Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
12 yaşlı qızın qorxulu hekayəsi (+18)
12 yaşlı qızın qorxulu hekayəsi (+18)
Şərhlər:
Baxılıb: 18070
Səs ver:
Hər şey o gündən sonra başladı, güzgüdə gördüyüm o üzdən sonra. Çox qorxunc idi, hələ də bəzi qüsurlar qalıb...
Bir neçə il əvvəl mənim 12 yaşım olardı. Evimiz çox kiçik idi, amma tezliklə o evdən köçəcəkdik. Balaca olduğum üçün həmişə anamın çantasına girib əşyalarını qarışdıraradım.Sonra isə saatlarla güzgünün qarşısından ayrılmazdım, anam neçə dəfə xəbərdarlıq esə də fikir vermirdim. Əşyalarını qarışdırdığım üçün yadıma gəlir anam üstümə acıqlanmışdı. Amma 12 yaşında balaca bir qız uşağı üçün bu çox əyləncəli idi. Yaxınlarda anamın ad günü idi. Atamla restoranların birində qeyd edəcəkdilər. O günü məni evdə tək qoyub getdilər, amma qonşumuza demişdilər bizə gəlməsi üçün. Qonşumuz məndən böyük idi. Hər zaman evdə tək qalanda o bizə gələrdi. Saat axşam 11 olardı. Mənə -qonşu tezliklə gələcək- deyib qapını bağlayıb getdilər, mən də kilitlədim qapını. Bir az gözlədim amma heç kəs gəlmədi, yəqin işi çıxıb deyə fikirləşdim, birazdan gələr. Evdə tək qaldığım üçün doğrusu biraz qorxdum. Həmişə səs-küy olan ev bu gün bomboş idi. Başımı qatmaq üçün yenə anamın çantasını götürüb güzgünün qarşısına keçdim. Anam mənə dəfələrlə gecə vaxtı güzgüyə baxmamamı desə də əhəmiyyət vermirdim. Lakın bu gecə başıma gələnlər bir də heç vaxt yadımdan çıxmayacaqdı. Nə isə yataq otağındakı güzgünün qarşısına keçib üz-gözümü bəzəməyə başladım. Heç üstündən 10 dəqiqə keçməmişdi ki, qapı döyüldü, elə bildim qonşumuzdu. Qaçaraq qapını açdım, heç kim yox idi. Çox təəccübləndim, qapının zənginin səsini eşitdiyimə əmin idim amma. Qapını bağlayıb əyləncəmə davam etdim. Çox əylənirdim, ta ki... Saat artıq gecə yarısı olmuşdu, nə qonşumuz var idi, nə də valideynlərim. Artıq öz-özümə qorxmağa başlamışdım. İşıqların birdən sönməsi məni daha da vahimələndirdi.Bir az otaqda gözlədim yanar indi deyə. Amma olmadı, mətbəxə keçib şamı yandırdım. Mətbəxdə olarkən otaqdan qəribə səslər eşitdim, amma səslər çox zəif olduğu üçün fikir vermədim. Şamı yandırıb otağa qayıdırdım. Qapının yanına çatıb açanda elə bil şamı kimsə üfürüb söndürdü. Çaşıb qaldım, biraz da qorxdum doğrusu. Şamı güzgünün yanına qoyub mətbəxə kibrit dalınca yenidən getdim. Kibriti götürüb yataq otağına çatmışdım ki, şüşə qırılması səsi eşitdim, artıq öz-özümə vahimələnməyə başladım. Güzgünün qabağına çatanda kibriti yandırıb şama tutdum. Otaq az da olsa işıqlandı. Başımı qaldıranda güzgünün iki yerə ayrıldığını gördüm. Az qala dəli olacaqdım. Üzümü iki yerə bölünmüşdü güzgüdə. Güzgüdən baxanda arxamda qaranlıq bir kölgə dayanmışdı. Qorxumdan qışqırmağa başladım. Arxama çevriləndə üzünü gördüm onun. Çox qorxunc idi. Əlim şama dəydi, yerə düşüb söndü, hər tərəf qapqaranlıq oldu. Otağın bir küncünə keçib ağlamağa başladım. Amma qaranlıqda qıpqırmızı gözləri olan bir üzün mənə tərəf gəlməsini görəndə ağlımı qaçırdım, deyəsən gözləri idi, qaranlıq olduğu üçün özü görsənmirdi. Qorxumdan bütün bədənim tutuldu, dilim qurudu, sanki otaq başıma fırlandı, gözümün qabağı qaraldı... Daha sonrası yadıma gəlmir. Gözümü açanda xəstəxanada idim. Atam anam başımın üstündə. Nə qədər çalışsam da danışa bilmirdim. Sadəcə baxdım və yenə özümdən getdim.
Deyəsən 3 gün idi gözümü açmamışdım. Aylarla müalicə aldım. Onlar da çox peşman olmuşdular evdə məni tək qoyduğuma görə. Psixioloji müalicə alsamda dilim açılmamışdı, artıq gecələr hər şeydən diksinməyə başlamışdım öz-özümə. Molla yanına aparandan sonra aydın oldu ki, məni şeytan tutub, bir neçə dua oxuyub yazdıqdan sonra özümdə bir yüngüllük hiss etdim. Bir neçə gün keçdikdən sonra dilim açıldı, amma qüsurlar qlmışdı. İndi 23 yaşımın olmasına baxmayaraq güzgüyə baxmağa çəkinirəm. O gün gördüyüm isə dünənki kimi yadımdadı.


Şərhlər:
Baxılıb: 18070
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz