Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Qəlbimdəki sözlər (Bolüm 32)
Qəlbimdəki sözlər (Bolüm 32)
Göndərən: Antikvar
Şərhlər:
Baxılıb: 1068
Səs ver:
Amin...
Heyatımda her şey öz axarına düşmüşdü... Nardenle Şefeqin eyni mekanda işlemesi meni narahat etse de, heç bir problem yaşanmamışdı...
Nardenle münasibetimiz evvelkinden de yaxşı veziyyetde idi... İşlemek Nardene xeyirli olmuşdu... Axşamdan- axşama eve getdiyimizçün anam da bize deyib- dolaşa bilmirdi... Şefeqse etrafımda gezinmekden imtana etmişdi... Bu meni çox sevindirirdi... Deyesen, evli kişi olduğum gerçeyini qebul etmişdi... Ya da mene ele gelirdi... Otağımda oturub dincimi alırdım... Son zamanla başımda ve belimde sancılar olurdu... Tez yorulurdum... Saatlarla ayaq üste qalıb işlemekden bele olduğumu düşünürdüm... Ağrıkesici qebul edib başımı ellerimin arasına almışdım... Deyesen, istirahete ehtiyacım vardı... Qapının taqqıltısına of çekib - Girin... - demişdim...
- Amin... Narahat etmirem ki? - Şefeq idi... Yene haradan peyda olmuşdu ki?
- Buyur... - can derdi ona cavab vermişdim... Nece de arsız qadınlar varmış... Sözüme bendmiş kimi stulda oturmuşdu...
- Amin... Xahiş edirem ki, sözümü kesmeden meni dinleyesen... Men seni sevirem... Evvel de sevmişem... İndi de sevirem... Çox sevirem... Seni o qadınla gördüyüm zaman üreyim sıxılır... Nefesim kesilir... Bilirem ki, sen onu sevmirsen...
- Şefeq!!! Xahiş edirem...
- Esas men xahiş edirem... Bu defe sözümü kesmeden meni dinle... Çox sevirem seni... Bilirem ki, meni sevirsen... Sadece, iller önce ayrı düşdüyümüzçün sevgini qebul etmirsen... O qadını bele mene benzeyir deye sevmisen... Danma... Bunu kor insan da anlayar... Mene benzerliyi olmasa, onu istemezdin... İndi ise kişiliyinden keçib onu boşaya bilmirsen...
- Şefeq!!! Sen ne danışırsan? - çox esebleşmişdim.. .
- Men olanları danışıram... Geldiyim gün menimle her zaman görüşdüyümüz restorana gedib xatire tezeleyen sen deyildin? Hele sevginden ele cani- dilden danışmışdın ki... Bilirem, meni sevirsen... Hele de sevirsen... Arvadın xestexanada işlemeyen zamanlarda otağında menim yolumu gözleyen kim idi? Menimçün deli olursan... Öpüşlerim... Toxunuşum...
- Şefeq!!! Çıx otaqdan!!!
- Çıxmayacam!!! Doğruları, olanları dana bilmezsen... Bilmezsen!!! Yadından çıxıb maşında deli kimi öpüşdüyümüz? Qoxumu içine çekmeyin?
- Şefeq!!! Besdir!!! Çıx!!!
- Seni bele bilmezdim... Olanları danacağını bilmezdim... Bilmezdim... - Şefeq elini üzüne tutub ağlamağa başlamışdı...
- Meni öpende ondan ayrılacağını demişdin... İndi elin qolun bağlanıb... O, buraya gelmese, indi menimle vaxt keçirerdin... Yene öpüşlerinle ağlımı başımdan alıb sevdiyini deyerdin...
- Şefeq!!! Sus!!! Ağlın çaşıb? Bu ne demekdir? Elim deymemiş çıx otaqdan!!! - elimi esebden masaya çırpmışdım...
- Amin... Niye bele edirsen? Niye mene ezab verirsen? He? Niye? Menimle sevişen zaman evleneceyimizi demişdin!!! Onu boşayacaqdın... Meni sevdiyini demişdin... Demişdin... - Şefeq ayağa qalxıb ağlayaraq qışqırıb eli ile dizini vurmağa başlamışdı...
- Redd ol!!! Sen ne etmek fikrindesen? - qadın olduğu üçün kobudluq ede bilmirdim... Eyni zaman xestexanada nese etsem, xeber Nardene de çatacaqdı... Ancaq bu yalanları dinleye bilmirdim...
- Seninle olan günlerimizi geri isteyirem... Senin öpüşlerini isteyirem... Demişdin ki, boşanacaqsan... Niye danırsan? Niye? Burada heç kim yoxdur... Yalan danışmana lüzum yoxdur... Sen de meni sevirsen... İlk gün restoranda demişdin... Sevgini bildirmişdin... Sonralar her gün eyni veziyyet tekrarlandı... Hele öpüşlerin... Boşa arvadını... Öpüşlerimiz, ehtirasımız, sevgimiz geri qayıtsın... Bu defe senin olacam... Ömürlük... Getmeyecem... - Şefeq ele hıçqıraraq danışırdı ki, eşiden olsa, mene yox, ona inanardı... Men özüm bele onun sözlerini eşitdikce meetel qalmışdı... Hetta özümden şüphe etmişdim...
- Şefeq... Besdir!!! Bu ne hereketlerdir? Sen ne danışırsan? Düzdür... Biz görüşmüşük... Sevdiyimi demişem... Ancaq indi veziyyet deyişib... Men aileliyem...
- Sus!!! Mene maraqlı deyil!!! Mene sen ve senin sevgin maraqlıdır!!! İkimiz... Biz çox xoşbext olacağıq... Bilirem...
- Şefeq... Çıx otaqdan!!! Çıx!!! - stuldan qalxıb Şefeqin qolundan yapışmışdım...
- Ya çıxırsan, ya da men çıxaracam... - sözümü deyib Şefeqi qapıya sarı çevirmişdim...
- Ahhhh Amin... - meni qucaqlayıb ağlamağa başlamışdı...
- Sen ağ eledin ha... - Şefeqi iteleyib qapının ceftesinden yapışanda tam bağlanmadığının ferqine varmışdım... Qapını çekib açdıqda qarşımda ağlayan Nardeni görüb çaşmışdım...
- Sen? Bu? - çaşqınlıqla bir Nardene, bir de Şefeqe baxırdım... İkisi de ağlayırdı...
- Narden, heç ne eşitdiyin kimi deyil... - bu deqiqe meni narahat eden Nardenin duyduqlarına inanıb inanmaması idi...
- Amin? Sen ne danışırsan? Menim dediklerimi, yaşadıqlarımızı tekzib edeceksen? Men daha buna döze bilmerem... Bilmerem!!! - Şefeq ağlayaraq sözünü deyib Nardeni iteleyerek otaqdan ayrılmışdı... Quruyub qalmışdım... Şefeqin oyun oynadığı açıq- aşikar idi...
- Narden... Bize qarşı oyun oynayır... İnanma... - Sözümü deyib ireli addımlayaraq Nardenin elini tutmaq istesem de, arxasını dönüb heç ne demeden qaçıb pillelere üz tutmuşdu... Esebden belimde sancı yaranmışdı... Elimi belime sıxıb otağa keçerek stulda oturmuşdum... Nardenin ardından indi getsem de, xeyri olmayacağını bilirdim... Ona özünü toplaması üçün vaxt lazım idi... Bu vaxtın ise bizi hansı semte sovuracağını Allah bilirdi...

Narden...
Dünen yaşananlardan sonra Ludmila xanımdan icaze alıb taksi taparaq eve yollanmışdım... O qeder ağlamışdım ki... Derman atıb Amin eve gelmeden yatmışdım... Eşitdiklerimi hezm etmeyim asan olmayacaqdı... Olanları götür- qoy etmeyimçün zamana ehtiyacım vardı... Seher oyandıqda Amini yanımda görmemişdim... Getmişdi... 2 dene derman qebul etdiyimçün oyana bilmemişdim... Üzerimi geyinib hamama keçerek el- üzümü yumuşdum... Xestexanaya zeng edib Ludmila xanımdan icaze almışdım... Bu gün Şefeqi görmeye hazır deyildim... Aşağı enib metbexe keçmişdim... Nazperi xala canfeşanlıqla masanın üzerini doldurub yemeyimi istemişdi... İştahım olmasa da, teamlardan yemişdim... Metbexden çıxıb otağıma getmekçün pillelere üz tutmuşdum... Pilleleri qalxdıqdan sonra otağımın önünde meni gözleyen Aygün xalanı görüb kefime soğan doğranmışdı...
- Görürem ki, veziyyetin yaxşı deyil... - Aygün xala öne keçib qarşımda durmuşdu...
- Ne lazımdır? - bezgin halda dillenmişdim...
- Gözünü açmaq isteyirem...
- Anlamadım...
- Dünen olanları bilirem...
- Neyi?
- Xestexanada yaşananları...
- Nece?
- Şefeq deyib...
- Şefeq?
- Beli...
- Sizin Şefeqle ne elaqeniz? - deyesen, son 2 günde menim üreyim patlamalı idi...
- Şefeq menim qızımdır... Senden ferqli olaraq heç neyi menden gizlemir... Olanları bilirem... İndi olanları da, evvel olanları da... Aminin seninle niye evlendiyini her kes bilir... Şefeqe benzemesen, sen terefe baxmazdı da... Şefeq geldiyi zamandan bu yana Amin özüne yer tapmır... Onunla bir neçe defe görüşübler de... Sen aralarından çekil... Sevenlere mane olma... - Aygün xalanı dinledikce dilim- ağzım qurumuşdu... Bu qederini gözlemirdim...
- Amin menim heyat yoldaşımdır... Aramızda olanlar kimseni maraqlandırmasın... - sözümü deyib Aygün xalanın yanından keçerek otağıma girmişdim... Gözlerim dolmuşdu... İçim sıxılırdı... Fikirlerim tamamile alt- üst olmuş veziyyetde idi... Bilmirdim... Neye inanacağımı bilmirdim...
İki gün idi ki, Amin veziyyeti izah etmeye çalışsa da, onu dinlemirdim... Üreyim her şeyden sınmışdı... Xestexanada başımı qatmaqla günümü başa vururdum... Şefeqle qarşılaşmamışdıq... Ancaq bu qarşılaşma yaşanmalı idi... Tualete getmekçün dehliz boyunca addımlayırdım.. . Fikrim burada deyildi... Olanları her an beynimde fırladırdım...
- Bezileri utanmadan ortada dolaşırlar... - başım aşağı olduğundan sesi eşidib qarşıma baxmışdım... Esebden bedenim gerilmişdi...
- Ne dedin? - hirsimi boğub cavab vermişdim...
- Deyirem ki, hele utanmadan bu xestexanaya nece gele bilirsen? - rişxendle danışıb gülürdü...
- Şefeq!!! Sen bu sualı mene verirsen? Erimin az qalmış ayağına qapanıb meni öpürdün, darıxmışam deyen insan bunları danışır? Bu qederine deyecek söz tapmıram... - onsuz da, 3 gündür içim qaynayırdı... Esebimi tökmeye adam gezirdim...
- Hahaha... Sen her zaman bele gülmeli danışırsane... Vallah... Senin erin meni öpende az qalsın özü ayağıma qapanırdı ki, onun olum... Yazıq sene... Güzgüye baxanda buynuzunu görmürsen ki? Gerek sene buynuz alıb getirim... Taxıb gezersen... - sözünden o qeder pis olmuşdum ki... Bütün bedenim esirdi...
- Sence, güzgüye kim baxmalıdır? Men yoxsa sen? Kimdir exlaqsızlıq eden? He? - susan deyildim... Artıq ikimiz de heddimizi aşmışdıq...
- Ele bilirsen ki, senin ne yolun yolçusu olduğunu bilmirem? Bu sözü mene deyen sensen? Aminin altına girib onu caynağına keçiren men olmamışam... Sen olmusan!!! - eşitdiyim cümlelerden bedenim keyimişdi...
- Ne? Sen ne dedin?
- Eşitdiyini!!! Hele az deyirem!!! Erinin başını yeyen kimi özünü Amine yamamısan!!! Burada exlaqdan danışan en son insan sensen!!! Men kiminse altına yıxılıb onu min yolla erim etmemişem!!! Se... - özümü saxlamayıb var gücümle Şefeqin üzüne sille çekmişdim...
- Tfü!!! Murdar!!! Men senin kimi başqasının erine göz qoymamışam!!! Başqasının erine yalvarmamışam!! ! Başqasının erinin 3 günlük hevesi olmağa çalışmamışam!!! İyrenirem senden!!! Allah bildiyi kimi elesin meni şerleyeni!!! Bu sözümü de sene söz getirene çatdırarsan!!! Amin meni sevir!!! Biz ayrılsaq da, sevecek!!! İnsanın qelbinden hisslerini söküb ata bilmezsiz ki... Redd ol!!! - Şefeqi iteleyib tualete sarı addımlayıb içeri keçmişdim... Deyesen, bu halımı gözlemeyen Şefeqse yerindece quruyub qalmışdı... Kobinlerden birine keçib içimi sıxan kederi serbest buraxmışdım... Men heç kime heç ne etmemişdim... Her zaman insanların yaxşılığı üçün çalışmışdım... Kimise incitmemişdim.. . Bes onda niye her kes meni incidirdi? Niye? Yorulmuşdum... Ezab çekmekden qelbim yorğun düşmüşdü... İçim sızlayırdı... Güclü görünmeye çalışdıqca qelbim paralanırdı... Ağlayıb içimi boşaltdıqdan sonra el- üzümü yuyub rahatlamışdım.. . Sınmayacaqdım.. . Bunlar hamısı oyun idi... Aldanıb ailemi dağıtmayacaqdım ... Qerarımı vermişdim...
Her gün Aminle birge eve getsem de, danışmırdıq... Yene de maşının salonuna süqut çökmüşdü... Aminle barışmaq istesem de, qüruruma sığışdırmırdım. .. Onun cehd etmesini isteyirdim... Bele olsa, onsuz da, barışacaqdım... Amma Amin de inadına salmışdı... Ağzını da açmırdı... Deyesen, 3 gündür boşuna dil tökmekden yorulmuşdu... Yene diski taxıb hemişeki musiqini qoşmuşdu... Mahnının sözlerini eşitdikce gözlerim dolmuşdu... Neqaret başlandıqda ise özümü tutmayıb ağlamağa başlamışdım... Sessizce ağlayıb gözümün yaşını qurudurdum... Ani maşının yolun kenarında dayanması ile gözlerimi Amine dikmişdim...
- Bitdi? - Amin üzünü mene dönüb sualını ünvanlamışdı...
- Ne? - burnumu çekib soruşmuşdum...
- Ağlama... - üzüme meyus şekilde nezer salırdı...
- Bilirem ki, hamısı oyun idi... Sene inanmamaqla sehv etdim... - başımı aşağı dikmişdim...
- Seni Sevirem... - Aminin sözüne dolmuş gözlerimi ona dikmişdim...
- Ne olsa da, mene inan... - onun olanların üzerinde uzun- uzadı qalmaması üreyimden olmuşdu...
- İnanacam... - Amin elimden tutub öpmüşdü... Barışmışdıq... Geleceyimizi bilmeden söz vermişdik... Ancaq qaynayan vulkan bir gün yeniden püskürecekdi...
 
Müəllif: Sabina Nur


Şərhlər:
Baxılıb: 1068
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz