Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Məcburiyyət (2-ci bölüm)
Məcburiyyət (2-ci bölüm)
Göndərən: Rahila
Şərhlər:
Baxılıb: 1674
Səs ver:
Hamı liftə boylanınca yerdə oturan və qaşından gözünün üstünə qan axan Kənan bəyi gördü. Qorxudan hər kəs susaraq qızı oradan uzaqlaşdırmağa çalışırdılar. Qonaqlar xəbər tutmasın deyə cəld Kənanı da liftdən çıxarıb tibb otağına aparmaq istədilər. Kənan qəzəblə onların əlindən çıxıb çıxışa yönəldi. KİV lərin əlinə ancaq fürsət düşümüşdü. Qapıdan qaşı qanayan Kənanı görüncə flaşlar yanıb sönməyə suallar verilməyə başladı. Gecənin bu şəkildə bitməsinin ardınca səhər qəzetlərdə yenə tədbirdən daha çox tədbirdən üzü qanlı şəkildə çıxan Kənan bəyin rəsmləri bəzəyirdi. Kənan otağında yatarkən Sinan bəy daxil olub qəzet və jurnalları onun yatağına çırpır.
- Qalx, qalx da öz əməlinin şahidi ol. Bütün gecəni məhv etdin. Bir bu qalmışdı onu da elədin.
- Off.. ata başım çatlayır. Yenə nə olub?
- Nə olub? Nə olub? Sən....sən neynədiyini fərqinə belə varmamısan. Götür bax marifətinə .götür utanma.
- Bu nədir?
- Mən səndən soruşuram. Bu nə deməkdir? Tədbirdən üzü gözü qan içində çıxmaq nə deməkdir? Kiminlə dava etmisən.
- Mən..mən xatırlamıram.. dava olmayıb.
- Bu da təzə nömrələdir? Necə xatırlamıram? Qaşını yarıblar və sən xatırlamırsan?
- Qaşım...bir dəqiqə..mən..o qız...sən məhv oldun qara qız. Bitdin sən.
- Nə qızı?
Kənan atasını dinləmədən əlinə telefonu alıb nömrə yığdı.
- Kənan səninləyəm. Nə qızı? Neynəmisən sən?
- Alo, hə mənəm. Uzatma söz deyəcəyəm. Bir saata kimi dünənə gecədə olan bütün qızların kimliklərini və rəsmlərini stolumda görmək istəyirəm. Dedim ki, bir saata. Ya et ya get.
Dəstəyi asıb yatağa tullayaraq əlini qaşına atdı. əl vurduqca göynəyirdi.
- Mən gözləyirəm Kənan.
- Ata indi yox. Narahat olma mən həll edəcəyəm.
- Sən o qızların kimliyini neynirsən. Yoxsa qız tərəfindən döyülmüsən?
- Ata bəsdir.
- Bəsdir? Sən fərqindəsən ki, gecə gündüz demədən çalışdığımız layihənin içinə etdin.
- Mən heç nə eləməmişəm. Hamısı o balaca boy cırtdanın işidir.
- Nə danışırsan?
- Dedim ki həll edəcəyəm.
- Həll edəcəkmişş... sən uzaq dur bu bəs edər. Bir müddət ortalarda görünmə. Mənim ölümüm sənin əlindən olacaq. Sonrasını təsəvvür etməyə belə qorxuram.
- Faciələşdirmə.
- Off Kənan of...

***

- Firuzə, dünəndən bəri susursan. Heç nə deməyəcəksən.
- Nə deyim? Deməyə bir şey olsa deyərəm.
- Qızım dünənə liftdən qışqırıqla çıxan sən. Orada səninlə olan üzü gözü qanlı adam Kənan bəy. Bu gün də qəzetlərin yazdıqları. Nə baş verir?
- Mənimlə heç bir əlaqəsi yoxdur. Adam dava edib liftə girdi. Lift dayanınca mən də kömək üçün qışqırdım. Qanayırdı sonra pis olar deyə qorxdum vəssalam.
- əminsən?
- Ayşə , xahiş edirəm. Artıq bağlayaq bu söhbəti. Və bir də heç kimə orada mənim olduğumu demə.
- Niyə? Firuzə, adama bir şey eləmisənsə denən. Onsuzda bunu yrəndiklərində səni burada çalışmağa qoymayacaqlar.
Firuzə gözlərini yumaraq dərindən nəfəs almağa çalışırdı. Nəsə demək istəsə belə vaz keçib yenidən "heç nə yoxdur, dediyimi kimidir” deyib yenidən başını işinə saldı. Amma fikri olanlarda idi. Dünənə gecə yaşadığı qorxu ona bir ömürlük bəs etdi. Kənan bəy gəlincə onu işdən atacağını bilirdi. Amma bir ümid var ki, adam sərxoş olduğundan bəlkə üzünü xatırlamaz. Bir neçə gün ortalıqda çox dolaşmasa yaxşı olar deyə düşündü.

***

- Kənan bəy.
- Gəl.
- Siyahı buradadır. Rəsmlərdə. Bütün qonaqlar var.
- Bəs işçilər?
- Işçilər?
- Hə işçilər.
- Şey..
- Bir işi də düz edin. Bir işi heç olmasa tamamlayın!
- Bağışlayın. Onu 5 dəqiqəyə gətirərik. Kadrlar şöbəsində var.
- O gecədə olan hər kəsin. Dişi ağcaqanadın belə məlumatı masamda olsun! Cəld!
- Baş üstə.
- Səni tapacağam.. görüm bu cəsarəti haradan alımsan ki, Kənan balcıoğluna qarşı çıxmağın bəs deyilmiş kimi hələ bir əl də qaldırırsan.. tapacağam səni.. o zaman görərik kim kimə neynir.
2 saat sonra.
- Yoxx yoxx yox... heç birində yoxdur.
- Kim var idisə orada hamısını adı var burada.
- Mən deyirəmsə yoxdur demək yoxdur. Burada yoxdur
- Kim? Kimi deyirsiniz. Bəlkə belə tanıyarıq?
- Kimliyini bilsən bunları niyə istəyim?
- Bağışlayın haqlısınız. Bəlkə o gecə tədbirdə iştirak edən biri deyildi. Nəticədə təqdimat plazada idi.
- Nə?
- Şeyy yəni.. axtardığınızı deyirəm. Yalnış başa düşməyin, amma plazanın 11 ci mərtəbəsində idi tədbir. Bəlkə
- Bəlkəsi yoxdur. O orada idi. və siz də bu siyahını təzədən gözdən keçirdəcəksiniz. Gələn dəfə burada tapmasam məndən inciməyin.

***

- Firuzə, Firuzəəəəə
- Hə.. hə eşidirəm.
- Qızım yenə havalardasan. Nə olub axı sənə.
- Heç nə. Yorğunluq.
- Yorğunluq? 3 gündür beləsən. O gecədən bəri havalardasan. Nə vaxt səslənsək dik atılırsan. Rəngin olur ağappaq. Sən əminsən ki, o gecə heç nə olmayıb.
- Of Ayşə. Bezdim eyni şeyləri təkrarlamaqdan. Dedim axı. O gecə heç nə baş verməyib. əl çək artıq!
- Yaxşı, yaxşı.. Sakit ol! Çoşdun bir anda!
- Bağışla....off... bağışla mən...bu aralar çox yorğunam. Miqrasiya xidməti, iş, o ...
- O?
- O tədbir.. o tədbirə hazırlıq yəni. Bütün bunlar üst- üstə düşüncə
- Firuzə xanım.
- Bəli.
- Sinan bəy sizi çağırır.
- Siii nan bəy?
- Cəld olun.
- Sinan bəy niyə səni çağırır ki?
- Bbbilmirəm. Bilmirəm Ayşə.
- Ey, dur həyəcanlanma. Yazıq qız o qədər o adamın sərtliyindən danışmışıq ki, adamyeyən kimi təsəvvür edir artıq.
- Yox.. mən qorxmuram. Yəni bilirəm.
- Firuzə xanım sizi gözləyirlər.
- Gəldim.
- Get, gələndə danışarsan..
- Yaxşı..

***

Bildi, adım kimi əminəm ki, xəbər tutdu. Oğlunun mənim yaraladığımdan xəbər tutdu. Qovacaq indidə. Allahım mən neyləyəcəyəm. Ilin günün bu vaxtı haradan iş tapacağam. Məni məhkəməyə versə necə. Off.. niyə mən? Nə axı bütün bu mənim başıma gəlməliydi. Nə deyəcəyəm adam indi. Desəm oğlunuz mənə sataşırdı inanacaqmı? Oğlunu qoyub mənə inanacaqmı? Allahım sən yardımcım ol.
- Girin.
- Salam. Məni çağırmısınız.
- Gəl qızım. Əyləş.
- ...
- Adın nəydi sənin?
- Firuzə
- Hə, Firuzə bağışla. Mən qoca adamam yadımda saxlamaq çətin olur.
- Əstafurula o nə sözdür.
- Səni niyə çağırdığımı yəqin bilirsən?
- Mmmənn.. şey mən. Bağışlayın amma
- Nə olub? Niyə əsirsən? Olmaya sənə də mənim xarakterimi şişirdib danışıblar.
- Xeyr.
- Bilirsən iş ortamında doğma oğlumu belə tanımıram.
Bu adam niyə söhbətə girmir. Qovsa bir dəfəlik qovar ya da məhkəməyə verirəm deyər. Nəyə lazımdır bütün bu söhbət anlam verə bilmirəm. Bir az da qalsam elə burada yerə yıxılacağam Alahım
- Işdə dəqiqlik, məsuliyyət oldusa mənim heç kimlə işim olmaz. Eşitdim ki, təcrübə müddətindəsən hələ. O gecə yazdığın nitq, son ana qədər üzərində çalışmağın. Təqdirə layiqdir. Bunu dəyərləndirəcəyəm.
- ...
- Mən işini sevən adamları sevərəm. Şöbədə hər kəs səndən razılıq edir. O gecə çalışqanlığın da gözümdən yayınmadı. İndi get kadrlar şöbəsinə denən Sinan bəy tapşırdı ki, sənədləşdirsinlər.
- Nnnəə?
- Eşitdiyin. Indi get. Çalışmağa davam
- Buna görə çağırmışdınız?
- Nəyə görə çağırmalıydım ki?
- Heç.. heçç çççox sağolun. Çox çox sağolun. Minnətdaram.
- Öz əməyinin qarşılığıdır.
- Yenə də təşəkkür edirəm. Vaxtınızı almayım. Sağolun.
- Buyur, get problem olsa katibəyə deyərsən həll edər.
- Oldu, sağolun.
Allahım çox şükür. Çox şükür. Axır ki, hər şey yoluna düşür.3 gündür xəbər yoxdursa demək adam sərxoşluqdan olanları xatırlamır. Atası da məni işə götürdü. Bu iş burada bitdi. Ohhh bee.. şükür.
- Firuzə nə oldu? Nə dedi?
- Məni işə götürdü.
- Necə yəni işə götürdü? Axı bir ay deyil çalışırsan.
- Hə, dedi get kadrlar şöbəsinə sənədləşdirsinlər.
- Hmm..birdən birə.. nəsə qəribə gəldi.
- Ayşə qəribə olan nədir? İşimə olan sevgi gördü bunu dəyərləndirdi.
- Nə bilim. Nə isə təbrik edirəm. Işlərim var, mane olma.
- Nə? Mane olma? Ayşə, Ayşə....buna nə oldu?
Kadrlar şöbəsinə ayaq basan kimi oradakı təlaşı hiss etməmək mümkün deyildi.ş
- Deyirəm ki, kim varsa hamısının siyahısı oradadır.
- Yoxdurda. Adam 3 gündür başımın ətini yeyir. Bilmirəm nə deyim. Deyir səhv siyahıdır. O orada olmalıdır.
- Kimi axtarıre bu adam.
Firuzə kənardan söhbətin şahidi olsa belə anlamırdı nədən bəhs olunur. Kənaın katibəsi Səlmanı kadrlar şöbəsində görüb ona yaxınlaşır.
- Səlma xanım salam.
- Aaa qızım xoş gördük. Eyni şirkətdə çalışırıq, amma bir birimizi görə bilmirik. Necəsən?
- Yaxşı, siz?
- Mən də yaxşıyam
- Nə olub burada belə? Niyə hamı bir birinə qarışıb?
- Off soruşma... Kənan bəy aləmi qatıb.
- Kkkənan bəy? Niyə nə olub ki?
- Tədbir keçirilən gecə yadında?
- Hə? Nədir ki?
- O gecə nə baş verib heç kim bilmir, amma o gecədən sonra Kənan bəy bütün qonaqların və kadrlarda olan hər kəsin yəni xanımların kimliyini soruşur. 3 gündür siyahı gedib gəlir. Adam axtardığını tapmır. Yəqin ki, qaşının yarılması ilə əlaqəli xanımdır.
- Hmm.. eləmi?
- Sən burada neyləyirsən?
- Şşeyy.. mən...mən sizi gördüm qapıdan. Dedim salamlaşım.
- Caan sağol.. həmişə yadda olasan.
- Nəysə mən gedim. Mane olmayım. Sağolun.
Offf, yenə qarışdı hər şey. Unutmayıb... lənət şeytana axtardığına görə, unutmayıb. Neyləyəcəyəm mən indi. Adımı sənədləşdirsələr tapacaq. Off bir bu çatmırdı. Deyəsən sənədləşdirmə hələki qalası olacaq. Risk edə bilmərəm. Bu işi qazanmışkən itirə bilmərəm. Tapa bilməyincə əl çəkər. Hə.. həə.. əl çəkəcək. Ömrünün sonuna qədər axtarası deyil ki.. hər halda. Əl çəkəcək.

***

- Kənan sakit ol.
- Necə sakit olum Onur. Necə sakit olum? Qızın biri qaşımı yarsın, ortalıqda kef eləsin. Mən onu tapa bilməyim? Gülmə! Gülmə dedim!
- Necə gülməyim. Axır ki, bir dişidən zərbə aldın. Onu tanımaq üçün nələri vermərəm.
- Qoy hələ mən tapım. Dünyanın necə bucaq olduğunu görəcək o.
- Ee yaxşı sən də sakitləş. Yoxdur. Demək o gecə təsadüfən orada olub. 3 gündür axtarırsan yoxdur da. Həm sənə demişdim ehtiyaytlı ol. Bir gün sərt qayaya dəyəcəksən.
- Nə sərt qayası oğlum. Sərt qaya deyildi. Sadəcə özünü ağırdan satırdı. O qədər. Həmin an liftin qapısı açılmasaydı o qız o gecə mənim qollarımda olardı.
- Of düzələn deyilsən.
- Yox.. heç vaxt.. heç vaxt heç bir qız mənə yox deyə bilməz.
- Yaxşı, adı, görünüşü heç yadıdna deyil.
- Yox. Sərxoş idim. Amma görsəm tanıyaram. əminəm. Göz yaddaşım yaxşıdır.
- Ömrünün sonuna qədər axtarası deyilsən ki, yoxdurda. Əl çək.
- Yox.. heç vaxt, lazım gəlsə ömrümün sonuna qədər axtararam. Onu cəzasız qoysam özümü bağışlamaram.

Müəllif: Lili Sh


Şərhlər:
Baxılıb: 1674
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz