Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Qəlbimdəki sözlər (Bolüm 37)
Qəlbimdəki sözlər (Bolüm 37)
Göndərən: Antikvar
Şərhlər:
Baxılıb: 961
Səs ver:
Narden...
Heç gözlemediyimiz qarşılaşmalar heyatımızı istiqametlendir
meyimizde rol oynayar...
- Teecüblendiz? - çox gülec insan idi...
- Beli...
- Men de... Heç zaman ağlıma gelmezdi ki, Peterburqda gördüyüm insanla burada rastlaşaram...
- He... - bilmirdim ne danışım... Qızların yemekden dönmesi dadıma çatmışdı...
- Narden, isteyirsen, get yemek ye... - Naime xalanın sözünden sonra ona uşaqla bağlı bütün melumatları verib otaqdan çıxmışdım...
- İstesez, birlikde haradasa otura bilerdik... - adını bele bilmediyim bu oğlan xestexananın çıxışında meni gözleyirdi...
- Men evliyem...
- Bilirem...
- Nece?
- Barmağınızdakı üzükden... - heqiqeten de, insan öz verdişlerini tergide bilmirmiş... Ayrılığımızdan uzun zaman geçse de, üzüyü çıxarmaq ağlıma gelmemişdi...
- Bes onda niye bele bir teklif ireli sürürsüz?
- Ah siz xanımlar... Kişiler her zaman başqa fikirle qadınlara yaxınlaşmırlar. .. Sadece, sizi tanımasam da, özüme yaxın hiss etdim... Bezen bir şexs digerinde xoş teesurat yarada biler axı... - yene üzünde tebessümle danışırdı...
- Heç adlarımızı bilmirik...
- Men Vüsat... Siz de Narden... Adınızı bilirdim...
- Men getsem, yaxşıdır... Vaxtım azdır... - ayrı olsaq da, Amin menim heyat yoldaşım idi ve onu sevirdim...
- Narden, menim qeti pis niyyetim yoxdur... Hem de evli xanımları beyenmirem... Sadece, yeni tanışlığa ehtiyacım var... Belke, birge yemek yeyek... Hem de söhbet ederik... Eger menden narazı qalsaz, daha sizi narahat etmeyeceyem... Kişi kimi söz verirem...
- Yaxşı... - Vüsatın semimiyyetine inanıb razılıq vermişdim... Birlikde yaxınlıqdakı restoranlardan birine yollanıb yemek sifariş etmişdim... Bir az söhbet edib yemeyimizi yemişdik... Ne yalan deyim Vüsat xoşuma gelmişdi... Semimi, medeni, mehriban oğlan idi... İşe gecikmekden qorxub tez qalxmışdım... Bununla da Vüsatla münasibetimizin temeli qoyulmuşdu...
2 gün olardı Vüsatı tanıdığım... Her gün yemek saatlarında iş yerime gelerdi... Etdiyimiz söhbetlerin neticesinde nişanlısının zeherlenmeden öldüyünü öyrenmişdim... Hemin zamandan 4 ile yaxın vaxt keçse de, Vüsat kimise beyenib sevmemişdi... Atasının marketlerini çalışdırmaqla meşğul olurdu... 28 yaşı vardı... And içe bilerdim ki, Vüsat mene başqa gözle baxmırdı... Aminle münasibetlerimi zi ucundan- qulağından ona danışsam da, ayrılıq sebebimizi açıqlamamışdım. .. Bunu 2 gün tanıdığım birine açıqlamazdım da... Bu gün yene iş saatını yola verib eve gelmişdim... Arize xala hemişekinden ferqli şekilde meni qarşılamışdı... İçeri keçen zaman meni çox böyük supriz gözleyirdi...
- Günel... Ay Allah, heç sizi gözlemirdim... Xoş gelmisiz... - Günel anamın xalası nevesi idi... Texnikumda oxuyan illerimi onların evinde keçirmişdim... Arize xala neçe zamandan sonra bu aileni bize devet etmekle mene en gözel hediyyeni vermişdi... Çox sevinirdim... Günel valideynleri ile gelmişdi... Arize xala bizim qohumları tanıyırdı... Nede olmasa, bir elli sayılırdılar... Hamımız birge yemeklerimizi yeyib çayımızı içmişdik... Günelle otağıma keçib söhbet etmeye başlamışdım... Neçe zamandan beri yaşadığımı bir neçe saata sığdırmışdım... Günel meni böyük teecüble dinleyirdi... Yazıq eşitdiklerinden quruyub qalmışdı... Sonda mene doğru etmediyimi, Amini dinlemeli olduğumu demişdi... Amin özünü ifade etmeye cehd etmişdi ki, dinleyim? Yox... Nede olmasa, sehv ikiterefli olmurdu...
Bu gün Günel bizde qalmaqçun valideynlerinde n icaze almışdı... 3 gün idi ki, axşamlar telefonla söhbet edib başımı qatırdı... Günel menden 4 yaş kiçik olsa da, dünyagörüşlü, şıltaq insan idi... Adamı yüksek evhala köklemeyi bacarırdı...
- Nar... Gel de... Ağaca döndüm ki... - otaqda üzerimi seliqeye salana kimi Günel qapının önünde dayanmışdı...
- Qurtardım... - hazırlaşıb xestexananın çıxışına yollanmışdıq... Qapıdan çıxan kimi kenarda dayanan Vüsatı görüb çaşmışdım...
- Axşamın xeyir... Gözlemirdin? - Vüsat bize yaxınlaşıb qarşımda dayanmışdı...
- Salam... Bu saatda neceb gelmisen?
- Buradan keçirdim... 2 gündür görmürem seni... Düşündüm, baş çekim...
- He... Biz de eve gedirdik... Bu arada bu Günel qohumumuzdur... Bu da Vüsat...
- Şad oldum, Günel xanım... - Vüsat elini ireli uzadıb Günelle tanış olmuşdu...
- Biz gedek daha...
- İstesez, men sizi ötürerem...
- Yox, lazım deyil...
- Bu saatda avtobusa minmeyin... Maşınlayam... Üreyim el vermez sizi yolla göndermeye... - Vüsat bizi razı sala bilmişdi... Maşının arxa oturacağında yerimizi rahatlayıb eve yollanmışdıq... Yol boyunca Vüsat menimle danışsa da, gözünü Günelden çekmemişdi... Günelse dilini udmuşdu... Evin önüne az mesafe qalmış maşından enib teşekkür etmişdik...
- Nar, o kim idi? Bilsem, gelecek, heç men bu gün gelmezdim...
- Eve çataq kimliyini deyecem... Şok olacaqsan... Amma bunu deyim ki, bizim tanışlığımız boşuna deyilmiş... Bu gün anladım...
- Nece ki?
- Günel... Mene deme ki, Vüsatın baxışlarını hiss etmedin... Mence, senin de ondan xoşun geldi...
- Yox... Bu haradan çıxdı? Heç tipim deyil...
- Tez gel... Eve çataq men sene tipini gösterecem... - heqiqeten de, her şey xeyirliye doğru olurdu... Deyesen, bizim tanışlığımız yeni sevginin başlanması üçün lazımmış...
Gece Günelle söhbet etdiyimizçün yata bilmemişdim... Bütün günümü işde keyleşmiş veziyyetde keçirmişdim... Günorta yemeyi zamanı qarşımda gördüyüm insan meni teecüblendirmem işdi... Bu görüşü gözleyirdim...
- Geldim ki, seni yemeye aparım...
- Bilirem özüm niye geldiyini...
- Neyi bilirsen?
- Dünenki baxışlar gözümden qaçmadı...
- Ne baxışı?
- Vüsat... Mene de yox...
- Yaxşı... Men teslim... Bu gün Günele göre gelmişem...
- Bax, menimle bele danış...
- Men boyda kişi uşaq elinde qalmışam lap... Neçe yaşı var?
- 19...
- Ne?
- Eşitdiyin...
- Balacadır ki...
- Esas ağlı böyük olsun...
- Hmmm... Ne deyirem ki... Bir yolunu tapıb bizi yeniden görüşdürürsen.. .
- Acından ölürem... Yemek yeyim, fikrimi deyecem... - ele sevinirdim ki, Vüsata göre... Neçe il sonra Güneli beyenmişdi... Allah bir qapını bağlayanda digerini açırdı... Qismet harada olsan, özü gelib seni tapacaqdı... Vüsatla Bakıda yeniden qarşılaşmağım onun heyatına yeni yön vermişdi...
Axşam yorğun canımı gücle daşıyıb evin yolunu tutmuşdum... Gün boyunca başımı müxtelif üsulla qatsam da, müeyyen zamanlarda Amin yadıma düşürdü... Sevgi qelbe mesken saldısa, söküb atmaq qeyri- mümkün idi... Yaralarımızın üzeri qaysaq bağlasa da, bir gün qoparılmış hisse yeniden qanayırdı... Heç bir yara bir defelik sağalmırdı... Hele Aminin qelbimde açdığı yara bir neçe ile gücle sağalacaqdı... Yene de mende unudulmaz izler buraxacaqdı... Qaranlıq şehere göz gezdirib Aminli günlerimin hesretini çekirdim... Göresen, ne edirdi? Meni düşünürdümü? Menimtek o da ezab çekirdimi? İnanmırdım... Amin meni menim onu sevdiyimin minde bir parçası qeder sevse, qelbimi paramparça etmezdi... Qıymazdı... Avtobusdan enib binaya sarı süretle addımlamağa başlamışdım... Son günlerde kiminse meni izlediyini düşünürdüm... Amma sonra bu fikri beynimden atırdım... Binaya çatıb içeri keçdikde kenarda insan kölgesi görüb ayağım yere yapışmışdı... Qış fesli olduğundan etrafda heç kim göze deymirdi... Kölge mene yaxınlaşdıqca tanış simanı görüb ağzım qurumuşdu...
- Amin... Sen? - başqa da nese deye bilmemişdim... Amin mene yaxınlaşıb qucaqlamışdı... Keyiyib qalmışdım... Beynim donmuşdu... Bu görüşü gözlemirdim... Heç hazır deyildim bele... Bundan sonra yaşayacaqlarımı bilsem, Aminin qarşıma çıxıb etdiyi hereketle üzleşmesini bu qeder ürekden arzulamazdım...

Müəllif: Sabina Nur


Şərhlər:
Baxılıb: 961
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz