loading...
Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Salam Qədirzadə - 46 Bənövşə (1-ci dəftər - 1)
Salam Qədirzadə - 46 Bənövşə (1-ci dəftər - 1)
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 4866
Səs ver:
Birinci Dəftər
1


Məhəbbət gözəgörünməz, sehrli bir quşdur; adamı qanadlarına alıb göylərə uçurur, bu aləmdən çox uzaqlarda olan ikinci dünyaya aparır. Orda çəkdiyin
əzab, əziyyət də səni sərməst edir, nəşələndirir; hər şey öz adiliyindən çıxıb gözəlləşir. Səhərlər qızaran üfüqlər, doğan günəş, gecələr lacivərd səmada süzən ay, sayrışan ulduzlar, təbiətin qoynundakı meşələr, dənizlər, dağlar, şəlalələr, güllər, çiçəklər o qədər mənalı və möcüzəli görünür ki, tamaşasından doymursan. Hələ bütün varlığını ixtiyarını sərancamına verdiyin oğlan, qış nağıllarından gəlmiş müdrik, cəsur bir qəhrəmana dönür sənin üçün. Onun görüşlərində özünü insanların ən bəxtəvəri sanırsan. Istəyirsən o, daima səni oxşasın, əzizləsin, öpsün və hətta hərdən incitsin də. Belə anlarda unudursan, dünyada nə var—hamısını; müqəddəs bir mənanın səcdəsindən ayrılmırsan. Düşünürsən ki, damarlarında qan deyil, ülvi məhəbbətin pak duyğuları cərəyan edir və sən bundan xoşhallandıqca xumarlanırsan, əfsanəvi bir aləmin çəkisizlik şəraitində qov kimi yüngül olursan… Nəhayətsiz fəzalarda uçursan...
Bəli. Bu saat mən Könül də eləyəm. Nə yerdəyəm, nə göydə. Qərarım yoxdur. Bilmirəm ürəyimin çırpıntısını necə sakitləşdirim. Etiraf etməliyəm ki, bu narahatlıq mənə həm də ləzzət verir. Nə üçünsə, səbəbini anlamıram: "Dərya!”—deyə ucadan çağırmaq, qəhqəhə çəkmək, uşaq təki atılıb-düşmək istəyirəm.

Şərhlər:
Baxılıb: 4866
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
loading...

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
loading...
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz