Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Qəlbimdəki sözlər (Bolüm 23)
Qəlbimdəki sözlər (Bolüm 23)
Göndərən: Antikvar
Şərhlər:
Baxılıb: 1698
Səs ver:
Masada yemeyimiz sakit şeraitde davam etmişdi... Yemek bitdikden sonra her kes divanda oturub söhbete başlamışdı... Men başımı aşağı salsam da, bezen gözümü qaldırıb Aygün xalanın sert baxışları ile qarşılaşırdım...
- Ayaz, biz Nardeni evimize aparırıq... Siz toy hazırlıqlarına başlayın... - qaynatam son sözünü dedikden sonra ayağa qalxıb evimize yollanmışdıq... Yol boyunca heç kim danışmamışdı... Eve çatdıqdan sonra men otağıma keçib olanları analiz etmeye başlamışdım... Görünür, meni asan heyat gözlemirdi... Aygün xala ile işim çetin idi... Onsuz da, men hara getsem, yanımda qaratikan kolu mütleq bitmeli idi...
- Qızım, olar? - Arize xala qapını açıb içeri keçmişdi...
- Gel, xala... Niye olmur ki? - Arize xala yanımda oturmuşdu...
- Qızım, men sene demişem ki, Aida menimçün nedirse, sen de osan... Senden ana kimi bir şey soruşacam... Men senin ne olduğunu bilirem... Ancaq insanıq... Şeytan yolundan azdıra biler... Heç bilmirem nece xeber alım... Aminle aranızda nese olmayıb ki? - Arize xala reng alıb- reng vererek sualını verib nezerlerini simamda cemlemişdi...
- Xala... Bilmirem, bu sualı niye verirsiz... Ancaq vallah- billah heç bir şey olmayıb... Neye desez, and içerem... - Utansam da, cavab vermişdim...
- Qızım, Aygün dünen meni kenara çekib seninle Amin arasında başqa münasibet olduğunu dedi... Aminin de seni buna göre almaq istediyini döne- döne vurğuladı... Men senin terefini saxladım... Ancaq Aygün öz fikrinden dönmedi... Son sözü de bu oldu ki, qızın ipini buraxmayın, yoxsa qarnı burnunda gelin olacaq... - Arize xala her cümlede sıxıla- sıxıla danışırdı...
- Xala, siz narahat olmayın... Amin ele insan deyil... Ne de men bele şeye razı olmaram... - söhbet yekunlaşsa da, Aygün xalanın fikrini heç cüre deyişe bilmezdik... Kim ne dese de, bu qadın dediyinde möhkem duracaqdı... Aygün xalanın bezi xasiyyetleri anamınki ile eynilik teşkil edirdi... Bu qadını buna göre yaxşı tanıyırdım... Ancaq bundan sonra Aygün xaladan 10 denesi qarşımda dursa da, men Aminden ayrılmayacaqdım ...
Bu gün Aminle nişan merasimimiz baş tutacaqdı... 4 gün idi ki, Aminden uzaq dururdum... Heç cür görüşmemişdik.. . Nişan hazırlıqlarını Aygün xala ile birge görmüşdüm... Her zaman Arize xala yanımda olduğundan bu qadın zeherini üzerime axıtmasa da, ancaq iynelemekde davam edirdi... Nişan üçün Aygün xalanın isteyine esasen bahalı butikden paltar almışdım... Paltarım açıq çehrayı rengli, qolsuz, sine hissesi kiçik mirvarilerle bezedilmiş, eteyi ise balıq quyruğu formasında idi... Nişan üçün xüsusi mekan hazırlanmışdı.. . Aygün xalagilin yaxın bildikleri insanlar qonaq qisminde iştirak edecekdiler... Men bele cah- celal istemesem de, mecburen razılaşmışdım.. . Seher Aygün xalagile yollanan insan günorta dörde kimi onun seçdiyi vizajistler sayesinde gücle bezedilib qurtarmışdım... Ancaq netice teqdirelayiq idi... Sade ve gözlerimi öne çıxaran makiyaj, sallaq buruqlarla yığılmış saç düzümü... Paltarımı geyinib ayaqqabıları da ayağıma keçirdikden sonra güzgü önüne keçib özüm- özüme heyran olmuşdum... Çox deyişmişdim... Mekana Aminin maşını ile yola düşmüşdük... Amin Yol boyunca gözünü menden çekmeyerek arada terif yağdırmışdı... Mekana çatıb maşından Aminin kömekliyi ile enmişdim... Aminin qoluna girib içeri keçdikde içeride hardasa, 300-400 nefer insanla qarşılaşmışdım. .. Bu da Aygün xalanın yaxın bildiyi insanlar... Heyecanlanmışdı m... Aminle yerimizi rahatladıqdan sonra nişan başlamışdı... Her kes yeyib- içir ve musiqi sedaları altında reqs edirdiler... Men yalnız birce defe Aminle reqs etmişdim... Aminse bir neçe defe insanların arasına qarışmışdı... Üzüklerimizi Ayaz emi taxmışdı... Bütün gece boyunca bizi tebrik eden qonaqların çoxu meni sert nezerlerle süzüb Amine açıq- aşikar onların qızlarını niye almadığını hiss etdirmişdiler.. . Aygün xanım ilk hemlesinden uğurla istifade etmişdi... Nişan menim nişanım olsa da, gece boyunca kefi en bem notlara köklenen de men olmuşdum...
Bu gün gelinlik seçeceyimize göre Amingile yollanmışdım... Tebii ki, Arize xala da menimle idi... Eve çatıb qonaq otağına keçen kimi üzü bir qarış sallanan Aygün xalanı ve Amini görmüşdüm...
- Geldizse, vaxt itirmeden çıxaq... - Aygün xala ayağa qalxıb bize yaxınlaşmışdı.. .
- Mama, men sözümü dedim... Ağ gelinlik olacaq... - Amin esebleşib üzünü bizim terefe çevirmişdi...
- Oğlum, dul birinin ağ gelinlik geyindiyi harada görülüb? Krem reng de ele ağa taydır da...
- Mama, men sözümü dedim... Toy günü Nardeni ağ gelinlikde görecem...
- Bextever Narden xanımın başı... Hele bir onunçun bu boyda dem- desgahla toy da edilecek, ikinci defe ağ gelinlik de geyinecek... İsteyiresen, beline qırmızı lent de vuraq? - Aygün xala bize fikir vermeden ürek sözlerini sayıb- tökürdü...
- He, mama... Yaxşı yadıma saldın bunu... Ele de olacaq... Men on defe evlenmeyecem... Bir defe toyum olur... Her şey men isteyen kimi olmalıdır... - Amin sözünü deyib otaqdan çıxmışdı... Biz de dilimizi lal edib butike yollanmışdıq... Butikde o qeder gelinlik vardı ki... Aygün xalanın seçdiyi belke de 30 dene gelinlik geyinib- soyunmuşdum... Heresine bir mız qoymuşdu... Eslinde, anlayırdım ki, menden acığını bu şekilde çıxır... Amma Aminin ağlına fikirleri men qoymamışdım ki... Her şey onun öz isteyi idi... Bir neçe saat keçse de, Aygün xala bir fikire varmayıb, seçimi mene buraxmışdı... Mense bu qeder gelinlik arasında eteyi balıq quyruğu formasında, qolları dirseye qeder kiçik qaşlarla bezedilmiş tülden ibaret ve bel terefinde bantik olan, bedenimi tam saran modeli seçmişdim... Ne üreyimce olmasa da, gelinliyi özüm seçdiyim üçün o qeder xoşbext idim ki... Amin gelinliyimi görmesin deye paltarı birbaşa bizim eve getirib Arize xalagilin otağına yerleşdirmişdik ...
Bu gün toyun baş tutmasına düz 1 hefte vaxt qalırdı... Qaynanamla qaynatam doğma vetenimize yola düşmüşdüler... Familin qebrini ziyaret etmeye gedecekdiler... İlk başda men de getmek istemişdim, ancaq sonradan fikirimden daşınmışdım... Tam xoşbextliye çatdıqdan sonra onun qebrini ziyaret edecekdim... Qaynanamgil 3 gün Peterburqda olmayacaqdılar. .. Meni evvelce Amingile qoyub getmek isteseler de, özüm razılaşmamışdım ... Aygün xalanın sözlerine 3 gün döze bilmezdim... Onsuz da, toydan sonra olacaqların derdini çekirdim... Her halda uşaq deyildim... Bu 3 günü evde tenha keçire bilerdim... Arize xalagil yola düşdükleri vaxtdan darıxmağa başlamışdım... Evde müxtelif şekilde başımı qatmağa çalışsam da, yene de üreyim sıxılırdı... Arize xalagilin getdiyinden kimsenin xeberi yox idi... Ancaq özüm her şeyi mehv edib Aminle telefonda danışan zaman bunu ağzımdan qaçırmışdım... Amin menim evde tek olduğumu eşidib yanıma gelmek istese de, qeti şekilde qarşı çıxmışdım... Gece televizorda Show proqram izleyib başımı qatırdım ki, qapının sesini eşidib heyete çıxmışdım... Darvazanın önüne gelib kim olduğunu soruşduqda Aminin sesini eşidib qapını açmışdım...
- Amin...
- Can Amin... - Amin teecübümü görüb içeri keçen kimi meni qucaqlamışdı...
- Boğuldum... Çekil, qapını bağlayım... - Amini özümden gücle aralayıb qapını kilitlemişdim.. .
- Darıxmışdım... Bu toy hazırlıqları başlayandan beri sene hesret qalmışam... - Amin yanağımdan öpüb elimi tutaraq eve sarı addımlamışdı... Eve keçib qapını bağlayaraq qonaq otağına keçmişdik...
- Amin... Nese isteyirsen?
- Heç ne istemirem... Bir tek sene göre gelmişem... Gel, bura... - elimden tutub meni divanda otuzduraraq özü de yerini yanımda rahatlamışdı...
- Ne yaxşı geldin...
- Bu 3 günü seni tek qoyacağımı düşünürdün?
- Bilmirem ki...
- Bes neyi bilirsen? - Amin bic- bic üzüme baxırdı...
- Ele baxma mene... Heç ne bilmirem...
- Ele olsun, Cırtdan xanım... - sözünü deyib meni qucaqlayaraq saçımdan öpmüşdü...
- Amin, buraya geldiyini evdekiler bilir? - men istemirdim ki, Aygün xalanın diline söz- söhbet obyekti verim... Bunu evvel etmişdim ve neticesini de görmüşdüm... Daha da etmezdim...
- Niye soruşursan ki?
- Heç... Ele bele... Axı Arize xalagil heç kime demeyibler...
- Tek buna göre?
- Başqa ne olası idi ki?
- Onu sen bilersen...
- Offf Amin... Sual verdim, cavab vermekdense, söhbeti uzadıb hara getirdin...
- Yaxşı- yaxşı... Heç kime demeyecem... Sen buna göre niye narahatsan ki?
- Narahat deyilem...
- Narden, mene de yox... Seni tanıyıram... Danış hele...
- Amin...
- Gözleyirem...
- Şey... Aygün xala Arize xalaya deyib ki, guya biz nese pis şey etmişik... - başımı aşağı salıb utanaraq sözümü demişdim...
- Başa düşdüm... Sen buna göre beynini yorma... Men her şeyi hell etmişem... Evdekilere 3 gün emeliyyatlarla bağlı xestexanada qalacağımı demişem...
- İndi 3 gün yanımda qalacaqsan?
- He, Cırtdan xanım... İşden sonra bura gelecem... Seher de gedecem... Belece darıxmağımız keçecek...
- He...
- He... - Amin burnumdan öpüb meni qucaqlayaraq kanalı deyişib film qoymuşdu... O, eli ile saçımı oxşayıb televizora baxsa da, men beynimde Amine Famille evlilik heyatımızı nece danışacağımı düşünürdüm... Ancaq bunu sade yolla anlatmağın nece mümkün olacağını bilmirdim...
Arize xalagil dünen qayıtmışdılar.. . Aminin menimle qaldığını kimse bilmemişdi... Amin yanımda qalsa da, bizim aramızda artıq heç ne olmamışdı... Amin yanağımı öpmekden qeyri heç ne etmezdi... Bu 3 günde Amine heç ne danışa bilmemişdim... İçimde mene esebleşeceyi qorxusunu daşıyırdım... Gerek her şeyi evvelden danışaydım... İndi toya 3 gün qalmış çıxılmaz veziyyete düşmüşdüm... Televizorun ekranına gözümü zillesem de, fikrim tamam ayrı yerde idi...
- Qızım, ne düşünürsen? - Arize xalanın sözüne xeyal aleminden qopub gözlerimi ona dikmişdim...
- Heç ne, xala...
- Qızım, men sene bir söz demek isteyirem... Bilmirem, haradan başlayım ki, sen üzülmeyesen... Menim balam, bizim Bakıya getmeyimizin esil sebebi senin aileni tapmaq idi... İsteyirdik ki, onlar sehvlerini anlayıb senin toyunda valideynlerin kimi iştirak etsinler... Gözü kölgeli qalmanı istemezdik... Ancaq biz onları tapdıq, qapılarına da getdik... Onlar bizi qapıdan qovdular... Seni istemediklerini dediler... Bir de Semed nişanlanıb... Anan dedi ki, biz onu silmişik, buraya gelib oğlumun taleyine de mane olmasın... Oğluma ele bacı lazım deyil, bize de ele qız... Onlara başa sala bilmedik ki, sen ere gedirsen, o eve qayıtmaq fikrin yoxdur... Bağışla, menim balam... Senin tam xoşbext olmağını istesek de, elimizden heç ne gelmir... - Arize xala danışdıqca keçmiş gözümde canlanmışdı... Kövrelmişdim... Arize xala meni bağrına basıb üz- gözümden öpmüşdü... Yazıq qadın da menim valideynlerimin bele ezazil olmasına üzülürdü...
- Xala, mene ele aile lazım deyildi... Ele yaxşı ki, gelmeyibler... Siz mene öz doğmalarımdan daha artıq olmusuz... Xoş günümde sizin mene dayaq olmağınız ele en böyük sevincim olar... - dilimde bele desem de, üreyimde nelerse sınmışdı... Heç kes valideyni ola- ola yetim qalmaq istemezdi...
Bu gün toyum idi... O qeder xoşbext idim ki... Sevdiyim insanla aile qururdum... Düzdür, bu sevgini ne Amin mene etiraf etmişdi, ne de men ona... Ancaq esas sözler deyildi... Esas hereketlerle sevgini göstermek idi... Gece heyecandan gözüme yuxu getmemişdi... Seherüzü azca yuxulasam da, Arize xala meni oyatmışdı... Heyecandan gücle 1-2 loxma yeyib çimmişdim... Men hamamdan çıxana kimi vizajistler gelmişdiler... Meni qarşılarında otuzdurub bezek- düzek vurmağa başlamışdılar.. . Saat beşde hazırlıqlar bitmişdi... Saçımı yuxarıdan sıx topuz yığıb kiçik tacla belime kimi düşen fata vurmuşdular... Makiyajım ise mene yaraşırdı... Arize xalanın kömekliyi ile gelinliyimi geyinib Amingili gözlemeye başlamışdım... Siqnal seslerini eşidib qonaq otağında ayaq üste gözlemeye başlamışdım... Amin elinde gülle içeri keçib buketi mene teqdim etmişdi... Amin dediyini etmişdi... Elinde qırmızı lent tutan tanımadığım bir oğlan belimi bağlamışdı... Bu sehnede özümü tutmayıb ağlamışdım... Bütün adetler yerine yetirildikden sonra Aminin qoluna girib vağzalı sedaları altında maşına minmişdim... Maşını sürücü idare edirdi... Amingil terefde adet idi ki, geceye kimi gelinin üzünden fata qaldırmaq olmazdı... Yol boyunca Amin ne qeder dil tökse de, Fatanı qaldırmağa qoymamışdım... Toy üçün burada çox böyük mekan seçilib Aminin isteyine uyğun bezedilmişdi... Yemekleri hazırlamaq üçün Azeri aşpazlar tutulmuşdu... Musiqiçiler de Bakıdan getirilmişdiler ... Toyumuz Peterburqda olsa da, her xırda detal bele öz adetlerimize uyğun heyata keçirilmişdi... Toya açılışı biz etmişdik... Amin reqsimiz üçün daim maşında dinlediyimiz mahnını seçmişdi... Toy çox gözel keçmişdi... Qısqanc baxışları ve iyneli sözleri kenara qoysaq, xoşbext idim... Toy sona çatdıqda Arize xala meni qucaqlayıb xoşbextlik dilemişdi... bu qadının çox böyük üreyi vardı... Haqqını heç zaman ödeye bilmezdim... Görüş merasimi sona çatdıqda Aminin maşınına minib eve yola düşmüşdük... Bu defe maşının idaresini Amin öz üzerine götürmüşdü... Mense paltarıma göre arxada oturmuşdum... Gözümü yumub özümü yuxuluğa vuraraq Aminle söhbetden qaçırdım...
- Cırtdan... Yatmısan? Ay Cırtdan... Yaxşı, bele olsun... Yatsan da, bu gece menim olacaqsan... - sözünü deyib yüksek sesle gülmeye başlamışdı... Bu gecenin nece sonlanacağı meni en çox narahat eden mesele idi... Göresen, Amin gerçekleri bilende nece qarşılayacaqdı olanları?..

Müəllif: Sabina Nur


Şərhlər:
Baxılıb: 1698
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz