Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Qəlbimdəki sözlər (Bolüm 29)
Qəlbimdəki sözlər (Bolüm 29)
Göndərən: Antikvar
Şərhlər:
Baxılıb: 1490
Səs ver:
Aminin valideynleri ile eyni evi bölüşdüyümüz vaxtın üzerinden neçe günler keçmişdi... Bu günler boyunca bir günüm xoş keçmemişdi... Aminin işde olması Aygün xalanın eline fürset vermişdi... Meni tutduğu yerde iynesini batırırdı... Bezen otağıma soxulub acı söz deyib bütün günüme acı soğan doğrayırdı... Tebii ki bütün bunlardan Aminin xeberi yox idi... Niye demediyimi heç özüm de bilmirdim... Ancaq Amini anasına qarşı çevirmek istemirdim... Hem de Aminin veziyyeti yanlış anlamasından çekinirdim... Ana ile oğul arasına girib ixtilaf salmaq mene xas olan keyfiyyet deyildi... Her gün Allaha yalvarıb mene yol açmasını dileyirdim... Ümidim Allaha idi...
Dünen Amin iş yoldaşlarından birinin şam yemeyine geleceyini demişdi... Otağımda dolabın önüne keçib özüme geyim seçirdim... Heç neye hevesim yox idi... Bu neçe günde üreyim qocalmışdı... Ne qeder tene eşitmek olardı ki? Qapının taqqıltısına - Gelin... - deyib yatağın üzerinde oturmuşdum...
- Qızım, neçe saatdır otaqdan çıxmırsan... Düşündüm ki, ac olarsan... - Nazperi xala elinde sini ile içeri keçmişdi... Sinini tumbanın kenarına qoyub yanımda oturmuşdu...
- Niye kefin yoxdur, gözel balam? - yanımda oturub üzüme baxırdı...
- Yox, xalacan... Lap da kefim var... - öz derdimle kimise bezdirmeye haqqım yox idi...
- Qızım, men her şeyi görürem... Aygün seni çox incidir... Ağır sözler deyir... Daş olsa, çatlayardı... Seni bu hala salan söz yaralarıdır... Atalar yaxşı deyibler... Qılınc yarası sağalar, söz yarası sağalmaz... Aygün neçe yaşına çatmış xanım olsa da, öz hemcinsini incidir... Senin kimi gelini niye istemediyini anlamıram... Camaat yanı balalı olan dulu alıb gelini edir... Sen cemisi 2 ayın gelini olmusan... Heç gelin olmaq nedir bilmemisen de... Seni menden yaxşı anlayan ola bilmez... Vaxt vardı ki, Aygün kimi insanların tenesine göre men aile qurmadım... Erim öldükden sonra isteyenlerime getmedim... Bes sonda ne oldu? O danışanlar hamısı öz heyatlarını yaşayıb neve- netice sahibi oldular... Yerinde sayıb tenhalığa mehkum olan men oldum... Sen düzgün olanı etmisen... Sevginin arxasından getmisen... Kim ne dese de, fikrine salma... Allah böyükdür... O, sene kömek olacaq... Şükür olsun ki, erin seni sevir... Amine veziyyeti başa salsan seni anlayar... Bele susmaqla özünü incidirsen... Senin yerine kim olsa, çoxdan olanları erine deyib köçüb getmişdi... - Nazperi xala doğru deyirdi... Amma men de helelik sebir yolunu seçmişdim... Belke, Allah Aygün xalanın üreyine insaf vererdi...
- Xala, men sizin fikrinizi anladım... Çox düzgün danışırsız... Sadece, men Amini anasına qarşı doldurmaq istemirem... Amin uşaq deyil ki, men neyise başa salım... Özü diqqet yetirse her şey göz qabağındadır...

- Ne desem de, sen neçe gündür öz fikrinden dönmürsen... Amma seni bele kederli görsem, axırda özüm Amini qarşıma alıb danışacam onunla... İndi yemeyini ye... Sonra da qeşeng geyinib düş aşağıya... Sen cavansan... Aygünün ve ya başqasının qarşısında sınmamalısan... Güclü ol... - Nazperi xala sözlerini deyib otaqdan çıxmışdı... İştahım olmasa da, sinini qarşıma qoyub teamlardan yemeye başladım... Fikirli halda yemeyimi yeyib ayağa qalxdım... Otaq meni sıxırdı... Eyni mekanda neçe saat qalmaq olardı ki? Sinini elime alıb otaqdan çıxaraq pillelere üz tutdum... Metbexe keçib sinini boşaldaraq qabları yumağa başladım... Nazperi xala yemek bişirdikce bulaşıq qabları toplayıb sonraya saxlamışdı... Ne qeder narazılıq etse de, qabları yumağa davam etmişdim...
- Nazperi, her şey hazırdır? - qapının açılması ile başımı çevirib Aygün xalanı görmüşdüm... Elimdeki son qabları durulayıb refe yığmışdım... Desmalı elime alıb suyu süzülen qabları qurulayırdım... Aygün xalaya fikir vermesem de, onun nezerlerini üzerimde duyurdum... Nazperi xala ile danışsa da, meni süzürdü...
- Nazperi, ne vaxtdan kimise metbexe buraxan olmusan? - qaşı ile meni işare etmişdi...
- Aygün, özün bilirsen ki, men bele şeyi sevmirem... Cavandır, başını qatır... - Nazperi xala pis veziyyetde qalmışdı...
- Men özüm iş görmek istedim... - sözümü deyib işimi görmeye davam etmişdim...
- Özünü kimin gözüne salırsan? Ele bilirsen ki, bele etmekle seni alqışlayacam? - bu qadında ne vaxt şirin dil yaranacaqdı?
- Men kimese göre etmirem... Öz başımı qatıram...
- Yazıq... Başqa ne bilirsen ki? Ömrü boyu ev işlerinden başqa ne öyrenmisen ki? Bu boyda saraya gelin oldun, yene de boş vaxt tapan kimi metbexe qaçırsan... Xemirin bele yoğrulub... Kiminse qulluğunda durmaqdan el çeke bilmirsen... Bütün günü ya otağındasan, ya da metbexde... Bir defe düşünmürsen ki, qaynanamın yanına gedib elit tebeqede ne edildiyini öyrenim...
- Aygün xala, xahiş edirem ki, meni alçaltmayasız.. . Sizin heyatınızı bilmesem de, biz tereflerde ev işleri bacarmayan qızı alan yoxdur... Bütün günü eri işden gelene kimi hevesle müxtelif cür team hazırlayan xanımlar var... Onlar sevgilerini bu formada gösterirler... Men de özümü o xanımlardan biri kimi görmüşem... Mene lazım deyil sizin elit tebeqeniz... Mene lazım olan erimin üreyini xoş etmekdir... - neçe gündür susub yola versem de, bu sözler son damla olmuşdu...
- Seni anlayıram... İçinden gelir kiminse nökeri olmaq... Axı heyatda nökerlere de ehtiyac duyulur... Bizim kimilerin qulluğunda duranlar da lazımdır... Allah işini avand etsin... Sen hele burada ol, Amini men qarşılayaram... - sözünü deyib cavabımı gözlemeden qapını çırpıb getmişdi... Pis olmuşdum... Gözlerim dolmuşdu...
- Qızım... Sen ona fikir verme... Hikkesinden edir... Amin ilk defe onu bu qeder saymayıb öz bildiyini etdi... Senin xeberin yoxdur ki, toya kimi bu evde ne qeder söz söhbet olub... Aygün ne dese de, Amin seni seçdi... Qısqanır Aminin sevgisini... Amin tek övlad olduğu üçün üzerine bu qeder düşür... Bütün meylini ona salıb... İndi özge qadınla bölüşe bilmir... Seni ezmekle içindeki kini üze vurur... Vallah, Amin sütül qız uşağını da sevib alsa, bele edecekdi... Lap onun seçdiyini de alsa, bundan eksik davranmayacaqdı ... Men Aygüne beledem... Sen özünü üzme... - Aygün xalanın sözlerinin bir ucu Nazperi xalaya toxunsa da, yazıq qadın meni teselli edirdi... Derinden nefes derib işimi bitirerek Nazperi xalaya yaxınlaşıb boynunu qucaqlayaraq yanaqlarını öpmüşdüm...
- Xalaların en şirini... En şekeri... Bal kimisen... Esas sen onun dediyi sözleri düşünüb üzülme... Onun sözleri mene aid idi... Yoxsa, seni incitmez... Özün ki bilirsen... Ellerin derd görmesin... Bütün günü bizim zehmetimizi çekirsen... Allah sene ömür versin... Şirinim menim... İşlerini bitir, qeşeng donlarından birini geyin... Bilirsen ki, Amin sen olmasan, süfreye oturmayacaq... Men de gedim geyinib hazırlaşım... Sevmediyi yoldaşı olsa, Amin eve devet etmezdi... Onu utandırmayaq... - Nazperi xalanı yene öpüb metbexden çıxmışdım... İçim burxulsa da, bu qadının üzülmesini istemirdim... Özümü emelli- başlı artistliye vurmuşdum... Otağıma çıxana kimi gözlerim yaşla dolmuşdu... Otağıma keçib dolabdan paltar seçmeye başlamışdım... Eseb boğazıma direnmişdi... İnsanın demek isteyib de deye bilmedikleri içinde yığıldıqca az qalır ki deli olsun... Men de ele idim... 2- 3 dene paltar seçib yatağa atmışdım... Dolabı bağlayıb boy aynasında özüme zillenmişdim...
- Ağlamayacam... Ağlamayacam... Güclü olmalıyam... Men güclüyem... Güclüyem... - her zaman etdiyim kimi öz eksimle danışmağa başlamışdım... Amma göz yaşlarıma mane ola bilmemişdim... Üzüm boyunca cığır açan damlaları barmaqlarımla qurutsam da, durmadan süzülürdü... Bir neçe deqiqe ağlayıb hamama keçerek el- üzümü temizlemişdim.. . Otağa qayıdıb bayaq seçdiyim geyimlerden krem rengli ve bedene oturan düz kesimli donu ayırıb kenara qoymuşdum... Seher Amini işe yola saldıqdan sonra çimib rahatlansam da, saçımı bürüb yığdığımçun tam qurumamışdı... Feni toka qoşub saçımı qurutduqdan sonra donu geyinib güzgünün önünde dayanaraq özümü izlemişdim... Geyim beden quruluşumu ortaya sermişdi... Gözel görünürdüm... Telefonun dırıltısına elime alıb Arize xala olduğunu görmüşdüm... Zengi açıb telefonumu qulağıma aparmışdım...
- Alo, Narden... - Arize xalanın sesinde telaş duyulurdu...
- Xala... Nese olub?
- Yox... Sene göre narahat qaldım... Bayaq da yığdım, götürmedin... Sonra da zeng etmedin...
- Xala, bağışla... Telefona baxmamışam... Aşağıda idim...
- Qızım, nese olub? Sesin yaxşı gelmir... - bayaq ağladığımçun sesim danışan zaman xırıldayırdı...
- Yox, xalaların birdenesi... Men yaxşıyam... Aminin iş yoldaşı bu gün bize yemeye gelecek... Ona göre hazırlaşıram...
- He, qızım... Men seni narahat etmeyim... Yene zeng vuracam... - zengi sonlandırıb aynanın önüne keçerek üz- gözümü qaydasına salmışdım... Saata baxdıqda Aminin harada olsa, geleceyini görüb aşağı enmişdim... Qonaq otağına keçib divanda eyleşmişdim... Aygün xala ortalıqda yox idi... Bir neçe deqiqe sakitce oturub otağı izlemişdim... Qapının sesine yerimden qalxıb dehlize çıxmışdım... Az keçmemiş Nazperi xala önden içeri keçib metbexe getmişdi... Bir neçe deqiqe sonra Amin eve daxil olmuşdu... Qeti mene baxmırdı... Kefi yox idi... Qapıya nezer saldıqda içeri giren qadını görüb çaşqınlıq yaşamışdım... Mene benzerliyi olan qadın ireli addımlayıb elini öne uzatmışdı...
- Salam... Men Şefeq... Siz de Aminin heyat yoldaşı olmalısız... Başqa cür ola da bilmez... Mene benzemenizden her şeyi anladım artıq... - bu qadın ezilib- büzülerek neler danışsa da, menim beynim Şefeq adında ilişib qalmışdı...
- Şefeq, buyur içeri keçek... - Amin öne gelib Şefeqe ters- ters baxmışdı...
- Amin, heyat yoldaşın şokdan ayılmayıb... Su getir... - gülüb meni süzürdü...
- Şefeq... Besdir... Narden, gel otağa keçek... - Amin elimden tutub meni arxasından otağa aparmışdı... Hele de özüme gelmemişdim... Aminle men bir divanda, Şefeq ise digerinde oturmuşdu... Gözümü Şefeqden çekmeden onunla aramda olan oxşarlığın derecesini ölçürdüm...
- Amin, eviniz heç deyişmeyib... Her şey eyni qalıb... Ele bil iller bizden başqa heç neye toxunmayıb... - Şefeq etrafı süzüb danışırdı... Onun hereketleri, oturuşu, her şeyi ferqli idi... Men heç zaman ele ola bilmezdim... Geyindiyi qarışıq rengli dizden az- maz yuxarı donu ona yaraşırdı... Hele saç düzümüne, makiyajına, dırnaqlarına kimi bezekli idi...
- Amin... Xoş gelmisen, oğlum... Şefeq? - Aygün xala içeri keçen kimi Amini görüb üstüne gelse de, Şefeqi görüb istiqametini deyişmişdi...
- Qızım... Ne xoş supriz... Seni göreceyimi gözlemezdim... Xoş gelmisen... - Aygün xala Şefeqi qucaqlayıb öpmüşdü... Yerini rahatlayıb Şefeqle söhbete başlamışdı... O qeder ürekden danışırdı ki... Ne men, ne de Amin ağzımızı açmırdıq... Şefeq gelmişdi... Göresen, niye gelmişdi? Bes Amin? Ona qarşı hissleri varmı? Artıq suallar beynimde dövr edirdi... Bir neçe deqiqe sonra her kes masada yerini almışdı... Nazperi xala başı ağradığını deyib bize qoşulmamışdı... Masada heç kes yemek yemirdi... Aygün xala ile Şefeq söhbetlerinde idiler... Aminle menimse gemimiz batmışdı...
- Şefeq, ne yaxşı geldin? Yoldaşın da buradadır?
- Yoldaşım sizlere ömür... - Şefeq sözünü deyib başını aşağı dikmişdi...
- Allah rehmet elesin... Nece oldu bu?
- Aygün xala, bir gün görüşüb bunları danışarıq...
- Yaxşı qızım... Sen nece istesen... - susub yemeyi hörmet xatirine didişdirmeye başlamışdıq... Her kes susmuşdu... Uzun müddet bele qalmayıb divana keçerek çay süfresini gözlemişdik... Çay süfresi qurulana kimi Aygün xala yene söhbet açmışdı...
- Şefeq, Aminle çalışırsız?
- Beli, xala...
- Ne yaxşı... Çox sevindim... Men her zaman Aminle senin münasibetini desteklemişem.. . Ömrüm boyu senin kimi gelin arzulamışam...
- Çox sağ olun... Men de sizinki kimi bir aileye gelin olmaq isterdim... Hele Amin kimi heyat yoldaşı olmasını hansı xanım istemez ki?
- He, qızım... Onsuz da, Amin eyni ile senin oxşarını alıb... Düzdür, senin xasiyyetde heç kes ola bilmez... Men simanı nezerde tuturam... - Aygün xala meni alçaldıcı baxışla süzmüşdü...
- Amin, heyat yoldaşını bele tesevvür etmirdim... Mene benzediyi üçün bele tez- bazar toy etmisen? Deyesen, ikinci defe eyni şansı elinden qaçırmaqdan qorxmusan... - Şefeq sözünü deyib qeh- qehe çekmişdi...
- Şefeq... Özünü ele al... Men Nardeni onun xasiyyetde başqa biri ile qarşılaşmadığım a göre ömrümün sonuna kimi yanımda istemişem... - Amin esebi idi... Ele menim de qanım qaralmışdı...
- Oğlum, niye qıza sert cavab verirsen ki? Düz deyir de... Neçe iller onun derdi ile yaşadın... Narden ona benzemese, alardın heç? Qarşına qat- qat yaxşı ailenin qızı çıxdı... İstemedin... Guya biz bilmirik ki, Nardeni niye istemisen? Eh oğlum... Şefeq, sen de Amine fikir verme... Çayını iç... - Aygün xala meni emelli alçaltmışdı... Özümü çox pis hiss edirdim...
- Xala, men getsem yaxşıdır... Daha gecdir... - Şefeqin üzünden biclik yağırdı... O deqiqe bilinirdi ki, yalandan özünü üzgün gösterir...
- Qızım, bu evin qapısı hemişe senin üzüne açıqdır... Mütleq menimle elaqe saxla... Aminden nömremi alarsan... Nede olmasa, birlikde çalışırsız... - Aygün xalanın sözlerinden sonra Şefeq ayağa durub Aminle mene ağızucu sağol edib otaqdan çıxmışdı... Qapının sesini eşiden kimi dehlize çıxıb qaçaraq pilleleri qalxmışdım... Otağımıza gelib hamama keçerek ağlamağa başlamışdım... Şefeq gelib ve Amin bunu mene demeyib... Hele üstelik onu evimize devet etdiyini de demeyib... Niye? Gerek meni alçaldaydılar? Gerek menim qürurum ayaq altına atılsın? Hıçqıraraq ağlayıb içimi boşaltmışdım... Aminin otağa gelmemesinden veziyyetin gergin olduğunu anlamışdım... Yeqin, Aygün xala ile mübahise edirdi... Bir neçe deqiqe ağlayıb sonda yorulmuşdum... El- üzümü yuyub otağa keçerek yatağın üzerinde oturmuşdum... Gözümü dolabın üzerindeki aynaya zilleyib özümü süzürdüm... Qapının açılmasına başımı yere dikib durmuşdum... Amin olduğunu bilsem de, bu deqiqe en son görmek istediyim insan o idi...
- Narden... Üzüme baxmayacaqsan? - qarşıma gelib dizi üste yere çökmüşdü...
- Üzüme bax... - danışsa da, gözlerimi kenara dikmişdim...
- Bax mene... - çenemden yapışsa da, başımı silkeleyib gözlerimi yummuşdum...
- Men seni sevirem!!! Baxmasan da, yaxşı- yaxşı qulaq as!!! Min dene Şefeq de gelse, seninle keçirdiyim bir saniyeni evez ede bilmez!!! Seni Sevirem!!! Bağışla ki, Şefeqin geldiyini sene dememişem... Bağışla...
- Lazım deyil senin sözlerin mene!!! Götürüb Şefeqini getirmisen bura... Hele danışırsan da!!! Meni alçaltdıqlarını görmedin? He? Belke, senin de xoşuna geldi? Gederdin de Şefeqinin dalınca!!! İncidi senden!!! Ya da sabah işde üzr isteyersen!!! Tutub hele qar... - sözümü bitirmeden Amin belimden tutub meni özüne çekerek öpmeye başlamışdı... Ne qeder itelesem de, buraxmırdı... Müqavimet göstersem de, meni öpmeye davam edirdi...
- Menim her şeyim sensen!!! Birde "Şefeqin" sözünü ağzına alsan, dilini qoparacam!!! - sözünü deyib yeniden dodaqlarımı öpmüşdü... Aniden meni qucağına alıb yatağa uzatmışdı... Getdikce şiddetlenen öpüşler arasında ağlım tamam uçumuşdu... Daha ona müqavimet göstermirdim... Bir neçe deqiqe içinde hem öz üzerini geyimden azad etmişdi, hem de menimkini... Ehtiraslı öpüşlerine davam edib ağlımı başımdan almışdı... Ona qarşılıq vermek istemesem de, bacarmamışdı... Qollarımı beline dolayıb Amini özüme sıxmışdım... Geceye kimi bedenimde öpülmemiş yer buraxmamışdı... Gece meni qucaqlayıb çiynimden öpmüşdü...
- Senden başqası menimçün yoxdur... - sözünü pıçıldayıb saçlarımı bir neçe defe öpmüşdü... Gözlerimi yumub ellerimi Aminin qolunun üzerine qoymuşdum... Ne baş verse de, men erimi sevirdim... Onu itirmek en son isteyeceyim şey idi... Yeri gelse, Amine göre yüz dene Şefeqle mübarize aparardım... Amma ailemin dağıdılmasına göz yummazdım... Uşaq deyildim... Şefeqin Amine qarşı marağı olduğunu anlamışdım... Ele sabahdan erimi yanımda saxlamaqçun mübarize bayrağını qaldıracaqdım...
 
Müəllif: Sabina Nur


Şərhlər:
Baxılıb: 1490
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz