Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Qəlbimdəki sözlər (Bölüm 39)
Qəlbimdəki sözlər (Bölüm 39)
Göndərən: Antikvar
Şərhlər:
Baxılıb: 1673
Səs ver:
Narden...
Mektubu defelerle nezerden keçirmişdim... Sözler üreyimi göynedirdi... Fikrim qarışıq idi... Ne edim, nece edim, bilmirdim... Başımın içinde min düşünce dövr edirdi... Yeni, gedim? Bağışlayım? Nece? Meni inciden, üreyimi tapdalayan birini nece bağışlayım? Bir mektub, bir neçe söz yaşananları silib atmağa yeterli sayılırdı? Ne zamandan? Gözlerimi mektuba dikib beynimde her arqumenti götür- qoy edirdim... Ne edim? Ne? Qapının açılması bele meni gerçey dünyaya qaytarmamışdı...
- Narden... Qızım... Eşidirsen? - Arize xalanın qoluma toxunması ile irkilib gözümü ona dikmişdim...
- Narden... Yaxşısan?
- Men? He... Yaxşıyam... - ne olduğu mene yeni çatmışdı... Bir anda yatağa baxıb utanıb girmeye yer axtarmışdım... Gecelik adamın gözüne girirdi... (Sabina Nur)
- İşe gecikirsen... Otaqdan çıxmayınca narahat oldum... - Arize xala veziyyeti anlayıb sözünü deyerek otaqdan ayrılmışdı... Bir anda yataqdan sıçrayıb her şeyi qutuya doldurmuşdum... Qutunu qapayıb otaqdan çıxmışdım... Nese düşünmek istemirdim... Mesuliyyetli olmalıydım... Nede olmasa, iş meni gözleyirdi... Yola düzelib beynimdeki fikirleri atmağa çalışaraq xestexanaya gelib çatmışdım... Günortaya kimi xesteler ve kitablarla başımı qatmışdım... Amma yemek saatı gelib çatan kimi otaqda tek qalmağım beynimi sual yığınına çevirmişdi... Tek başına düşünüb neticeye gele bilmirdim... Başqa beyine ehtiyacım vardı... Telefonu elime alıb Güneli yığaraq iş çıxışında mütleq onu gözleyeceyimi bildirmişdim... Saat altıya kimi vaxtı iple çekmişdim... İçimi boşaldıb suallarıma cavab tapmaq isteyirdim... Zaman yetişdikde Günele zeng etsem de, bir az gecikeceyini demişdi... İçeride sıxıldığımçun üzerimi geyinib eşyalarımı götürerek xestexananın önüne çıxmışdım... Pilleleri enib başımla etrafa boylandıqda Vüsatı görmüşdüm... İçimden " Of" çekib özümü toplamağa çalışırdım... Heç Vüsatın yeri idi? Özü de bele bir veziyyetimde? Vüsat mene yaxınlaşıb hemişeki tebessümü ile üzümü inceleyirdi...
- Deyesen, meni görmekden memnun qalmadın... - onsuz da, nese üreyimden olmasa, gizleye bilmezdim...
- Yox... O ne sözdür? Sadece, bu gün başqa meseleler var ortada... Seninle bağlı deyil...
- Hmmm... Eve getmirdin? - Vüsat menimle danışsa da, gözüm etrafda qalmışdı...
- Güneli gözleyirdim...
- Men de gelmişdim ki, hem seni eve ötürüm, hem de bayramını tebrik edim... Ele Günele de kiçik hediyye gönderecekdim senin vasitenle... Kor istedi bir göz, Allah verdi ikisini burada deyibler... - Vüsat danışdıqca uzaqdan gelen Güneli görmüşdüm...
- Gelir... - sözüme bendmiş kimi Vüsat üzünü arxaya dönmüşdü... Günel bizi görüb tereddüdle ireli gelmişdi...
- Salam, Günel xanım... Bayramınızı da tebrik edirem... - Vüsat meni qabaqlamışdı...
- Çox sağ olun... - Günel mene baxıb gözleri ile hedeleyirdi...
- Gedek? - Vüsat veziyyeti anlamışdı...
- Olar... - Vüsat ireliden bizse arxasından addımlayırdıq.. .
- Vallah, menim xeberim yoxdur... Bayrama göre gelib... - yavaşdan pıçıldamışdım.. .
- Bunu evde danışacağıq... - maşına çatıb arxa oturacaqda yerimizi rahatlamışdıq.. . Yol boyunca Vüsat ne danışsada, fikrim Aminin yanında idi... Saat yeddiye qalırdı... Yeqin, meni gözleyirdi... Belke de, heç gelmemişdi... Üreyim sıxılırdı... Qerarımı vermemişdim... Vere bilmirdim... Eve çatana kimi qısa cavablarla söhbeti yola vermişdim... Binadan aralıda maşını saxlatdırıb enmişdik...
- Bir deqiqe, xanımlar... - Vüsat maşından telesik enib yük yerinden iki dene hediyye torbasının birini mene, digerini ise Günele uzatmışdı... Utansam da, teşekkür edib götürmüşdüm... Günel almasa da, göz- qaşla onu da bu herekete vadar etmişdim...
- Sen göreceksen... - Günel yaman esebi idi...
- Günel... Yaxşı da... Senin de ondan xoşun gelir...
- Men ele söz demişem? Boynuma qoyma...
- Demesen de, görünür axı... - binanın önüne çatmağa az qalmış qarşımızda aniden dayanan maşın bizi qorxutmuşdu... İçinden enen insanı gördükde bütün bedenim gerilmişdi...
- Narden... Bu kimdir? - Günel qolumu dümsükleyib asta tonda cümleni qurmuşdu...
- Menimle gedirsen... - Amin önümde dayanıb sert baxışlarını üzüme zillemişdi...
- Çekil!!! - onu elimle kenar edib keçib getmek istedikde qolumdan yapışmışdı...
- Dedim ki, menimle gedirsen!!! - qolumdan tutub meni maşına doğru dartmağa başlamışdı... Yazıq Günel özüme el qatıb Amini vursa da, xeyri olmamışdı... Amin qapını açıb meni ön terefde oturdan kimi özü de sükan arxasına keçmişdi... Enmek istesem de, qolumdan tutub meni geriye oturdaraq qapıları kilitlemişdi...
- Narden... Açın qapını!!! Kömek edin!!! - yazıq Günel veziyyeti tam derk etmeyib qışqırırdı...
- Hamıya deyersiz ki, Nardeni eri apardı!!! - Amin pencereden sözünü deyib maşını yüksek süretle işe salmışdı...
- Hara aparırsan meni? Özünü ne hesab edirsen? He? Saxla maşını!!! - onun qoluna vuraraq qışqırmağa davam edirdim...
- Sus!!! Sesini başına atma!!! Onsuz da, esebiyem!!! - Amin , doğurdan da, esebi görünürdü...
- Vehşisene vehşi!!! Hediyyem de yere düşdü... Çantam da elece... Offffff...
- Zehrimar of, çor of!!! Hediyye derdine düşmüsen? O küçüye dedim ki, senden uzaq dursun!!! Görünür, ağıllanmayıb!!! - Aminin qarnının ağrısı belli olmuşdu...
- Bunun derdindesen? Sen get Şefeqi güd!!!
- Narden!!! Sen menim heyat yoldaşımsan!!! Şefeqi söydürme mene!!! Esebimi neçe vaxtdır boğazıma yığmısan, onsuz da!!!
- Cehenneme kimi esebleş!!! Mene ne? Meni eve qaytar!!! Tez ol!!! - öz dediyim sözlere lap gülmeyim gelirdi...
- Ağzını yum!!! Sakit otur!!! Danışıb başımı aparsan da, bu gün veziyyeti aydınlaşdıracağ ıq!!! Bu qeder!!! - Aminin qetiyyetini görüb danışmağın menasız olduğunu anlamışdım... Susub yolu izlemeye davam etmişdim... Gec- tez danışıb içimdeki kini tökecekdim... Amma bura yeri deyildi...(Sabi na Nur)
Bir neçe deqiqe sonra maşın bina önünde dayanmışdı... Amin maşından enib menimçün qapını açaraq üzüme baxırdı...
- Düşmek fikrin yoxdur ki?
- Yox!!!
- Doğurdan? Onda men düşürderem... - Amin eyilen zaman ne edeceyini anlamışdım...
- Çekil!!! Özüm düşecem... - onu iteleyib maşından enmişdim... Amin açarla maşını kilitleyib öne keçerek binaya daxil olmuşdu... Arxasında dayanaraq lifti gözleyirdim... Elimin içi bele bu soyuq havada terlemişdi... Onun qarşısında möhkem dayanmağa çalışsam da, darıxmışdım... Çox darıxmışdım... Lifte minib beşinci mertebeye çıxaraq eve daxil olmuşduq... Gözüm heç neyi görmürdü... Başımı aşağı dikib Aminin arxasından otağa keçmişdim...
- Kimdir o? - aniden eşitdiyim sualdan nezerlerimi Aminin üzünde cemlemişdim...
- Sene qalmayıb!!! - heyecanlansam da, sesim esen deyildi...
- Bir daha soruşmayacam... Kimdir o? - Amin sualını verib qarşımda dayanaraq yuxarıdan aşağı meni süzürdü...
- Çox maraqlıdır? Bir aydır meni axtarmırsan, başın sevgiline qarışıb, indi kişileşmisen? - o qeder içimde aşıb- daşan hissler vardı ki dilime hakim ola bilmirdim...
- Sus!!! Men bilirem ki, sehv etmişem... Seni çox incitmişem... Üreyini qırmışam... Amma her şeyi senin yaxşılığınçun etmişem...
- Doğurdan? Menim yaxşılığım? Sevdiyim kişinin dilinden başqa qadının adını duymaq menim yaxşılığımdır? Heç xeberin var ki, neler çekmişem? Her gece üreyim ağrayıb!!! Sene göre olub hamısı!!! İndi niye qarşıma çıxıb hesab soruşursan? Niye? Ne deyişib? Belke, Şefeq seni istemeyib?
- Seni sevirem... - bu qeder sözlerimden sonra Amin qollarımdan tutaraq iki kelime söz söylemişdi...
- Sevirsen? Gül... - sözümü sona çatdırmamış Amin dodaqlarıma toxunub meni qucaqlayaraq öpmeye başlamışdı... Ona qarşı gelmeye, itelemeye çalışsam da, gücüm çatmırdı... Menden iki defe böyük birine çatmazdı da... Dodaqlarımı bir- birine sıxdıqca Amin daha şiddetle öpürdü... Meni qucağına qaldırıb ara vermeden öpüşüne davam etmişdi... Yumruqlarımı sıxıb onu vursam da, divanda oturub meni özüne sıxmışdı... Ona esebi olsam da, öpüşlerine daha artıq laqeyd yanaşa bilmemişdim... Dodaqlarımı aralayıb men de ona qarşılıq vermişdim... Amin bundan memnun qalıb elleri ile belimi sığallamağa başlamışdı... Bir neçe deqiqe davam eden öpüşden sonra dodaqlarını ayırıb gözlerime baxmışdı...
- Sene nifret edirem!!! - sözümü deyib qucağından çıxmağa cehd etsem de, elini belimden çekmemişdi...
- Esas odur ki, Men Seni Sevirem... - yeniden dodaqlarıma toxunub qarşı qoymağıma baxmayaraq qucağında meni özüne sıxaraq ayağa durub diger otağa keçmişdi... Meni arxasıüste yatağa uzadıb ağırlığını üzerime salmadan yerini rahatlamışdı... Bir terefden öpüşlerini davam etdirdikce diger yandan üzerimi geyimden azad etmeye başlamışdı... Belke de, men ona sona kimi qarşı qoymadığımçun qınanılardım... Ya da qürursuz sayılardım... Amma men Amini sevirdim... Çox sevirdim... Onun toxunuşları üçün o qeder darıxmışdım ki... Geyimlerimi çıxarıb boynumu öpüşlere qerq etmişdi... Eyni zamanda qelbimde neçe duyğu tüğyan edirdi... Ona qarşı qoymadığımçun özümü günahlandırırdı m... Amma bir terefden de onun toxunuşlarını yeniden hiss etmek meni xoşbext edirdi... Amin sinemi öpüşlere qerq edib özü de üzerini çıxarmışdı... Meni qucağına alaraq yuxarı çekib dodaqlarımı öpmeye davam etmişdi... Bu gece onun olmuşdum... Amin her toxunuşunda " Seni Sevirem... " sözlerini tekrarlamışdı.. . Bu sözü eşitdikce son birlikde olduğumuz zamana qayıdıb göz yaşlarımı saxlaya bilmemişdim... Amin barmağı ile üzümü qurudub gecemizin qoş keçmesine çalışmışdı... Bir neçe saat sonra başımı Aminin sinesine sıxıb gözlerimi qapamışdım... Danışıb bu gözel sessizliyi pozmaq istemirdim... Onsuz da, bu gece men de doğru olanı etmemişdim... Meni yerden- yere vuran insana qarşı çıxmaq elimden gelmemişdi... Aminse saçımı öpüb uzun- uzadı darıxdığını, sevdiyini, qısqandığını bildirmişdi... Gözümü açmadan yuxuya getmeye çalışmışdım...( Sabina Nur)
Otaqdakı taqqıltıdan gözümü açıb qaranlığa zillenmişdim... Amin elindeki telefonla çekmeceye işıq salıb nese axtarırdı...
- Ne olub?
- Yat sen...
- Amin... Ne axtarırsan?
- Yat dedim... - Amin derman qutusunu eline alıb otaqdan çıxmışdı... Maraq mene güc geldiyinden yerimden qalxaraq örtüyü üzerime sıxıb dehlize çıxmışdım... İşıq sayesinde metbexe gelib çıxmışdım... Amin stulda oturub başını masaya qoymuşdu...
- Ne olub? - sesime Amin başını qaldırıb üzüme baxmışdı...
- Heç ne... Başım ağrayırdı... Gedek yataq... - Aminin üzündeki narahatlıq gözümden qaçmamışdı...
- Yalan deyirsen...
- Narden... Yatmaq isteyirem... - Amin elimden tutub işığı söndürerek meni arxasından dartmağa başlamışdı... Yatağa uzanıb meni qucaqlamışdı...
- Yaxşısan?
- He... Yataq... - Aminin sözlerinden sonra bu meseleni sabah müzakire etmeye qerar verib gözlerimi qapamışdım...
Hardasa iki saat keçse de, Amin yerinde fırlanıb yata bilmirdi... Arabir nefesini derib buraxmasını eşidirdim...
- Amin... Sen yaxşı deyilsen... Haran ağrayır? - bayaqdan bu sualı neçe defe versem de, Amin ağzına su almışdı...
- Amin... Bele olmaz... Tecili yardıma yığacam... Hanı telefonun? - yerimden qalxıb işığı yandırdıqda Aminin alnının ter muncuğu ile dolub- daşdığını görüb içime qorxu düşmüşdü... İreli qaçıb elimi üzüne vurduqda qızdırması olduğunu görüb teleşlanmışdım. ..
- Hanı telefon? Sen yaxşı deyilsen... Bura haradır? Adresi bilmirem axı... İndi men ne edecem? Amin, qurban olum nese de... - Amin gözünü qırpıb mene baxsa da, ağzını açıb danışmırdı...
- ............... .......... - Amin adresi qırıq- qırıq söyledikden sonra gözlerini yumub titremeye başlamışdı... Otaqda telefonu tapmayıb metbexe qaçmışdım... Masadan telefonu götürüb tibbi yardımı yığmışdım... Adresi bildirdikden sonra masanın üzerinde duran derman qutusunu elime alıb otağa qayıtmışdım...
- Amin!!! Aç gözünü... Yatma!!! Eşidirsen? Yatma!!! - Amin göz qapaqlarını qaldırıb mene baxırdı...
- Öz hekimim... Nömre... - Aminin pıçıltılarına qulaq verib telefonun qeyd defterinden birce- birce adları axtarıb " Fuad hekim... " yazısını gören kimi "yes" düymesini sıxmışdım... Saat ve ya başqa bir şey meni maraqlandırmırd ı... Hekime veziyyeti bildiren kimi mene xestexana adresi verib tibbi yardım maşınını oraya yönlendirmeyimi tapşırmışdı... Amin şortikde idi... Amma men çılpaq olduğumu indi derk etmişdim... Yerimden sıçrayıb yerdeki geyimleri telesik üzerime keçirmişdim... Tibb işçileri gelen kimi xerekle Amini aşağı salmışdılar... Maşında oturan kimi dermanı tibb işçisine teqdim edib veziyyeti bilmediyimi demişdim... Amine iyne vursalar da, başqa nese ede bilmeyeceklerin i demişdiler... İçimi didirdim... O qeder qorxurdum ki... Amine nese olacağı fikri bele üreyimin sıxılmasına bes edirdi... Onu bu veziyyetde gördüyüm ilk deyildi... Amma ayrılıqdan sonra insan sevdiyinin qedrini daha artıq bilirdi... Gözümün suyunu töküb Allaha dua etmişdim yol boyunca... Xestexanaya çatıb hekimin adını deyen kimi Amini otağa almışdılar... Allaha yalvarırdım ki, pis heç ne eşitmeyim... Buna dözmezdim...
Bir neçe deqiqe keçse de, mene xeber veren olmamışdı... Axır ki içeriden çıxan hekimi görüb özüm önünü kesmişdim...(Sa bina Nur)
- Necedir?
- Siz kimsiz?
- Heyat yoldaşı...
- Xanım, veziyyet heç de ürekaçan deyil... Amin bey çox sehlenkarlıq edir... Siz niye nezaret etmemisiz? Özünü soyuğa verib... Böyreyinin birini indi götürmeye mecburuq... İltihablanma baş verib... Digerini müalice edeceyik... Amma en yaxşı çıxış yolu böyrek köçürülmesidir. .. Yoxsa, veziyyet ele de yaxşı olmayacaq... - hekimin sözlerinden ayaqlarım yere yapışmışdı... Beynim cümleleri eşitse de, analiz ede bilmirdi... Tek anladığım Aminin ağır xeste olduğu idi... Bu da dünyamın başıma uçmasına bes edirdi... Ya onu da itirsem?..


Şərhlər:
Baxılıb: 1673
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz