Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Qəlbimdəki sözlər (Bolüm 26)
Qəlbimdəki sözlər (Bolüm 26)
Göndərən: Antikvar
Şərhlər:
Baxılıb: 1258
Səs ver:
Narden...
Sesime kimse gelmemişdi... Ayağa qalxıb mezarlıqdan çöle qaçaraq maşında oturan sürücünü görmüşdüm...
- Emi... Tez gelin... - kekeleyerek el- qol hereketleri edib sürücünü başa salmağa çalışırdım...
- Ne olub, qızım? - sürücü maşından enen kimi qolundan tutub mezarlığa aparmışdım...
- Amin!!! - uzaqdan yerde uzanan Amini görüb ona teref qaçmışdım... Huşu özünden getmişdi...
- Burada ne olub axı? - yazıq sürücü matı- qutu qurumuş halda menim Amini qaldırmaq cehdlerimi izleyirdi...
- Kömek edin!!! Xestexanaya aparmalıyıq... Ağrısı vardı... Özünden getdi... - sözlerimden sonra sürücü eyilib kömek etmeye başlamışdı... 2 nefer Amini sürüyerek gücle maşına kimi getire bilmişdik... Arxada oturub Aminin başını dizlerime qoyaraq göz yaşlarıma boğulmuşdum... Ya ona bir şey olsa? Ya Amin de ölse? Düşündükce deli olurdum... Özümü günahkar bilirdim... Gerek vaxtında onu razı salaydım hekime getmekçün... Sürücü sağ olsun... Bizi tez zamanda xestexanaya çatdırmışdı... Hekimler heresi bir terefden tökülüşüb Amini xerekde otağa aparmışdılar...
Yaxşı ki, Amin her ehtimala qarşı harasa gedende mene de pul verirdi... Sürücüye pulunu verib yola salmışdım... Otağın önünde ağlamaqdan gücsüz düşmüşdüm... Tibb bacıları girib çıxsalar da, bir şey demirdiler... Hardasa yarım saat sonra hekimler Amini emeliyyat otağına aparmışdılar... Ne qeder dil töksem de, meni insan yerine qoyan yox idi... Xestenin yaxınlarına heç ne dememek hekimlerin adetleri idi... Texminen bir saatdan çox üreyimi diderek otağın önünde gözlemişdim... Ömrümden ömür getmişdi... Emeliyyat otağından çıxan hekimin üstüne qaçıb qarşısını kesmişdim...
- Erim necedir? Niye heç kim heç ne demir? He? Üreyimi niye patladırsız?
- Xanım, xestenin veziyyeti yaxşıdır... Apendist problemi vardı... Emeliyyat etdik... Niye vaxtında hekime müraciet etmemisiz? Xesteler bele edirler, sonra da hekimleri günahkar çıxarırlar... - hekim sözlerini deyib çıxıb getmişdi... Xestexanadakı boş stullardan birinde oturub derinden "Oh" çekmişdim... Aminin böyük problemi olmamasına ele sevinirdim ki...
Bir neçe saat keçse de, Amin oyanmamışdı... Tibb bacısı otaqdan çıxan kimi qarşısına keçmişdim...
- Necedir? Oyanmayıb?
- Xestenin yaxını sizsiz?
- Men olmasam, niye soruşum ki?
- Xeste özüne gelib... Narden kimdirse, onu soruşur...
- Menem... Çekilin, keçim...
- Buyurun... - tibb bacısı ile birge otağa keçmişdik...
- Narden... - Amin gözü axaraq meni süzürdü...
- Can Narden... - yaxına gedib elinden tutmuşdum...
- Bağışla, seni de telaşlandırdım. ..
- Delisen? Neyi bağışlayım? Senin en çetin anlarında yanında olmaq menim borcumdur...
- Çox sağ ol...
- Teki sen yaxşı ol, men her zaman yanındayam... - eyilib Aminin üzünden öpmüşdüm... Gece boyunca Aminin başında olmuşdum... Amin dermanların teesirinden rahat yatmışdı... Bu gün o qeder böyük stress yaşamışdım ki, Aminin deyerini daha artıq anlamışdım...
Seher gözümü stulda açmışdım... Belim ağrayırdı... Bedenim yığılmışdı... Ayağa qalxıb bedenimi hereket etdirerek rahatlamağa çalışırdım... Gözüm divardakı saata sataşdıqda eqreblerin on bire yaxınlaşdığını görmüşdüm... Amin hele de yatırdı... Ancaq men aclıq hissini duyurdum... Çantamdan pul götürüb otaqdan çıxaraq xestexananın yemekxanasına enmişdim... Özümçün yeyeceyim teamlardan alıb boş masalardan birine eyleşmişdim... Başımı aşağı dikib qarşımdakı teamlarla qarnımı doyurmuşdum... Masadan qalxıb yemekxanadan çıxaraq pillelere üz tutmuşdum... Başım aşağı olduğundan heç kime baxmırdım...
- Narden... - başımı eşitdiyim tanış sesden qaldırdıqda gördüyüm sima meni keçmişe aparmışdı...
- Şelale? - teecübümü gizleye bilmemişdim...
- Menem... Sen burada neynirsen? Qayıtmısız?
- Xanım, zehmet olmazsa, söhbetinizi kenara çekilib ede bilersiz? - yuxarıdan düşen hekimin sözlerinden sonra pilleleri qalxıb kenarda qoyulan masaların birinde eyleşmişdik...
- Narden, siz getdikden sonra özümü bağışlamadım... Hele senin yerini doldurmaq menimçün o qeder çetin olub ki... Meni bağışlamamısan ki? - Şelale elini elimin üzerine qoymuşdu...
- Zaman her şeyi deyişse de, hisslerimiz olduğu kimi qalır... Sualın baresinde düşünmemişem... Ancaq keçmiş xatiremizde yaşayır... Ne sen olanları deyişe bilersen, ne de başqası...
- Buraya niye gelmisiz? Arize xalagile nese olub?
- Yox... Erime göre gelmişem... - sözlerimden sonra Şelalenin siması deyişmişdi...
- Doğurdan? Sen aile qurmusan?
- He... 10 gün olar. Buraya Familin mezarını ziyaret etmekçün gelmişdik... Aniden apendistinde problem yarandı... Emeliyyat etdiler...
- Hmmm... Xoşbext ol... Men sene ürekden bunu arzulayıram... Sen xoşbextliye layiqsen...
- Çox sağ ol... Sen de xoşbext ol... - Şelalenin barmağındakı üzüyü işare etmişdim...
- Men hele nişanlıyam... 2 ay olar ki, nişanlanmışam.. . Buraya da nişanlım meni işe düzeldib... Yadındadır, her zaman bizi anlayan insanların qarşımıza çıxmasını dileyirdik? Allah böyükmüş... Menim qarşıma elesini çıxardı...
- Allah daima üreyince versin...
- Senin de... Narden, sen menimçün her zaman çox yaxın olmusan... Tek sirdaşım, ürek dostum olmusan... İnan ki, heyatımda senin yerin görünür... Evveller ne derdimiz olsa, bir- birimizle bölüşerdik... Men derd ortağımı itirmişem... Bilirem ki, günah özümdedir... Men sehv etmişem... Cezasını da ağır ödedim... Seni itirdim... Ancaq her zaman Allaha dua edende seni de xatırlamışam... Allahdan seni dünyada her kesden artıq xoşbext etmesini istemişem... Bu neçe ayda seni bir defe bele olsun, unutmamışam... Ömrümün sonuna kimi de unutmayacam... Uşaqlarım doğulan zaman onlara senin barende danışacam... Bizim qanımız bir olmasa da, neçe iller üreyimiz bir olub... Senden bir tek xahişim var... Bacarsan, bir gün meni tamamile bağışla... - Şelalenin göz yaşları içinde dediyi sözlerden menim de gözlerim dolmuşdu... Şelale mene her zaman heyatımdakı her kesden yaxın olmuşdu... Yaxınlarımızı silmek asan deyildi...
- Şelale, men xoşbextem... Sen de üreyini rahat saxla... Söz verirem, bir gün seni tamamile bağışlayacam... Allah sene dayaq olsun... - onu özüm qucaqlamışdım.. . Ölenle ölünmürdü... Ne de keçmişle yaşamaq olmazdı...
- Çox- çox sağ ol... Arize xalagil necedir?
- Yaxşıdırlar... Sizinkiler necedir?
- Nece qoyub getmişdinse, eledirler...
- Salam deyersen her kese...
- Sen de Arize xalanı öpersen menim ağzımdan...
- Öperem... Şelale, çalış heyatını üreyin isteyen kimi yaşa... Olanları da unut... Ne etsek de, Famil geri dönmeyecek...
- Sen de üreyin isteyen kimi yaşa heyatını... Özüne yaxşı bax... - Şelale ile sağollaşıb Aminin otağına yollanmışdım... Önce tualete üz tutub el- üzümü yumuşdum... Şelaleni görmeyim qaysaqlanmış xatirelerimi tezelese de, mene xeyri de olmuşdu... Keçmişimle müeyyen qeder üzleşmişdim...
- Hardaydın? - otağa keçmeyimle Amin ağzını açmışdı...
- Yemekxanaya enmişdim... Men gedende sen yatmışdın...
- Hmmm... Narahat oldum... Ağlamısan sen?
- Bunu haradan çıxardın?
- Burnun qızarıb...
- Keçmiş tanışlarımdan birini gördüm... Kövreldim...
- Kimi?
- Sene danışmışdım... Yadındadır? Refiqem Şelale...
- He? O burada ne edirdi?
- İşe düzelib... Bir az söhbet etdik...
- Sen de ağladın? Gel bura... Menim sulugöz Cırtdanım... - Amin başı ile meni yaxınına çağırmışdı... Neyi işare etdiyini anladığımdan eyilib yanağından öpmüşdüm...
- Ele bu?
- Bes ne olacaqdı?
- Heç eyb etmez, Narden xanım... Bu yataqdan qalxacam ki...
- Teki sağal ve ayağa qalx... - Aminin elinden öpüb stulu yaxınına çekerek oturmuşdum...
- Yeqin ki, Peterburqa qayıtmağımız 3-4 gün çeker...
- Yeqin...
- Yaxşı da... Üzünü sallama... Veziyyeti kimese xeber vermisen?
- Aaaa... Dünenden telefona baxmaq yadımdan çıxıb ki... Arize xala bu gün axşam bizi gözleyecekdi... Zeng edib gelmeyeceyimizi xeber vermeliyem... - çantamı eşeleyib telefonumu çıxarmışdım...
- Xestexanada olduğumuzu deme... Narahat olmasınlar... İstirahetimiz uzandı deyersen...
- Ele men de bele edecekdim...
- Narden, menim telefonum hanı?
- Çantama atmışam... Dünen tibb bacısı verdi...
- Men de mamagile zeng vurmalıyam...
- Dayan, verim... - telefonu tapıb Amine verdikden sonra otaqdan çıxmışdım... Amin de zeng etdiyi üçün seslerimizin toqquşmasını istemirdim...
- Alo, xala...
- Narden... Qızım, hardasız? Dünen zeng etdim, senden ses çıxmadı... - heqiqeten de, Arize xala meni yığmışdı...
- Xala, qurban olaram sene... Bağışla... Başımız gezintiye qarışıb... Eve Axşam gelmişik... Telefon sessizde olub... Baxmamışam...
- Eybi yoxdur... İndi necesiz? Axşam geleceksiz?
- Men de ona göre zeng etmişdim... Gele bilmeyeceyik... Amin 3-4 gün de qalaq deyir... Sene de geleceyik demişdim... Yalançı olduq...
- O ne sözdür? Siz cavansız... Üreyiniz isteyen kimi eylenin... Biz qaçmırıq ki... Ne vaxt gelsez, evimizde oturmuşuq...
- Çox sağ ol, xalaların bir denesi... Yene zeng edecem... Öpürem yanaqlarından.. .
- Men de Öpürem gözel qızımı... - Arize xala ile sağollaşıb otağa keçmek istesem de, içeriden Aminin sesini eşidib dehlizdeki stulda oturmuşdum... Aygün xalanın meni görmeye gözü olmadığını bilirdim... Aminin bizim aramızda qalmasını istemirdim... Ancaq münasibetler bir terefli isteye bağlı olaraq inkişaf etmirdi...
Amin...
Narden otaqdan çıxdıqdan sonra telefonu elime alıb anama zeng etmişdim... Herçend ki, bu qeti şekilde üreyimden gelmirdi...
- Amin... Çox şükür ki, bir anan olduğu yadına düşdü... - anam telefonu açan kimi gileylenmeye başlamışdı...
- Mama... Xahiş edirem...
- Nedir? Yalan deyirem? Narden xanım seni indiden ele qamarlayıb ki, bizi yadına salmırsan... Bir az vaxt keçse, heç ağlına da gelmeyeceyik...
- Mama, men yene eyni moizaları dinlemekçün zeng etmemişem... Bu gün gele bilmeyeceyimizi xeber verecekdim...
- Ne? Gelmirsiz? Niye? Xanımçanın istiraheti bitmedi? Doymayıb gezmekden?
- Mama... Xahiş etdim axı... Bu seyahetden Nardenin heç xeberi bele yox idi... Neçe defe demeliyem? Her şeyi men teşkil etmişdim... Gelende de bele danışıb qızın kefini korlama...
- Men ne deyirem ki? Sadece, seninçün burnumun ucu göyneyir... Men anayam... Alışmışam her gün üzünü görmeye... İndi darıxıram...
- Mama, men de darıxmışam... Ancaq bir daha seyahet edesi deyilik ki... İnşallah, 3-4 gün sebir et... Geleceyik...(Sa bina Nur)
- Ne dedin? Hele 3-4 gün? Sonra da deyirsen ki, bele danışma? Bes nece danışım? Men bilmirem ki, senden olsa, çoxdan gelerdin? Men bilmirem ki, sene mane olan var?
- Mama, qurban sene, bele danışma... Veziyyet bildiyin kimi deyil... Gelende her şeyi danışıb aydınlaşdırarıq ... Öpürem seni... Papaya salam de...
- Amin... Mesele nedir bes?
- Mama, helelik... Yene zeng vuracam... - telefonu söndürüb yatağın yanındakı şkafın üzerine qoymuşdum... Eger bele etmesem, anam sehere kimi yorulub- usanmadan danışardı... İnsanın valideynlerinin olması çox gözel idi... Her defe Nardene baxdıqda şanslı olduğumu anlayırdım... Ancaq bir kişini aşırı derecede seven anasının olması heç de yaxşı deyildi... Meni arvadıma qısqanırdı... Hele Peterburqa dönende yaşayacaqlarımı xeyal etdikce üreyim sıxılırdı... Bir terefde anam, diger terefde Narden... Anama heç ne olmayacağını bilirdim... En azından ne men anamı incitmezdim, ne de ki Narden... Yene de ortada üzülen biri olsa, hemin şexsin adı Narden olacaqdı... Narden... Biz uzun aylar tanış olmasaq da, men onun üreyine beled idim... Belke de, bu heyatda Nardeni menden yaxşı anlayan kimse olmazdı... Men onun qelbini oxuyurdum... Bir baxışından, kiçik hereketlerinden ne hiss etdiyini anlayırdım... Amma problem bunda idi ki, men Nardene qarşı olan hisslerime deqiq ad vere bilmirdim... Belke de, ele buna göre ona qarşı olan hisslerimi dillendirmeyi sevmirdim... Nardeni ilk defe görende öz keçmişimin en deyerli insanı ile qarşılaşdığımı sanmışdım... Tebii ki, heyatda bu terz oxşarlıqlar çox olurdu... Ancaq menim kimi ilk sevgisine sadiq qalan biri üçün bu oxşarlıq çox şey demek idi... Şefeq... Onu o qeder çox sevmişdim ki... Bu sevgi kelimelere sığmazdı... Menimçün Şefeq qeder temiz ve gözel ikinci qadın yox kimi idi... Hele Şefeqi itirdikden sonra bunu daha yaxşı anlamışdım... Ne birini qelbime yaxın buraxa bilmişdim, ne de münasibet qurmağa cehd etmişdim... Heyatımın tenhalıq notlarına köklenmesi Şefeqden sonra başlanmışdı... Ta ki neçe illerden sonra Nardenle qarşılaşana kimi... Nardeni gördükden sonra, içimde yatmış hissler oyanmışdı... İlk başda özüme engel olmağa çalışsam da, zamanla qerarımı deyişmişdim... Heyatımda bir defe geri çekildiyimçün sevdiyimi itirmişdim... Bu sehvi ikinci defe tekrarlamayacaq dım... Nardeni tanıdıqca onu Şefeqden ferqlendirmeyi öyrenmişdim... Onlar xasiyyetce tamam ferqli insanlar idi... Şefeqin neyi varsa, ortada idi... ne olsa, çekinmeden danışardı... Bütün hisslerini olduğu kimi göstererdi... En esası ise Şefeq sevirdi ki, insanlar onun etrafında pervane olsun... Kiçik bir şey olmadan hadiseleri böyüdüb özünü yazıq kimi gösterirdi... Mense cavan oğlan olaraq bu qıza dayaq olub onu qoruyurdum... Cavanlıqda bütün oğlanlar zeif qızları beyenirdiler... Axı oğlanlar qarşılarındakı qızdan güclü olmaq isteyirler... Men de ele idim... Şefeqe qarşı olan bu hisslerimi iller ötdükce o qeder böyütmüşdüm ki... Şefeqi itirdikden sonra bu hisslerle baş etmekçün öz alemime qapanmışdım... Yalnız Nardeni gördükden sonra qelbimin qapılarını açmışdım... Nardeni tanıdıqca ona qarşı hissler yaranmışdı içimde... O, her şeyi qelbimde yaşayanlardan sayılırdı... Derdini, kederini İçine atıb üzden güclü görünmeye çalışırdı... Heç vaxt zeifliyini kimese bildirmezdi... Eslinde, içinde heyat eşqi ile dolu olsa da, tale onun üzüne gülmemişdi... Narden uşaq kimi idi... Qorunmağa, sevilmeye, sahiblenmeye ehtiyacı vardı... Belke de, menim ona qarşı olan hisslerim mehz ele bu qorumaq, sahiblenmek duyğusundan başlayırdı... Nardene beslediyim duyğuları evveller heç kese qarşı hiss etmemişdim... Narden güclü xanım idi... Esil menim yanıma yaraşırdı... Hem yaşımdan dolayı aileye qarışmaq istediyimçün, hem de Nardeni herterefli beyendiyimden heyat yoldaşım olaraq onu seçmişdim... Narden menim gözümde çox deyerli idi... Ele isteyirdim ki, onun çekdiyi bütün acıları unutdurum... Onu her zaman xoşbext etmek en böyük isteyime çevrilmişdi... Ancaq bu duyğuların sevgimi, hörmetmi, eşqmi, yoxsa sadece beyenmekmi olduğunu deqiq deye bilmezdim... Tek bildiyim bütün ömrüm boyunca yanımda varlığını hiss etmek istediyim şexs Narden idi...
Bu gün nehayet ki, xestexanadan çıxmışdım... Ele ilk teyyare ile Bakıya uçmuşduq... Oradansa, istirahet etmeden Peterburqa yola düşmüşdük... Narden yol boyunca gözünü üstümden çekmemişdi... Ele xestexanada olarken de qeydime qalmışdı... Bele birini hansı kişi yanında istemezdi ki? Qarnımda az- maz ağrılar olsa da, meni ele de çox incitmirdi... Evin önüne çatana kimi Nardenin narahatlığını üzünden oxuyurdum... Qapını Nazperi xala açmışdı... Bizi o qeder isti qarşılamışdı ki... Qonaq otağına keçen kimi anam Nardene heç fikir vermeden menim üstüme gelib öpüb- qucaqlamışdı... Sonra ise Nardenle çox soyuq terzde görüşmüşdü... Her birimiz keçib divanda oturmuşduq...
- Oğlum, çıx eynini deyiş, gel yemek yeyek... Nazperi xalan bu deqiqe süfreni hazır edecek...
- Ac deyilik... Teyyarede yemişik... Onsuz da, çox qalmayacağıq... Axşam öz evimize getsek, yaxşıdır... - bunu hem anamla Narden arasında müharibe yaşanmasın deye, hem de bu neçe günde Nardençün darıxdığıma göre isteyirdim...
- Oğlum, hara gedirsiz? Men neçe gündür üzüne hesretem... Yene de mamanı tek qoyacaqsan... Heç olmazsa, bir neçe gün qalın burada... Men de oğlumun aileli olduğuna alışım... Gelin qulluğu görüm... Yox deme... Men anayam... Meni de anla... - anam ele kövrek sima almışdı ki, qız olsam, ağlayardım...
- Yaxşı, mama... Qalacağıq... Ancaq bir neçe gün... - söz ağızdan çıxdısa, geri dönüşü olmur... Bu qerarımın heyatımda hansı meqamları deyişeceyini zaman gösterecekdi...
 
Müəllif: Sabina Nur


Şərhlər:
Baxılıb: 1258
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz