Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Salam Qədirzadə - 46 Bənövşə (1-ci dəftər - 8)
Salam Qədirzadə - 46 Bənövşə (1-ci dəftər - 8)
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 685
Səs ver:
Birinci Dəftər
8


Səhər həyətimizdə Qönçəbəyimlə rastlaşdım. Məni görcək, mehribancasına qucaqlayıb bağrına basdı, üzümdən öpdü:
—Namxuda-maşallah, nə qəşəngləşmisən, göyçək balam,—dedi.—Az qala tanımayacaqdım. Tfu!... Tfu… Göz dəyməsin, böyümüsən… ətə-cana dolmusan… Sifətin bədirlənib… Lap birdən-birə dəyişmisən ey! Srağagün ayrı cürdün. O, qadınlara məxsus maraqla geri çəkilib mənə diqqət yetirdi.
—Mərmər bacı necədir ?—deyə anamı soruşdu.
—Yaxşıdır, Qönçəbəyim xala. Siz nə təhərsiniz?
—Görürsən də… Belə. Babat. Dərsə gedirsən, hə?
—Bəli.
—Get. Göyçək balam, gecikərsən. Yoldan elədim səni. Anan yəqin evdədir.
—Evdədir, bəli.
Sözlü adama oxşayırdı.
—Xeyir ola?
—Bir dəymək istəyirəm ona. Balaca işim var.
Qönçəbəyim azacıq uzaqlaşcaq arxadan məni çağırdı:
—Könül, göyçək balam...
Ayaq saxlayıb, geri döndüm.
—Yadımdan çıxdı deyim: Emin çox-çox salam-dua göndərdi sənə.
Dodağımı dişləməsəydim, güləcəkdim.
—Göndərən də sağ olsun, gətirən də.
Qönçəbəyimlə anamın söhbəti yaxşı tutur. Bu gün də axşamadək oturub çay içə-içə hey dərdləşəcəklər.

 Oğlu Emin mənə xüsusi hüsn-rəğbət bəsləyir. Bunu çoxdan duymuşam. Əvvəllər yaxınlaşmağa cürət eləmirdi. Son vaxtlar açılışıb. Ancaq məni görəndə rəngi dəyişir. Sanki yanımda günahkardır. Bildir ad günümdə, anası ilə bizə gəlmişdi. Mənə məzəli bir hədiyyə gətirmişdi. Balaca, bozumtul meymundu.—Kəndirdən sallanmışdı, gözləri qara muncuqdan idi, işıldayırdı. Quyruğundan dartırdın, yuxarı ipə dırmaşırdı. O gecə qonaqlarımız dağılışanda mən aşağı endim, onları yola saldım. Emin guya cəsarətlənmişdi. Həyətdə Qönçəbəyimi qabağa buraxdı. Məni kənara çəkib dilidodağı əsə-əsə dedi: "Könül, neçə vaxtdır səninlə ikilikdə danışmaq istəyirdim. Xahiş edirəm, axıracan qulaq as. Mən həmişə səni düşünürəm. Axşamlar gözlərimi pəncərənizdən çəkmirəm. İşığınız sönür, sonra… inan ki, heç sonra da yata bilmirəm… Gəl sözümü yerə salma. Haçan imkan tapsan, görüşək… Mən ürəyimi sənə açmayınca...” "Zəhmət çəkmə!—dedim.—Elə bir o qalmışdı. Atam eşitsə, neylər!? Onu istəyirsən ki, mən evdə gözü kölgəli dolanım? Bir də bu barədə danışsan, üzünə baxmaram!..”
Mən qətiyyətlə ayrılıb getdim. Evə qalxcaq, balkondan xəlvəti həyətə boylandım. Emin fikirli halda bir siqaret yandırdı, suyu süzülə-süzülə evlərinə yollandı. Sonra gördüm ki, dayandı, nə düşündüsə, əlindəki siqareti yerə çırpdı; qaranlıqda xırda qığılcımlar qalxdı, söndü. Doğrusu, yazığım gəldi Eminə. Gərək o qədər sərt cavab verməyəydim. Anası Qönçəbəyim, deyirlər, gəncliyində həddindən artıq gözəl olub. Elə indinin özündə də yaxşı qalıb. Xanım arvaddır. Yaşı əlliyə çatsa da, görkəmində qocalıq əlaməti yoxdur. Sifətinə baxanda adamın xoşuna gəlir, ağappaq, gipgirdə… Gözləri işıqlı, dişləri sədəf kimi. Heç inanmırsan ki, Emin boyda oğul anasıdır.


Şərhlər:
Baxılıb: 685
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz