Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Qəlbimdəki sözlər (Bolüm 34)
Qəlbimdəki sözlər (Bolüm 34)
Göndərən: Antikvar
Şərhlər:
Baxılıb: 1413
Səs ver:
Narden...
Aminin sözünü duyub bedenim keyimişdi... Qulaqlarımda ele durmadan Aminin söylediyi ad seslenirdi... Onu özümden iteleyib altından çıxmağa çalışmışdım...
- Çekil!!! Çekil!!! Murdar!!! - Amin üzerimden qalxıb hamama keçmişdi... Bir kelime artıq söz etmemişdi... Örtüyü üzerime çekib qollarımı sinemde birleşdirerek ağlamağa başlamışdım... " Şefeq dedi... Mene Şefeq dedi... Niye Allahım? Niye? Niye mene onun adı ile seslendi? " hıçqıraraq ağlayıb gözümün yaşını tökürdüm... Üzüm boyunca cığır açan damlalar qulağım terefe yönelib yastığın üzerini isladırdı... Üreyim patlayacaq hedde idim... Nece axı? Mene sevirem deyen erim sevişen zaman nece başqasının adını çekib? Nece onu düşünüb? Nece? Ağladıqca üreyimi çıxarıb kenara atmaq isteyirdim... O qeder sıxılırdım ki... Bu ezabı ifade ede bilmerem... Men Amini her şeyden artıq sevirdim... Tek dayaq nöqtem Amin idi... Onun sevgisinden güc alırdım... Onun da meni sevdiyini düşünürdüm... Şefeqi tamam sildiyine inanırdım... İndi sevdiyim insanın dilinden xoşbext olduğum anda nifret etdiyim qadının ismini duymaq meni bitirmişdi... Üreyim yanırdı... Ağlasam da, içim soyumurdu... Bu üreyi söküb atsam, bele incinmezdim... Üreyim olmasa, yanmazdım... Ölüb dirilmezdim... Ağlamaqdan gözümde yaş qalmamışdı... Durmadan iç çekib örtüyü ağzıma sıxırdım... Ömrüm boyunca bu qeder gücsüz düşdüyüm an olmamışdı... Göz yaşlarımı bu qeder sergileyib ağlamamışdım...
Ağladıqca içim boşalmaqdansa, daha beter ezabla dolurdu... Ölürdüm... Men sağ iken ölürdüm... Sevgi ezabı heç neye benzemirdi... Sevdiyinin dilinden başqasının adını duymaq heç neye benzemirdi... Bunu heç bir qadına arzu etmezdim... O qeder ağlamışdım ki, göz qapaqlarım ağrayırdı... Gözlerimi açıq tuta bilmirdim... Başımda yaranan küt ağrı bedenimi yorğun salmışdı... Amin hamamdan bu müddet erzinde çıxmamışdı... Heç bunu düşünecek halda deyildim de... Gözlerimi qapayıb iç çekerek yuxuya getmişdim...
Seher başımın ağrısına gözlerimi açmışdım... Beynimin içi zokkuldayırdı.. . Başımı elimin arasına alıb yerimde dikelmişdim... Bedenim çılpaq olduğundan üşümüşdüm... Eslinde, ev isti olurdu... Menim ruhum üşüyürdü... Yerimden qalxıb dolabdan desmal götürerek hamama keçmişdim... İsti suyu açıb duş kobinine keçmişdim... Su bedenimden axıb getdikce gece olanları xatırlayıb göz yaşlarımı azadlığa buraxmışdım.. . Bir yandan çimib, diger yandan ağlamışdım... Üreyimin sıxıntısından divarların üzerime geldiyini zenn edib desmala bürünerek özümü otağa salmışdım... Saata nezer saldıqda 10 olduğunu görmüşdüm... Amin, yeqin, işe getmişdi... Onun olanlara qarşı bu qeder laqeyd yanaşması meni deli edirdi... Dünen heç ne etmemişdi... Bu günse etdiyi hereketin sebebini izah edib könlümü almaqdansa, çıxıb getmişdi... Guya bu veziyyetin izahı vardı ki?.. Yox idi!!! Heç ne Amine beraet qazandıra bilmezdi... Menimle sevişen insan başqa qadının adını çekirse, bunu nece anlaya bilerem? Nece? Men yene qurbana çevrilmişdim? Yene uduzmuşdum? Yene alçaldılmışdım? Niye men? Niye men ezab çekirdim? Mene xoşbextlik haram idi? Men sevile bilmezdim? Sevdiyim insan meni seve bilmezdi? Qulağımda Aminin sesi seslendikce üreyim patlayırdı...
- Niye men? Niye? Niye? Niye? - yerimden qalxıb elimle yatağın örtüyünü çekişdirib yere salmışdım... Ne qeder dartsam da, örtük cırılmaq bilmemişdi... Üzerime bürüdüyüm desmal açılıb yere düşmüşdü... Elimde örtükle yere oturub hönkürtü ile ağlamağa başlamışdım... Kimse gelse de, vecime olmazdı... Örtüyü yere çırpıb elimi üzüme sıxaraq ağlamağıma davam etmişdim... Az sonra elimi üzümden çekib ayağa qalxaraq dolabı açıb paltar götürmüşdüm... Dolabın üzerindeki aynaya gözüm sataşdıqda şişib qızarmış gözlerimi görüb özüme yazığım gelmişdi... Bezen heç kim seni anlamayanda, derdine yanmayanda özünün- özüne yazığın gelir... Ne hala düşmüşdüm... Bedenimi süzdükde bu neçe günde stressden arıqladığımın ferqine varmışdım... Şefeq meni bitirmişdi... Onunla mübarize aparmaqdan yemek yemeyi de unutmuşdum... Bedenimi süzüb ağlayaraq paltarları üzerime keçirmişdim... Cins şalvarla yun üstlüyü geyinib darağı elime alaraq yona- yona saçlarımı daramışdım... Saçlarımı yaş formada yuxarıdan toplayıb papağı başıma keçirmişdim... Gödekçemi geyinib çantamı elime alaraq otaqdan çıxmışdım... Her şey çantamda idi... Dünen gece telefonumu bele çıxarmamışdım.. . Gözümden axan yaşın ferqine varıb çantamı açaraq salfet çıxarmışdım... Üzümü qurudub burnumu silmişdim...
- Sene vaxtında deyende ki, oğlumdan uzaq dur, sözümü dinlemedim... Bele ağlayarsan indi... - Aygün xalanın sözlerini duyub başımı çevirdikde onun lağ edercesine güldüyünü görmüşdüm...
- Bundan sonra oğlunuz meni maraqlandırmır! !! Şefeqe de xeber verersiz, birge bayram edersiz... - sesim xırıldadığından udqunub gücle sözlerimi deye bilmişdim... Gücüm yox idi burada qalıb kimese söz çatdırmağa... Pillelere üz tutub qaçaraq aşağı enmişdim... Qapının önündeki şkafdan çekmelerimi çıxarıb ayağıma geyinerek çantamı qoluma keçirmişdim... Qapını açıb arxamı dönerek son defe eve nezer salıb çöle çıxmışdım... Qapını çırpıb süretli addımlarla heyetden çıxıb insan axınına qarışmışdım... Üreyimden nelerse qopub düşmüşdü... Xatirelere dalıb yolun kenarı ile addımlamağa davam etmişdim... Bu gün Aminle evliliyimizin 58-ci günü tamam olurdu... Düz, 58 gün... Bizim birge keçirdiyimiz aile heyatımız bundan ibaret idi... O qeder acılı- şirinli saatlar keçirmişdim ki Aminle... Onun isti nevazişini, xoş sözlerini, gülüşünü, qısqandığı anları yadıma salıb ağlayaraq yoluma davam edirdim... Heç özüm bilmirdim ki, hara gedirem... Sadece, bu anda özümden, hisslerimden qaçmağa ehtiyacım vardı... Ayağımın altında xışıldayan qarın üzerine iz salaraq göyden yağan qar deneciklerinin buza dönderdiyi yanaqlarımı isti göz yaşlarımla isidirdim... Havanın soyuq olması bele mene teesir etmirdi... Qelbimde yaranan kesikden qaynayıb axan qan bütün bedenimi isitmeye bes edirdi... Gözümden axan damlalar çeneme yığılıb qarın üzerine düşürdü... Bir defe çıxdığım eve bir daha geri döne bilmezdim... Bunu bağışlaya bilmezdim... Olanlardan keçe bilmezdim... Bir kelime deyilen sözü uda bilmezdim... Bacarmazdım... Şefeq... Ele demişdi... Meni Şefeqe benzediyime göre yanında istemişdi... Yoxsa, meni sevdiyinden deyilmiş... Hele de Şefeqi sevir... Men sevilmeye layiq deyilem... Heç zaman kimse meni sevmedi... Sevilmek, istenmek menim alnıma yazılmayıbmış.. . Bir kişi terefinden temennasız, şertsiz sevilmek menim taleyimde yoxmuş... Şefeq doğru deyirmiş... Esas finalda qalib olmaqmış... Men bu oyunda her zaman uduzan teref olmuşam... Ne vaxt qalib olmuşam ki heyatda? Heç vaxt... Men her zaman meğlubiyyetle üzleşmişem... Düz deyirdi... Şefeq de düz deyirdi, Aygün xala da düz deyirdi... Gerek önceden Aminden uzaq duraydım... Özü demişdi... Şefeqe benzediyimi demişdi... Bunu bile- bile özümü oda atdım... İndiyse yandıqca- yanırdım... Olanları düşündükce bu böyüklükde küçeler mene dar gelirdi... Üreyim sıxılırdı... Gözüm yoldakı afişanın üzerindeki tarixe sataşdıqda beynim Aminle yaşadığımız xoş güne qayıtmışdı... Yeni ili birge qeyd etmişdik... Hemin günü mene neçe bele yeni illeri birge qarşılayacağımı zı demişdi... Amma bu gün hemin zamandan çox keçmemişdi... Fevralın üçü idi... Biz artıq ayrılmışdıq... Bunun geri dönüşü olmayacaqdı... Bilmediyim yollarla irelileyib derinden nefes dererek hıçqırıb göz yaşımı silirdim... Hara getdiyimi nece getdiyimi bilmirdim... Maşının siqnalına başımı dönderib bir addımlığımda saxlayan qara maşını görmüşdüm... Keyiyib qalmışdım... Ne baş verdiyi mene çatmırdı...
- Xanım, yaxşısız? - sürücü arxadan siqnal veren maşınlara fikir vermeden düşüb gelib qarşımda dayanmışdı...
- Yaxşısız? - hardasa Amin yaşda olan qaraşın oğlanın sualını duysam da, cavab vermeye gücüm qalmamışdı...
- Xanım... Eşidirsiz meni? Özünüzü nece hiss edirsiz?
- Yaxşıyam... - oğlan Rus dilinde danışsa da, men doğma dilimizde cavab vermişdim...
- Yaxşı görünmürsüz... Gelin, sizi gedeceyiniz yere kimi aparım... - oğlan da bizim dilde danışmağa başlamışdı...
- Yox... - sözümü deyib arxamı oğlana çevirmişdim... Diger sürücüler siqnal verib qışqır- bağır salmışdılar...
- Xanım... Bele veziyyetde harasa gede bilmezsiz... Pis görünürsüz... - oğlan arxadan qolumdan yapışıb önüme keçmişdi...
- Çekin elinizi!!! - onsuz da, esebin boğazıma yığılmışdı...
- Bağışlayın... Amma sizi bu veziyyetde Allahın hökmüne buraxa bilmerem... Qorxmayın, menden size ziyan gelmez... Gelin, sizi gedeceyiniz yere kimi ötürüm... - oğlan çox semimi danışırdı... Mene başqa fikirle yaxınlaşmadığın a and içe bilerdim... Üzerimde pul götürmediyimi xatırlayıb eve nece gedeceyimin derdine düşmüşdüm... Her gün Amin yanımda olduğu üçün yadıma düşmese, pul götürmezdim üzerimde... İndi de evden ele başla çıxmışdım ki, üzerimde bir qepiyim de yox idi... Ağzımı açmadan oğlanın ardınca addımlayıb önümde açılan arxa qapıdan maşına eyleşmişdim... Düz etmirdim... Amma bu an başqa variant düşüne bilmirdim... Beynim öz funksiyalarını dayandırmışdı.. . Oğlan da sükan arxasında yerini rahatlayıb maşını işe salmışdı...
- Hara gedeceksiz? - beynim yeniden olanları düşündüyünden sualı anlamayıb gözümü oğlana çevirmişdim...
- Ünvanı söyleye bilersiz? - sualı derk edib Arize xalagilin ünvanını söyleyib susmuşdum... Az sonra oğlanın maqintofona saldığı diskde seslenen musiqi menim derdimin üstüne derd qalamışdı... Röya oxuyurdu...

Sen tufanlar çağlayan sonsuz bir deniz,
Men senin qoynunda gemi...
Sen mene hamıdan eziz,
Men qaldım sene yad kimi...

Sen sevdadan xebersiz deli bir külek,
Men senin bağında gülem...
Senden ele dönüb ürek,
Çetin ki, birde men gülem...

Men sene inanıb seninem dedim,
Sen menim en zerif gülümü derdin...
Men sene ömrümü, günümü verdim,
Sen mene kederden başqa ne verdin?
Men senden bir zerre sevgi istedim,
Dedim: " Menim olsan, daha ne derdim..."
Men sene ruhumu, qelbimi verdim,
Sen mene kederden başqa ne verdin?..

Mahnının sözlerinden göz yaşlarıma hakim olmayıb ağlamağa başlamışdım... Mahnı davam etdikce Aminli günlerimi xatırlayıb hönkürtü çekmişdim... Sürücü oğlan maşını kenara verib mene nese dese de, qulağım uğultudan savayı heç ne duymurdu... Nefesim kesilirdi... Derinden nefes alsam da, üreyimi içeriden sıxırdılar sanki... Beynimin içinde Şefeqin sözleri, Aminin son dediyi ad seslenirdi... Boğulurdum... Oğlan qapını açıb qarşımda eyilerek nese dese de, boğularcasına nefes alıb göz yaşı tökürdüm... Oğlan sonda maşının ön qapısını açıb qabda olan suyun qapağını açaraq mene içirmeye çalışmışdı... Gücle suyu içib maşının açıq qalan qapısına teref eyilerek havanı ciyerime çekmişdim...
- Arize xala... Telefonum çantamda... Arize xala... - gücle nefes derib sözlerimi ard- arda düzmüşdüm... Bu halımla penah getireceyim tek insan o idi... Oğlan maşından çantamı eline alaraq qapını bağlayıb sükan arxasına keçmişdi... Çantamı axtarıb Arize xalanı yığmışdı... Sözler, ne danışdığı qulağıma batmırdı... Ancaq Amini, Şefeqi düşünürdüm... Amin daha onunla olacaqdı... Daha men yox idim... Rahat- rahat onu sevecekdi... Men yox idim... Engel olacaq kimse yox idi... Onlar xoşbext olacaqdı... Bu fikri beynimde fırladıqca qelbim sancırdı... Maşının açıq qalmış penceresinden içeri dolan soyuq havanı ciyerime çekib hıçqırıqlara boğulurdum... Men içimdeki sevginin ezabından bitib- tükerdim... Bu sevginin burulğanında qeyb olurdum... Boğulurdum... Bütün dünya üstüme gelirmiş kimi hisse qapılıb boğulurdum... Aminsiz nefesim çatmırdı... Onun nevazişine ehtiyacım vardı... Sevgi dolu pıçıltısını duyub bu alemden qopmaq isteyirdim... Yaşadığımı unutmaq isteyirdim... Canım bu qeder yanmamasını isteyirdim... Soyuq hava üzüme vurduqca isti göz yaşlarım yanağımı yandırırdı... Maşın dayandıqda oğlan sükan arxasından enmişdi... Deqiqeler sonra qapının açılması ile Arize xalanı görüb daha içden ağlamağa başlamışdım...
- Narden... Menim balam... Qızım... Eşidirsen meni? Ne olub? He?
- Onu sevir xala... Onu sevir... Onu sevir... Mene onun adını dedi... Meni o bildi... Onu sevir... Onu... - göz yaşları içinde Arize xalanı qucaqlayıb eyni sözleri tekrarlamağa davam etmişdim... Bu an gözüme heç kim ve heç ne görünmürdü... İçimin sızıltısı gücümü elimden alırdı... Gözüm qaralırdı... Arize xala meni özünden ayırıb üzümü silleleyerek nese dese de, sözlerimi beynime çatmırdı... Gözümü yumub açsam da, bulanıq görüntü yox olmurdu... Arize xalanı bir neçe dene görürdüm... Üreyim durmadan şiddetle döyünüb nefesimi kesirdi... Elimle sinemi sıxıb ağzımla nefes alsam da, özüme gele bilmirdim... Gözümü sıxıb elimle sinemi sıxsam da, boğulurdum... Ağzımı açıb havanı udmağa çalışdıqca halsızlaşırdım. .. Kiminse meni qucağına aldığını hiss etsem de, göz qapaqlarım açılmırdı... Kipriklerimi qaldırmağa cehd etdikce huşum özümden gedirdi... Men bu alemden tamam qopmuşdum... Üzüme toxunan eli hiss etdikce gözümü açmaq istedikce kimse mane olurmuş kimi hiss edirdim... Beynimde seslenen uğultu ile qaranlıq alem meni öz ağuşuna almışdı...

Müəllif: Sabina Nur


Şərhlər:
Baxılıb: 1413
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz