Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Salam Qədirzadə - 46 Bənövşə (1-ci dəftər - 5)
Salam Qədirzadə - 46 Bənövşə (1-ci dəftər - 5)
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 841
Səs ver:
Birinci Dəftər
5

Biz beşmərtəbəli binanın ikinci qatında oluruq. Mənzilimiz üçotaqlıdır. Bayırdan qapımızın çərçivəsindəki ağ düyməni basanda, dəhlizə cingiltili zəng səsi deyil, əsəbləri səkitləşdirən xoş bir musiqi sədası yayılır. Sol tərəfdə gözlük şüşələri naxışlı geniş qapı adlandırdığımız qonaq otağına açılır. Tünd-şabalıdı rəngli mebellərimiz son müasir dəbdə olmasa da, yaraşıqlıdır. Anam qəsdən otaqlarımızı bir növ qədim qaydada bəzəyib. Bu mənim də xoşuma gəlir. Evimizdəki əşyaları on il qabaq necə qoymuşuqsa, indi də yerlərini dəyişməmişik. Zala döşəmə boyu xalı sərmişik. Ortadakı uzunsov, dördkünc yemək stolunun ətrafında altı yumşaq kreslo qoyulub. Sağ divarda, piano ilə servant arasında yataq otağına qapı var. Bu yanda bufet, divan, yuxarı küncdə isə "Rubin-106” televizoru durur. Zal, küçə balkona açılan ikitaylı qapının şüşə gözlüklərindən işıqlanır. Divanın arxasındakı "Tarantello” Italiya xalçası üstündən oymalı, zərli haşiyədə tanımadığım rəssamın canlı bir mənzərə əsəri vurulub. Şəkildə, yaşıl meşə qoynundakı ucqar kənddən çıxan süvarilərin, sıldırım dağlarda ilan kimi qıvrılan müdhiş yollarda qalxdığı təsvir olunur. Üzbəüzdə isə atamın fotoşəklidir. Qapıların pərdələri də divarlara çəkilmiş kağıza uyğun mavi güllüdür. Axşamlar, hündür tavandan asılan iri büllur çilçirağın şam-lampaları yananda zal zül-zül edir; "Tarantello” xalçasındakı rəqqasə qadını ortaya alan oğlanların, qızların əlvan geyimləri gündüzkü rəngini dəyişərək, bərq vurur. Mənim otağım dəhlizin sağ səmtindədir. Telefon da orda, yazı stolumun sol böyründədir. Divardan bir oyuncaq meymun asılıb. Bunu mənə ad günümdə Qönçəbəyimin oğlu hədiyyə gətiribdir. Həyətə çıxan balkonun qabağında qollu-budaqlı yabanı yasəmən ağacı əkilib; baharda açılan çəhrayı çiçəkləri çox gözəl, lakin ətirsiz olur. Sadə otağımı zənginləşdirən, ancaq kitablarımdır. Bütün bunlardan başqa bir də mətbəxin böyründə balaca, xudmani aynabəndimiz var. Yayda səhər və axşam sərinliyində çay içməyə, çörək yeməyə ora yığışırıq. Vəssalam. Bizim mənzilimiz belədir.


Şərhlər:
Baxılıb: 841
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz