Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Qəlbimdəki sözlər (Bolüm 33)
Qəlbimdəki sözlər (Bolüm 33)
Göndərən: Antikvar
Şərhlər:
Baxılıb: 1627
Səs ver:
Narden...
Aminle barışmışdıq, ancaq heç ne men isteyen kimi baş vermemişdi... Ne Aygün xanım düzelmişdi, ne de Şefeq özünü bizden uzaq tutmuşdu... Bir hefte olardı ki, Aminle aramıza soyuqluq girmişdi... Buna sebeb kim idi, ne idi, deqiq deye bilmeyecekdim..
. Çünki Aminle barışsam da, Şefeqin sözleri beynimde derin boşluq yaratmışdı... Bu boşluq her an qurduğum fikirlerle dolurdu... Beynimde o qeder yerli- yersiz düşünceler yer etmişdi ki... İstesem de, bu düşünceleri beynimden ata bilmirdim... Ümumiyyetle, son olanlar içimi incidirdi... Güclü görünmeye çalışırdım... Her zaman bele olmuşdum... Zeif görünüb alçalmaq istemirdim... Menimçün zeif görünmek kiminse seni ezmesi demek idi... Guya ezilmemişdim ki? Ezilmişdim... Çox ezilmişdim... Belke de, heç kes menim qeder tehqirlere, haqqsız yere danlaqlara meruz qalmamışdı... Yene keçmiş günlere qayıtmışdım... Neyi silsem de, keçmişimin izlerini ne üreyimden, ne de beynimden qopara bilmirdim... Ailemizi xatırlamışdım.. . Ailemiz? Biz aile idik ki? Yox!!! Onlar aile idi, men yad... Menim ailem Arize xala idi, Tofiq emi idi... Amin idi... Aminle aile olmuşduq ki? Göresen, evlilik aile olmaqçun yeterli sayılırdımı? Ne zamandan? Amin meni sevdiyini deyirdi... Men de onu sevirdim... Herçend ki bunu heç zaman dilime almamışdım... Onsuz da, hisslerimi sözlere tökmekde ele de güclü sayılmazdım... Amma gösterirdim... En azından sevgimi hiss etdirmeye cehd edirdim... Uğurlu ve ya uğursuz olduğunu Aminden başqası bile- bilmezdi... Çox kederli idim... Derdimi Arize xalaya bele tam açıb deye bilmirdim... Yazıq qadın xeste idi... Birde men onun derdine derd qalamaq istemirdim... Nazperi xala bezen kefsizliyimi görüb halımla maraqlansa da, qaynanamın qeybetini qıra bilmezdim... Ne de Şefeqle yaşanan hadiseni kimese danışa bilmezdim... Onsuz da, özümü alçalmış bilirdim... Her gün sene benzeyen birini görüb erinin hisslerini onunla bölüşdüyünü düşünmek kime asan gelerdi ki? Heç kime!!! Aminin Şefeqi hele de seve bileceyi fikri yaranmışdı beynimde... Bu fikiri silib ata bilmirdim... Hetta men Şefeqe benzemesem, sevilmezdim... Narden olduğumçun sevilmezdim... Bunu bilmek ölümden ağır gelirdi... Göresen, heyatda Şefeq olmasa, Amin meni yene de severdi? Narden olduğumçun görünüşüme aşiq olardı? Bilmirdim... Suallarıma cavab tapa bilmirdim... Özümü işime verib başımdan fikirleri atmağa çalışırdım... Ancaq alınmırdı... Eve girende divarlar üzerime çökecekmiş kimi hiss edirdim... Hele Aminle otağa keçende... Behane tapıb yatırdım... Heyatda her bir hisse qarşı hevesim ölmüşdü.. Erimin toxunuşlarını istemez hala gelmişdim... Ve bu duyğular son yaşananlardan sonra baş qaldırmışdı...
- Narden... - yene işden gelib yerime girmişdim... Amin yanımda uzanıb elini qoluma qoymuşdu...
- Hmmm... - danışıb aydınlaşdırmaq en yaxşı üsul olsa da, qaçmağı seçirdim...
- Üzüme bax... Arxanı mene dönme... - Aminin sözlerinden sonra çevrilib gözlerimi dodaqlarında cemlemişdim...
- Niye belesen? - gözlediyim sual idi...
- Neceyem ki? - özümü bilmemezliye vururdum...
- Soyuq... Sevgisiz... Susqun... Bedmin... Fikirli... Daha sayım? - Amin gergin veziyyetde idi... Danışdıqca boynunun damarları diqqet çekirdi...
- Sen de elesen... - heqiqeten de, son 2-3 günde Aminin davranışlarında qeribelik sezirdim...
- Ancaq men qarşımdakının sebebi ile maraqlanıram... Qaçmıram... Senin kimi gördüklerimi soruşmaqdan qaçmıram... - esebi idi... Erimi tanıyırdım...
- Ne edim? Erim meni keçmiş sevdiyine benzediyime göre isteyir... Keçmiş sevdiyi çıxıb gelib gözümün önünde bitib... Qaynanam arxamdan planlar qurur... Erimin meni aldadıb- aldatmadığına emin deyilem... İçimde şüphelerle boğuşuram... En pisi de odur ki, senin sevgine şüphe edirem... - içimi boşaltmışdım... Gözlerim dolmuşdu... Boğazım qurumuşdu... Udquna bilmirdim...
- Bunları danışaraq hell ede bilerdik... Her şeyi yoluna qoya bilerdik... Ancaq sen beynine yeritdiyin fikirlerle öz aleminde yaşamağı seçmisen... - Amin haqqlı idi... Ama duyğulara ve düşüncelere hökm etmek mümkünsüzdür... Biz her şeyi özümüz hell etmeli idik... Beynimizi özümüzden savayı heç kim temizleye bilmezdi...
- Yatmaq isteyirem... - yorulmuşdum... Mübahiselerden, olanlardan, heyatdan, yaşamaqdan... Her şeyden...
- Sensiz qala bilmirem... - Amin meni qucaqlayıb alnımdan öpmüşdü... Qarşılıq vermediyimi gördükde dodaqlarıma enib öpüş qondurmağa başlamışdı...
- Meni ehtirasını söndürüm deye isteyirsen? - her zaman utanan Narden bu sualını nece verdiyime özüm bele teecüb qalmışdım... İlk ağlına gelen fikiri dilime tökmüşdüm...
- Ne? - Amin de onu özümden ayırıb bunu soruşacağımı gözlemirdi...
- Meni telebatını ödeyeceyinin vasite olaraq görmeni istemirem... - sözümü deyib arxamı Amine dönmüşdüm... Esebi olduğunu bilsem de, dilimi gizleye bilmemişdim...
- Sene demeye söz tapmıram!!! - sözünü deyib yerinden qalxaraq hamama keçmişdi... Sehv etdiyimi anlayırdım... Amma son hedde kimi canım boğazıma yığılmışdı... Her şeyden sıxılırdım... Men her kese görünmeye çalışdığım qeder güclü deyildim... İçimde qanayan bu qeder söz kesiyi varken kimse menden güclü olmağımı gözleye bilmezdi... Havalar istileşse de, örtüyü boğazıma kimi çekib özümü gizletmişdim... Etdiyim hereketden utanırdım... Bir kişini bu qeder alçaltmağa haqqım yox idi... Hele Amin kimi kişiye qarşı bunu etmeye heç haqqım yox idi... Amma etdiyimi etmişdim... İndi mene qalan ekdiyimi ne zaman biçeceyimi gözlemek olacaqdı...
Aminle son yaşadığımız hadisenin üzerinden 4 gün keçmişdi... Aramızda soyuq buzlar erimek bilmirdi... Özümü çox pis hiss edirdim... İçime qapanmışdım... Aminle söhbet etmez hala gelib çatmışdıq... Günah mende idi... İlk addımı men atmalı idim... Amma içimde bu qeder şüphe varken nece addım ataydım?.. Xestexanada kiminlese qarşılaşmayım deye otaqdan çıxmırdım... Çıxan zamanlarda ise etrafa baxmırdım... Şefeqin üzünü görmek menim psixologiyamı daha beter alt- üst etmişdi... Hele evde Aygün xalanın atmacaları eseblerimi tarıma çekmişdi... Böyük olduğundan hörmet xatirine cavab vere bilmirdim... Bundan yeterince istifade edirdi... Allahdan özüme sebir dileyirdim...
Otaqları gezib xestelerin veziyyetleri ile maraqlanıb öz qeydlerimi aparırdım... Dehliz boyunca irelledikce qarşıdan Şefeqi kimlese söhbet eden görmüşdüm... Bir az yaxınlaşdıqda Lenanı tanımışdım... Meni gören kimi Lena özünü itirmişdi...
- Bir- birinizi yaxşı tapmısız ele... - yaxınlaşıb sözümü demişdim...
- Men getsem, yaxşıdır... - Lena telaşa düşmüşdü...
- Sen niye gedirsen ki? Kim sonradan gelibse, o da getsin... - Şefeq dilini uda bilmezdi axı...
- Lena, senden heç gözlemezdim... Gör kimin sözlerini o deqiqe yerine yetirirsen... Başqasının erini eline keçirmekçün utanmadan oyun quran birinin oyuncağı olmusan... - sözlerimi içimde boğduqca deli ola bilerdim... En azından esebimi bu sözler vasitesi ile çöle atırdım...
- Esas sen utanıb üzlere çıxmamalısan... Amin meni sevirdi... Min iş çevirib onu eline keçirmisen... - Şefeq yene eyni neğmeni oxuyurdu...
- Ah Şefeq... Sene yazığım gelir... Hele de ümidle yaşayırsan... Özün dedin ki, sevirdi... İndi meni sevir ve menim heyat yoldaşımdır... Sen uduzdun... Qebul et... - üzümde gülüşle danışıb Şefeqi süzürdüm... İçimde esebden boğulsam da, bunu heç vaxt üze vurmazdım...
- Esas finalda qalib olmaqdır... - Şefeq sözünü deyib getmişdi... Lena, onsuz da, bizim başımızın qarışıq olmasından istifade edib çoxdan uzaqlaşmışdı... Şefeqin dediyi cümleye mehel qoymamışdım... Esas o idi ki, Lenanı Şefeqle görmüşdüm ve meni otağa çağırtdıranın Şefeq olduğuna emin olmuşdum... İçimde olan şüphe qırıntıları da yoxa çıxmışdı...
3 gün olardı ki, Aminle danışıb veziyyeti normallaşdırmaq isteyirdim... Amma alınmırdı... Amin çox soyuq davranırdı... Üzüme de baxmırdı... Son 2 gecedir ki, yatmırdı... Otaqda sese oyandıqda Aminin yataqda oturduğunu görürdüm... Ya da otaqdan çıxıb bir neçe deqiqe sonra geri dönürdü... Derdi olduğu belli idi... Amma bu derdin adını bilmirdim... Belke de, bizim aramızdakı münasibet onu incidirdi... Bilmirdim... Tek bildiyim bu veziyyete son qoymalı idim...
- Amin... - yataqda uzanıb işığı söndürsek de, yatmadığını bilirdim...
- Danışmayacaqsan ? Yatmadığını bilirem... - onun terefe çevrilib arxadan belini qucaqlamışdım.. . Son günlerde bu aramızda yaşanan tek temas sayılırdı...
- Amin... Bağışla... - belinden öpüb qolunu sığallamağa başlamışdım... Onu yumuşaltmağa cehd gösterirdim...
- Susma... Pis oluram... Danış menimle... - gözlerim dolmuşdu... Amin menim terefe çevrilib dodağımı öpmeye başlamışdı... Ele men de qarşılıq verirdim... Darıxmışdım onun toxunuşu üçün... Meni özüne sıxıb dodağımdan boynuma enmişdi... Gözlerimi qapayıb özümü onun qollarına teslim etmişdim... Heç ne düşünmek istemirdim... Bu gece erime aid olub her şeyi unutmağı seçmişdim... Amin yeniden dodaqlarıma qalxıb ince toxunuşlarla ağlımı başımdan almışdı... Üzerimdeki gece geyimini çıxarıb meni çılpaq buraxmışdı... Bedenimi öpüşlere qerq edib belimden tutaraq meni özüne sıxmışdı... Üzerindeki alt paltarını çıxarıb yerini rahatlayaraq bedenlerimizi birleşdirmişdi. .. Öpüşlerine ara vermeden meni xoşbextliyin qanadına yerleşdirmişdi...
- Şefeq... - ehtirasının en pik nöqtesine çatanda qulağımı öperek dediyi bir kelime sözle meni mindirdiyi xoşbextlik qanadından yere çırpmışdı... Qelbime ele kesik izi atmışdı ki, qaynayıb axan qanı durdurmağım mümkün olmayacaqdı...

Müəllif: Sabina Nur


Şərhlər:
Baxılıb: 1627
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz