Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Qəlbimdəki sözlər (Bölüm 36)
Qəlbimdəki sözlər (Bölüm 36)
Göndərən: Antikvar
Şərhlər:
Baxılıb: 1526
Səs ver:
Narden...
Bu gün axşam reysi ile Bakıya uçurduq... Çox çetin idi mene... Heyatımı, yaşadıqlarımı arxamda buraxıb çıxıb getmek çetin idi... Amma Amin meni istemedikden sonra, mübarize aparmadıqdan sonra ne etmeliydim? Onsuz da, etdiyi hereketi udub Amini bağışlaya bilmezdim... Ancaq onun cehd etmesini isteyirdim... Aminse menden qaçırdı... Uzaqdan- uzağa menimle maraqlanması neyime lazım idi ki? Kişi kimi qarşıma çıxıb etdiyi ile üzleşmeyen birini nece anlayım? Menim beynim Aminin hereketlerini düşünüb anlamaqda çetinlik çekirdi... Artıq qerarımın geri dönüşü yox idi... Özümü alçaldıb Amini bağışlamazdım..
Ne de o eve ayaq basmazdım... Müeyyen eşyalarımızı toplayıb hazır etmişdik... Bu neçe günde ağlamaqdan gözümde yaş qalmamışdı... Daha ağlaya bilmirdim... Arize xalanın yanında ağlaya da bilmezdim... Onsuz da, kefsiz halımla bu qadını yeterince üzürdüm... Xeste adam idi... Mene göre başına iş gelse, özümü bağışlamazdım.. . Bütün derdimi menimle birge Arize xala da çekirdi... Axşam eşyalarımızı götürüb hava limanına yollanmışdıq... Üreyimi bu şeherde qoyub gedirdim... İçime axırdı göz yaşlarım... Ağlaya bilmemek insanı sıxır... Kiçildir... Cılız olursan... Men de menevi cehetden cılızlaşmışdım. .. Yol boyunca her birimiz susmuşduq... Onsuz da, bu neçe vaxtda Tofiq emi ile bir kelime de kesmemişdik... Qaynatam esil qedimdeki kişilerden idi... Merd, sözü bütöv, sert, dediyini eden... Heyatda, belke de, bu xususiyyetlerin e göre tek oğlunu itirmişdi... Amma Familin veziyyeti ve ya ölümü seçmesi onun valideynlerini pis insan etmezdi... Sadece, kimin qismetinde ne vardısa, onu da yaşayırdı... Yaşayacaqdı da... Alın yazısına pozu yoxdur... Hava limanına gelib qeydiyyatdan keçmişdik bele... Belke de, bu halımı kime desem, gülerdi... Meni menliyi olmayan, qürursuz bilerdi... Amma menim gözüm etrafda qalmışdı... Aminin geleceyini gözleyirdim... Eyni filmlerdeki kimi... Bu halımı severek ayrılanlardan başqası anlaya bilmezdi... Ne etse de, üreyimi milyon kez tapdalayıb keçse de, men Amini deliler kimi sevirdim... İçim axırdı onun sesini duymaqçun... Onu bir defe görmekçün neleri vermezdim... Doğrudur, üreyimde kin yaranmışdı... Amma qelbimde sevgimi üsteleyecek heç bir duyğum yox idi... Ne qeder desem de, var, yalan olardı... Gözüm durmadan etrafı gezse de, Amin gelmemişdi... Teyyare yerinden götürülene kimi ümid etmişdim... Uşaqlar tek ümid etmişdim... Gülünc seslenirdi... Amma bizi inciden insanlara duyduğumuz böyük sevginin özü ele gülünc deyildimi? İnsanın tebieti bele idi... Bizi incideni, bizim olmayanı, bize yanmayanı isteyirdik... Olanları göz ardı edib isteyirdik... Amma gec idi... Bizim yollarımız ayrılmışdı... Bir neçe saat davam eden uçuş taleyimizi haradan- haraya sovurmuşdu... Bundan sonra yaşayacaqlarımı zı Allahdan savayı kimse bilmirdi...
- Qızım... Gel, ağzına bir dişdem çörek qoy... - 3 gün olurdu... Bakıya gelmeyimiz 3 gün olurdu... Amin bunu vecine almamışdı... Deliye dönürdüm... Bağışlamasam da, meni axtarsın, gelsin isteyirdim... Evf dilesin isteyirdim... Evi yerbeyer etdikden bu yana otağımdan çıxmırdım... Peşem qulaqcıqlara yüksek ses verib qemli ayrılıq mahnılarını dinlemek idi...
- Ac deyilem, xala... - hemişe adetim olub... Kefsiz olsam, boğazımdan loxma da keçmezdi... Yene eyni veziyyeti yaşayırdım...
- Qızım... Senin isteyin meni öldürmekdir? Onsuz da, size göre yaşayıram... Aida ile sen olmasaz, çoxdan ölmüşdüm... Seni anlayıram... Sevdiyini itirmek böyük derddir... Amma bele olmaz ki... Yarımcan qalmısan... - üzümü sallayıb hereketlerimden utanaraq Arize xalanı dinleyirdim... Lakin bu veziyyetim özümden asılı deyildi... Olanları, Amini xatırlayıb içimi didirdim...
- Xala, qurban olaram size... Mene göre bele danışmayın... Men yaxşıyam... Sadece, olanları hezm etmeyim zaman alacaq... Siz menim derdimi çekmeyin... - bilmirdim, ne deyim... Nece deyim...
- Xalanın çiçeyi... Men seni çox gözel başa düşürem... Men övladımı itirmişem... Canımdan can gedib... Amma yaşayıram... Yanımda olanlarçun dözürem... Meni sevenlerçün dözürem... Güclü olmağa çalışıram... Sen de bele etmelisen... Mübariz olmalısan... Yıxıldıqca daha güclü olmalısan... Çox yollardan keçmisen... Çox çetinlik görmüsen... Bilirem, bu yaşda cavanlar eylenir, deyib- gülür... Sen her zaman çetinlikden keçmisen... Amma sınmamısan... Yene de sınma... Eyilme... Möhkem ol... Allaha sığın... En doğru yolu göydeki gösterecek sene... Her şeyde xeyir var... Yeqin, bu olanlar sizinçün en xeyirlisi imiş... Hamı yaşamalı olduğunu yaşayır... Sizin de qismetinize bunlar yazılıb... - Arize xala aram- aram danışıb kövrelmişdi... O danışdıqca özümü tutmayıb ağlamışdım...
- Gel bura... Ağlama... Sene deyirem güclü ol, ağlayırsan... Men yaşda qadını da incidirsen... Dur, gedek süfreye... Tek boğazımdan keçmir... - Arize xala meni qucaqlayıb saçımı sığallamışdı... 23 ildir görmediyim ana nevazişini bu qadının sayesinde dadmışdım... Meni öz qızından ayırmırdı... Belke de, daha çox ezizleyirdi... Arize xalanın tekidi ile otaqdan çıxıb hamamda el- üzümü yuyaraq masa başında oturub yemek yemişdim... Daha sonra otağa qapanmayıb televiziyada show proqram izlemişdim... Neçe zamandan sonra metbexe keçib çay hazır etmişdim... Qonaq otağında çay süfresi hazır edib Arize xalanın öyüdlerini dinlemişdim... Amma ne etsem de, ağlımın bir küncünde Amin vardı...
- Xala, deyesen, telefonun sesidir... - söhbetimizi içeri otaqdan gelen ses yarıda qoymuşdu...
- He... Otaqdadır... - Arize xala telaşla otağa keçmişdi... Bu halı şüphe yaratmışdı mende... Arxasından gedib otağın açıq qalan qapısından ne baş vereceyini izlemeye başlamışdım...
- He, oğlum... Yaxşıyıq... O da yaxşıdır... Narahat olma... Nece? Yox... - Bakıya gelerken Arize xalaya tapşırmışdım ki, Aminle danışmasın... Meni istemeyen birinin xeberimi alması da lazım deyildi... İçeri keçib Arize xalanın elinden telefonu alaraq qulağıma tutmuşdum...
- Nedir zeng edirsen? He? Menimle maraqlanan olmusan? Bir de bu nömreye ve ya menim etrafımda olan insanlara yığıb narahat etmirsen!!! - sözlerimi bir nefese deyib telefonu söndürmüşdüm...
- Qızım... Men... - Arize xala çaşıb qalmışdı...
- Xala, sizlik bir şey yoxdur... Xahiş edirem ki, bir daha menim baremde onunla danışmayasız... - sözümü deyib otağıma keçmişdim... Esebleşmişdim.. . Meni istemeyen, arxamca gelmeyen insan lazım deyildi ki, xeberimi kimdense alsın... Merd olan qarşıma çıxıb etdiyi hereketle üzleşerdi... Yoxsa, bele uzaqdan- uzağa hamı- hamını sever... Belke, men de bu hereketimle sehve yol vermişdim... Amma içimde yığılan kini bir şekilde boşaltmağa ehtiyacım vardı...
Yaşanan insidentin üzerinden bir hefte keçmişdi... Heç ne deyişmemişdi... Geceler ağlayıb gündüz heç ne olmayıbmış kimi davranmağa davam edirdim... Güclü olmağa çalışırdım... Aminsiz heyata alışdırırdım özümü... Alınırdı desem, yalan sayılardı... Sadece, çalışırdım... Otağımda uzanıb gözümü dolaba zillemişdim... Qapının sesine yerimde dikelib - Girin... - demişdim...
- Qızım... Danışa bilerik? - qaynatam idi... Bu zamana kimi bir kelime artıq söz kesmemişdik... Tez yerimden qalxıb qapıya yanaşmışdım... Qaynatam heç vaxt otağıma girmezdi... Bunu bildiyimden onun eyleşdiyi divanın qarşısında ayaq üste dayanmışdım...
- Keç, otur... - keçib kenardakı stulda yerimi rahatlamışdım.. .
- Qızım... Men bilmirem söze nece başlayım... Amma senin taleyin bele getirdi... Allahın yazısı... Bu barede nese demek mene düşmez... Özün müeyyen fikire sahib ferdsen... Hem de yaşadığını bilmeden hökm kesmek mene yaraşmaz... Sadece, men diqqet edirem ki, özüne qapanmısan... Bele olmaz... Arize de sene göre narahatdır... Buna göre de, elaqelerimi işe salıb seni .......... xestexanasında tibb bacısı vezifesine düzeltdim... 2 gün sonra işe çıxa bilersen... Eger istesen... - qaynatam üzüme baxmadan danışırdı... İnsanda ar- heya başqa olur...
- Yaxşı... Çox sağ olun... Allah min evezini versin... - menimçün bu qeder sey göstermişken yox deye bilmezdim...
- O ne sözdür? Birde eşitmeyim... Sen bizim qızımızsan... Esas qan bağı deyil, ürek yaxınlığıdır... - qaynatamın sözünden sonra gözüm dolmuşdu... Otağıma keçib ağlamışdım... Doğma ailem mene göre çalışmamışdı... Heqiqeten de, esas qan bağı deyildi... Bunu çoxdan başa düşmüşdüm...
Bu gün xestexanada işimin başına keçdiyim vaxtdan 5 gün ötürdü... Yeni mühit, yeni simalar meni fikirlerimden az da olsa, uzaqlaşdırmışdı ... Peterburqda öyrendiklerim indi xeyrime olmuşdu... Xestexananın tecili tibbi yardım şöbesinde çalışırdım... Veziyyeti ağır olmayan xesteleri müayine edib lazımi resept yazırdım ve ya iyne vururdum... Menden başqa burada bir qız, iki ortayaşlı qadın çalışırdı... Hamısı meni mehriban qarşılamışdı... Anlayışlı insanlar arasına düşmüşdüm...
- Narden, biz yemeye gedirik... Sen burada ol... Biz gelende gedersen... - işçiler yeni olduğumçun ne olsa, mene tapşırırdılar.. . Yemek saatlarında bele men burada olurdum...
- Yaxşı, Naime xala... Narahat olmayın... - amma işimden razı idim... Diger işçiler getdikden sonra tibble bağlı jurnalı oxumaqla vaxtımı keçirirdim...
- Naime xala yoxdur? - xesteleri bize yönelden xanım qapını açıb etrafa nezer salmışdı...
- Yox... Tek menem...
- Xeste uşaq gelib... Valideyni getirib... Qızdırmalıdır.. . Bura gönderecem...
- Yaxşı... - qız çıxdıqdan bir neçe deqiqe sonra qucağında uşaqla içeri keçen kişiye diqqet etmeden yatağı işare vermişdim...
- Neçe saatdır bu veziyyetdedir? - uşağı müayine etmeye başlamışdım...
- Sehere yaxın bele olub...
- Özünüz tedbir görmüsüz?
- Derman atdırmışıq...
- Ne derman?
- ...............
- Ne vaxt?
- 2 saat olar...
- Sehv etmisiz... O derman uşaqçun deyil... Vaxtında getirerdiz gerek... - şiprise dermanı çekib uşağa vurmuşdum...
- Bir saat burada qalmalıdır... Qızdırması düşmese, başqa tedbir görerik...
- Yaxşı görünürsüz...
- Nece?
- Özünüzü toparlamısız... - bayaqdan qarşımdakı şexse baxmasam da, indi nezerlerimi ona yöneldib simanı xatırlamağa çalışmışdım... Bu ki hemin oğlan idi... Mene kömek eden... Tesadüf... Bu qarşılaşmanın heyatımızı hansı semte yöneldeceyini heç birimiz bilmirdik...

Müəllif: Sabina Nur


Şərhlər:
Baxılıb: 1526
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz