Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Salam Qədirzadə - 46 Bənövşə (1-ci dəftər - 4)
Salam Qədirzadə - 46 Bənövşə (1-ci dəftər - 4)
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 1265
Səs ver:
Birinci Dəftər
4
 
 "Bakı Soveti” metro stansiyasına yaxınlaşanda Dərya gülə-gülə məni qarşıladı. Ehmalca dirsəyimə toxunub:
—Axşamınız xeyir,—dedi.
Cavab vermək istədim, ancaq gecikdim. Sonra da… eskalatorla enəndə az qala yıxılacaqdım. Çəkməmin dabanı ilişdi, büdrədim. Yaxşı ki, Dərya dərhal qolumdan yapışdı: "Yavaş, Könül.” Mən güldüm:
—Tuflim sürüşdü.
Dərya ayaqlarıma ötəri bir nəzər fırlatdı, üzümü yana tutmuşdum. Yuxarı qalxan pilləkəndən qohum, tanış təsadüfən məni görə bilərdi. Rəfiqələrimdən birinin sözü yadıma düşdü: "Sevginin ləzzəti oğlanla qorxa-qorxa, xəlvəti gəzməkdədir. Nişanlanandan sonra adam arasına nənəm də çıxar.
 "Biz hara gedirik?”—deyə Dəryadan soruşmaq istədim. Dilim gəlmədi. O mənə lap yaxın dayanmışdı. Nəfəsindən papiros qoxusu hiss edirdim. Bu da Emin təki başıaçıq olduğundan bayırdakı külək dalğalı, qara saçlarının səliqəsini pozmuşdu. Dəryanın çiyinləri bu gün mənə dünənkindən enli görünürdü. Pencəyinin altından qalın, yun köynək geymişdi, yəqin ondandı. Əyninə biçilmiş boz ratin paltosu bir qədər köhnəlmişdi.
—Uzaqdan sizi güclə tanıdım, Könül,—deyə Dərya aradakı sükutu pozdu.
—Ola bilər...
—Anna Kareninaya oxşayırdınız...
—Yaşda, görkəmdə?
Dərya tutuldu:
—Əlbəttə, görkəmdə. Sizin nə yaşınız var ki. Uşaqlıq çağından srağagün ayrılmısınız...
Neon lampaları ilə gündüz kimi işıqlanan bərli-bəzəkli, mərmər divarlı stansiyaya düşcək hündür sütunlardan birinin arxasına çəkilib dayandıq. Mən gözümü Dəryaya zilləmişdim. Sifətində bir az kobudluq vardı. Ancaq iti baxışları adamın ürəyinin dərinliyinə nüfuz edirdi. Alnına dartılmış enli, qara qaşları ona ciddi bir görkəm verirdi. Mən bərkdən danışanları sevmirəm, bunu da bir növ mədəniyyətsizlik əlaməti hesab edirəm. Dərya çox astadan danışırdı. Az qala pıçıldayırdı, bundan xüsusi zövq alırdım:
—Könül, mən istəyirəm, bizim görüşlərimiz boş, mənasız keçməsin. Vaxtımız heyfdir. Dünən sizinlə məsləhətləşmədim. Bu günə hazırlıq görməmişəm. Kinoya da, teatra da, sirkə də gedə bilərik.
—O, bu sözləri asta-asta dedikcə, dodaqları arasında qızıl dişi parıldayırdı.
—Hər halda... bayırda gəzməli deyilik, Könülcan. Belə baxıram, hava qarlayacaq.
Oğlan dilindən birinci kərə idi "Könülcan” kəlməsini eşidirdim. Adım heç zaman bu qədər xoşuma gəlməmişdi. Ürəyimdə anama təşəkkür etdim.
Şəhərin kino-teatrlarında təzəliklə iki hissəli, "Spartak” filmi göstərilirdi. İnstitutda yoldaşlarım çox tərifləyirdilər. Məmnuniyyətlə ona baxardım. Ancaq niyyətimi bildirməyə çəkindim.
—Mənimçün təfavütü yoxdur,—dedim.—Xətriniz hara istəyir… Təki maraqlı bir şey olsun. Dərya gözlərini qıyıb, alnını ovuşdurdu.
—"Spartak” ı görməmisiniz?—Soruşdum.
—Yox. Siz necə?
—Mən də görməmişəm. Bəlkə elə...
—Getdik! Ən yaxşısı odur.
Qatara minib, "26 Bakı komissarı” stansiyasına yollandıq. Bilet alınca qaş qaraldı. Kino zalında yerimiz arxa cərgədə idi. Dərya solumda əyləşmişdi. Paltomu çıxaranda o mənə canıyananlıq etdi.
—Sizə soyuq olmaz ki, Könülcan?
—Xeyr.
—Onda salın çiyninizdə qalsın.
İşıqlar söndü. Ekran canlı, geniş bir həyat səhnəsinə çevrildi... Film başlanandan Dərya sol əlimi ovcundan buraxmadı—sığalladı, sıxdı, barmaqlarımı şıqqıldatdı. Mənə xoş gəlirdi onun bu nəvazişi. Fikrimi yayındırsa da, müqavimət göstərmirdim... Birdən qolumun büküyünə sanki od basdılar. Diksindim və cəld əlimi çəkdim; Dəryaya tərəf döndüm. Sərxoş kimi gözləri axırdı. Biləyimi öpdüyündən elə məmnun idi ki… Gülümsəyirdi, kirpikləri titrəyirdi. Qaranlıqda bir anlığa özümü qərib hiss etdim. Dərya mənim üçün başqalaşdı, yada döndü. Bədənim əsdi. Sümüklərim eyməndi. "O niyə belə etdi?”—deyə qəzəbli baxışlarımı gizlətməyə çalışsam da, bacarmadım.
—Incidiniz məndən?
Cavab vermədim. Dərya məyus oldu. Sonra filmin axırınadək danışmadıq. Onu incitməyi özümə rəva görmədim. Ürəyini almağa bir bəhanə axtardım. İşıqlar yandı, ayağa qalxıb paltomu geyəndə soruşdum:
—Siz Rafaello Covanyolinin "Spartak”ını oxumusuz?
—Xeyr.
—Məsləhət bilirəm, oxuyun. Romanla bu filmin arasında çox fərq var.
Dəryanın eyni açıldı. Sifətindəki pərtlik tədricən çəkilib yoxaldı.
Evə gəlincə hər şey unuduldu. Bayırda hava dəyişmişdi. Külək yatmışdı. Şəhərə sanki göy qübbəsi boyda ələkdən xırda- xırda qar ələnirdi. Səkilər, yollar ağappaq idi.
—Bir də haçan görüşək, Könülcan,—deyə o, küçəmizin tininə çatanda yavaşıdı. Mən güldüm:
—Hələ heçayrılmamışıq ki...—Sonra çiyinlərimi çəkdim.—Nə bilim...
Dərya telefon nömrəmi götürdü.
—Institutdan nə vədə gəlirsiniz?
—Saat ikidə, üçdə...
—Çox gözəl.
—Ancaq… Xahiş edirəm bizə axşam yeddidən gec zəng çalmayın..
—O da gözüm üstə.
Dərya, olsun ki, məni başa düşmədi. Atamdan ehtiyat edirdim, işdən o vaxtlar qayıdırdı.
—Ayrılaq?
Onun bu sorğusuna çox könülsüz və soyuq cavab verdim:
—Ayrılaq...
Əlimi tutdu.
—Indi icazənizlə olarmı?..
Mən utandım. Üzümü yana döndərdim. Dodaqlarınn istisi bu dəfə əvvəlcə əlimin dalını, sonra isə bir-bir barmaqlarımı yandırdı.
—Gecəniz xeyrə qalsın, Könül
—Xeyrə qarşı,—dedim.
Mən öz otağıma keçəndə, saat on birə az qalırdı. Anama zəng çalmaq tamam yadımdan çıxmışdı...


Şərhlər:
Baxılıb: 1265
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz