Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Salam Qədirzadə - 46 Bənövşə (Proloq)
Salam Qədirzadə - 46 Bənövşə (Proloq)
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 736
Səs ver:
Proloq

Bir adsız əsər var, onu məndən başqa heç kəs oxumayıb.

O getdi, ətri otaqda qaldı...

Söhbətimiz beşcə dəqiqə çəkdi:
 —Olarmı?
—Buyurun.
İçəri boylu-buxunlu, şux qamətli, gözəl, cavan bir xanım girdi.
—Salam.—Astaca dilləndi.
—Əleykəssalam.
Mən qalxdım:
—Əyləşin.
Ona kresloda yer göstərdim. Oturdu. Və yaxası qırmızı köbəli ağ paltarının ətəyini dizlərinin üstünə çəkdi. Böyürdən düyünlənib ucları asıla qalmış ensiz kəməri də, hündürdaban zərif tufliləri də qırmızı idi. Əlində göyümtül üzlü iki qalın dəftər tutmuşdu. Nə deyəcəyini fikirləşirmiş kimi uzun, qara kirpiklərini aşağı endirib xeyli susdu. Mən ona diqqət yetirdim. Gödək vurulmuş xurmayı saçlarına özündən xəbərsiz dən düşmüşdü. Ancaq baxanda çox  növrəstə görünürdü. Yaşı, məncə iyirmidən artıq olmazdı.
—Qulağım sizdədir, xanım qız.
Təravətli sifətində bir uşaq məsumluğu vardı. O, başını qaldırıb, candərdi gülümsündü.
—Düzü… bilmirəm nədən, necə başlayım. Mən...—Dəftərləri stolumun üstünə qoydu.—Icazə verin, əvvəlcə tanış olaq...
Azacıq dikələrək əlini qabağa uzatdı:
—Mənzərə.
Doğrudan, elə nazik çatma qaşları, badamı qara gözləri əfsunlu bir mənzərə idi. Qönçə dodaqları od tutub yanırdı.
—Salam Qədirzadə.
—Mən tanıyıram sizi. Əsərlərinizin, bəlkə də, hamısını oxumuşam.
—Diqqətinizə görə təşəkkür edirəm.
—Bilirsinizmi, mən… birinci dəfədir redaksiyaya ayaq basıram. Belə yerlərdə heç olmamışam. Nə üçünsə sizi özümə məhrəm sandım. Bu gətirdiyim dəftərlər də… Qoyun, lap başdan danışım.
—Necə xətriniz istəyir… əsla sıxılmayın...
Yanaqlarına xəfif qızartı çökdü. Sağ birçəyində ağarmış iki tel, arxaya hamarlanan ipək saçlarında qoşa cığır salmışdı.
—Əslində danışası bir sözüm də yoxdur. Təkcə onu deyim ki, bu dəftərlər mənimki deyil, bir qızın xatirələridir. Daha doğrusu, bacımınkıdır. Biz əkizik. Görsəniz bir-birimizə nə qədər oxşayırıq, heyrətlənərsiniz. Amma talelərimiz bambaşqadır. O, yazıçı olmaq istəyir. Yaman da utancaqdır. Bunu, özündən gizli gətirmişəm. Xahiş edirəm, vaxtınız olanda vərəqləyin, baxın… Görün, dəyərmi zəhmətinə üstündə işləsin, bu iki dəftərdəki əhvalatları bir hekayəmi, povestmi şəklinə salsın...
—Məmnuniyyətlə oxuyaram. Ancaq deyin bacınıza utanmasın. Qoy, o da gəlsin sizinlə yanıma. Yazısı haqqında danışıqlarımı eşitsin. Bəlkə məsləhətlərimdə özü üçün faydalı bir şey tapdı.
—Baş üstdə.—Mənzərə ayağa durdu..—Mən gedə bilərəmmi?
—Buyurun.
—Sağ olun.
—Xoş gəldiniz.
O, qapıda yubanıb geri döndü:
—Ancaq… Tələsməyin, müəllim. Haçan oxusanız, gec deyil.
Mənzərə çıxdı. Ətri otaqda qaldı. Dəhlizin parket döşəməsində qırmızı tuflilərinin dabanından qopan tıqqıltı getdikcə uzaqlaşdı… və nəhayət eşidilməz oldu. Məni qəribə, anlaşılmaz hisslər bürüdü. Elə bil yuxuda idim, mən ayıldım, Mənzərə röyada qaldı. Cildində tək bənövşə şəkli çəkilmiş birinci dəftəri açıb baxdım, göy mürəkkəblə aydın və səliqəli yazılmışdı. Lakin vərəqlər saralmışdı, əzilmişdi. Əvvəlinci səhifədə, Fransa ekzistensialisti Komyudan epiqraf götürmüşdü: "… Var olmaq, yaşamaq, ölümə doğru getmək deməkdir. Ölüm mahnının son sözüdür. Biz, necə deyərlər, ölüm cəzasına məhkum olunmuş, ancaq hökmün nə vaxt və harada yerinə yetiriləcəyini bilməyən, yoldaşlarının isə hər gün edam edildiyini görən kimsəsiz insanlarıq.”
Sonradan, bu cümlələrin üstündən qələm çəkilmişdi. Ondan aşağıda, qarışqa sırasına bənzər xırda sətirlər isə zərrəbinsiz güclə oxunurdu:
—"Mən sevib-sevildiyimi dərk etdiyim zamandan bu xatirələrimi yazmağa başlayıram. Məhəbbətsiz keçən günlər ömür dəftərimin boş, mənasız səhifələridir.”
Qızın vaxtaşırı qeydə aldığı, kiçik parçalardan ibarət hər xatirəsinin üstündə nimsərlövhə əvəzi bir bənövşə şəkli çəkilmişdi; aşağısında da rəqəmlər qoyulmuşdu. Tənhalıq və məyusluq rəmzi olan bu boynu bükük, zərif çiçəyi o, yəqin ki, səhifələrdə nahaqdan səpələməmişdi. Mən çevirib ikinci dəftərin sonuncu vərəqinə baxdım. Axırıncı bənövşənin altında "46” yazılmışdı. Bir siqaret yandırıb fikrə daldım. Lakin nə qədər cəhd etdimsə, aça bilmədim bu sirri. "46 bənövşə”—deyə yenə birinci dəftərin ilk səhifəsinə qayıtdım.
O axşam evdə başqa bir iş görmədim, ancaq mütaliə etdim. Gecə yarıyadək yalqız otağa qapılıb oxudum… oxudum...
Adı Könül olan bir qızın—Mənzərənin əkiz bacısının həyat yollarında onunla bərabər addım-addım gəzdim… dolaşdım.


Şərhlər:
Baxılıb: 736
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz