdu...

Röya- Senli Günlerim...

Dəyişib fəsillər yerin elə bil,
Yetişmir bağların barı, SEVGİLİM...
Sənsiz xəyalımı duman alıbdı,
Ərimir dağlarımın qarı, SEVGİLİM...

Sənli günlərimi varaqlayıram,
Ötən xoşbəxtliyi soraqlayıram,
Sənsiz için - için hey ağlayıram,
Çəkilib gözümün nuru, SEVGİLİM...

Bu dünya gözümdə qış olub getdi,
Sevincim sənin tək quş olub getdi,
Sanki ulduzlara qoşulub getdi,
Ömrümün sən adlı barı, SEVGİLİM...

Sənli günlərimi varaqlayıram,
Ötən xoşbəxtliyi soraqlayıram,
Sənsiz için - için hey ağlayıram,
Çəkilib gözümün nuru , SEVGİLİM...

Aminli günler ömrümün en silinmez sehneleri ile beynimi doldurmuşdu... Gözümün önünde deyişen anları düşündükce göz yaşlarım yanağımda cığır açırdı... Yol boyunca her zamanki kimi men ağlamışdım, Cavidan susmuşdu...(Sab ina Nur) Maşın binanın önünde saxladıqda kelime etmeden aşağı enmişdim... Binaya daxil olub ikinci mertebeye çıxmışdım...
- Yene ağlamısan? Her cüme günü gözü yaşlı gelirsen eve... - Arize xala qapını açıb mene can yandırmağa başlamışdı...
- Kimse var bizde? - qonaq otağına keçdikde televizordakı şen mahnıdan bacardığı qeder hereket eden Vüsalı ve divanda oturub ona el çalan Güneli görmüşdüm...
- Ay Allah... Gör kim gelib... Xala sene qurban... Şirinim... Şekerim... - Vüsalın yanına gedib onu qucağıma alaraq marçhamarç öpmeye başlamışdım... Vüsal 1 yaş 4 aylıq idi...
- Uşağı görüb meni saymadı... - Vüsalı yere qoyub Günelle görüşmüşdüm...
- Ne yaxşı geldiz? Hele 3 ay deyildi getdiyiniz...
- Arize xalam dedi ki, senin başına qoyduğum ağılları zibilliye tullamısan... Geldim tezeden dilimi yormağa... - Günelin neyi nezerde tutduğunu anlamışdım... Cavidanla aramdakı münasibetden hem Arize xala, hem de Günel xeberdar idi... Meni dile tutub Cavidana razılıq vermeyimi isteseler de, etmirdim... Ancaq yeniden aile qursam, menimçün en uyğun namizedin Cavidan olduğunu bilirdim...
Dörd gün idi ki, Günel başımın etini didirdi... Yene saat gec olsa da, yatmayıb diline güc gelmişdi...
- Sen menim kimi olmaq istemirsen? Uşaq, xoşbext aile istemirsen?
- İsteyirem... Amma Aminin ruhu...
- Yene Aminin ruhu deyir... Amine ne söz vermişdin? Xoşbext olacağını... İndi sözüne emel etmelisen... Lap 5 il sonra aile qursan da, eyni hissleri yaşayacaqsan... Alışmağın zaman alacaq... Boş yere bir neçe ilini heder etme... - Günel doğru deyirdi...
- Telefona cavab ver... Yene fikrin pervaz edir... - tumbanın üzerinden telefonu elime alıb "Cavidan" adını görmüşdüm...
- Alo... - telefonu açıb qulağıma qoyduqda xettin diger ucundan mahnı sesi eşitmişdim...
- Darıxıram seninçün... Çox ezazilsen... Mene şans vermirsen... Ne olardı aile qursaq? Senden uzaqda tenha geceler xeyalınla gözlerimi qapamazdım... Bu mahnıda deyilen kimi sen menim olardın... Senden he cavabını almaqçun hele neçe ömür gözlemeliyem? - Cavidan heç bele zeng etmezdi... Bu gün kederli gelirdi sesi...
- He...
- Ne he?
- He deyirem...
- Neye?
- Sene... - bunu nece etdiyimi bilmirdim... Amma söz ağızdan çıxmışdı...

- Yene kederli musiqiler? Bunları dinlemekle hem özünü, hem de oğlumuzu üzürsen... - Cavidanla evlendiyimiz zamandan 6 ay keçirdi... 4 aylıq hamile idim... Oğlumuz olacaqdı... Adını Amin qoymağı planlaşdırırdıq ... Onun adı yaşayacaqdı...
- Bizim mahnımız budur... Gel bura... - Cavidan mahnını qoşub meni qaldıraraq reqs etmeye başlamışdı...

Miri Yusif- Sen Menimsen...

Gün batır, bax göylere, O MENEM...
Yaş axır gözlerinden, O MENEM...
Men seninle yaşaram,
Arzularla dolub daşaram,
Tek seninle yaşaram,
Sene olan sevgimden çoşaram...
SEN MENİMSEN...

Yol gedir, boş kelmeler sağaltmır...
Yaş ötür, ağ saçları qaraltmır...
Men seninle...

- Yaşaram... Arzularla dolub daşaram... Tek seninle yaşaram... Sene olan sevgimden coşaram... SEN MENİMSEN... - mahnının davamını Cavidan qulağıma oxumuşdu... Gözümden axan yaşı silib gülümsemişdim.. . " HER ŞEY YAXŞI OLACAQ... MEN OLMASAM DA... " Amin bele demişdi... Heqiqeten de, heyatımda her şey yaxşı idi... Xoşbextlik nedir bir qadınçun? Eger xoşbextlik seni özünden çox seven insan terefinden sahiblenmekdirs e, onda men eminlikle deye bilerem... " XOŞBEXTEM..."

P.s: Bir gün radioda ikinci taleyinde insan xoşbext olarmı sualı etrafında müzakireler gedirdi... Her kes zeng edib öz heyatını danışırdı... Bezileri xoşbext idi, bezileri yox... Ancaq menim qehremanım Narden 3cü taleyinde xoşbextlik tapdı... Sizlere son sözüm ESLA ÜMİDİNİZİ İTİRMEYİN... Ne olsa da, HER ŞEY YAXŞI OLACAQ deyib heyatınıza davam edin...


Şərhlər:
Baxılıb: 2443
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz