Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Qəlbimdəki sözlər (Bolüm 27)
Qəlbimdəki sözlər (Bolüm 27)
Göndərən: Antikvar
Şərhlər:
Baxılıb: 1296
Səs ver:
Men özümü Aminin valideynleri ile yaşamağa hazırlamışdım... Ancaq Aygün xalanın mene qarşı bele sert ve acıqlı davranışından çekinirdim...
- Mama, men yorğunam... Otağıma çıxacam...
- Oğlum, axı demişdin ki, gelende her şeyi danışacaqsan...
- Mama, sonra danışaram... İndi dincelmek isteyirem...
- Yaxşı... - Amin anasıyla telefonda neler danışmışdı, bilmirdim... Ancaq Aminin emeliyyat olunduğunu Aygün xala bilse, alemi qatacaqdı bir- birine... Amin otaqdan ayrılsa da, men utandığımdan heç yere terpenmemişdim. .. Amin otaqdan getdikden bir neçe deqiqe keçen kimi Aygün xala öz sert nezerlerini menim simamda cemlemişdi...
- Yadındadır, sene az qalsın yalvardım ki, oğlumdan uzaq dur? Bes sen ne etdin? Amini daha da eline keçirdin... Sence, men buna göz yumardım? Yox... Ancaq oğlumun xetrine göz yumdum... Düşünmezdim ki, bu yaşananlar evlilikle neticelenecek.. . Amma qismet... Ele düşünme ki, gül kimi oğlumu sene yar edecem... Hele xoş günlerindir... Men istemirem ki, onun- bunun artığından nevem olsun... Amindeki sene qarşı hevesdir... O, seni sevmir... Men oğluma beledem... Bir az vaxt keçsin, özü seni istemeyecek... O vaxt gelib çatana kimi görmediyin günlerin dadını çıxart... - Aygün xala sözlerini deyib otaqdan çıxmışdı... Men özümü müdafie ede bilmemişdim... Üreyim çox qırılmışdı... Kim isteyerdi ki, qaynanasından bele sözler eşitsin? Bir neçe deqiqe gözümü divara zilleyib baxsam da, sonda otaqdan çıxıb hamama üz tutmuşdum... Ağlamağı sevmesem de, içim dolub durmuşdu... Bir az ağlayıb üzümü yuyaraq Aminin yanına yollanmışdım...
- Niye gec geldin? - otağa keçmeyimle elini başının arxasına qoyan erim üzünü sallamışdı...
- Ne edim bes? Ayıbdır axı... Tez gele bilmezdim... - Aminin üzüne baxmadan sözlerimi deyib çemodandan paltar çıxarmışdım... Hamama keçerek üzerime qapalı geceliyimi geyinib yataqda uzanmışdım...
- Darıxmışam... - Amin arxadan belimi qucaqlayıb meni özüne sıxmışdı...
- Yorğunam... Hem de yaran tam sağalmayıb... - bu gece bütün kefim pozulmuşdu...
- Narden... Nese olub?
- Yox... Sadece, yatmaq isteyirem...
- Ancaq men seni isteyirem...
- Amin, başqa vaxtı... İndi yatmaq isteyirem...
- Yaxşı... Yataq onda... - Amin boynumdan öpüb meni daha da möhkem qucaqlamışdı... Gözümü yumub yatmağa çalışsam da, Aygün xalanın sözleri beynimden çıxmırdı... İlk günden qaynanam mene qarşı soyuq müharibeye başlamışdı... Allah axrımızı xeyir etsin teki...
Seher yemeyini yedikden sonra Aminden icaze alıb taksi ile Arize xalagile getmişdim...
- Qızım... Menim gözelim... - Arize xala qapının önünde meni gören kimi qucaqlayıb bağrına basmışdı... İçeri keçib oturan kimi metbexe üz tutub çay qoymuşdu... Ne qeder dile tutsam da, yarım saatın içinde çay süfresi hazır etmişdi...
- Ele bil gözüme yaxşı deymedin... Sınıxmısan... Niye? Amin sene yaxşı baxmır? Hem Amin niye gelmedi? - Arize xalanın gözünden heç ne qaçmazdı...
- Xala, gel otur... Her şeyi danışacam... - Arize xala stulda oturduqdan sonra seyahetimizin esas meqamlarını danışmışdım... Yazıq arvad ağzını açmadan meni dinlemişdi...
- Mende deyirem ki, bu uşaq niye sınıxıb... Guya gezmeye getmişdiz, başınıza gelenlere bax... Aygünün nifrinliyinden hele yaxşı qurtarmısız... İnan ki, siz gedenden her gün meni yığıb deyinirdi... Ele tutub ki, onlara gezmek lazım idi... Gezmeye Peterburqda da çoxlu yerler vardı... Niye getdiler... Düzdü, senin qaranca danışa bilmirdi... Amma men uşaq deyilem ki... Başa düşürem ki, Aygün seni istemir... Hele ele bilir ki, Aminin başına her şeyi sen yeridirsen... Her neyse... Bunları özün de bilirsen... Ortada qalan Amin olacaq... Gerek gelib uşağa baş çekim... - Arize xaladan başqa derdimi bölüşeceyim kimsem yox idi... Olanları en yaxınım kimi ona danışmağa dilim gelirdi...
- Xala, dünen gelen kimi Aygün xala menimle çox pis danışdı... Bilirsen, ay xala, Aminin mene qarşı marağını o hiss etmişdi... Menimle danışıb Amini özümden uzaq tutmağımı xahiş etmişdi... Vallah, men cehd etdim... Ancaq Amin uşaq deyil ki... El çekmedi... İndi deyir ki, sen niye xahişimi yere saldın... Sözünden bele çıxır ki, menden heyif çıxmaq isteyir... Niye hemişe menim qarşımı kimse kesmek isteyir? Niye men tam xoşbext ola bilmirem? İndi ki evlenmişik, her kese bize xoşbextlik dilemek düşür... Men onu anlayıram... Anadır... Oğlunun yaxşılığını isteyir... Ancaq oğlu da meni seçib... Biz ayrılsaq, eline ne keçecek? Guya bizi ayırsa, Amin xoşbext olacaq? Mene dedi ki, Amin seni sevmir... Men oğlumu tanıyıram... Bilirem ki, bu sözlerle meni Aminden uzaqlaşdırmaq isteyir... Ancaq men de insanam... İçime şüphe düşür... İlk günden bele eden birinden sonra ne gözleyeceyimi bilmirem... - danışdıqca gözlerim dolmuşdu...
- Can, menim balam... Pis olma... Zamanla Aygün seni tanıdıqca sehv hereket etdiyini anlayacaq... Belke, Aminle danışasan? Uyğun dilde başa sal ki, ayrı qalsaz yaxşıdır...
- Yox, xala... Onda Amini mene qarşı dolduracaq... Hem bir neçe gün qalarıq, yeqin ki...
- Qızım, Amin senin erindir... O, seni başa düşecek... Hem de anasının xasiyyetini Amin de bilir...
- Xala, hansını deyim Amine? Mene deyir ki, senin kimi birinden nevem olsun istemirem... Ele bil ki men exlaqsız olmuşam... Ere gedib taleyimin bele alınması menim günahımdır? Allah hereye bir qismet yazır... Mene de bunu reva bilib... İndi keçmişime göre men xoşbext olmamalıyam?
- Narden, evvel de sene dedim, indi de deyirem... Belke, men Aygüne her şeyi danışım?
- Lazım deyil... Danışsaz da, bunu önemsemeyecek.. . Aygün xala meni istemir... Bunu ikimiz de bilirik...
- İndi men ne deyim ki? Onu deyirem, olmaz deyirsen, bunu deyirem, yene olmaz deyirsen... Bele davam etsen, bu işin sonu heç de xeyirliye olmayacaq... Menden demekdir... Ümidimiz Allaha qalıb...Allah sene sebir versin, Aygünün üreyine de insaf toxumları sepsin... - Arize xalanı vaxtında dinlemediyimçün peşman olub- olmayacağımı zaman özü gösterecekdi...

Amin...
Narden geden kimi anamın eline meni sorğu- sual etmekçün fürset düşmüşdür... Emeliyyat olunduğumu desem de, hadisenin Bakıda baş verdiyini bildirmişdim... Gencede olduğumuzu anama deseydim, her şeyi derinliyine kimi öyrenecekdi...
- Mama qurban sene... Men bilirdim ki, bu qız sene uğursuzluq getirecek... Hele teze evlenmisiz, indiden xestelik keçib başından...
- Mama, bu söhbetlerden bezmedin neçe gündür? Menim veziyyetimin Nardenle ne elaqesi var ki? Ele bil meni xeste eden Nardendir...
- Sen bu yaşına kimi sapsağlam olmusan... Bu qızı alan kimi emeliyyat olundun... Birinci erinin başını yedi, indi sıra sendedir...
- Mama, qelbini qırmaq istemirem... Ancaq sen de meni esebleşdirme... Nardeni de incitme... Heç olmasa, menim xetrime... Menim Nardeni istemeyim öz üreyimle bağlıdır... Bunun kimese aidiyyatı yoxdur...
- Men bilirem ki, bu qız seni nece ele aldı... İlan kimi qoynuna girib seni yoldan çıxartdı... Yoxsa, neyine lazım idi kiminse artığını almaq...
- Mama!!! Bir daha Narden baresinde bele danışmırsan!!! Bununla neçenci defedir deyirem... Evveller xahiş edirdim, ancaq indi qeti sözümdür... Narden haqqında anam bele olsa, icaze vermerem ki, bele sözler işletsin... O, menim namusumdur... - sözümü deyib otaqdan çıxmışdım... Bir az da qalsam, veziyyet daha beter hal alacaqdı... Men heç zaman öz qadınımla yaşadıqlarımı anam bele olsa, danışmazdım... Buna göre de, Nardenin veziyyetini dilime getirmirdim... Özüme sığışdırmırdım ki, yeke kişi anamı bu vasite ile susdurum... Onsuz da, anam susana benzemirdi... Amma men de Nardeni kiminse ayağına vermezdim... Anama hörmetim, sevgim sonsuz olsa da, Narden menim namusum idi... Heç kimin menim namusumu ağzına alıb olar- olmaz danışa bilmezdi...
Bir neçe saatdır otaqda uzanıb Nardenin gelmeyini gözleyirdim... Darıxmışdım... Aileli olduğumuz vaxtdan bu yana ilk defe idi ki, Nardenden bir neçe saat ayrı qalırdım... Heqiqeten de, insan birinin deyerini yoxluğunda anlayırdı... Otaqdakı saatdan gözümü çekmeyib Nardenin getdiyi vaxtdan ne qeder keçdiyini hesablayırdım.. .
- Ay Amin, sonra da deyirsen ki, sevdiyimden emin deyilem... Üreyinde götür- qoy edirsen... Ancaq Nardenin yoxluğunda az qalsın saniyeleri sayırsan... Bes bu sevgi deyilse, nedir? - bir neçe saat tek qalmağın neticesinde öz- özüme danışırdım... Menim problemim hisslerimi danmağım idi... İnsanın ağzı südden bir defe yanarsa, daha sonra üfürüb içermiş... Mende de bu veziyyet yaşanırdı... Bir defe sevib illerle ezabını dadmışdım... İndi qelbimin derinliyinde hele de itirmek qorxusu vardı... Hisslerimi inkar etmekle özümü Nardenden asılı olmaqdan xilas etmeye çalışırdım... Ancaq boşuna idi bu cehdlerim... Ne qeder inkar etsem de, çoxdan Nardenden asılı hala düşmüşdüm...
Otaqda tek olmaqdan yuxu aparmışdı meni... Kiminse yanağıma toxunmasından gözlerimi açdıqda Nardenin yatağın kenarında oturub üzümü sığalladığını görmüşdüm...
- Niye gec geldin? - bu halımla sevgilisi mesajına beş deqiqe gec cavab yazdığı üçün inciyen yeniyetmeleri xatırladırdım.. .
- Arize xala yemek yememiş buraxmadı... Hem de bir az söhbet etdik...
- Bes demirsen ki, meni evde gözleyen erim var?
- Gözleyirdin ki?
- He... Hem de darıxmışam...
- Doğurdan?
- Bes arvadımçun darıxmayım? Hem de neçe gündür seninçün deli oluram... - sözümü deyib Nardenin belinden çekerek sineme yıxmışdım... Elimle yanaqlarını ovuclayıb dodaqlarını öpmeye başlamışdım... Menim arvadım hele de tecrübesiz idi... Ancaq onun bütün varlığı ile mene mexsus olduğunu bilmeyim xoşbextliyimi bire- min artırırdı...
- Amin... - Nardenin dodaqlarını buraxan kimi tengnefes halda adımı pıçıldayıb üzerimden qalxmağa çalışmışdı... Qollarımı beline dolayıb ona mane olmuşdum...
- Hara qaçırsan?
- Bizi aşağıda gözleyirler... Papa da evdedir... Süfre hazır idi... Mene dediler ki, seni çağırım...
- Men heç yere gede bilmerem... Burada daha vacib işlerim var...
- Amin... Yaxşı da... Aşağıda gözleyirler... Burax, eynimi deyişim...
- Offff... Yaxşı... Ancaq bu mesele burada bitmedi... - sözümü deyib Nardenin yanağına öpüş qondurmuşdum... Onu buraxan kimi paltar götürüb hamama qaçmışdı...
- Utancaq... - üzerini deyişib çıxan kimi gülerek sözümü deyib elinden tutmuşdum... Aşağıya enib sakit şekilde yemeyimizi yemişdik... Nardenin narahatlığı gözümden qaçmamışdı... Bunda anamın payı olduğuna emin idim...
- Men otağıma qalxacam... Çox otura bilmirem... Sarğını da deyişmeliyem... Narden, sen de gel... Mene kömek edersen... - Sözümü deyib Nardenin cavabını gözlemeden elinden tutub otaqdan çıxarmışdım... Eslinde, bu behane idi... Mene lazım olan başqa şey idi...
- Hmmm... Elime keçdiz Cırtdan xanım... - otağa keçen kimi Nardeni öperek yatağa uzatmışdım...
- Amin... Tikişler sökülecek...
- Heç ne olmaz... Onsuz da, neçe gündür işgence verirsen mene... - sözümü deyib bir yandan Nardeni öpüb, diger yandan üzerini geyimden azad etmişdim... Nardeni öpüşlerimle yoldan çıxarmağa nail olmuşdum... Üzerimi paltarlardan azad edib Nardenin sinesini öpüşlerimle isidib onu yeniden özüme aid etmişdim... Bir neçe saat boyunca Nardene rahatlıq vermemişdim... Hem özüm yorulmuşdum, hem de onu yormuşdum... Emeliyyat yerim azca qanasa da, böyük bir şey olmamışdı... Hem de özüm hekim olduğumçun veziyyeti nezaret altında saxlaya bilirdim... Narden menim olduqdan sonra etimi kesseler de vecime olmazdı...
4 gün idi ki, evden çöle çıxmırdım... Bu gün işimin başına qayıdacaqdım... Nardeni anamla evde yalnız qoymaq istemesem de, elimden heç ne gelmirdi...
- Amin, belke, men de gelim seninle işe? - üzerimi geyinib hazırlaşınca Narden üzünü sallamışdı...
- Cırtdanım, bele eleme... Başa saldım axı seni... Neçe vaxtdır xestexanaya getmirem... Qoy, gedim veziyyetle tanış olum... Sonra sen qaldığın yerden davam edersen... - Nardenin yanağından öpüb onun könlünü almışdım... Evden çıxıb xestexanaya yola düşmüşdüm... Xestexanaya çatdığım andan etibaren her kes meni tebrik edirdi... Otağıma gelib rahatlanmışdım. .. Bir neçe deqiqe başımı yeni xestelerin dosyelerini oxumaqla qatmışdım... Qapının döyülmesi ile menim cavabımı gözlemeden açılması bir olmuşdu...
- Qaçaq teşrif buyurub ki... - Rauf icaze almadan keçib stulda oturmuşdu... Onun adeti idi istediyi kimi davranmaq...
- Amin, men ele bilirdim ki, aramızdakı meseleni hell etmişik... Hem men demişem axı Nardende gözüm yoxdur... O, senin xanımındır... Başdan bilseydim ki, Nardenden xoşun gelir, heç vaxt ona başqa fikirle yaxınlaşmazdım. ..
- Rauf, her şeyi başa düşürem... İzaha ehtiyac yoxdur... Sadece, neçe gündür xestexanada yoxam... İşler yığılıb... Xestelerle meşğul olmalıyam...
- Bu deqiqe xestelerden daha vacib işimiz var...
- Ne işi?
- Bir az sebir ele... - Rauf sözünü deyib telefonu eline alaraq kimise yığmışdı...
- Xestexanadasan? Biz de buradayıq... Kimle olacam? Aminleyem... He, gelib... Otağındayıq... Sene de ele ona göre yığmışdım... Tez gel... - Rauf telefonu söndürüb bic- bic gülürdü...
- Rauf, kimle danışırdın ki?
- Dedim axı sebir ele... - susub gözlemeye başlamışdım...
- Supriz... - otağın qapısı açılan kimi sesi eşidib başımı qaldırmağımla teecübden gözlerim böyümüşdü...
- Şefeq... - bu qarşılaşmanın heyatıma neleri getirib, neler aparacağı taleyin hökmünde idi...
 
Müəllif: Sabina Nur
 


Şərhlər:
Baxılıb: 1296
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz