Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Qəlbimdəki sözlər (Bölüm 40)
Qəlbimdəki sözlər (Bölüm 40)
Göndərən: Antikvar
Şərhlər:
Baxılıb: 1617
Səs ver:
Narden...
Hekim sözlerini deyib çıxıb getse de, men özüme gele bilmemişdim... Kenarda qoyulan stulda oturub hekim deyen cümleleri götür- qoy edirdim... Amin böyrek xestesi idi... Bes bu nece olmuşdu? Veziyyeti ne derece ağır idi? Hekim dedi ki, böyrek lazımdır... Demeli, veziyyeti ağırdır... Ya ölse? Men buna dözerem? Döze bilmerem... Amine nese olsa, üreyim bunu qebul etmez... Esla... Famil... O da ölmüşdü... Sevmesem de, Famille xoş günler keçirmesem de, onun yoxluğuna alışmaq çetin olmuşdu... (Sabina Nur) İndi sevdiyimi itirmek? Üreyim buna dözmezdi... Patlayardı... Men Aminsiz yaşamazdım... Heyatımda etibar edeceyim insanların sayı bir elin barmağını keçmezdi... Bunlardan biri de heç neye baxmayaraq Amin idi... Onu itirmek qorxusunu bir defe yaşamışdım... Ölüb- dirilmişdim... Adice Aminden uzaq qaldığım günlerde men ruhen ölmüşdüm... Mehv olmuşdum... Bir ömür ayrı qalmaq? Torpağına sığınıb derd bölmek? Bu insanı deli ederdi... Bu insanı ölüme sürükleyerdi...
İnsan sevdiyini başqasıyla böle bilmezken torpağa nece tapşırardı? Bunu tesevvür etdikce bele üreyime xencer sancırdılar sanki... Qaldı ki yaşamaq...
Neçe deqiqe bu veziyyetde oturduğumu bilmirdim... Boğazım yaşadığım stresin teesirinden qupquru olmuşdu... Yerimden qalxıb ayağımı sürüye- sürüye pilleleri enmişdim... Yemekxananı tapıb su istemişdim... Boğazımı yaşladıqdan sonra Arize xalanın narahat olacağı ağlıma gelmişdi... Qeydiyyat şöbesinden telefon isteyib evi yığmışdım... Heç ikinci çağırış sonlanmadan Arize xalanın sesi eşidilmişdi...
- Xala... - dodaqlarımı ayırıb gücle dile geldim...
- Can xala... Şükür sene, Allahım... Yaxşısan, qızım? Hardasan? - Arize xala bir nefese suallarını yağdırırdı...
- Xala, ............... .. xestexanaya gelin... Amin yaxşı deyil... Tez gelin... - sözlerimi deyib göz yaşımı tökmeye başladım...
- Ağlama... Gelirik... - Arize xala telaşlansa da, menim ağladığımı görüb heç ne demeden telefonu söndürmüşdü... Pilleleri qalxıb bayaqkı yerimde oturmuşdum... Hekim gözüme deymirdi... Tibb bacılarına sual versem de, Amini tanıyan yox idi... Özümü çox pis hiss edirdim... Elimden ağlamaqdan savayı heç ne gelmirdi... Sessizce ağlayıb bezense divarda asılan saatın eqreblerine zillenirdim... Desteye, her şeyin yaxşı olacağını deyecek insana ehtiyacım vardı... Texminen bir saat sonra adımı eşidib pillelere sarı baxdıqda mene teref qaçan Arize xala ile Güneli görmüşdüm...
- Qızım, yaxşısan? Ne olub? - Arize xala qarşıma keçib elimi tutmuşdu...
- Xala, o öle biler... Birden ölse? Men ne edecem? - ağlayaraq Arize xalanı qucaqlamışdım.. .
- Ağlama... Danış görüm nece olub? Niye ölür? - stulda oturub olanları müeyyen meqamları ötürmek şerti ile danışmışdım...
- Ne vaxtdan xestedir? İndi emeliyyat olunur? Burada tek qalırdı? - Arize xala danışdıqlarımı dinleyib suallarını işe salmışdı...
- Bilmirem, xala... Heç ne bilmirem... Bilmirem... Dediklerimden başqa nese bilmirem... Hekim de qeybe çekilib... Üreyim patlayır... Ona nese olsa, men ne ederem? Nece yaşayaram? Buna döze bilmerem, xala...
- Sakit ol... Ağlamaqdan gözünde yaş qalmadı... Amin sağalacaq... Her şeyi danışıb aydınlaşdırarsı z...
- Nar... Deyirem, bu Amin o ifritenin adını xeste olduğunu bildiyi üçün çekib, mence... Neçe vaxtdır bunu düşünürdüm... Axır ki sebebini bildim... - Günel yene öz bildiyini danışırdı...
- Günel... Sus... Men ne hayda, sen ne hayda...
- Yaxşı- yaxşı... Ne dedim ki? Neçe vaxtdır derd çeken sen deyildin? İndi üreyini rahatlatmaqçun söz dedim de... Hem Amin sağalacaq... Men hiss edirem... Üreyim yalan demez... - Günel hemişe ne olsa da, insanı müsbet auraya çekirdi... Yene hemin yolu seçmişdi...
- Qızım, belke, Tofiqe deyim Ayaza xeber etsin... Mence, onların xeberi yoxdur... Olsa, Aygün Amini buraya tek göndermezdi... - Arize xala düz deyirdi...
- Xala, Aminin telefonu mendedir... Burada Aygün xalanın nömresi de var... Özüm yığsam, nece olar? - isteyirdim ki, Aygün xalaya Aminin menden ayrılmayacağı gerçeyini sübut edim...
- Sen nece istesen... - cibimden telefonu çıxarıb Aygün xalanın nömresini tapmışdım... Seher hele yeni açılırdı... Amma bu mene mane olmazdı... Zeng çaldırıb telefonu qulağıma qoymuşdum...
- Alo... Oğlum... - bir neçe çağırışdan sonra Aygün xalanın yuxulu sesi eşidilmişdi...
- Alo... Amin deyil...
- Bes kimdir?
- Ne tez unutduz, Aygün xala...
- Narden?
- Beli...
- Sen... Senin ne işin var Aminin telefonunda? Oğlumu yene caynağına almısan? - Aygün xala deyesen deyişen deyildi...
- Nezerinize çatdırım ki, Amin menim heyat yoldaşımdır!!! - daha susub özümü alçaltmayacaqdı m...
- Bakıya seni boşamağa getmişdi... Yene ne edib oğlumu yoldan çıxarmısan?
- Bunu Amin deyib size?
- Yox... Amma men bilirem...
- Siz sehv bilirsiz... Aminle menim aramda olanların kimese aidiyyatı yoxdur... Biz istesez ayrılarıq, istesek barışarıq... Buna bizden savayı heç kim qerar vere bilmez... - neçe zamandır beynimde dolaşan sözleri dilime getirmek mene qismet olmuşdu...
- O, menim oğlumdur... Men qarışaram... Menim ana kimi hamıdan çox haqqım var onun üzerinde... - Aygün xalanın qısqanclığı keçici deyildi... (Sabina Nur)
- Men bu mövzuları müzakire etmekçün zeng etmemişem... Amin xestedir... Bakıya gelmelisiz... İndi ............... . xestexanasınday ıq... Mütleq gelin... - bu sözleri bir anaya demek menimçün çetin idi... Ne qeder mene qarşı pis olsa da, Aygün xala öz oğluna aşiq bir ana sayılırdı...
- Ne dedin? Oğluma ne etmisen? Nece yeni xestedir?
- Gelib görersiz nece olduğunu... - söhbeti uzatsam, Aygün xalanın susmayacağını bilirdim... Hörmetsizlik sayılsa bele menim bu qadınla uzun- uzadı danışmaqçun sebrim yetmezdi... Ancaq dilim üze çıxdığına göre rahatlamışdım.. . Daha kim mene nece olsa, men de ele olacaqdım... Evveller olduğum kimi... Qardaşıma, anama sine geren Narden olacaqdım... Hörmet xatirine olsa da, dilimi lal etmeyecekdim... Ne qeder ki susmuşdum, meni ezmişdiler... Bu heyatda zeiflere yer yoxdur... Gerek dişini gösteresen... Yoxsa, canavarlar parçalayar seni... Bunu anlamışdım...
Belke, 3 saat idi ki, Arize xala ile Günelin teselli dolu sözlerini dinleyirdim... Hekimden xeber çıxmamışdı... Qaynatam da şirniyyat torbası bile yanımıza gelib veziyyetle maraqlanmışdı.. . Dediyine göre Ayaz emi ona yığmışdı... Qaynatam xestexanada olduğumuzu tesdiqledikden sonra geleceklerini demişdi... Görünür, Aygün xala meni özü ile sehv salmışdı... Dediyim sözü onu incitmekçün işletdiyimi düşünmüşdü... Mecbur etseler de, boğazımdan tike keçmemişdi... Her kes şirniyyatla aclığını öldürse de, men Aminin yaxşı olduğunu bilmeden ağzıma loxma qoymazdım... Yalnızca su içib Aminden xeber gözleyirdim... Veziyyetim hamını incidirdi... Uzaqdan gelen hekimi görüb qabağına qaçmışdım...
- Hardasız neçe saatdır? Üreyimiz patlasın gerek? Necedir? - bir deqiqeye ağlıma gelen sualları sayıb tökmüşdüm...
- Siz burada yox idiz... Amin beyi yuxarı mertebedeki emeliyyat otağına apardıq... Böyreyinin birini çıxardıq... İndi ayılmasını gözleyeceyik... Emeliyyat yaxşı keçdi... Diger böyrekçün müaliceni davam etdirmek lazımdır... Allahdan ümid kesilmez... - hekimi diqqetle dinleyib emeliyyatın yaxşı keçmesine sevinmişdim...
- Hansı otaqdadır?
- Yuxarı çıxın... Soldan ikinci otaq... Amma yanında tibb bacısı var... Xeste özüne gelmeyince yanına keçmek olmaz...
- Çox sağ olun... - heç kime fikir vermeden pilleleri çıxıb otağın önüne gelmişdim... Elimi desteye atsam da, hekimin sözlerini xatırlayıb geri çekilmişdim... Arize xalagil de arxamdan gelmişdiler... Boş stul tapıb oturmuşduq... Onsuz da, xestexanada oturub üreyimi didmekden savayı heç ne etmirdim... Aminin xeste olacağı ağlımın ucundan keçmemişdi... Onu gözümde o qeder güclü bilirdim ki... Amma xestelik güclü- zeif bilmir... Allah verdiyi derde dermanı da özü gönderecekdi... Amin sağalacaqdı... Buna inanmaqdan başqa çarem yox idi...
Günorta saatlarında tibb bacısı otaqdan çıxıb Aminin ayıldığını demişdi... Menim adımı sesleyibmiş... Bütün hazırlıqlar görüldükden sonra otağa keçmişdim... Amin aparatlara qoşulmuş veziyyetde uzanmışdı... Bir neçe saat içinde rengi solmuşdu... İnsanın sevdiyini bu veziyyetde görmesi çox ağır gelirdi... Yatağa yaxınlaşıb elimi Aminin elinin üzerine qoymuşdum... Stulu çekib yatağın yanında oturmuşdum... Özümü tox tutmağa çalışsam da, gözlerim dolurdu...
- Geldin? - Amin gözlerini ağır- ağır açıb üzüme baxırdı...
- Buradayam... Özünü nece hiss edirsen?
- Ağlama... - gözümün yaşı yanağıma süzülürdü...
- Ağlamıram ki... Bax... - gözümün yaşını qurudub gülümsemişdim.. .
- Seni incitdiyimçün bağışla...
- O ne sözdür? Şükür, sağ- salamatsan... Meni incitmemisen...
- İncitmişem... Çox incitmişem... Senin burada olmağına, menimçün narahatlıq keçirmeyine layiq deyilem... - Amin asta- asta danışırdı... Onun da gözleri dolmuşdu...
- Bele danışma... Bu söhbeti sağaldıqdan sonra ederik... Onda cezanı verecem... Ele bilirsen ki, bele asan etdiyinin üzerinden keçecem? Hele seni süründürecem... - menimçün çetin olsa da, Amini yüksek ehvala yüklemeliydim.. .
- Men sağalmayacam... Hekimle danışmışam... Veziyyetim çetin ki düzelsin... Ölsem, seni incitdiyime göre ruhum rahatlıq tapmayacaq... - Amini bu sözlerine göre qınaya bilmezdim... Özüm de hekim olduğumdan xeste psixologiyasını derk edirdim... Her bir xeste ilk veziyyetini öyrendikde öleceyine inanırdı... Amin özü hekim olsa da, hem de insan idi...
- Amin... Bu barede danışmayaq... Sen sağalacaqsan... Bilirem... Her şey yaxşı olacaq... Allahdan ümid kesilmez...
- Ağlama... - ne qeder etsem de, gözümün yaşına engel ola bilmirdim...
- Ağlamıram... Gözüm sulanır... - gülüb Aminin elini öpmüşdüm...
- İndi çıxmalıyam. Yat sen... Yene gelecem... Qapının önündeyem... - Amin başı ile razılıq bildirdikden sonra otaqdan ayrılmışdım... Tualete üz tutub ağlayaraq içimi boşaldıb yerime qayıtmışdım... Arize xala böyük kimi mene destek olurdu... Amma bu sınaqdan nece çıxacağımızı Allah bilirdi...
Axşam düşmüşdü... Arize xala meni dile tutub eve aparmaq istese de, getmemişdim... Amma her kes getmişdi... Günel derslerinden qala bilmezdi... Buna göre de, qaynanamgil hem onu evlerine aparacaqdılar, hem de evde üzerlerini deyişib gelecekdiler... Eyni zamanda qaynatamla qaynanam xeste adamlar idi... Her gün eyni saatda derman qebul edirdiler... Otağa yaxın stulda qoruq çekirdim... Müxtelif xestelikle bağlı müraciet edenleri gördükce Allaha şükür edirdim... Bu dünyada bize bexş olunmuş en deyerli nemet sağlamlıq imiş... (Sabina Nur) Ancaq bizler xeste insan görmesek, bu nemeti deyerlendirmiri k... Etrafa baxdıqda uzaqdan gelen iki sevmediyim simanı görüb olmayan kefime soğan doğranmışdı... Deyesen, bu veziyyetde de mene rahatlıq yox idi...


Şərhlər:
Baxılıb: 1617
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz