Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Qəlbimdəki sözlər (Bolüm 28)
Qəlbimdəki sözlər (Bolüm 28)
Göndərən: Antikvar
Şərhlər:
Baxılıb: 1078
Səs ver:
Amin...
Qarşımda Şefeqi gördükde çox böyük çaşqınlıq yaşamışdım... Uzun illerden sonra Şefeq burada ne edirdi? Anlamırdım...
- Amin... Ne ruh görmüş kimi üzüme baxırsan? - Şefeq qarşımda dayanıb elini yelledirdi...
- Men getdim... Senin bu oğlanı özüne getirmeyin vaxt alacaq... Helelik... - Rauf sözünü deyib otaqdan çıxmışdı...
- Amin... Niye bele oldun ki? Menem Şefeq... Senin bir vaxtlar canın olan Şefeq... Her sirrini bölüşdüyün Şefeq... - Şefeq Raufun bayaq oturduğu stulda yerini rahatlamışdı...
- Men inana bilmirem... Getmeyinden hardasa 7 il keçib... Seni bir daha göreceyimi düşünmezdim...
- Düşünmediyimiz bir gün başımıza gelir... Qismet... - Şefeqin üzü bir anda düşmüşdü...
- Seni buraya getiren sebeb mene çox maraqlıdır...
- Burada işin çoxdur?
- Neçe gündür xestexanada yox idim... Yeni xesteler gelib... Onlara baş çekib yoxlamağı düşünürdüm...
- Bir neçe saatı mene ayırsan, heç ne olmaz... Neçe gündür xestexana sensiz de işleyirdi... Deyirem, belke gedek restoranların birinde çay içek... Hem de söhbet ederik... Nece düşünürsen?
- Hmmm... Olar... - belke de, düzgün etmirdim... Ancaq Şefeqle menim aramda her zaman yaxın münasibet olmuşdu... Birden- bire deyişe bilmezdim... Şefeqle xestexanadan ayrılıb menim maşınıma eyleşmişdim...
- Amin... Gel, hemişeki mekanımıza gedek... Hele de işleyir ora?
- He... Nece qoyub getmişdinse, ele de işleyir...
- Ne yaxşı... Çox sevindim... Xatireleri tezeleyerik... Nede olsa, ora ile bağlı lap çox xatirelerimiz var...
- Esas da senin... En çox sen gedirdin ora... Ele meni de sen aparmışdın...
- Mecbur aparmamışdım ki... Sen de dünenden razı idi... O qeder teecüb qalmışdım ki, senin kimi birinin ele sade yere getmesine... Amma sonralar bu hallarına alışdım...
- Alışmalı idin de... Yapışıq ekizler kimi hara getsek, ayrılmazdıq...
- Hamı bizi sevgili bilirdi... O qeder ayrılmayanlar ancaq sevgililer olardı da...
- Demeye... Az qalırdıq geceni de eyni evde qalaq...
- Utanmasan, oynamağa ne var ki... - yol boyunca keçmiş xatireleri yada salıb restoranın önüne çatmışdım...
- Amin... Bax... Bizim daima oturduğumuz masa... Gel... - Şefeq qolumdan yapışıp meni masaya sarı aparmışdı... Evveller olduğu kimi yerimizi rahatlayıb oturmuşduq...
- Ne sifariş edim seninçün?
- Evveller ne sifariş edirdinse, onlardan...
- Yene?
- Hemişe...
- Bezmedin her defe eyni dadlardan?
- Men sevdiyim şeylerden bezmirem... - Şefeq sözünü deyib nezerlerini gözüme dikmişdi... Sifarişleri verib söhbetleşmeye başlamışdıq...
- Danış... - nezerlerimi Şefeqin simasında cemlemişdim...
- Neyi? - ya anlamamışdı, ya da anlamazdan gelirdi...
- Bu neçe ilde heyatının nece keçdiyini...
- He... Heyatdır... Keçdi de...
- Şefeq...
- Yaxşı... Danışacam...
- Neyi gözleyirsen? Danış da... Erin de gelib seninle? Uşağınız yoxdur ki? - suallarımdan sonra Şefeqin üzüne keder çökmüşdü...
- Buradan getdikden sonra Natiqle tanış oldum... Meni çox beyenmişdi... Sonra tanışlıq meqsedi ile görüşmeye başladıq... Natiq meseleni çox uzatmaq istemedi... Nişanlandıq... 2 aydan sonra toyumuz oldu... Her şey o qeder tez baş vermişdi ki... Burada deyibler ki, isti başda ağıl olmaz... - Şefeq sözlerinden sonra susmuşdu... Heç ne başa düşmemişdim...
- Ayrılmısız? İncidib seni?
- Yox... Natiq heç vaxt meni incitmeyib... Her zaman qeydime qalıb... Meni çox sevib... Xoşbextliyimçün elinden geleni edib...
- Bes onda ne? Sen de onu sevirdin de... Yadımdadır, mene zeng edib aşiq olduğunu demişdin...
- Eh, Amin, Amin... Bunlar hamısı oyun idi... Seni yoxlayırdım... Mene qarşı hissin olub- olmadığını bilmek isteyirdim...
- Bu neyine lazım idi ki? Sen ki meni seven deyildin...
- Deyirem, nece de safsan... Men her zaman seni sevmişem... Sadece, senden heç zaman sevgiye aid heç ne duymamışdım...
- Şefeq... Sen ne danışırsan? - deyesen, bu gün men şok üstüne şok yaşayacaqdım...
- Neçe iller önce danışmalı olduğumu indi danışıram... Men her zaman seni sevmişem... Yoxsa, niye o qeder adam dura- dura seninle vaxt keçirim ki?
- Yeni, bunlar heqiqetdir?
- Amin... Men deliyem ki, neçe il sonra doğru olmayan bir şeyi danışım? İndi sözümü kesmeden meni dinle... Sene zeng etdikde menim adıma sevindiyini bildirmişdin... Mene qarşılıq vermemişdin... Çox pis olmuşdum... Bir neçe gün üzüm gülmürdü... Natiq veziyyetimle maraqlandıqda ona her şeyi danışmışdım... Meni anlamışdı... Zamanla seni unudacağımı demişdi... Onunla aile qurdum... Zaman keçse de, sevgim azalmırdı... Natiq ne etse de, onu seve bilmirdim... Hörmet edirdim, qiymet verirdim... Ancaq insan heyatında bir defe sevir... Hele sen menden uzaqlaşdıqdan sonra daha beter içime qapanmışdım... Natiq menim bu hallarımı görüb üzülürdü... Bir neçe il bele yaşadıq... Getdikce Natiqe bağlanmışdım... Natiq yanımda olmadıqda onunçun darıxırdım... Ancaq en böyük problemimiz uşaq idi... Hekim problemin Natiqde olduğunu demişdi... Müalice olunsa da, netice vermemişdi... Buna göre menden ayrılmaq istese de, razılaşmamışdım ... Nece razılaşaydım? Axı o menim en çetin anlarımda yanımda olmuşdu... Ancaq Allahın yazdığı qismeti pozmaq olmur... Bizim taleyimizde ayrılıq varmış... Bir il önce Natiq dostları ile rayona getmişdi... Gece şehere qayıtmaqçun yola çıxmışdılar... Qeza baş vermişdi... Qarşıdan gelen maşının sürücüsü içkili imiş... Döngede işıq yandırmayıbmış. .. Qeza neticesinde maşın yoldan çıxmışdı... Natiq ve 2 dostu yerindece keçinmişdiler.. . Bir dostu sağ çıxdı... O da psixoloji travma almışdı... Diger maşının sürücüsü ölse de, diger 2 şexs sağ qalmışdı... - Şefeq gözünün yaşını silib ofiseantın getirdiyi çaydan qurtum almışdı... Ne deyeceyimi bilmirdim... Susub Şefeqi izleyirdim... Deyişmişdi... Saçlarını kare kesdirmişdi... Geyim terzi, makiyajı, hereketleri bele deyişmişdi... Qadınlaşmışdı.. . Şefeqle Narden bir- birine benzeseler de, Narden uşaq simasında qalmışdı... Geyimi, hereketleri bele uşaq kimi idi... Belke de, yaş ferqi öz sözünü deyirdi... Nardeni buraya getirdiyim gün yadıma düşmüşdü... Eynindeki güllü don ve cins penceyle Nardene en çox 18 yaş vermek olardı... Narden makiyaj da etmezdi... Ele onda en çox sevdiyim sadeliyi idi... Özünü kimese beyendirmeye çalışmırdı... Nece varsa, ele davranırdı...
- Neye gülürsen?
- Men?
- Bes kim?
- Gülmürdüm axı...
- Özünden xeberin yoxdur heç... Bayaqdan gözünü kenardakı masaya dikib gülümseyirdin.. . - sen deme, Nardeni düşündükce özümden xebersiz gülüremmiş...
- Senin adına çox üzüldüm... Allah yoldaşına rehmet etsin... Ölenle ölünmür... Allah qalanlara ömür versin... - başqa da ne deyeceyimi bilmirdim...
- Çox sağ ol... Allah ölenlerimize rehmet etsin... - danışmadan şirniyyatlarla çayımızı içmeye davam etmişdik...
- Amin, bayaq dediklerime göre mene qırılmadın?
- Hansı dediklerin?
- Seni sevdiyimle bağlı...
- Yox... Şefeq, eger meni dinleye bileceksense, indi her şeyi danışsam, yaxşıdır... - men de yaşadığım hissleri Şefeqe bildirmek isteyirdim...
- Dinleyerem... Niye dinlemeyim ki? Ne istesen, danış...
- Heç bilmirem söhbete haradan başlayım... Heyat bizi haradan haraya getirib... Belke de, ikimizden birimiz cesaretli olsaydıq, indi burada başqa şeraitde oturardıq... Şefeq, men de sene qarşı eyni hissleri beslemişem... Men de seni sevmişem... Özü de lap çox...
- Axı bu nece ola biler? - Şefeq teecüblenmişdi. ..
- Xahiş edirem ki, sebirli olub sona kimi dinle... Men seni ilk gördüyüm vaxtdan beyenmişdim... Zamanla bu hissler sevgiye çevrildi... Ancaq sene heç ne deye bilmedim... Men düşünmezdim ki, senin de üreyin mene qarşı sevgi ile çırpınır... Eslinde, düşünürdüm ki, universiteti bitirdikden sonra sene her şeyi danışaram... Heç bunu nece edeceyimi de bilmirdim... Senin dostluğunu itirmekden qorxduğumçun her şeyi gizlemişdim... Universiteti qurtaran kimi sen Bakıya getdin... Mene zeng edib aşiq olduğunu dedikde inandım... Axı senden heç zaman özüme qarşı başqa davranış tutmamışdım... Senin aile qurmağını bildikden sonra nömremi deyişdim... Seninle elaqeni kesdim... Aileli birine başqa gözle baxmaq mene yaraşmazdı... Neçe iller seni unutmağa çalışdım... Özümü işime verdim... Ancaq 6 il birlikde vaxt keçirdiyin insanı unutmaq asan deyildi... Her defe nese olurdu ve seni xatırlayırdım.. . Ancaq getdikce veziyyeti qebul edib alışdım... Aile qurmadım... Ta ki Nardenle qarşılaşana kimi... Onun mesumluğu, tebiiliyi meni yoldan çıxartdı... İndi 3 hefte olacaq ki, aile qurmuşuq...
- Hmmm... Daha de ki, yene gecikdim... - Şefeq sözünü deyib gülmüşdü...
- Heyat yoldaşın şanslıdır... Her kesin qarşısına Amin kimisi çıxmır...
- Men de şanslıyam... Onun kimisi de hamıya nesib olmur...
- Amin...
- Beli...
- Sirr deyilse, bir sual vere bilerem?
- Baxır suala...
- Heyat yoldaşını sevirsen?
- Bu neyine lazımdır ki?
- Maraqlıdır...
- Sevirem... Sevmesem, bir ayın içinde toy etmezdim...
- Lap yaxşı... Allah xoşbext etsin...
- Çox sağ ol... Allah seni de xoşbext etsin...
- Qalxaq?
- Olar... - restorandan ayrılıb maşına eyleşerek yola düşmüşdük...
- Şefeq... İçeride soruşmağı unutdum... Seni xestexanamıza getiren sebeb ne idi?
- Demeli, Natiqden sonra bir neçe ay heyatdan küsmüşdüm... Hemin vaxtlar işe çıxmadım... Ancaq papagil mene dayaq oldular... Heyatın davam etdiyini gösterdiler... İşime davam etdim... Bir neçe ay önce xestexanadan meni konfransa gönderdiler... Orada Raufla qarşılaşdıq... Köhne tanışlar kimi söhbet etdik... Erimin öldüyünü dedim ona... Şeher mene Natiqi xatırladır dedim... Mene teklif etdi ki, Peterburqa köçüb Bakıdan uzaqlaşım... Xestexanada işe düzelmekçün mene kömek edeceyini de dedi... Vizit kartını verdi... Men de Natiqin ili tamam olduqdan sonra Bakıdan bura köçdüm... Raufla danışdım... Xestexanada işe düzelmeyim çetin olmadı... Hem neçe illik iş stajım vardı, hem de universiteti burada bitirmişdim... Vallah, Rauf senin de xestexanada işlediyini evvelden mene dememişdi... İşe düzeldikden sonra bunu mene deyib öz ağlınca supriz etmek isteyib... Doğurdan da, böyük supriz oldu... Hele heyat yoldaşınla istirahetde olduğunu bildikde en böyük suprizi yaşadım... Men ele düşünürdüm ki, Aygün xala seni çoxdan öz istediyi qızla evlendirib... Bilsem ki, hele subaysan, Rauf teklif etdiyi vaxt buraya gelerdim... - Şefeq sözünü deyib gülmüşdü... Men Şefeqe beled idim... Ne zaman ciddi, ne zaman zarafatcıl olduğunu bilirdim... Ve onun mene qarşı indi de hissleri olduğuna emin idim... Söhbeti uzatmayıb Şefeqi isteyi ile evinin önüne getirib düşürmüşdüm... Özüm de bu qeder yaşananlardan sonra işe qayıtmaq istememişdim... Maşını evin önüne sürüb saxlamışdım... Düşüb düşmemekde tereddüd edirdim... Şefeqi bir daha göreceyimi gözlemezdim... Amma heyat insanı hansı hadise qarşısında qoymurdu ki? Şefeqe qarşı hissler besleyirdimmi? Bu sualın cavabını deqiq bilirdim... Men Şefeqi daha seven deyildim... İndi Narden vardı... Onu qoyub başqasına baxmazdım... Narden menimçün her kesden deyerli idi... Şefeqi gördükde Nardeni sevdiyimi anlamışdım... Men Nardeni özüne göre sevirdim... Onlar Şefeqle tamam ferqli idiler... Bunu bu gün daha gözel anlamışdım... İlk başda Nardeni Şefeqe benzediyi üçün beyensem de, bu hissler Şefeqe beslediyimden ferqli idi... Nardene beslediyim duyğular ne etdiyini bilen, özünü derk eden kişinin duyğuları idi... Şefeq ise cavanlıq sehvim idi... Ömrümün neçe ilini alan sehv... Men Şefeqle yaxşı dost olsam da, onun xasiyyetinde biri ile uzun iller eyni evi bölüşüb yaşaya bilmezdim... Allah bizimçün her zaman en xeyirlisini edirdi... Şefeqle bizim yolumuzu ayırmaqla da Allah en doğru olanı etmişdi...
Maşından enib evin yolunu tutmuşdum... Qapını Nazperi xala açmışdı... Ne anam, ne de ki Narden ortalıqda yox idi... Otağa çıxıb qapını açdıqda yataqda uzanıb kompyuterle meşğul olan Nardeni görmüşdüm...
- Cırtdan...
- Amin... Ne tez geldin?
- Sevinmedin?
- Delisen? Üreyim partlayırdı teklikden... - yatağın kenarında oturub notebook-u bağlayaraq tumbanın üzerine qoymuşdum...
- Neçe gündür yaramı behane edib meni özüne yaxın qoymursan... Darıxmışam... - Nardenin belinden tutub özüme teref çekerek dodaqlarını öpmeye başlamışdım... Dodaqlarını öperek onu yatağa arxasıüste uzadıb ağırlığımı üzerine salmadan elimi aşağı atıb donunu yuxarı sıyırmışdım... Üzerini geyimden azad edib boynuna enerek öpüşlerimi işe salmışdım... Narden mene qarşı çıxmayıb gözlerini yumaraq qırıq-qırıb sesler çıxarmağa başlamışdı... Bedenini öpüşlerimle isidib yeniden dodağına qalxaraq onu öpmeye başlamışdım... Nardenin üzerinden qalxaraq qapını içeriden kilitleyib üzerimi soyunmuşdum... Narden örtüyü üzerine çekib arxasını mene dönerek uzanmışdı...
- Qaçışın yoxdur... Balaca Cırtdan... - Nardeni arxadan özüme sıxıb boynunu öpmeye başlamışdım... Çiyninden başlayaraq yeniden bütün bedenine öpüş qondurmuşdum...
- Seni Sevirem... Çox Sevirem... - bu gün ele hey bu sözü Nardene söylemek gelirdi içimden... Balaca uşaqlar kimi sevinirdim... Nardeni sevdiyime emin olduğumçun sevinirdim... Sözlerimi söyleyib Nardeni öpmeye davam etmişdim... Axşamdan sevişmeye başlasaq da, gece saatlarınadek Nardene rahatlıq vermemişdim...
- Bağışla... - onu neçe saatdır çox incitmişdim... Narden heç ne demeyib onu qucaqladığım qolumu öpmüşdü...
- Yaxşı ki varsan... Seninle xoşbextem... - sözlerimi söyleyib burnumu saçına direyib qoxulamağa başlamışdım... Gözlerimi yumub yuxuya getmeye çalışsam da, alınmamışdı... Nardeni qollarımda sarsam da, ona yalan demiş kimi hiss edirdim özümü... Şefeqin gelişini Nardene dememekle sehv etdiyimi bilirdim... Ancaq bu gecenin sehrini poza bilmezdim... Nardenin saçını kenar edib boynunun ardından öperek gözlerimi qapatmışdım... Xoşbext idim... Bu xoşbextliyi kiminse pozmasına izin vermezdim... Ya özüm pozsam, ne edecekdim?..
Şefeqin gelişinden bir hefteden artıq vaxt keçmişdi... Xestexanada yeterince işimle meşğul olub Şefeqden bacardığım qeder uzaq dururdum... Onsuz da, onun gelişini Nardene deye bilmediyimçün özümü günahlandırırdı m... Neçe defe eve gederken her şeyi Nardene danışacağıma dair planlar qursam da, veziyyet başqa cür formalaşmışdı.. . Onsuz da, son zamanlar Nardenin qanı qara olurdu... Bunun sebebkarı anam idi... Ancaq elimden bir şey gelmirdi... 2-3 defe anamla teklikde danışıb Nardeni incitmesin deye tenbehlemişdim. .. Bele davam etse, öz evimize köçeceyimizi de demişdim... Amma faydası olmamışdı... Anama beled idim... İki dünya bir olsa da, öz bildiyinden dönmezdi... Ancaq bu işe encam çekecekdim... Eger anam davranışlarını düzeltmese, en geci 1 hefteye öz evimize köçecekdim...
Xestexanada otağımda oturub xestelerin veziyyetleri baresinde son melumatları inceleyirdim... Qapının döyülmesine - Girin... - deyib dosyeleri kenara qoymuşdum...
- Amin bey yene özünü işlerine hesr edib? - Şefeq içeri keçib devet gözlemeden qarşımdakı masada oturmuşdu...
- Sene de salam... - Şefeqin son zamanlarda etdiyi hereketleri inceledikce bele birini bir vaxtlar nece seve bildiyimi düşünürdüm...
- Salam demesem, ne olacaqdı ki? Lap bele çox isteyirsense, indi deyirem... Salam, Amin bey... Necesiz? Narahat etmedim ki sizi? Bundan sonra "Sizle" danışarıq da... - Şefeq sözümden incidiyini açıq- aşikar göstermişdi...
- Şefeq, xahiş edirem ki, yersiz danışmayasan...
- Xahişinizi nezere alaram, Amin bey... Ne vaxtdan yersiz danışan olmuşam? Onsuz da, neçe gündür soyuqluq var sende... Menden qaçırsan... Yeqin, arvadın gözünün odunu yamanca alıb... He? - meni ele salar kimi danışıb eseblerime toxunmuşdu...
- Şefeq... Menimle bu terzde danışa bilmezsen... Qarşında uşaq yoxdur... Meni heç kes qorxuda bilmez... Ne de gözümün odunu ala bilmez... - onsuz da, neçe gündür Şefeqin geldiyi üçün gergin idim... Bir yandan da Narden xestexanada işinin başına dönmek isteyirdi... İşin içinden nece çıxacağımı bilmirdim...
- Amin... Qelbime deyirsen... Buraya geldim ki, iki köhne dost kimi söhbetleşek... Hem indi de yaxşı dost ola bilerik... Heyat yoldaşına menim baremde danışmısan heç?
- Bu seni niye maraqlandırır ki?
- Ele- bele soruşuram da...
- Danışmışam...
- Neleri?
- Her şeyi...
- Yeniden qayıtdığımı da?
- Yox...
- Niye?
- Çox sual verdin...
- Qısqancdır?
- Bilmirem...
- Nece yeni? Arvadının qısqanc olub- olmadığını bilmirsen?
- İndiye kimi heç vaxt qısqanmayıb...
- Hmmm... Qısqanmayan qadın neye lazımdır ki? Qısqanmayan biri seve bilmez...
- Narden mene güvenir...
- Eminsen?
- Elbette...
- Onda belke meni sabah evinize şam yemeyine devet edesen... Hmmm? Bununla da arvadının yeni bir xasiyyetini keşf edersen...
- Olmaz...
- Niye ki? Yoxsa, arvadından qorxursan?
- Ele deyil...
- Onda sübut ele...
- Şefeq, sen ne danışdığının ferqindesen?
- Elbette... Burada böyüdesi ne var ki? Sizin eve şam yemeyine gelecem... Hem de Aygün xala üçün darıxmışam... Senin niye razı olmadığını bilmirem... Ancaq menim tanıdığım Amin qorxaq deyildi...
- Şefeq... Yaxşı... İsteyin budursa, sabah axşam bizde olarsan...
- Doğurdan?
- He... İndi xahiş edirem ki, otaqdan çıxasan... İşlerim var... - sözlerimden sonra Şefeq heç ne demeden otaqdan ayrılmışdı... Sehv etdiyimi bilirdim... Şefeq bilmirdi ki, Narden ona benzeyir... Ele Narden de Şefeqin geri döndüyünü bilmirdi... Mense bu işin içinden nece çıxacağımı bilmirdim... Teki Allah sonumuzu xeyir etsin...
 
Müəllif: Sabina Nur


Şərhlər:
Baxılıb: 1078
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz