Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Qəlbimdəki sözlər (Bölüm 41)
Qəlbimdəki sözlər (Bölüm 41)
Göndərən: Antikvar
Şərhlər:
Baxılıb: 1447
Səs ver:
Narden...
Aygün xanımla Şefeqi etrafa baxan gördükde başımdan qaynar suyu üzüaşağı endermişdiler..
. Aygün xanımı anladım... Ana idi... Her kesden önce onun burada olmağa haqqı vardı... Bes Şefeq? Onun ne iti azmışdı burada? Yeqin, Aygün xala getirmişdi... Menim eseb sistemlerim çökecekdi bele getse... Meni gören Aygün xala Şefeqin qolundan ehmalca çekerek yaxına gelmişdi...(Sab ina Nur)
- Hanı oğlum? - ele terzde sual verirdi ki, sanki oğlunu xeste eden men olmuşam...
- Size de salam... - bezgin halda cavab verdim...
- Mene senin salamın lazım deyil!!! - Şefeqin yanında öz qaynanamın menimle bele tonda danışmağı xoşuma gelmirdi...
- Birincisi, Salam Allahın adıdır... Bunun xatirine salama salamla qarşılıq verilir... İkincisi, danışıq terzinize diqqet etsez, qarşınızda insan olduğunu göre bilersiz... Men sizin köleniz deyilem ki, bele sert tonda danışasız... Üçüncüsü, sizi buraya men çağırmışam... İstesem, xeber etmezdim. Onda nece bilecekdiz oğlunuzun veziyyetini? Amma siz mene teşekkür etmekdense, az qalmış döyeceksiz... Niye? Ne etmişem men size? Heç ne!!! Bir tek Amine ere getmişem... Bu, bizim seçimimiz olub... Ve Amin menimle xoşbext olursa, size sevinmek düşer... Amma siz eqoist anasız... Bizi ayırmaqla Amini bedbext edeceyinizi düşünmürsüz... - az da olsa, içimi boşaltmışdım...
- Sen ne bilesen analıq nedir? Oğlumla neçe vaxt evli oldun, qarnına bir uşaq qoya bilmedin... Ana olsan, meni anlayardın... Heç kim övladının yaxşılığını anası qeder isteye bilmez... Men bilirdim ki, sen uğursuzsan... Oğlum seni alandan beri başı beladan açılmır... İndi ne etmisen oğlum xeste olub? Ne? - üç gün danışsam da, Aygün xala dediyinden dönmürdü...
- Size söz tapmıram... İnsana xesteliyi de, derdi de Allah verir... Derman veren de odur... Amma siz düşünmeden ağzınızı açırsız... Amin otaqda yatır... Yanına girmeye icaze yoxdur... Lazım olduqda tibb bacısı xeber edecek... Yanına girersiz... Hemin vaxta kimi istesez, gedin... İstesez, oturub sakitce gözleyin... - sebrim çatmırdı bu qadına söz başa salmağa... İçden- içe eseb meni boğurdu...
- Gelin, Aygün xala... Bu hayasıza söz yetirmek müşkül meseledir... Orada stul boşdur... Oturaq... - Şefeqin sözleri olan- qalan esebime kibrit çekmişdi...
- Eybi yoxdur... Qoy men hayasız olum... Adımı sen qoymusan da... Bes öz adını bilirsen? Evli kişinin arxasından düşenlere ne ad qoyulduğundan xeberin var? Her halda var... Amma özünü bilmezliye qoyarsan... Senin kimisinin yeri torpağın üstü deyil... Xoş, torpağın altı da senin kimisini qebul etmez... - xestexanada olduğumuzu nezere alıb özümü tox tutaraq sakit tonda sözlerimi ünvanlayırdım.. .
- Sen mene bunları deyirsen? Buna baxe... Dağdakı gelib bağdakını yerinden edir... Hele de o boş başın Aminin seni sevmediyini anlamayıb... Yazıq sene... - Şefeq qızararaq sesinin tonunu qaldırıb danışırdı...
- Dağdan kimin geldiyi açıq- aşikar bilinir... Keç yerinde otur... Sesini qaldırıb medeniyyetini nümayiş etdirme... - onsuz da, söz altında qalmazdım... İndi içimde aşıb- daşan sözleri daha gözel xercleyirdim...
- Gel, qızım... Bu uğursuza yerini sonra bildirersen... - Aygün xala Şefeqi çekib kenardakı stula apardı... Mense başımı aşağı dikib onlara sarı baxmamağa çalışırdım... Terslikden gözümün önünde oturmuşdular... Amma bu deqiqe menimçün en vacib olan Aminin sağalması idi... Ümid edirdim ki, Amin sağalacaq...
Aygün xalanın geldiyi vaxtdan hardasa iki saat keçmişdi... Bu müddet erzinde Ayaz emi de gelib menimle hal- ehval etmişdi... Arize xalagil de bir neçe deqiqe evvel gelmişdiler... Soyuq da olsa, Arize xala Aygün xala ile salamlaşmışdı.. . Mene olan davranışına göre Aygün xala sevilmeyen qaynana sayılırdı... Amin hele de özüne gelmemişdi... (Sabina Nur) Ağrıları duymasın deye onu iyne ile yatızdırırdılar ... Gözlemek insanı yorurdu... Kaş her şey tez sovuşaydı... Kaş sevdiyim tez sağalaydı... Bize qarşı olan kimseni vecimize almadan yaşayardıq...
- Xanım... Xeste sizi isteyir... - otaqdan çıxan tibb bacısı sözlerini mene ünvanlamışdı...
- Oğlum necedir? - Aygün xala tibb bacısını gören kimi yerinden sıçramışdı...
- Oyanıb... Narden xanımı isteyir...
- Ne? Anası dura- dura bunu isteyir? Oğluma deyin ki, anası gelib... - Aygün xalanın sifeti bir anda deyişmişdi...
- Xeste Narden deyib sayıqlayırdı... - tibb bacısı çıxılmaz veziyyetde qalmışdı...
- Meni hazırlayın... Oğlum bilse ki, men buradayam yadına başqası düşmezdi... Bu uğursuzun adını ağzına heç almazdı bele...
- Aygün... Besdir... Yeke qadınsan, bu veziyyetde de qızı incitmekçün dilini iti edirsen... Nardeni tek görmüsen? - Arize xala özünü tutmayıb müdaxile etmişdi...
- Arize, sen qarışma... Bu mesele Nardenle menim aramdadır...
- Nece yeni qarışmayım? Her tinine düşünde bu uşağı acılayacaqsan men de baxacam? Nardenin doğma valideynleri yanında olmasa da, men onun anasıyam... Qoymaram, uşağı yetim bilesen... Deyesen, Peterburqda susdum deye ele bildin ki, Narden kimsesizdir... Amma sehv fikirdesen... Nardenin arxasında Tofiqle men varam... Birde acı sözlerini bu uşağın eteyine tökme... Bele esebisense, yanındakına de sözlerini... Burada tehqire layiq olan biri varsa, o da yanında gezdirdiyin xanımçadır... İndiyse get hazırlaş, keç oğlunun yanına... Narden Amini senin elinden almayıb ki... Amin nece ki senin oğlundur, elece de Nardenin heyat yoldaşıdır... Özünü bu qızın yerine qoy... Ayazın valideynleri seni bu terz acılasalar dözerdin? Yox... Buna göre de, ne qeder bele davranacaqsan, Nardenden hörmet gözleme... İnsan ekdiyini biçir... - Arize xala aramla sözlerini deyib menim qolumdan tutaraq stulda otuzdurmuşdu... Aygün xala sona kimi dinleyib tibb bacısı ile getmişdi... Şefeqse pillelere üz tutmuşdu... İçimden hoppanıb- düşürdüm... Menim demek istediyim her şeyi artıqlaması ile Arize xala izah etmişdi... İnsana dayaq olacaq birinin varlığı en böyük hediyye idi... Aygün xalaya qarşı yönelmiş bu cümlelerin ona teesir gösterib- göstermeyeceyin i heleki kimse bilmirdi...

Amin...
Son olanlardan sonra heyata, yaşamağa dair ümidimi itirmişdim... Nardenin bele şeraitde xesteliyimi öyrenmesini heç istemezdim... Ancaq olan olmuşdu... Böyreyimin biri bedenimden xaric edilmişdi... Tek ve xeste böyrekle haçana kimi yaşayacaqdım? Heç bir fikrim yox idi... Tek isteyim Nardenin qelbindeki buzları eridib dünyadan getmekdi... Özüme geldiyim zaman yene Nardeni yanımda istemişdim... Her şeyi ona izah edecekdim... Onu incitmeyimin sebebini deyecekdim... Döne- döne üzr isteyecekdim... Amma açılan qapıya baxdıqda anamı görüb gözlerimi qırpmağa başlamışdım... Axı men aileme heç ne dememişdim... Bes nece?
- Oğlum... Seni bu halda görmek de varmış qismetde... - anam yatağa yaxınlaşıb ağlamağa başlamışdı...
- Mama... Ağlama... - uzun danışmağa gücüm çatmırdı...
- Nece ağlamayım? Evlendikden beri bedlik tutub seni... Hemişe sağlam olan balam indi ağır xestedir... - anam men ölsem de, öz absurd fikirlerinden el çekene oxşamırdı...
- Mama... Sus... - başqa söz tapmırdım...
- Bütün saralıb solmusan... Can balam...
- Yatacam... - anamın sözlerini dinlemek istemirdim... Gözlerimi qapayıb üzümü diger semte dönmüşdüm... Bir neçe deqiqe sonra qapının sesini duyub anamın getdiyini anlamışdım... Anamın mene göre hamıdan artıq üzüldüyünü bilirdim... Amma yataqdan qalxdıqdan sonra bu sözlerin daha artığını duyacağıma da emin idim... Menim anam deyişen deyildi...(Sabi na Nur)
İki gün idi, Nardeni görmürdüm... Yanıma her kes baş çekse de, Narden gelmirdi... Bu işde anamın eli olduğunu bilirdim... Bu defe tibb bacısına qeti suretde tapşırmışdım ki, Nardenden başqasının yanıma getirmesin... Bele de olmuşdu... Axır ki, Narden otağıma baş çekmişdi...
- Darıxmışdım... - Nardeni gördükde gözüme işıq gelmişdi...
- Men de... Özünü nece hiss edirsen? - Narden ele dolub durmuşdu ki, toxunsan gile- gile yaş tökecekdi...
- Yaxşı... Seni görüb yaxşı oldum... Narden... Meni bağışla... Xeste olduğumçun seni incitdim... Sehv etdim... İndi yanımda görmek istediyim tek insan sensen... - çox danışa bilmirdim... Nefesim daralırdı...
- Dedim axı bu söhbeti sağaldıqdan sonra edeceyik... İndi esas mesele senin evvelki sağlam halına qovuşmağındır.. .
- Ağlama... Yaxına gel... - sözümden sonra Narden mene doğru eyilmişdi...
- Öp meni... - bu deqiqe mene güc verecek anları yaşamağa ehtiyacım vardı... Sözlerimden sonra Narden tereddüd etmeden dodağıma öpüş qondurmuşdu... Gözünden damlayan yaş menim üzüme düşmüşdü... Sonra eli ile üzümdeki damlanı silib hemin yeri öpüb geri çekilmişdi...
- Her şey yaxşı olacaq... Sağalacaqsan... Men yanındayam... - Nardenin gücüne heyran idim... Ona yaşatdığım ezabdan sonra her şeyi kenara qoyub menim yaxşılığımçun çalışırdı... Bele qadını sevmemek olardı ki?
- Yaxşı ki varsan... - sözlerimi pıçıldayıb neçe günden sonra ilk defe gülümsemişdim.. .
- Sen de... - Narden elimi çevirib içinden öpmüşdü... Daha heç ne demeden otaqdan çıxmışdı... İnsanın sevdiyinin olması her şeyden önemli idi... Sevilirikse, yaşamaq isteyirik... Sevgimizi, hisslerimizi bir ömür sevdiyimiz ve bizi seven insanla bölmek isteyirik... Men de yaşamaq isteyirdim... Nardenli günleri yaşamaq isteyirdim...

Narden...
Aminin emeliyyat olunmasından iki hefteye yaxın vaxt keçmişdi... Bu günleri stress içinde keçirmişdim... Amine nese olacağından ele qorxurdum ki... Bir terefden de Aygün xala ile Şefeq esebimi oynatmışdı... Düzdür, Arize xalanın yanında meni iyneleyen olmurdu... (Sabina Nur) Amma tek qaldığım zamanlarda Aygün xala dilini udmurdu... Şefeq her gün saatlarla xestexanada bitse de, onun Amini görmesine mane olurdum... Daha evvelki ezilen Narden getmiş, yerine hamıyla anlayacağı dilde danışan biri gelmişdi... Arada rahatlanmaqçun eve getsem de, yerime Arize xalanı qoyurdum... Şefeq Arize xaladan qorxurdu... Onu gördüyüm zamanlarda yaxınıma gelmirdi... Patlasa da, çatlasa da, onu Aminle görüşdüren deyildim... Min gün otağın önünde yatsa da, qelbim yumuşalmazdı... Hekim bu gün çıxacaq müayinenin neticelerine uyğun olaraq Aminin eve gedib- getmeyeceyine qerar verecekdi... Her şey normal olsa, Amini axşam eve apara bilecekdik... Ümid edirdim ki, müalice effekt verecekdi... Son müayinenin neticeleri bilindikden sonra hekim bizi otağına çağırıb veziyyeti başa salmışdı... Amine xüsusi müalice tetbiq olunacaqdı... Eyni zamanda dietoloq terefinden yazılmış erzaq uyğunluğuna deqiqlikle nezaret edilmeliydi... Heftenin müxtelif günlerinde Amin xestexanaya gelib buradakı aparatlarla müalice olunacaqdı... Qarşıda bizi çox çetinlik gözleyirdi... Hetta hekim istesek, Aminin xestexanada müalice oluna bileceyini dese de, men razı gelmemişdim... İnsana ehval yüksekliyi de teesirsiz ötüşmürdü... Aminin normal heyat şeraitine davam ederek müalice almasının ona daha çox xeyri olacağına emin idim... Heç kim xestexanadan, hekimlerden asılı olmaq istemezdi... Özüm hekim olduğumdan bütün lazımi tapşırıqlar mene verilmişdi... Elimden gelenin en yaxşısını edecekdim... Lazım olsa, günlerle yatmayıb Aminin keşiyini çekecekdim... Teki sağalsın... Teki yaşasın... Men onun ölümüne dözmezdim...
Aygün xala canfeşanlıqla Amini eve aparmaqçun hazırlaşırdı... Şefeqse elinde çiçek destesi ile qapının önünü kesdirmişdi... Arize xala, Tofiq emi, hetta Günel de bu günümde meni yalnız buraxmamışdı... Hamısı destek olurdular... Aminin sağalacağına inandıqlarını deyirdiler... Mense geleceyimize ümidle baxırdım... Xoşbextlik isteyirdim... Sonsuz xoşbextlik...
Tibb bacısı son defe Aminin sarğısını tezeleyib otaqdan çıxmışdı... Bize xesteni eve apara bileceyimizi demişdi... Otağa girmek istesem de, Aygün xala elini qoluma atıb qoymamışdı...
- Hara qaçırsan?
- Buraxın... Erimin yanına keçecem...
- Gözle hele... Düz iki heftedir bu qız senin üzünden Amini göre bilmir... Qoy, birinci o keçsin... - Aygün xalanın sözlerine ağzım açıla qalmışdı...
- Siz ne danışırsız? Nezerinize çatdırım ki, Amin menim heyat yoldaşımdır!!! Menim!!! Bu şexsiyyetsiz qadınsa onunçun heç kimdir!!! Buraxın!!! - qolumu çeksem de, Aygün xala buraxmırdı...
- Aygün... Burax!!! - Ariza xala onun elini bileyimden ayırmışdı...
- Men ne dedimse, o olacaq!!! Sesini aşağı sal!!! Birinci Şefeq Amini görüb gedecek... Yatıb qalan deyil... Çekil!!! - Aygün xala meni iteleyib Şefeqi ireli dartmışdı...
- Keç, qızım... Sen bunlara fikir verme... - hemin anlarda Şefeqin mene baxışını görmek lazım idi...
- Eyyyy... Bura dedenin xarabasıdır? - men özümü itirsem de, Günel Şefeqin qabağını kesdirmişdi...
- Sen kimsen, ay uşaq? Çekil qabağımdan... Get, oyuncağınla başqa yerde oyna... - Şefeq ele de nazla danışırdı ki... Eşiden deyerdi Günele özünü yamayır...
- Kor gözlerinle baxsan görerdin ki, oyuncağım yoxdur... Amma özünü nezerde tuturdunsa, bu başqa mesele... Demeli, oyuncaq kimi kişiler terefinden oynanıldığını boynuva alırsan... Aferin!!! - Günel menden daha artıq dilli idi... Onun Şefeqle danışığına ağzı açıq formada tamaşa edirdik... (Sabina Nur)
- Sen meni tehqir edirsen? Bu ne cüretdir? Kimsen axı? - Şefeq esebleşmişdi...
- Esas senin kim olduğundur!!! Kimsen? Ne cüretle başqasının erinin dalınca düşürsen? Bu qeder alçalmısan? Niye ölmürsen? Kül senin başına!!! Sizin kimi qadınlardır yaxşıların adını batıran... Üzsüz!!! - Güneli kimse zebt ede bilmezdi... Ara yaman qızışmışdı... Yaxşı ki, asta tonda danışırdılar...
- Ne dedin? - Şefeq çaşıb qalmışdı...
- Ne dediyimi yaxşı eşitdin... Az olubsa, yene deyim... Ne vaxt bura geliremse, bitmisen xestexanada... Neye ümid edirsen? Senin kimi menliyi olmayanı kim isteyer? Ele bilirsen ki, bu gülleri görüb Amin seni başında tac edecek? Ay- hay... - Günel gülleri Şefeqin elinden alıb yere tullamışdı... Sonra da üzerine ayağı ile basmışdı...
- Ne etdin? Delisen? Aygün xala... Nese deyin... - Şefeq şok keçirirdi...
- Üreyim ağrısa da, bu gülleri Amine vermeyini engellemeli idim... Yoxsa, bu güllerin leçeyi senin dırnağından deyerlidir menim gözümde... Pozğun!!! Arsız!!! Redd ol!!! - Günel Şefeqin qolundan tutub arxaya doğru itelemişdi...
- Sen mene pozğun dedin? - Şefeq qolunu dartışdırıb Günelin elinden çıxmaq istese de, çaşqınlıqdan ne edeceyini bilmirdi... Her halda, Günelden bunu gözlemirdi...
- Sene dedim... Sizin terefleri bilmirem, amma biz tereflerde senin kimi başqasının erinin dalınca düşene bu sözden artığını deyirler... Redd ol!!! Yoxsa, elimde qalacaqsan... - Günel Şefeqi buraxan kimi o heç ne demeden pillelere üz tutmuşdu... Pert olmuşdu... İçimden gülürdüm... Ümid edirdim ki, bu olanlardan sonra Şefeq qarşımıza çıxmayacaq...
Olanlardan sonra hamımız otağa keçmişdik... Amin de sevinirdi eve gedeceyi üçün... Bu sevinci üzünden oxunurdu...
- Atana demişem aşağıda gözleyir... Geyin, gedek... Evi hazırlatmışam seninçün... - Aygün xala canıyananlıq edirdi...
- Mama, men öz evime gedecem...
- Bu ne demekdir? Tek yaşayacaqsan?
- Tek niye oluram?.. Nardenle...
- O, sene baxa bilmez...
- Men sözümü dedim, mama... Mübahise etmeye halım yoxdur... Mümkünse çöle çıx, üzerimi geyinim... - Aygün xala daha heç ne demeden otaqdan çıxmışdı... Kenara qoyduğum torbanı elime alıb içinden Aminçün yeni aldığım geyimleri çıxarmışdım... Amini xestexana geyiminden azad edib yeni paltarları geyindirmişdim. ..
- Menim erim ne yaraşıqlıdır... Eve gedek, saçını öz ellerimle keçel edecem... Olacaqsan, daz... Gedib- gelib daz yerinden öpecem... Üzünü de temizleyecem... Tüklerin elinden seni öpe bilmirem... Sonra da çimersen... - bele şirin danışmaqla Amini veziyyetin normal olduğuna alışdırmağa çalışırdım...
- Daha denen uşaq olacam ki seninçün... - Amin meni özüne çekib burnumdan öpmüşdü...
- Bes ne bilmişdim? Kimin bu boyda uşağı var? Menden yekesen...
- O evvel idi... İndi arıqlayıram... Getdikce göze görünmeyecem... - Aminin üzü düşmüşdü yene...
- Amin... Bax mene... Üzüme bax... Men senin yanındayam... Güclü olacağıq... Bu xestelik bizden güclü çıxa bilmez... Biz qalib geleceyik bu mübarizede... Her şey yaxşı olacaq... Yaxşı? Her şey yaxşı olacaq... Sen de tekrarla... Her şey yaxşı olacaq... - onu qucaqlayıb qulağına pıçıldamışdım.. .
- Her Şey Yaxşı Olacaq... - Amin de sözleri tekrarlayıb meni özüne sıxmışdı... Sevgi ne idi? Sevgi bütün menfilikler seni teqib ederken müsbeti tapmaq idi... Sevgi payız geldiyi zaman tökülen yarpaqların yeniden ağacı bezeyeceyine inandığın kimi kederin arxasından sevincin qonaq geleceyini gözlemek idi... Sevgi ümid etmek idi... Xoşbextliye ümid etmek...


Şərhlər:
Baxılıb: 1447
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz