Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Qəlbimdəki sözlər (Bölüm 35)
Qəlbimdəki sözlər (Bölüm 35)
Göndərən: Antikvar
Şərhlər:
Baxılıb: 1507
Səs ver:
Narden...
Gözümü açıb etrafa nezer saldıqda otaqda olduğumu görmüşdüm... Bura ne zaman gelmişdim, nece gelmişdim, xeberim olmamışdı... Gözlerimin üstüne tül çekmişdiler sanki... Etrafı dumanlı görürdüm... Boğazım ele qurumuşdu ki, udquna bilmirdim... Elimle yatağa dayaq verib yerimden dikelmişdim... Susuzluqdan yanırdım... Ayağa qalxmaq istedikde başım gicellenmişdi..
Yeniden yerime oturub gözlerimi sıxıb açmışdım... Heç bir deyişiklik yox idi... Yatağa uzanıb kiminse mene baş çekeceyi zamanı gözlemeye qerar vermişdim... Halım yox idi ki, danışım... Hava yavaş- yavaş qaralırdı... Arize xalagilde evvel menimçün ayrılmış otaqda idim... Beynim dumanlı olsa da, huşumu itirmeden önce yaşadıqlarımı yadıma salırdım... Beynimde bütün pazıllar birleşirdi... Evden çıxmağım, yolda qarşılaşdığım oğlan, buraya gelmeyim... En esası ise Aminle yaşadığım hadise... Göresen, indi ne edirdi? Şefeqle birlikde idi mi? Menim evden getdiyimi bildiyi zaman ne hiss etmişdi? Peşman olmuşdumu? Menim kimi içi yanırdımı? Tebii ki, yox... Menim qelbime en derin yara izini salan insan bu hisslerin heç birini keçirmezdi... Ezabın ne olduğunu bilse, meni bu derece incitmezdi... Üreyim yanırdı... Örtüyü üzerime çeksem de, az sonra terlediyimi görüb üstümü açmışdım... Alnımdan muncuq- muncuq ter axırdı... Elimle üzüme, bedenime toxunduqda od tutub yandığımı görmüşdüm... Üzerimde ev geyimi vardı... Aile qurarken geyimlerimin bir qismi burada qalmışdı... Sonra ise ehtiyacım olmadığından götürmemişdim.. . Yeqin, üzerimi Arize xala deyişmişdi... Canımın yanğısı meni halsızlaşdırsa da, üreyimin alovu her şeyden beter idi... Olanları düşündükce ölürdüm... Gözlerim ixtiyarsız dolub- boşalırdı... Niye axı? Niye men ezab çekirem? Döze bilmirem artıq... Men de insanam... Ne qeder olar eziyyet çekmek? Ne qeder olar incidilmek? Niye kimse meni düşünmür? Niye? Men bu qeder lazımsızam? Bu qeder deyersizem? Beynimde dövr eden fikirlerden ağlamağımı durdura bilmirdim... Hıçqırıqlara boğulduqca nefesim kesilirdi... Bu hissi yaşamaq lazımdır... Hemin an yaşadığımı tesvir etmekçün sözler kifayetsiz qalardı... Üreyim o qeder süretle atırdı ki... Ele hesab edirdim ki, indi gücü çatmayacaq bu surete ve dayandıracaq öz fealiyyetini... Derinden nefes alıb rahatlamağa çalışırdım... Alınmırdı... Her zaman güclü olan insan indi bütün qüvvemi itirmişdim... Amine olan sevgim meni gücsüzleşdirmiş di... Boğulurdum... Divarlar üzerime çökmüş kimi düşünüb boğulurdum... Otağın qapısı açılan kimi menim derinden nefes alıb- verdiyimi gören Arize xala üstüme qaçmışdı...
- Narden... Yaxşısan? Meni eşidirsen? Özünü ele al, qızım... Derinden nefes al... Bax bele... İndi ver... Men yanındayam... Vay... Yanırsan ki sen... - Arize xala elimi sıxıb üzümü sığallayırdı...
- Dayan, men sene yemek getirim... Sonra da derman at... Qızdırman yene qalxıb... Gece de sayıqlamısan... Üstüne hekim çağırmışdıq... İyne vurduqdan sonra özüne gelmisen... - demeli, burada olduğum zamandan bir gün keçib... Arize xala elimi buraxıb otaqdan çıxmışdı... Az sonra sinide buxarı göye qalxan isti şorba ile geri qayıtmışdı...
- Evvelce bu dermanı su ile iç... - sinini yatağın üzerine qoyub dermanla suyu eline alaraq ağzıma yaxınlaşdırmışd ı...
- İstemirem... - udqunub qupquru olmuş dodaqlarımı gücle aralamışdım...
- Xala sene qurban... Menim xetrime... Sen bele etsen, mende ne yeyeceyem, ne de dermanlarımı içeceyem... Sen Familimin yadigarısan... Bele eridiyini gördükce üreyim dözmür... - Arize xalanın gözleri dolmuşdu... Kimise incitmeye haqqım yox idi... Hele Arize xala kimi birini üzmeye heç haqqım yox idi... Dermanı içib Arize xalanın kömekliyi ile yemek yemişdim... Yeniden onun verdiyi dermanları qebul edib başımı yastığa qoymuşdum... Ne danışmaq isteyirdim, ne de ki düşünmek... Tek arzum meni heyatın gerçeklerinden qoparan yuxu alemine qonaq getmeyim idi...
İki gün idi ki, xestelikle boğuşurdum... Arize xala qeydime qalıb menimçün elinden geleni edirdi... Onun eziyyetinden nece çıxacağımı bilmirdim... Bütün günü yataqda uzanıb gözümün suyunu axıtsam da, Arize xala yanımda olanda bu halımı düzeldirdim... Amma Aminin meni axtarmaması üreyimi incidirdi... Yeni, yaşadığımız her şey yalan imiş? Yeni, mene dediyi cümleler boş söz yığınından savayı bir şey deyilmiş? Bes onda niye? Niye menimle evlenmekçün bu qeder can atırdı? Niye meni sevdiyini, istediyini deyirdi? Mene göre niye ailesini qarşısına aldı? Suallar beynimi didse de, cavablaya bilmirdim...
- Qızım... Nece hiss edirsen özünü? - Arize xala otağa keçib menim oyaq olduğumu görmüşdü... Neçe gündür xesteliyime göre burada olma sebebimi soruşa bilmirdi...
- Yaxşıyam...
- Bura geldiyinden beri yatağa dustaq olmusan... Qızdırman da yoxdur... Qalx bu yataqdan... Gedek otaqda çay içek... Ana- bala söhbet ederik... - Arize xala alnımı eli ile yoxlayıb meni mecbur yerimden qaldıra bilmişdi... Onun verdiyi temiz paltarları geyinib otaqdan çıxmışdım... Heqiqeten de, insan yatdıqca yatırdı... Arize xalanın hazır etdiyi süfre arxasında yerimi rahatlamışdım.. . Arize xala da çay getirib menimle üzbeüz oturmuşdu...
- Narden... Menim balam... Özün bilirsen ki, seni Aidadan ayırmıram... 3 gündür gözümün önünde solub itirsen... Sebebini de bilmirem ki, derdine çare tapım... Bele de üreyim patlayır... Ne olub, menim gözelim? Aminle sözleşmisiz? Sen ele halda gelmişdin ki, saçın yaş idi... Seni getiren oğlan her şeyi danışdı... Yolda da özünde olmamısan... Niye? Derdini demeyen derman tapmaz... Xestesen deye soruşa bilmirdim... Amma böyük kimi ne olduğunu bilmeye haqqım var... - gözlerim dolmuşdu... Her şey yadıma düşmüşdü...
- Heç ne olmayıb, xala... Siz narahat olmayın... - veziyyeti Arize xalaya açıqlaya bilmezdim...
- Heç ne olmayıbsa, o veziyyetde seher vaxtı evden niye çıxmısan? Heç ne olmayıbsa, niye evine qayıtmırsan?
- Xala, eger size ağırlıq ediremse, başqa yere gede bilerem... - son olanlardan sonra her kiçik hadise xetrime deyirdi...
- Ay Allah, sen özün mene sebir ver... Gözel balam, men heç ele söz dedim? Ne men, ne de Tofiq senden üz çevirmerik... Familin son isteyi sen olmusan... Seni bize tapşırıb... Sen bize qızlıq etmisen dar zamanımızda... Bunları yox saya bilmerik... Sadece, olanlar mene maraqlıdır... O, orada her an zeng edib maraqlanır halını, sen burada heyatdan qopmusan... Ne oldu size? Göze geldiz? - Arize xalanın sözleri beynime tam çatmamışdı...
- Kim? Kim menimle maraqlanır?
- Amin... İlk bura geldiyin gün veziyyetini bilib yanında bitmişdi... Gece yanında yatmışdı... Seher hava açılmamış getdi... Hekim de çağırmamışdıq.. . Sene iyneni de o vurub... Hele gece başında qoruq çekib... Seher de mene söz verdirdi ki, sene heç ne demeyim... Amma nece demeyim? Her saat başı zeng edib Narden necedir deyir... Sözünün sonu da, başı da sensen... Ne olub axı? Kim ne edib? Ağlama... Ağlayasan deye demedim... Ağlama... - Arize xala danışdıqca göz yaşlarıma hakim ola bilmemişdim...
- Xala, o meni istemir... Mene Şefeq dedi... Meni istemir xala... İstese, bele etmezdi... İstemir... - Arize xalanı qucaqlayıb hönkür- hönkür ağlamışdım... Sakitleşdikden sonra evvel olanlardan başlayıb her şeyi danışmışdım... Son olan hadiseni başqa formada neql etmişdim... Arize xala meni dinledikce Şefeqle Aygün xalaya lenet yağdırmışdı...
- Qızım, heç bilmirem ne deyim... Çox pis hadiseler yaşamısan... Amine de bilmirem ne deyim... Men görmüş- keçirmiş qadınam... O, seni sevmese, her gün 10 defe zeng etmez mene... Ağlı senin yanındadır... Bu işden menim de başım çıxmadı... Ancaq Allah merdimazara lenet elesin... Allaha tapşırmışam sizi gözü yaşlı qoyanları... Esas da sen eriyib sap olmusan... Şefeqi göydekine hevale etmişem... Sen üreyini üzme... Düşün, qerarını ver... Ne desen, biz de onunla gedeceyik... Heyat senindir nede olmasa... - Arize xala axşama kimi meni teselli etmişdi... Hetta men onun yanında olarken de Amin zeng etmişdi... Olanlara mena vere bilmirdim... Amini anlaya bilmirdim... Tek bildiyim Amin bütün derdimi öz çiynine alsa da, etdiyini ne uda bilerdim, ne de bağışlaya... Taleyimi Allahın hökmüne buraxmışdım...
Dörd gündür veziyyetimde deyişiklik yox idi... Sehhetim qaydasına düşse de, üreyim düzelmirdi... Geceler ağlamaqdan yuxularım erşe çekilmişdi... Ele isteyirdim ki, yatım- oyanım her şeyi unudum... Vaxtı Şefeq heyatımızda olmayan zamanlara qaytaraq... Ya da üreyimi oyub içindeki Amine qarşı olan sevgimi söküb alsınlar... Bu qeder ezab çekmeyim... Bu qeder içim yanmasın... Amma heç biri olmurdu... Amin her gün zeng edib veziyyetimle maraqlanırdı... Arize xala veziyyeti ondan soruşsa da, heç ne dememişdi... Tebii ki, üzü yox idi... Her defe Arize xaladan söz alırmış ki, mene heç ne demesin... Amma yorulmuşdum... Amine bu qeder yaxın iken uzaq qalmaqdan yorulmuşdum... Bu şeher, bu ev, bu otaq... Her şey Amini xatırladırdı... Onunla bu evde keçirdiyim günleri yadıma salıb gah gülüb, gah ağlayırdım... Bu şeherden, Aminin adını eşideceyim, Amini yadıma salacağım her yerden qaçıb getmek isteyirdim... Elimi uzatsam, çatacağım mesafede olan birinden ayrı qalmaq çox çetin gelirdi... Mesafeler bizi uzaqlaşdırardı. .. Bu qeder düşünce arasında geldiyim qenaet bele olmuşdu... Dünen Arize xala ile danışıb Bakıya getmek istediyimi bildirmişdim... İsteseler onlar da gelerdi, istemeseler tek gedib yaşayacaqdım... Amma mene her şeyin Amini xatırlatdığı bir yerde qala bilmezdim... Bacarmırdım... Qorxurdum ki, üreyime yenik düşüb Amini bağışlayaram... Qorxurdum ki, darıxıb o eve qayıdaram... Özümden qaçırdım... Sevgimden qaçırdım... Sevdiyimden qaçırdım...
- Yene derin deryalarda gemin batıb... - Arize xala otağıma keçib gülerek yatağın kenarında oturmuşdu...
- Narden, dünen senin fikrini Tofiqe dedim... Tofiq dedi ki, Narden gedirse, bizim de borcumuz onun yanında olmaqdır... Veziyyeti heç o özü de tam bilmir. Ayazla danışıb. Ayaz da bilmir... Amin evdekilere heç ne demirmiş... Sen evden getdiyin günden sonra o da eve ayaq basmayıb... Men de Aygünle danışmıram... Danışsam, özümü tutmayıb içimi boşaldacam... Yoxsa, Aygün veziyyeti bilerdi... Ayaz ne etse de, Amin bize qarışmayın, uşaq deyilik ki, deyib... Bu gün Tofiq xestexanada Aminle görüşüb... Ne dese de, Amin senin barende heç ne danışmayıb... Menimdir bütün günah deyib... Tofiq senin qerarını bildirende o nece isteyirse, ele edin deyib... Tofiq de daha söz- söhbet yaratmayıb... Yazıq kişi veziyyeti bilmir axı... Men de danışmıram ki, sabah barışa bilersiz... Sonra kişi Amine pis yanaşmasın... Sözün qısası Tofiq deyir ki, Narden qerarında qetidirse, sabah bilet alıb, gedek buradan... Sonrasını siz bilersiz... İkiniz de yetkin ferdsiz... Biz size ağıl öyreden deyilik... Hem de olanları siz yaşamısız... Biz yaşamamışıq... Ona göre de, en yaxşısını özünüz bilirsiz... - Arize xala danışdıqca gözüm dolsa da, ağlamamaqda inad etmişdim... Men gözleyirdim ki, Amin getmeyimi eşidib alemi dağıdacaq... Amma tükünü terpetmemişdi.. .
- Xala, men fikrimde qetiyem... Bileti alın... Ele sabaha alın... Daha bir gün bele bu şeherde qalmaq istemirem... - dişlerimi qıcayıb menimçün çetin olan qerarı vermişdim...

Müəllif: Sabina Nur


Şərhlər:
Baxılıb: 1507
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz