Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Qəlbimdəki sözlər (Bolüm 31)
Qəlbimdəki sözlər (Bolüm 31)
Göndərən: Antikvar
Şərhlər:
Baxılıb: 1347
Səs ver:
Narden...
Heyatımız daima zaman bizi haraya sürüklese, hemin istiqamete yönelirdi... Bes zaman? Zamanı idare etmek bizim elimizde deyildimi? Boş- boş oturub saatlarla düşünmeye vaxt serf etmekdense, addım atmaq en doğru olan hesab olunmurdumu? Men doğru olanı etmişdim... Heyatımı zaman axını istiqametine doğru sürüklemekdense
, yönünü deyişmeyi qerarlaşdırmışd ım... İlk önce Şefeqi yolumdan temizleyib erimi yalnızca özüme aid edecekdim... Daha sonra ise Aygün xanıma gücümü gösterecekdim.. . Sınmaqdan usanmışdım... Bezmişdim... Ne qeder olardı her kes terefinden ezilmiş rolunda çıxış etmek? Ne qeder olardı qelbini heçe sayanlar terefinden incidilmek? Men de insan idim... Menim de xoş söze, nevazişe, sevgiye ehtiyacım vardı... Ancaq gelen- keçek meni sözlerle yıxıb- üzerimden keçirdi... Niye? Ona göre ki, susurdum... Hörmet edirdim... Bele davrandıqca ezilirdim... Sınırdım... Daxilden param- parça olurdum... Her acı söz qelbimde yeni yara izi buraxırdı... Men sarıdıqca qanamağa davam eden yara izleri... İndi oturmaq zamanı deyildi... Ayaqda güclü dayanıb qelbimi söz kesikleri ile bezeyen insanlarla mübarize aparmağın vaxtı gelib çatmışdı... Önemli deyildi meğlub ve ya qalib olmaq... Esas olan mübarizeye başlamaq idi... İlk addım atıldısa, arxası da mütleq gelecekdi... Ancaq arxadan gelecek olanın neler getireceyini önceden heç kes bilmirdi...
Amin... Amin menimçün bu heyatda çox şey demek idi... Bu yaşıma kimi çox yollardan keçmişdim... Allah meni her cüre sınamışdı... Heyatıma daxil olan burulğan neyim varsa, özü ile aparmışdı... Ancaq evezinde qismetime Amini yazmışdı... Bundan sonrakı heyatımı Amin olmadan tesevvür bele etmirdim... Onu aldığım nefes qeder çox sevirdim... Sehranın ortasında suya ehtiyacı olan insan kimi Amine möhtac idim... Mene güc, qüvvet veren Aminin sevgisi idi... Amin olmasa, men de olmazdım... Cismim yaşamaqda davam etse de, ruhumu Amini itirdiyim yerde defn ederdim... Vaxt vardı ki, sevgiden xeberi olmayan Narden indi bir neçe saat ayrı qaldığım erimçün deli kimi darıxırdım... Eger mehebbet bu idise, men onun en ali zirvesinde meskunlaşan qonaq idim... Bu zirvenin meni ne zamana kimi daşıyacağını bilmirdim... Bunları düşünecek vaxtım da yox idi... İndi her saniyemi plan qurmağa serf edirdim... Şefeqi buradan birdefelik göndermeyin yollarını axtarırdım... Bir neçe gün davam eden fikirlerin ardından xestexanadakı işime geri dönmeye qerar vermişdim... Düşmeni göz önünde tutmaq en doğru vasite idi...
İki gün idi ki, xestexanada işlesem de, Şefeqle qarşılaşmamışdı m... Ancaq onunla qarşılaşıb gücümü göstermek isteyirdim... Baş hekim meni Aminden ayırmışdı... Bu da yoldaşım olmasından ireli gelirdi... Artıq qadın hekimin yanında praktikadan keçecekdim... Ludmila xanım haraya getse, meni yanından ayırmırdı... Hetta onunla birge emeliyyatlara da gire bileceyimi demişdi... O qeder sevinmişdim ki... Hekim olmaq en böyük arzum idi... Xestexanaya Amini nezaretde saxlamaqdan ötrü gelsem de, başımı qaşımağa bele vaxtım olmurdu... Nehayet ki, Ludmila xanım günorta yemeyi üçün mene azadlıq vermişdi... Süretli addımlarla pilleleri enib Aminin otağına üz qoymuşdum... Qarşıdan gelen simanı görüb üzüm düşmüşdü...
- Narden xanım... Xoş gelmisiz... - Rauf qarşımda dayanıb elini öne uzatmışdı... Bir eline, bir de gülen simasına baxa qalmışdım...
- Ele baxmayın... Men evli xanımların arxasınca düşen kişiciklerden deyilem... Narahat olmayın... Aminle danışıb aramızdakı meseleni hell etmişik... Mence, sizinle de heç bir problem yaşamayacağıq.. .
- Çox sağ olun... - Raufun elini sıxmışdım...
- Bu arada tebrik edirem... Nece deyirdiler... Hmmm... He, tapdım... Bir yastıqda qocalın...
- Size qismet... - sözümü deyib kenara keçmişdim... Bununla da getmek istediyimi bildirmişdim...
- Deyesen, işiniz var... Helelik... - yaxşı ki bunu başa düşmüşdü...
- Helelik... - sözümü deyib Aminin otağına getmişdim...
- Men geldim... - qapını açan kimi içeri keçib qışqırmışdım...
- Cırtdan... Uşaqlığın yadına düşüb? - Amin masasından qalxıb qarşıma keçmişdi...
- Buna bax hele... Meni araya qoyur... Men de vaxt tapan kimi yanına qaçıram...
- Yaxşı... Küse de bilir... Gel bura... - Amin meni qucaqlayıb saçımdan öpmüşdü...
- Xestexanaya da geldin üzünü doyunca göre bilmirem... Bütün günü darıxıram sensiz... - meni özünden ayıraraq dodağımdan öpmüşdü...
- Amin... Bir az da vaxt itirsek, axşama kimi ac qalacağıq... - elinden tutub Amini otaqdan çıxarmışdım... Lift dolu olduğundan pillekanlarla yemekxanaya enmişdik... Amin istemese de, onu razı salmışdım... Eslinde, isteyim Şefeqin bizim xoşbextliyimizi görmesi idi... Belke de, başqaları meni bu hereketime göre qınayardı... Ancaq erimi qısqanırdım... Şefeqin meni incitdiyi her kelimenin heyifini çıxmaq isteyirdim... Deye- güle yemekxanaya gelib çatmışdıq... Yemeklerimizi alıb masalardan birinde eyleşmişdik... Bilerekden üzü qapıya sarı olan stulda oturmuşdum... Ümid edirdim ki, Şefeq gelecek...
- Narden, niye yemeyini yemirsen? Baxmaqçun almışıq? - bayaqdan gözüm qapıda qalmışdı...
- Yox... Yeyirem...
- Görürem nece yediyini... Ora- bura baxaraq yeyirsen?
- Amin... Yaxşı da... Yeyirem...
- Susdum... - yemekden ağzıma aparsam da, qapını güdürdüm... Gülerek içeri keçen Şefeq ve başqa 2 dene xanımı görüb istemesem de, üzümde eseb yaranmışdı...
- Narden, nese oldu?
- Yox...
- Hara baxırsan sen? - Amin arxasını dönüb Şefeqgili görmüşdü...
- İsteyirsen, qalxaq?
- Niye ki? Yemeyimizi yeyirik... Bura her kese açıq yerdir... Aç ağzını... - çengelle yemekden alıb Aminin ağzına aparmışdım... Şefeqin bizi gördüyüne emin olduqdan sonra heç kime fikir vermeden gülerek gah Amini yedizdirib, gah da özüm yemişdim... Yemeyimizi bitirib el- ele tutaraq yemekxanadan ayrılmışdıq... Hereketim uşaq şıltaqlığını xatırladırdı... Amma Şefeqin bizim bu halımızı gördüyü zaman içinde paxıllıq alovu ile yandığını düşündükce üzümde gülüş yaranırdı... Bu da xoşbextliyim üçün yeterli arqument idi...
Dörd gün idi ki, Amini dile tutub yemekxanaya aparırdım... Her defe Şefeqin bizim halımıza baxan zaman üzünün deyişdiyini görüb içimden gülürdüm... Amin ne etmek istediyimi anlasa da, üz vurmurdu... Deyesen, bu oyun onun da üreyince idi... İşde çox yorulsam da, mene xoş idi... Ludmila xanımın isteyi ile xestenin müayine neticelerini ona getirmekçün aşağı enmişdim... Dehliz boyu ireliledikce qarşıda divar kenarında dayanıb meni izleyen Şefeqi görmüş...
- Ooouuu... Narden xanım... Görürem ki, xestexananı yaman menimsemisiz... - sırtıq kimi gülüb qarşıma keçmişdi...
- Size dexli yoxdur!!! Çekilin önümden!!! - elimle qoluna toxunub onu kenar etmek istemişdim...
- Bu ne aqressivlikdir? Heç yaraşdırmadım.. . - qarşımda sedd çekib terpenmirdi...
- Nece davranacağımı sizden soruşan deyilem!!! İşim var!!! Qarşımdan çekilin!!!
- Esas sen menim qarşımdan çekil!!! Aminle evlenmisen deye ele bilirsen ki, senden ötrü üreyi gedir? Güzgüde öz simana baxmısan? He? Seni niye istediyini bilirsen? Mene göre!!! Mene oxşamasan... - Şefeq bir anda mene müraciet formasını deyişmişdi... Etrafdakılar bizi izleseler de, kimse dilimizi anlamırdı... Buna göre de, fikir vermeyib keçib gedirdiler...
- Sus!!! Amin meni sevir!!! Bunu her kes bilir!!!
- Susum? Seni sevir? Hahahay... Amin meni sevir!!! Hemişe sevib!!! İndi de sevir!!! Sadece, seni it kimi küçeye atmağı kişiliyine sığışdırmır!!!
- Tfü sene!!! Nece de menliksin qadınsan!!! Utan!!! Kiminse erinin dalından qaçmaq sene düşüb? Ölürsen heç? Hele burada önümü de kesirsen...
- Menem menliksiz, ya sen? Özüne güveni olmayıb meni qısqandırmağa çalışan kimdir? Erine güvenmeyib buraya kimi gelen kimdir? Sen!!!
- Deyesen, işe yarayıb!!! Yaman qısqanmısan!!! Seni xeberdar edirem!!! Ya buradan gedirsen, ya da her gününü qara edecem!!! - Şefeq kimi qadından qorxub geri çekilesi deyildim... O hansı dilde danışsa, men de ele olacaqdım...
- Hahaha... Ay öldüm gülmekden... Öldüm... Çox gülmeli danışırsan... Meni xeberdar edene bax... Heç bilirsen ki, sen bu xestexanada olmadan önce Amin menimle hansı oyunlardan çıxırdı? Hardan bilesen ki, ay yazıq... Sene üreyim ağrayır... Çırpındıqca batacaqsan...
- Yalan danışırsan!!! Amin meni sevir!!! Sen terefe baxmaz da!!!
- Ele deyirsen? Çox eminsen? Onun ehtiraslı öpüşleri... Ahhhh... Toxunuşları... Amin kimi kişini heç bir qadın unuda bilmez... İndi sene göre menden uzaq durur... Ancaq bu ayrılığa uzun zaman tab getire bilmeyecek...
- Senin heç bir sözüne inanmıram!!! Amine güvenim sonsuzdur!!! Bir daha qarşımı kesib uydurduğun boş xeyalları sadalama!!!
- Demek, inanmırsan... Ne deyirem ki? İnandırmaq elimdedir... O güne kimi son xoşbextliyinin dadını çıxar... - sözünü deyib yanımdan keçerek uzaqlaşmışdı... İndi bu qadın ne danışırdı axı? Amin meni sevirdi... Ona etibarım sonsuz idi... Şefeqin boş sözlerini özüme derd edesi deyildim... Onsuz da, özümü bu söhbet üçün hazırlamışdım.. . Sınmayacaqdım.. . Bir halda ki bu xestexanada idik, bu terz söhbetlerimiz hele çox olacaqdı... Buna göre de, her kiçik hede- qorxunu beynime salmamalıydım.. . Men xoşbext idim... Heç kim ve heç ne xoşbextliyime kölge sala bilmezdi...
Şefeqle söhbetimizin üzerinden bir hefteden artıq vaxt keçmişdi... Amma Şefeq heç ne ede bilmemişdi... Her gün xestexanada üz- üze baxsaq da, danışmazdıq... Düzdür, bezen onun danışıqları ağlıma geldikce içimde şüphe yaransa da, bütün bu fikirleri başımdan atırdım... Amine olanlar baresinde heç ne dememişdim... Lüzum görmürdüm... Her olanı qaçıb Amine xeber edesi deyildim ki... Yene Ludmila xanımın otağında oturub dosyeleri araşdırırdım... Qarşıma 3-4 dene kitab töküb hem oxuyurdum, hem de yaddaşıma hekk edirdim... Eyni zamanda xestelerin veziyyetlerini araşdırırdım... Qapının döyülmesine - Gelin... - deyib başımı kitablardan ayırmışdım...
- Narden, necesen? - Lena idi... Xestexanada tibb bacısı vezifesinde çalışırdı...
- Yaxşıyam... Çox sağ ol... Sen necesen?
- Men de yaxşıyam... Dehlizde Amin beyle qarşılaşdım... Seni otağında gözlediyini bildirdi...
- Meni? - teecüblenmişdim ... Amin meni bu zamana kimi lazım olduqda zeng edib çağırmışdı...
- He... Seni... Mene dedi... Men de geldim ki, xeber verim... İndi işimin başına dönmeliyem... Helelik... - Lena otaqdan çıxmışdı... Amin meni niye çağırtdırsın ki? Zeng ede bilerdi... Niye bele çağırıb ki? Düşüne- düşüne ayağa qalxıb dehlize çıxmışdım... Aminin otağına yol almışdım... Eger otaqda göreceklerimin heyatımı deyişeceyini bilseydim, heç zaman Lenanı dinleyib hereket etmezdim...
 
Müəllif: Sabina Nur
 


Şərhlər:
Baxılıb: 1347
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz